ADA Universitetində
BMT Günü qeyd olunub
Oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə
həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BMT-nin nəşrləri sərgilənib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə BMT Baş Assambleyasının
Prezidenti Ticani Məhəmməd-Bande, rəsmi
şəxslər, Milli
Məclisin deputatları,
Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
elm adamları ediblər.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev
BMT-nin fəaliyyətindən,
ölkəmizin bu təşkilatla əməkdaşlığından
danışıb. O, rəhbərlik
etdiyi universitetin fəaliyyətə başladığı
ilk günlərdən BMT-nin
müxtəlif qurumları
ilə əməkdaşlıq
etdiyini vurğulayıb.
Rektor bildirib ki, BMT Baş Assambleyasının Prezidenti
Ticani Məhəmməd-Bandenin
iştirakı ilə
BMT Gününün ADA Universitetində
keçirilməsi universitet
üçün mühüm
hadisədir.
Hafiz Paşayev tədbir
iştirakçılarına BMT Baş Assambleyasının
Prezidenti Ticani Məhəmməd-Bandenin fəaliyyəti
haqqında ətraflı
məlumat verib.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi
Qulam İshaqzai ötən 74 ildə təşkilatın gördüyü
işlərdən bəhs
edib. O vurğulayıb ki,
BMT beynəlxalq sülh
və təhlükəsizliyin
qorunub saxlanılmasında
fəaliyyət göstərən
universal təşkilat olaraq
özünü qətiyyətlə
formalaşdırıb.
Qulam İshaqzai
diqqətə çatdırıb
ki, Azərbaycan BMT-yə üzv olan digər ölkələrlə birgə
Dayanıqlı İnkişaf
Məqsədlərini özündə
əks etdirən Dayanıqlı İnkişaf
üçün 2030 Gündəliyini
qəbul edib. Gündəlik 2030-cu ilədək yoxsulluğa
son qoymaqla qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını
təşviq edəcək.
BMT Baş Assambleyasının
Prezidenti Ticani Məhəmməd-Bande Azərbaycanın
təşkilat çərçivəsində
fəal rolunu vurğulayıb. O, Azərbaycanın
Dayanıqlı İnkişaf
Məqsədlərinin icrası
ilə bağlı ikinci könüllü milli hesabatının təqdim edildiyini vurğulayıb. Qeyd edib ki, Dayanıqlı İnkişaf
Məqsədləri ayrı-ayrılıqda
götürülə bilməz.
Onlar hamısı bir-biri ilə qarşılıqlı
əlaqədə paralel
olaraq aparılmalıdır.
“Gələn il
BMT-nin 75 illiyi qeyd olunacaq. Biz çalışmalıyıq
ki, BMT-yə olan etimadı daha da artıraq, qarşıda duram məsələlərin həyata
keçirilməsi istiqamətində
fəaliyyətimizi davam
etdirək”, - deyə
BMT Baş Assambleyasının
Prezidenti qeyd edib.
Sonra BMT-nin
əlaqələndirmə üzrə
müşaviri Şəms
Mustafayevanın moderatorluğu
ilə dəyişən
həyatlar mövzusunda
təqdimatlar olub.
Respublika.- 2019.- 25
oktyabr.- S.6