Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib

 

Oktyabrın 10-da “Azərbaycan Hava Yolları”nın struktur bölməsiAzəraeronaviqasiyaHava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə “Sheraton Baku Airport Hotel”də ilk beynəlxalq “Digital Transformation Day” konfransı keçirilib.

 

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın əsas mövzusuAzəraeronaviqasiyada rəqəmsal transformasiya kibertəhlükəsizlikolub. Xarici tərəfdaşların da dəstəyi ilə keçirilən tədbirdə ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, Böyük Britaniya, Çin digər ölkələrin aparıcı provayderlərinin nümayəndələri iştirak ediblər.

 

KonfransdaAZANS”ın direktoru Fərhan Quliyev bildirib ki, hava nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını kibertəhlükələrdən qorunmanı tələb edir.

 

Aeronaviqasiya provayderi olaraq AZANS ən qabaqcıl texnologiyaların tətbiqi sayəsində hava nəqliyyatının iqtisadi səmərəli, təhlükəsiz, etibarlı, çevik dayanıqlı idarəedilməsini həyata keçirir. Bu il AZANS Qəbələnin hava limanında hava hərəkətinin idarəedilməsi üçün rəqəmsal qüllənin istifadəsinin birinci mərhələsini uğurla başa vurub. Yeni həll “Enhanced Airport Vision Display” platformasına əsaslanır”, – deyə AZANS-ın direktoru qeyd edib.

 

Hazırda AZANS Azərbaycanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) idarəedilməsi texnologiyasının tətbiqi üzərində aparır. Pilotsuz hava hərəkətinin idarəsi , həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə nəticəsində tətbiq olunacaq, lakin ənənəvi uçuşların təhlükəsizliyi prioritet məsələ olaraq qalacaq.

 

“AZANS qabaqcıl rəqəmsal texnologiyalardan, o cümlədən süni intellektdən pilotsuz uçuş aparatlarının idarə olunması ya pilotsuz nəqliyyat vasitələrinin hərəkətinə nəzarət kimi tanınan sənayenin texnologiyalarından istifadə edərək, hava məkanında PUA-ların təhlükəsiz şəkildə tətbiq edilməsinin həlli yollarını axtarır. Eyni zamanda, bu cür yeniliklərin tətbiq olunmasının ənənəvi uçuşların təhlükəsizliyinə maneə törətməməsi prioritet məsələdir”, - deyə F.Quliyev bildirib.

 

Bakıda keçirilən konfransın nəticəsində dünya mülki aviasiya tarixində ilk dəfə beynəlxalq hava naviqasiyasında kibertəhlükələrlə mübarizədə birgə səylər barədə bəyannamə imzalanıb.

 

Respublika.- 2019.- 11 oktyabr.-S.8