Şəhidlərin xatirəsini əbədiləşdirən muzey

 

 

Dağlıq Qarabağ müharibəsinin canlı şahidi və fəal iştirakçısı Əlövsət Qasımov barədə qısa məlumat verməzdən əvvəl ilk öncə, 80-ci illərin sonlarında baş verən proseslərə qısa olaraq nəzər salaq.

 

Xalqımız Qarabağ faciəsinin ağrı-acılarını yaşayır, Azərbaycanın dilbər guşəsi Dağlıq Qarabağ ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış Bişkek protokolu - atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar davam etdirilir. Xalqımız qəsb edilmiş torpaqlarımızın erməni əsarətindən azad edilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin səylərinin real müsbət nəticələnəcəyinə böyük inam bəsləyir.

 

Həmin qanlı-qadalı illərin canlı şahidi, Qarabağ qazisi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş qeyrətli vətəndaşımız, keçmiş döyüşçü Əlövsət Qasımov 1988-1996-cı illər ərzində Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərin canlı şahididir. Əlövsət müəllim qanlı faciələri əks etdirən fotoşəkilləri, xatirələri, vətənpərvərlik fəaliyyətini göstərən sənədləri ilə özünü respublikamızda millət sevən insan kimi tanıtmışdır. Onun fədakarlığı haqqında müxtəlif mətbu orqanlarında məqalələr, müsahibələr, məlumatlar dərc edilmiş, bir neçə televiziya radio verilişləri hazırlanmışdır. Əlövsət Qasımov Qarabağ döyüşləri zamanı özünün vətənpərvərlik əməlləri ilə hamının hörmətini qazanmışdır.

 

Çünki bu qeyrətli Vətən övladının 8 illik döyüş yolu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki 12 illik ərzində müstəsna fəaliyyəti gözlərimiz qarşısında baş vermişdir. Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən məcburi qaçqın düşmüşdür. Tərtər rayon Bəyimsarov kəndində Kənd Mədəniyyət Evinin direktoru işləmişdir. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü olaraq döyüş əməliyyatlarında 8 il yaxından iştirak edib, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur.

 

1991-1992-ci ildə o, bir neçə dəfə Naxçıvana gedərək, ümummilli lider Heydər Əliyevlə görüşmüş, ulu öndərin dəyərli tövsiyələri göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılmaması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərmişdir. Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, eləcə erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi fotosalnamə yaratmışdır. Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Ə.Qasımov canlı şahidi iştirakçısı olduğu döyüşlərin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilməz faktlarla ifşa edir. Onun çəkdiyi fotoşəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, Əlövsət Qasımov erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir.

 

Bundan başqa, o, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışdır. “General Əli bəyadı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit,” “Şahid şəhidlər haqqında,” “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, “Heydər Əliyevin həyatının hər anı bir məktəbdiradlı kitablarda öz əksini tapmışdır. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edənRuhumun harayıQarabağ çağırır bizisənədli filmlər respublikamızda xarici ölkələrdə nümayiş olunur. Ə.Qasımov 1996-cı ildə ordu sıralarından tərxis olunub. O, xalqını, Vətənini, dövlətini, Prezidentini sevən əsl Vətən təəssübkeşidir.

 

Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür. Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər. Ə.Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdı. Vətənpərvər döyüşçü 19 ildir ki, Suraxanı rayonunda 267 saylı uşaq bağçasında ailəsi ilə birlikdə yaşayır. Hazırda ümummilli liderimizlə bağlıHeydər Əliyevin həyatının hər anı bir məktəbdirmemuarı üzərində işləyir. O öz şəxsi vəsaiti hesabına 22 iyul 2013-cü ildə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51, mənzil 18 A ünvanda 110 kvadratmetr yerdəErməni vandalizminin üzüadlı daimi fotosərgi açıb. Siz hər zaman bu sərgiylə yaxından tanış ola bilərsiniz. Əlövsət QasımovHəqiqətTarixi Araşdırmalar İctimai Birliyinin təsisçisi sədridir. O, 2014-cü ilin 23-26 fevral tarixlərində, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Türkiyənin Van İğdır şəhərlərindəXocalıya ədalət!” kampaniyası çərçivəsində öz fotosərgiləri ilə türk xalqlarına Qarabağda ermənilərin törətdikləri vəhşilikləri ətraflı çatdırmışdır. Eyni zamanda, Van İğdır şəhərlərində keçirilən tədbirlərdə Əlövsət Qasımovun çıxışları maraqla qarşılanmışdır.

 

Onu da qeyd edək ki, 2007-ci ildə təsis edilmişQarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtmaİctimai Birliyi 2017-ci ilin iyun ayının 29-dan etibarənHəqiqətTarixi Araşdırmalar İctimai Birliyi adı altında öz fəaliyyətini davam etdirir. Birliyin nəzdində Qarabağ müharibəsində şəhid olan erməni işğalçılarının Xocalıda Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən fotoşəkillərdən ibarət Şəhidlər muzeyi yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərinin nəsildən-nəslə çatdırılmasını, erməni quldurlarının xalqımıza qarşı törətdikləri terroru, misli görünməmiş dəhşətli vəhşilikləri tariximizin yaddaşına əbədi həkk etməkdən ibarətdir. Muzeydə təşkil olunan sərgilərdə orta ali məktəblərin şagird, tələbə heyətinin, sadə vətəndaşların, ictimai xadimlərin davamlı iştirak etməsi xalqımızın bütün təbəqələrinin ölməz Şəhidlərimizin ruhuna olan sonsuz hörmət ehtiramın bariz göstəricisidir. Muzeyin yaradılması fəaliyyəti gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm rol oynayır. Vurğulayım ki, bu günə qədər Şəhidlər muzeyini millət vəkilləri, general digər təbəqələrdən ibarət 27870 nəfər ziyarət etmişdir.

 

Muzeyə olan maraq günü-gündən artmaqdadır. Ayrı-ayrı idarə təşkilatların kollektivləri tez-tez muzeydə olur, şəhidlərimizin göstərdikləri qəhrəmanlıq, şücaətləri ilə bir daha yaxından tanış olur, onların ruhuna, göstərdikləri qəhrəmanlıqlara dərin hörmətlərini bildirirlər. Muzeydə təşkil olunmuş tədbirdə Xətai rayon Su-kanal İdarəsinin çoxlu sayda işçiləri iştirak edirdi. Onlara muzey onun fəaliyyəti, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid oğullarımız barədə o döyüşlərdə iştirak etmiş öz həyatını böyük təhlükə altında qoyaraq şücaətlər göstərmişHəqiqətTarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov geniş məlumat verdi. Onlar muzeydə şəhidlərin qəhrəmanlıq salnaməsini özündə əks etdirən stend-fotoşəkillərə baxdılar. Muzeylə tanışlıq onlarda böyük təəssürat yaratdı.

 

Əli SADIQOV

 

Respublika.- 2019.- 10 sentyabr.- S.5