Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşlarla
görüşüb
Mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin
və onların müavinlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə əsasən,
oktyabrın 25-də Mədəniyyət
naziri Əbülfəs
Qarayev Ucar rayonunda Ucar və Zərdabdan olan vətəndaşlarla
görüşüb.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş
və Göyçay rayonlarından olan vətəndaşları qəbul
edib.
AZƏRTAC xəbər verir ki, qəbullardan
əvvəl ümummilli
lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək
dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayevin Ucardakı Heydər Əliyev Mərkəzində keçirdiyi
qəbulda sakinlər tərəfindən Ucar Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin ekspozisiyasının
yenilənməsi, rayon
Mədəniyyət mərkəzinin
və Ucar Uşaq incəsənət
məktəbinin əsaslı
təmir olunması, tədris ocağına musiqi alətlərinin verilməsi
ilə bağlı müraciətlər səsləndirilib.
Qəbulda həmçinin Zərdab
Rayon Tarix-Diyarşünaslıq
Muzeyində əsaslı
təmir və tərtibat işlərinin
aparılması, mədəniyyət
müəssisələrinin internet xətlərinin yenilənməsi, Zərdab
Rayon Mədəniyyət
Mərkəzinin filmlərin
nümayişi üçün
avadanlıqlarla təmin
olunması, kitabxanalara
yeni avadanlıqların
və yeni ədəbiyyatların verilməsi,
habelə fəxri adın verilməsi, işlə təmin olunma barədə müraciətlər olub.
x x x
Nazir müavini Rafiq
Bayramovun vətəndaşlarla
görüşündə Ağdaş və Göyçay sakinləri
tərəfindən rayon
kitabxanaları ilə
respublika kitabxanaları
arasında internet şəbəkəsinin yaradılması,
Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində
tərtibat işlərinin
tamamlanması, muzey zalının dam örtüyünün dəyişdirilməsi, mədəniyyət
müəssisələrinin əlamətdar günlərə
həsr olunmuş videomateriallarla təmin edilməsi, görkəmli
sənət adamları
ilə görüşlərin
təşkilinə köməklik
göstərilməsi xahiş
olunub.
Görüşdə Göyçay rayon
Heydər Əliyev Mərkəzinə ümummilli
liderin şəxsi əşyalarının surətlərinin
verilməsi və dahi siyasətçinin iş otağının maketinin hazırlanması,
Rəsul Rzanın ev-muzeyinin turizm marşrutuna salınması,
kitabxanaların kənd
təsərrüfatı ilə
bağlı ədəbiyyatlarla
təmin olunması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə
bağlı müraciətlər
səsləndirilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti
struktur bölmələrinin
nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda
bütün müraciətlər
dinlənilib, qaldırılan
məsələlərin əksəriyyəti
yerindəcə həllini
tapıb. Bəzi
müraciətlərin operativ
araşdırılması və
qanunvericiliyə uyğun
həlli üçün
müvafiq tapşırıqlar
verilib.
Respublika.- 2019.- 26
oktyabr.- S.6