Ankarada fəaliyyət
göstərən Heydər
Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi
Günü qeyd olunub
Ankarada fəaliyyət
göstərən Heydər
Əliyev adına orta məktəbdə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi
Günü münasibətilə
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Tədbirdə əvvəlcə məktəbin
direktoru Oqtay Kabasaqqalın və Azərbaycanın Ankaradakı
səfirliyinin təhsil
üzrə müşaviri
Nəcibə Nəsibovanın
çıxışları dinlənilib.
Sonra Azərbaycan
Respublikası Prezidenti
Katibliyinin rəisi - Prezidentin köməkçisi,
tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış edib.
Prezidentin Katibliyinin rəisi
Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, xilaskarlıq
missiyasından, Ulu Öndərlə bağlı
xatirələrindən, həmçinin
dövlət müstəqilliyimizin
qorunması və inkişaf strategiyasının
müəyyən olunması
istiqamətindəki tarixi
fəaliyyətindən danışıb.
Professor Dilarə
Seyidzadə qeyd edib ki, Heydər
Əliyev Azərbaycanı
dərin məhəbbətlə
sevib. Heydər Əliyev Azərbaycan qədər də Türkiyəyə sevgi bəsləyib. Əməli
işlərinə və
doğma münasibətinə
görə Türkiyədə
də Heydər Əliyevə tükənməz
sevgi var.
“Heydər Əliyev zəngin biliyini, böyük təcrübəsini, tükənməz
əməyini Azərbaycanın
dövlətçiliyinə, xalqımızın rifahına,
insanların xoş həyatının təmin
olunmasına sərf edib”, - deyən Dilarə Seyidzadə Türkiyə dövlətinin
banisi Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin müdrik vəsiyyətlərinə
əbədiyyətə qədər
əməl olunacağına
əminliyini ifadə edib.
Prezidentin köməkçisi
“Yurdda sülh, cahanda sülh uğrunda” və “Heydər Əliyev. Təltiflər” sənədli
kitablarını məktəbə
hədiyyə edib. Azərbaycan xalqının böyük
oğlunun adını
daşıyan təhsil
ocağında çalışmağın
şərəfli və
məsuliyyətli iş
olduğunu diqqətə
çatdıran Dilarə
Seyidzadə məktəbin
kollektivinə uğurlar
arzulayıb, iştirakçıları
maraqlandıran sualları
cavablandırıb.
Sonra məktəbin
şagirdlərinin Dövlət
Müstəqilliyi Günü
münasibətilə hazırladıqları
bədii proqram nümayiş etdirilib.
Respublika.- 2019.-23
oktyabr.- S.3