UNUDULMUŞ TARİXİMİZİN YENİ SƏHİFƏSİ

 

(əvvəli 24 aprel tarixli sayımızda)

 

 

 

Bu xəritədə Oğuz Türklərinə; İç-oğuz, Taş-Oğuz, Kuman(Koman)-Kıpçak Türkləri, Oğuzlar və digər Türk boylarına məxsus ərazailərin Qara Dəniz və Xəzər dənizləri arasında olmasını əyani şəkildə görürük. Bu ərazilər bütün Qafqazı, indiki İran, Türkiyə, Azərbaycan, qədim Şumer ərazilərini; İraq, Suriyanın Türkmənlər yaşayanFars körfəzinin şimal qərbində yerləşən ölkələrin bəzi ərazilərini əhatə edir. Burada Oğuzların yaşamış oldugu Tiflis şəhərinin adını görsək də bəzilərin yazdığı kimi hayların kiçikböyük Ermənistan adlı dövlətlər yoxdur. Aşağıdaki digər Oğuzlara məxsus xəritə professor T.Quliyevin ‘’Dədəm Qorqud’’ dastanının Vatikan nüsxəsi kitabından alınmıştır. Xəritədən Oğuz Türklərinin yaşadığı coğrafi əraziləri görürük. Burada Qars, İgdır, və Ərdahanın adı yazılmasa da bu şəhərlərin inzibati əraziləri Ərzurumdan 200-250 km məsafədə yerləşməsinə baxmayaraq xəritədə görünür, sadəcə qeyd etdiyimiz şəhərlərin adları qeyd olunmayıb. Bu xəritədən də Cənubi Qafqazın Oğuz Türklərinin ata vətəni olmasının şahidi oluruq. Ona görə də haylar Ermənistanın onların vətəni və “Anı” şəhərinin isə qədim paytaxtları olması iddiasından əl çəkməlidirlər.

“Anı” ziyarətgahının dini-ideoloji mərkəz kimi təkcə xristianlıqla bağlı olması təbliğatını haylar uzun illər dünya mediyasında aparsalar da, bu belə deyil!!! Hələ 1960-cı illərdən və ondan öncə başlayan bu dini kompleksin tədqiqatı ilə məşğul olan Türk, daha çox isə erməni, ğürcü, avropa tarixçiləri və arxeoloqları “Anı” ziyarətgahında mövcud olan xristian, islam, paqanizm adlanan bütpərəstlik və Zərdüştlüklə bağlı atəşpərəstlik dini ritualların keçirilməsi üçün tikilmiş kilsələrin, camilər(məscidlər)in, müqəddəs atəşi əldə etmək üçün sobaların bir arada olmasına baxmayaraq xristian tarixçi və arxeoloqları məqsədyönlü şəkildə tədqiqatlarında ancaq xristian kilsələri haqqında olan tarixi məlumatları öz yazılarında qabarıq şəkildə vermişlər. Və nəticə olaraq da dünyada mövcud olan bütün dini komplekslərdən fərqli olaraq yeganə unikal tolerantlıq dini məbədlər kompleksi olan “Anı” ziyarətgahını xristian dini mərkəzi kimi tanıtdırmışlar. Gürcülər bu unikal dini kompleksin onlara aid olmasını sübut etməyə çalışırlar və bu kompleksiAnisiolaraq adlandırırlar. Haylar isə bu məbədi “Anı” yox, “Aniolaraq adlandırır. Qarslılar bu məbədi “Anı” adlandırsalar da, mediyada gedən bir çox yazılarda, turistik broşuralardaAniolaraq qeyd olunur. Tarixi baxımdan bu kompleksdə ən qədim dini ritualların Zərdüşt dini, atəşpərəstlik olduğunu xüsusi olaraq vurğulamaqla bu ziyarətgahın Azərbaycan-Türk xalqlarının soy kökündə duran Oğuz türklərinə aid olmasını tam ciddiyyətlə təsdiq etmək istərdik. Tarixin sonrakı inkişaf mərhələlərində xristianislam dinləri yaranıb Qafqaza, Doğu Anadolu bölgələrinə yayıldıqdan sonra “Anı” ziyarətgahı olan bölgədə Kuman(Koman) Kipçak xristian türkləri üçün Roma kilsəsinin maddi yardımı ilə həm “Anı” kompleksində, həm Gürcüstanda, həm də indiki Ermənistan ərazilərində kilsələr tikilmişdir. Orta əsrlərdə isə Səlcuqlar bu ərazini hündür qala divarları ilə bağlayaraq ərazicə cox böyük olan bu dini kompleksi tolerantlıq dini mərkəzinə çevirmişlər.

Dədə Qorqud yurdunda tikilmiş “Anı” dini ocağın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər dəfə beynəlxalq dini tədbirlərdə Azərbaycanın tolerant ölkə olmasını vurğulaması, hər zaman olduğu kimi, müasir dövrümüzdə də dini icmaların bir arada sülh və əmin-amanlıq şəklində yola getməsi faktlarını göstərməsinin tarixi əsası olduğunu sübut edir. “Anı” dini mərkəzdə ən qədimi Zərdüşt, daha sonra paqan (bütpərəstlik), xristianislam dini məbədləri tikilmişdir. Bütpərəstlik (paqanizm) fərqli mədəniyyətlərdə fərqli adlar və fərqli rituallarla görünsə də, mahiyyətcə tək və universaldır. Qısaca,bütün kainatın buya digər şəkildə bir-birinə bağlı olduğu, döngədəki və kiçik döngələrdən (mikrokosmosdan) ibarətdir ki, insan bu sistemə hər şeydən eyni və fərqli olan bir şey kimi çevrilir.

“Anı” kompleksinin tədqiqatında Türk, avropalı, rus və qarslı alim və tədqiqatçılar arasında xüsusi rolu olan Vedat Akçayöz bəy əfəndinin zəhmətini xüsusi olaraq qeyd etmək istərdik. Bu insan uzun illər “Anı” kompleksini qarış-qarış gəzmiş, keçilməsi çox cətin olan dar mağaraları, keçidləri tədqiq etmiş, foto şəkillər çəkərək yeni kəşflərə imza atmışdır. “Anı” dini məbədlər kompleksinin foto şəkillərini o, Amerikada, Kanada da, Avropa ölkələrində, Gürcüstanda və Ermənistanda dəfələrlə fotosərgilər təşkil edərək “Anı” haqqında əyani olaraq bilgilər vermişdir. “Anı”nın təbliğində xüsusi rolu olan bu araşdırmaçı eyni zamanda bir neçə kəşflər də etmişdir. Bu kəşflər arasında onun “Anı” olan mağara rəsmlərini, kilsələrdə olan freskaların şəkillərini ilk dəfə professional səviyyədə çəkərək ortaya çıxarılmasında rolu böyükdür. Onu da xüsusi olaraq qeyd edək ki, “Anı” da freskaların olması erməni iddialarına böyük zərbə oldu. Erməni Qriqorian kilsələrində bildiyiniz kimi, ümumiyyətlə və müqəddəslərin şəkillərinin çəkilməsi qadağandır. Amma provoslav kilsələrdə müqəddəslərin şəkilləri, freskalar kilsələrin tavanında və ya hündür yerlərdə çəkilir. Bu faktın özü sübut edir ki, “Anı” ibadət kompleksinin erməni dini-ideologiyası ilə heç bir əlaqəsi yoxdur! Amma erməni saytları hər dəfə olduğu kimi, həyasızcasına “Anı” haqqında uydurma tarix və onların məbədi olması təbliğatından əl çəkməyərək türkcə aşağıdaki yazıları yazmaqda davam edirlər. Təkcə bu https://www.ermenihaber.am/tr/news/2016/06/23/Ermeni-Ani-UNESCO/85427 saytda tarixi təhriflər istənilən qədər vardır. Bunun qarşılığında Azərbaycan saytlarında bir dənə də olsun ANİ-da Zərdüştlük dini ilə bağlı yazı yoxdur. Erməni saytında olan təhriflərə və “Anı”nın “erməni” məbədi olması və onun tarixinin b.e.ə. IV minilliyə dayandığı yazılarına diqqət edək: sayt türkçə olub başlığı da belədir. Ermeni kenti Ani UNESCO adayı. Saytda olan yazılara diqqət edək: “10-20 iyul tarixləri arasında İstanbulda YUNESKO-nun Dünya İrs Komitəsinin iclası keçiriləcəkdir. 40-cı iclasını keçirəcək komitə müxtəlif ölkələrdən dünya mədəni irs siyahısına daxil olmaq üçün tətbiq olunan işləri qiymətləndirəcəkdir.

1. Bu il Ermənistanın sərhəddində yerləşən Ani qədim şəhəri, eyni zamanda, bəşəriyyətin ortaq mirası kimi qəbul edilən mədəni və təbii əraziləri qorumaqdünyaya tanıtmaq məqsədi daşıyan YUNESKO-nun Dünya İrs Siyahısına namizəddir. (kursivlər və başlıqların sıralanması bizimdir-R.İ.)

2. Ani’nin tarixi, Xolkolit dövrü Məsihdən 4 min il əvvələ gedib çıxır. Bununla birlikdə, Tunc və Dəmir dövrünə də yerləşən Ani, eramızdan əvvəl 977-989-cu illərdə, erməni mənşəli Pakraduniya Baqratuni sülaləsinin paytaxtı olduğu dövrdə yaşayırdı. Hazırda Ani-də görünən strukturların demək olar ki, hamısı Pakraduni sülaləsi dövründə tikilmişdir.

3. Ani, eyni zamanda, memarlıq sahəsindəki erməni səlahiyyətlərinin ən əyani sübutlarından biridir. Şəhərin ən böyük və ən möhtəşəm quruluşu olan Ani Katedralı ilə yanaşı, Surb Arakelots kilsəsi, Gagik kilsəsi, Müqəddəs Krikor kilsəsi və Kusanants kilsəsi kimi bənzərsiz quruluşlar günümüzə qədər davam edən erməni memarlığının görkəmli nümunələridir.

4. Ancaq erməni Baqraduni dövründə şəxsiyyətini qazanan Ani girişindəki giriş məktubunda erməni sözü keçmir. Şəhərin xalkolit dövründən başlayaraq Səlcuqlu, Ərəb, Bizans dövrləri izah edilir, lakin nədənsə erməni hakimiyyəti dövrü adlanır. Pakraduni sülaləsindən yalnız birya iki dəfə danışılır, ancaq Pakraduni’nin bir erməni sülaləsi olduğunu bilməyən insanların əksəriyyəti üçün bu söz təbii olaraq çox məna kəsb etməyəcəkdir”.

Erməni saytında yazılanlara bir-bir diqqət edək və əsl tarixin özlərinin xeyrinə nə qədər təhriflərlə yazıldığına baxaq.

1. Başlıqdan aydın olur ki, haylar “Anı”nın YUNESKO-nun Dünya İrs Siyahısına salmaq üçün namizədliyini irəli sürmüşlər.

2. “Anı”nın tarixi b.e.ə. 4 min il əvvələ gedib çıxır”-bu fikiri yazan görəsən fikirləşirmi ki, o dövrdə erməni adında etnik tayfaya xalq harda olub? Bu elm yox, gopalogiyadır. Ardınca olan yazıda sayt yazır ki, “bununla birlikdə, Tunc və Dəmir dövrünə də yerləşən Ani, eramızdan əvvəl 977-989-cu illərdə, erməni mənşəli Pakraduniya Baqratuni sülaləsinin paytaxtı olduğu dövrdə yaşayırdı”. Görünür hayların yadına salmaq lazımdır ki, erməni adını onlara ruslar vermişdir! Hay adında isə yuxarıda göstərilən tarixlərdə bir millət haqqında elmdə məlumat yoxdur. Pakraduniya Baqratunilər isə erməni yox əsilləri yəhudi olub. Sonrakı tarixdə haylar onları erməni, gürcülər isə gürcü kimi tanıtmışlar.

3. Bu abzasda “Anı” da olan memarlığa sahib çıxan haylar bilməlidirlər ki, onların göstərdiyi tarixdə hayya erməni adlı tayfa olmayıbsa “Anı” daki memarlıq kompleksləri necə erməni memarlığı ola bilər??? Bu ərazilərdə, yəni QafqazdaDogu Anadolu bölgələrində olan memarlıq abidələri Manna, MidiyaQafqaz Albaniyasının memarlıq abidələridir! Onu xüsusi olaraq qeyd edək ki, “Anı” da olan memarlıq Qars, Diqor və digər bölgələrdə olan memarlıqlarla ortaq özəlliklərə malikdir. Bunun bariz nümunələrini Qarsda olan Harakani camisinin, Diqordakı kilsə adlandırılan Alban dini məbədləri memarlığı nümunələrinin müqayisəli şəkildə araşdırılmasında görə bilərik. “Anı” Katedralında olan kilsələrin həqiqi adları hayların yazdığı Surb Arakelots kilsəsi, Gagik kilsəsi, Müqəddəs Krikor kilsəsi və Kusanants kilsəsi adlar deyil! Əfsusluqla deməliyik ki, bəzi tarixçilər özlərinə əziyyət verməyib ciddi tarixi araştırmalar aparmaq əvəzinə son XIX-XX əsrlərdə ermənilərin yazdığı kilsə adlarını olduğu kimi təkrar olaraq yazmışlar və bu adlar kitablara turist broşurlarına erməni kilsə adı kimi düşmüşdür. Əslində isə bu kilisələr xristian dinini qəbul etmiş kıpçak türklərinə aid məbədlərdir. Bunun real nümunələrinə Gürcüstanın Msxeta şəhərində ərəblər tərəfindən 11 yüzildə tikilmiş kilsənin və digər bölgələrdə olan kilsələrin memarlıq üslubunda görə bilərik. “Anı” qala divarları içində 39 adda fərqli memarlıq abidələri vardır. Bunlar haqqında veriləcək bilgilərdə memarlıq abidələrinin müqayisəli təhlilini sadə oxucular da apara biləcək.

Hayların zaman-zaman Azərbaycan-Türk torpaqlarına, mədəni irsinə, musiqifolklor örnəklərinə, xalçalarına, musiqi alətlərinə, mahnı və rəqslərinə iddialı şəkildə sahib çıxmaq istəyi və onların erməni mədəni irsinə aid olmasını yalan, uydurma faktlarla sübut edib YUNESKO kimi mötəbər beynəlxalq təşkilata müraciətlər edərək bu zəngin qeyri maddi-mənəvi varlığın onların mədəni irsi kimi təsdiq olunmasına nail olmaları artıq planlı olaraq ənənə şəklini almışdır. İndidünyada analoqu olmayan zərdüştlük, bütpərəstlik, xristianlıq və islam dini ideoloji mərkəzi və antik memarlıq kompleksi olan “Anı” əsl tolerantlıq meyarlarını min illər ərzində özündə yaşadaraq insanlığa xidmət etmiş və Azərbaycan, Türkiyə ortaq dünyasına məxsus bəşəri mahiyyətli mədəni irsin növbəti dəfə ermənilər tərəfindən mənimsənilməsinə yol vermək olmaz!

Türkiyədə Qars KültürSanat Dərnəyi Başkanı Vedat Akçayöz “Anı” ilə bağlı son kəsflərini kitab şəklində dünyaya tanıtmaq məqsədi daşıyan YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-ya təqdim etmişdir. Bizbu yolda lazım olan işləri, tədbirləri görməklə bu işə hər cürə dəstəyimizi vermişik. Anıantik dini tolerantlıq kompleksinin ən azı 5000 il tarixi vardır. Belə bir unikal tarixi memarlıq kompleksinin Türk dünyasına, xüsusilə Azərbaycana düşmən olan ölkə tərəfindən növbəti dəfə mənimsəməsinə yol vermək olmaz. Ona görə Azərbaycan Türkiyə rəhbərliyinə, prezidentlərimiz cənab Rəcəb Tayyib Ərdoğana cənab İlham Əliyevə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirikAnı”antik memarlıq dini-ideoloji mərkəzin Azərbaycan Türkiyə xalqlarının mədəni irsi kimi Dünya İrs Siyahısına salınmasına yardımçı olsunlar. Əks halda ermənilər öz məqsədlərinə nail olsalar onlarAnı”nın bu il Ermənistanın sərhədində yerləşən Ani qədim şəhəri (haylar bu şəhəri qədim Ermənistanın paytaxtı kimi qələmə verirlər-İ.R.), eyni zamanda, bəşəriyyətin ortaq mirası kimi qəbul edilən mədəni təbii əraziləri qorumaq müddəalarından istifadə edərək Naxçıvana qarşı qaldırdıqları iddialarını Qarsa qarşı da rəsmi şəkildə qaldıra bilərlər.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Rafiq İMRANİ,

professor.

Kars şəhəri.

 

Respublika.- 2020.- 25 aprel.- S.6.