“SÖZ” layihəsi yeni təqdimatda

 

Mayın 24-də “Art Gallery Hotel”də ölkəmizdə çox populyar olan “SÖZ” layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Layihənin direktoru Nigar Həsənzadə “SÖZ” ədəbi layihəsinə göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. Bu yeni konsepsiya məhz onlar üçün hazırlanıb. Bu konsepsiyanın “SÖZ” layihəsinin əsas fəaliyyətindən fərqi yalnız ədəbi axşamların təşkili deyil, həm onların inkişafı birləşməsi üçün şəraitin yaradılmasındadır.

Yeni konsepsiya barədə danışan N.Həsənzadə deyib ki, bu, gənc müəlliflər üçünaçıq qapılar”ın keçirilməsini nəzərdə tutur, gənc qələm əhlinə dostlar, həmkarlar layihələrin rəhbərləri ilə görüşmək, faydalı məlumatları bölüşmək, onları maraqlandıran sualları vermək ayda iki dəfə rahat müasirArt Gallery Hotelkafesində dostlara yeni əsərlərini oxumaq imkanı verir. Bu günlərdəSattart Cafeöz qonaqlarına pulsuz xidmət göstərəcək.

Layihənin direktoru bildirib ki, “SÖZ” layihəsinin məqsədi həm yerli, həm xarici dillərdə yazıb-yaradan istedadlı gəncləri birləşdirərək ölkədə yeni yaradıcı ziyalıların yaranmasına kömək etməkdir. Nigar Həsənzadə deyib: “Biz öz bacarıqlarına inanan bütün gənc müəllifləri, yazıb-yaradan istedadları “SÖZ” adlı ailənin bir üzvü olmağa dəvət edirik, layihənin inkişafı tərəqqisində fəal iştirak etməyə çağırırıq. Bizim “SÖZ” adlı ailəmiz yarandığı gündən artıq 3 ildir ki, Azərbaycan bədii ədəbiyyatının dəstəklənməsi inkişafına mühüm töhfələr verməklə yanaşı, layihəmizdə iştirak edən bir çox gəncin taleyini müsbətə doğru dəyişməyə müvəffəq olub”.

Sonra gənc şairlər öz şerlərini oxuyublar.

Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirləri oxuyub.

Gecəyə Nigar Həsənzadənin səsləndirdiyi poeziya nümunəsi ilə yekun vurulub.

Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər.

Respublika.- 2019.- 25 may.- S.4