Azərbaycanlı alim Türk Dünyası beynəlxalq
fəxri mükafatına
layiq görülüb
Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının Beynəlxalq
Mükafat Komitəsinin
qərarı ilə azərbaycanlı alim Teymur Əhmədov “Türk dünyasının
fəxri elm və mədəniyyət
adamı” Beynəlxalq
mükafatına layiq görülüb.
AZƏRTAC xəbər
verir ki, Turan Elmlər Akademiyasının akademiki,
filologiya elmlər doktoru, professor, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədova mükafatı Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının Azərbaycan
təmsilçisi professor
Elçin İsgəndərzadə
təqdim edib.
Türkiyənin “Anadolu” və Azərbaycanın “Respublika”
qəzetləri uzun illərdir əməkdaşlıq
edir, iki ölkənin ictimai-siyasi,
ədəbi-mədəni, iqtisadi
həyatına dair səhifə mübadiləsi
həyata keçirirlər.
“Respublika” qəzetinin
Türkiyə təmsilçisi
Əflatun Nemətzadənin
və qəzetin baş redaktoru Teymur Əhmədovun Türkiyə və Azərbaycanın ictimai həyatı, ədəbi-mədəni
əlaqələri haqqında
silsilə məqalələri
oxucular tərəfindən
maraqla qarşılanır.
Professor Teymur
Əhmədov Hüseyn
Adıgözəl, Cemal
Adıgol, Nazilə Abbaslı kimi müəllim, alim və yazıçılarla
əməkdaşlıq edir.
Onun “Erməni xəyanəti və Andranik Ozanyanın qanlı əməlləri” kitabı
2002-ci ildə “Kuvayı
Milliye” nəşrinin
(aylıq tarix və mədəniyyət
jurnalı) səhifələrində,
2005-ci ildə “Tarixin işığında” (erməni
dosyesi) kitabında dərc olunub və oxucuların diqqətini cəlb edib.
İctimai-siyasi xadim və yazıçı
Nəriman Nərimanovu
Türkiyədə geniş
ictimaiyyətə yaxından
tanıdan tədqiqatçı
alim Hüseyn Adıgözəl “Nəriman
Nərimanov”, “Nərimanov.
Məktublar”, “Nərimanov.
Seçmə məqalələr”,
“Atatürk, Nərimanov
və Qurtuluş Savaşımız” kitablarını
Teymur Əhmədova hədiyyə edib.
Respublika.- 2019.- 31 oktyabr.- S.5