Rusiya paytaxtında
VIII Moskva Beynəlxalq
Müasir İncəsənət
Biennalesi açılıb
Sərginin
açılışında Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva iştirak edib
Moskva, 30 oktyabr,
AZƏRTAC
Oktyabrın 29-da Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət
Biennalesi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin
açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Rusiya Dövlət
Tretyakov Qalereyasında
keçirilən sərgi
“Məkan oriyentasiyası”
mövzusuna həsr olunub. Müasir İncəsənət Biennalesində
11 ölkədən 34 rəssamın
50-dən çox əsəri
nümayiş etdirilir.
Ekspozisiyada Azərbaycan
rəssamları Orxan Məmmədovun “Estetikanın
saxlanması ideyası”
və Leyla Əliyevanın “Əbədiyyət”
multimedia installyasiyaları
təqdim olunur.
Orxan Məmmədovun
təqdim etdiyi installyasiya da müxtəlif dövrlərə
aid 50-dən çox Azərbaycan xalçasının
naxışları toplanıb.
Rəssamın süni
intellektdən istifadə
edərək hazırladığı
art-obyektdə naxışlar
bir-birini əvəzləyir.
Leyla Əliyevanın
rəhbərliyi ilə
20 nəfərdən ibarət
yaradıcı kollektivin
videoart janrında hazırladığı “Əbədiyyət”
əsərində insan
cəsarətindən söhbət
açılır.
İlk dəfə
olaraq Moskva Biennalesinin tərəfdaşı
dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə
saxlanılan əsərləri
ümumi mədəni
məkanda nümayiş
etdirilir.
Biennalenin əsas
layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi
Dmitri Çernyakov bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Onun sözlərinə görə, bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq heç də asan deyil.
Bu səbəbdən sərgi “Məkan oriyentasiyası” adlandırılıb.
Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı,
İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları da iştirak edirlər.
Sərgi müddətində
SSRİ Xalq rəssamı,
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti
Tahir Salahov haqqında filmin çəkilişləri aparılacaq.
Film klassik və müasir incəsənət arasında
əlaqələrdən bəhs
edən maarifləndirmə
proqramı çərçivəsində
nümayiş olunacaq.
Sərgi yanvarın
22-dək davam edəcək.
Respublika.- 2019.- 31
oktyabr S.4