Bakıda 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi açılıb

 

 

Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.

 

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri digər qonaqlar iştirak ediblər.

 

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmişAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.

 

Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun sərgidə iştirakına toxunan Ceyhun Bayramov deyib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq qardaşlıq münasibətləri təhsil sahəsində öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan Türkiyə arasında olan əməkdaşlığın bir qədər dərinləşməsi zənginləşməsinə xidmət edəcək.

 

Ceyhun Bayramov bildirib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb. Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə dəyərli töhfə verəcəyini əlavə edib.

 

Nazir çıxışının sonunda sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib uğurlar arzulayıb.

 

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkələrimiz arasında səmimi, dost qardaş münasibətlərdən söz açıb. Daha sonra iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli inkişaf etmiş əlaqələr mövcuddur.

 

Ziya Selçuk Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib bu səfərin təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

 

Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd edib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa Rumıniya kimi ölkələrin səfirlik universitetləri təmsil olunur.

 

Caspian Event Organisersşirkətinin region üzrə direktoru Edvard Stroun da artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.

 

EduExpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Onların arasında ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft Sənaye Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti digər ali təhsil ocaqları, eləcə Sumqayıt, Gəncə Lənkəran regional dövlət universitetləri yer alıb. Azərbaycan İlahiyyat İnstitutu builki sərgidə debüt edir. Tədbirin daha bir debütantıButauşaq bağçasıdır. Həmçinin sərgidəUşaq zonasıüzrə sərginin tərəfdaşı – “Bağçamuşaq bağçaları şəbəkəsi iştirak edir.

 

Sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna digər ölkələr xaricdə təhsil üzrə imkan şərtlərini təqdim ediblər. Sərgi çərçivəsində stenddəGənc Avropa səfirlərişəbəkəsi Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunub. Stenddə xaricdə pulsuz təhsil beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədənErasmus+” proqramı təqdim edilib. Türkiyə builki sərgidə milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk universitetləri, eləcə Azərbaycanın bir sıra təhsil müəssisə strukturu sərgidə debüt edir.

 

SərgidəUniversitetlərə səyahətadlı layihə keçirilib. Bu layihə əsnasındaEduExposərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verib valideynləri maraqlandıran sualları cavablandırıblar.

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sərgidə ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmışİnformasiya yaradıcılığı, standartlar yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı”, “Türkdilli agentliklərin Bakı görüşü digər kitablar sərginin ziyarətçilərində böyük maraq doğurub.

 

Sərginin ikinci günü yerli xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

 

Oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşarikilayihəsinin həmmüəllifi Fiksikilayihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək.

 

Üç gün davam edəcək sərgiyə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə onların valideynləri, təhsil işçiləri üçün açıqdır.

 

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin baş sponsoruKapital Bank”dır.

 

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisersşirkəti sərginin təşkilatçısıdır. 2019-cu ildə sərginin tərəfdaşları arasındaQafqaz Hotels and Resorts”, “Intourist Hotel” “Boulevard Hotel” mehmanxanaları, eləcə “Greenwich Travel Club” turoperatoru yer alır.

Respublika.- 2019.- 11 oktyabr.- S.5