Azərbaycan-Çexiya biznes forumu keçirilib
Mayın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Çexiya
biznes forumu keçirilib. Tədbirdə
hər iki tərəfdən rəsmi
şəxslərlə yanaşı,
energetika, kənd təsərrüfatı, maliyyə,
nəqliyyat-logistika, İKT, təhsil və s. sahələrdə fəaliyyət
göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Bakı Biznes
Mərkəzində keçirilmiş
tədbirdə İqtisadiyyat
nazirinin müavini Rüfət Məmmədov
Azərbaycan-Çexiya əlaqələrinin
inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz qarşılıqlı investisiya
qoyuluşu sahəsində
uğurlu əməkdaşlıq
edir.
İqtisadi əməkdaşlığın
əsas istiqamətlərindən
olan qarşılıqlı
ticarət sahəsində
əlaqələrimiz genişlənir.
2018-ci ildə ölkələrimiz
arasında ticarət dövriyyəsi 57% artaraq
1 milyard ABŞ dollarını
ötüb. Çex şirkətləri Azərbaycanda
ümumi dəyəri
2,8 mlrd. dollardan çox olan dövlət layihələrində
podratçı kimi də iştirak ediblər.
Nazır müavini ölkələrimiz
arasında birgə müəssisələrin yaradılması,
sənaye, kənd təsərrüfatı, energetika,
kimya, nəqliyyat, turizm, İKT, ekologiya və s. sahələrdə təcrübə
mübadiləsinin aparılması
üçün imkanları
diqqətə çatdırıb.
Biznes forumda
vurğulanıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində
də Çexiya ilə münasibətlərin
inkişafına böyük
önəm verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində
mühüm rol oynayır. Avropa İttifaqı ölkəmizin
əsas xarici ticarət tərəfdaşıdır.
2018-ci ildə Aİ ölkələri
ilə ticarət dövriyyəsi 13 milyard dollara çatıb və Avropa İttifaqının Azərbaycanın
xarici ticarətində
payı 42% təşkil
edir.
Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunu vurğulayan Rüfət Məmmədov "Avropa İttifaqının işgüzar
mühiti haqqında hesabat: Azərbaycan
2018". Azərbaycanda fəaliyyət
göstərən Avropa
İttifaqı şirkətlərinin
rəyləri” sənədində
siyasi sabitliyin Azərbaycanda işgüzar
mühitin 5 ən yaxşı göstəricisindən
biri kimi əks olunduğunu qeyd edib. Dünya
Bankının “Doing Business 2019” hesabatında isə Azərbaycanın
32 pillə irəliləyərək
190 ölkə arasında
25-ci yerdə qərarlaşıb
və 10 ən islahatçı ölkə
sırasına daxil edilib.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan
uğurlu iqtisadi islahatlar barədə məlumat verən nazir müavini Rüfət Məmmədov
vurğulayıb ki, Cənubi Qafqazın
ÜDM-nin 60%-dən çoxu Azərbaycanın
payına düşür.
Nazir müavini iqtisadi-ticarət
əlaqələrinin inkişafı
baxımından işgüzar
dairələr arasında
əməkdaşlığın genişləndirilməsində biznes forum, işgüzar
görüş və
sərgilərin keçirilməsinin
əhəmiyyətini qeyd
edib, bugünkü biznes forumun bu sahədə əlverişli platforma olduğunu vurğulayıb.
Çexiya Parlamentinin
Deputatlar Palatasının
sədri Radik Vondraçek Azərbaycana
səfərindən, ölkənin
uğurlu inkişaf yolundan məmnunluğunu ifadə edib. Azərbaycanın Çexiyanın ənənəvi tərəfdaşı
olduğunu qeyd edən Radik Vondraçek ölkəsinin
Azərbaycanla əlaqələrin
inkişafında, qarşılıqlı
iqtisadi əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu, bu sahədə böyük potensialı diqqətə çatdırıb.
Sonra İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov və Çexiya Sənayeçilər
İttifaqının prezidenti
Yaroslav Qanak müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın
Ticarət-Sənaye Palatasının
MDB ölkələri üzrə
rəhbəri Frantişek
Masopust Azərbaycan şirkətləri ilə əməkdaşlıq
potensialına, Çexiya
Sənayeçilər İttifaqının
meneceri Tomaş Qodaç isə çex sənaye şirkətlərinin fəaliyyət
istiqamətlərinə dair təqdimatlarla çıxış
ediblər.
Biznes forum
çərçivəsində iş adamları arasında ikitərəfli
görüşlər keçirilib,
işgüzar əlaqələrin
genişləndirilməsi imkanları
müzakirə olunub.
Respublika.-
17 may.- S.4