Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib

 

 

Sentyabrın 27-də İçərişəhərdəki Miniatür Kitab MuzeyindəMexriban Aliyeva. Missiya dobra vıpolnima” ("Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır") miniatür kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovadır.

 

AZƏRTAC xəbər verir ki, mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi yaradıcısı, Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Rauf Əliyev, Jalə Əliyeva, tanınmış yazıçı, PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Natiq Rəsulzadə, yaradıcı ziyalıların nümayəndələri, alimlər, jurnalistlər, mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

 

Miniatür Kitab Muzeyinin təsisçisi yaradıcısı Zərifə Salahova mərasimi açaraq deyib ki, 1988-ci ildən bu günədək onun tərəfindən 238 miniatür kitab buraxılıb, lakin bu nəşr görkəmli şəxsiyyət - Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk müəllif kitabıdır.

 

Sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitab haqqında müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə Azərbaycan xarici KİV-lərdə nəşr etdirdiyi məqalələri toplanıb.

 

Elmira Axundova deyib ki, bu kitabdakı bütün məqalələrin ana xəttini sadə vətəndaşların etimadını qazanmış, kömək üçün ona müraciət edən hər kəsin probleminə qayğı ilə yanaşan, həssaslığı insanpərvərliyi ilə seçilən Mehriban Əliyevaya ümumxalq sevgisi təşkil edir. Məqalələrdə Mehriban xanımın UNESKO-nun İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

 

Qeyd olunub ki, “Mexriban Aliyeva. Missiya dobra vıpolnimaminiatür kitabı 2019-cu ildəIndiqonəşriyyatı tərəfindən 100 nüsxədə çap edilib. 60x70 mm ölçüdə, 412 səhifədən ibarət miniatür kitab 105 rəngli fotoşəkillə illüstrasiya olunub. Fotoşəkillər müəllifə AZƏRTAC tərəfindən təqdim edilib.

 

Mərasimdə çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın olduqca geniş çoxşaxəli fəaliyyətindən söz açıblar. Onlar Mehriban Əliyevanın ölkəmizin həyatının bütün sahələrində müstəsna xidmətlərini, onun hər bir azərbaycanlıya həssas diqqətini sonsuz qayğısını, Birinci vitse-prezident, UNESKO-nun İSESKO-nun xoşməramlı səfirinin təşəbbüsü ilə həyata keçirilən Azərbaycan muğam xalçaçılıq sənətlərinin qorunması, inkişafı tanıdılmasına həsr olunmuş möhtəşəm layihələri, onun Azərbaycan qadınlarının lideri onlara örnək olduğunu, öz ölkəsini dünyanın bütün guşələrində layiqincə təmsil etdiyini vurğulayıblar. Çıxışlarda Mehriban xanımın onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaq bağçalarının, internatların, ümumtəhsil məktəblərinin, mədəniyyət sosial obyektlərin tikintisi istiqamətində fəaliyyətindən, şəhid ailələri məcburi köçkünlərə göstərdiyi yardımlardan bəhs edilib. Vurğulanıb ki, Mehriban xanım Əliyeva bütün fəaliyyət sahələrinə öz töhfəsini verib.

 

Müəllif nəfis tərtibatlı kitaba epiqraf kimi Mehriban Əliyevanın bu sözlərini sitat gətirib: "Hər bir insan öz taleyinin yaradıcısı ola bilər olmalıdır. Seçim həmişə var. Mən sırf təsadüfə inanıram, dünyanın əvvəlcədən dəqiq müəyyən olunması fikrinə. Mən Allaha insanın imkanlarına inanıram”.

 

Kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasındakı nitqi ilə açılır. Dövlətimizin başçısı bu çıxışında Mehriban xanım Əliyevanın həyatın bir çox sahələrində çoxşaxəli uğurlu fəaliyyətini qeyd edir. Məhz bu fəaliyyətin nəticəsində onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib.

 

Müəllif yazır: "Həm öz xanımının çiyninə dövlət məsuliyyətinin ağır yükünü qoymuş Prezidentin, həm birinci xanımın özünün cəsarətinə heyran qalmamaq mümkün deyil. Axı o, vəzifəsinə ölkə üçün çox da yaxşı olmayan vaxtda başlayır - gözlənilmədən gələn postneft dövrü Prezident komandasından yeni, qeyri-standart qərarlar, təşəbbüslər bütün dövlət mexanizminin dərin islahatını tələb edir". Xalq yazıçısı qeyd edir ki, Mehriban Əliyevanın özü üçün prioritetlər son dərəcə aydındır, axı o, əvvəllər onları rəhbər tutub: "Onun fikrincə, bu prioritetlər, ilk növbədə, humanizm prinsipləri, insanlarla təmasda olmaq bacarığı, onları dinləmək fikirlərini öyrənmək məharəti, insanpərvərlik, şəfqət qarşılıqlı hörmətdir".

 

Respublika.- 2019.- 29 sentyabr.- S.2