NƏRİMAN
NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
(“Nəriman
Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14
fevral 2020-ci il tarixli Sərəncamından)
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7,
8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,
7, 8, 9,
10, 11, 12, 15, 17 və 19 aprel tarixli saylarımızda)
NƏriman
NƏrİmanovun
HƏştƏrxanda
komissarlığın sƏhiyyƏ şöbƏsinƏ,
sonra
isƏ Quberniya maarif şöbƏsinƏ rƏhbƏrlik
etmƏsi.
Moskvaya çağırılması.
V.İ.Leninlə görüşü.
RSFSR Xalq
Xarici İşlər
Komissarlığında işləməsi.
...1918-ci il oktyabr ayının 1-dən Həştərxan
xalq komissariatı tərkibinə daxil olan N.Nərimanov xalq
komissan kimi Həştərxan quberniya maarif şöbəsinin
müdiri vəzifəsində işləyirdi. O, Sovet Həştərxanında
zəhmətkeş kütlələrin maariflənməsinə
və mədəni inkişafına xüsusi qayğı ilə
yanaşır, mədəniyyət ocaqları və yeni tipli məktəblər
açdırırdı. Yerli əhali
arasında müəllim kadrları hazırlamaq
üçün qısa müddətli pedaqoji kurslanın təşkilinə
rəhbərlik edir, yeni tipli məktəbə olan köhnə
münasibəti aradan qaldırmaq üçün geniş
kütləvi izahat işi aparmalı olurdu.
1918-ci il
dekabr ayının 20-də Həştərxanda tatar məktəbi
müəllimlərinin və mollaların
yığıncağında, 1918-ci il dekabr ayının 28-də
isə müsəlman kommunistləri və məsul
işçilərinin yığıncağında N.Nərimanovun
oxuduğu mühazirələr “ən qiymətli xidmət”
göstərdi, “arzuolunmaz hadisə” aradan qalxdı və “məktəb
həyatı öz adi yoluna düşdü”.
N.Nərimanov öz mühazirələrində, istərsə
də “Din və kommunizm” əsərində din əleyhinə
təbliğatı yerli şəraitə uyğun,
yaradıcı surətdə həyata keçirməyi tələb
edirdi. O
yazırdı: “İnsanın etiqadı onun inkişafından,
onun hazırlığından asılıdır. Hər kəs
kütlələrə allah yoxdur - fikrini
zorla aşılamaq istəyirsə, öz məqsədinə
nəinki çatmır, həm də bizim işimizi çətinləşdirir.
Adamları güclə dinə inanmağa və
yaxud inanmamağa məcbur etmək olmaz ki, “Sənin Allahın
yoxdur, sən də dinə inanma”. Bunu bəzi
kommunist yoldaşlanmız kimi əmr yolu ilə etmək olmaz.
Bu insanın inkişafından, onun təbiəti
dərk etməsi dərəcəsindən asılıdır.
Bu məsələyə ehtiyatla yanaşmaq
lazımdır”.
N.Nərimanov Həştərxanın ictimai-siyasi və
mədəni həyatında görkəmli partiya xadimi kimi
böyük fəaliyyət göstərirdi. Lakin bununla belə, boğma
Azərbaycanı bir an belə unutmur, onun gələcək
taleyini düşünürdü. N.Nərimanovun
rəhbərlik etdiyi Azərbaycan kommunistlərinin bürosu
Bakıda müsavat hökmranlığına qarşı
gizli mübarizə aparan inqilabçılara müntəzəm
yardım göstərirdi. Azərbaycan
kommunist təşkilatlarına inqilabi ədəbiyyatın,
pul və hərbi sursatın göndərilməsini təşkil
etmək üçün Həştərxan Quberniya
İcraiyyə Komitəsi yanında Zaqafqaziya müsəlmanları
işləri üzrə komissarlıq
yaradılmışdı. (Həmin komissarlıq 1919-cu il yanvar aymm 4-də Həştərxan müsəlman
kommunist (bolşevik) təşkilatları komitəsinin
fövqəladə iclasında Mərkəzi Büronun
nümayəndəsi M.İsrafilbəyovun təklifi ilə
yaradılmış və N.Nərimanov sədr
seçilmişdir. Sonralar
komissarlığın sədri D.Bünyadzadə olmuşdur).
1919-cu il fevral ayının 16-dan işləməyə
başlayan komissarlıq qarşısında ciddi, təxirəsalınmaz
vəzifələr dururdu. Bunu dərk edən Azərbaycan
kommunistləri siyasi-ictimai fəaliyyət üçün əməli
iş planı və proqram hazırlamışdır. Onlar Qafqaz qaçqınlarının maddi və mənəvi
ehtiyaclarını ödəməkdən ötrü hər
cür şərait yaradırdılar. Gecə
kursları, məktəb, uşaq bağçası, yetimxana
və s. mədəni-maarif ocaqları açırdılar.
N.Nərimanovun və D.Bünyadzadənin
başçılıq etdiyi Zaqafqaziya müsəlmanları
işləri üzrə komissarlıq “Hümmət” qəzetinin
nəşrini qərara alır. D.Bünyadzadə 1919-cu ilin fevral
ayının 24-də Moskvaya göndərdiyi rəsmi məlumatında
yazırdı: qəzet, kitabça, inqilabi vərəqələr
və s. ədəbiyyatın Həştərxanda nəşr
edilməsi məsləhətdir. Çünki
burada N.Nərimanov, M.Əfəndiyev və b. kimi təcrübəli
mütərcimlər və jurnalistlər vardır. Onlar
naviqasiya açılana qədər Azərbaycan dilində
15-20 adda kitabça tərcümə edəcəklər... Kommunist (bolşeviklər) partiyasının məramnaməsi
tərcümə olunmuşdur.
...Qafqaz
xalqlarının ehtiyaclarını ödəmək
üçün bizi mətbəə materialları ilə
(kağız, rəng, şrift və s.) təmin etməlisiniz.
Sonda əlavə
edirdi: “Burada, mümkün olsa gündəlik qəzet nəşr
etmək üçün bütün tədbirləri
görürük... Qafqaz işlərinə
baxan bütün idarələrlə sıx əlaqə
saxlayırıq, çünki hamımızın məqsədi
birdir - Qafqaz proletariatını azad etmək...”İnqilabçı
şair M.S.Ordubadi təcrübəli jurnalist kimi qəzetin nəşrinə
rəhbərlik etmək üçün Həştərxana
dəvət olunur. “Hümmət”in ilk
nömrəsi 1919-cu ilin aprelində çapdan
çıxır.
1919-cu il mart ayının 28-29-da məsul partiya və
sovet işçilərinin, bolşeviklərin - hümmətçilərin
Həştərxanda keçirilən iclasında müsəlman
kommunist (bolşevik) təşkilatı “Hümmət”in
bürosu seçildi. N.Nərimanov,
D.Bünyadzadə, Q.Musabəyov, S.Əfəndiyev və
Əli Terequlov yekdilliklə büronun tərkibinə daxil
edildilər. Bu iclasda D.Bünyadzadə
“Qafqaz hadisələri və bizim mərkəzi hökumətə
münasibətimiz” haqqında məruzə etdi. Sonra
Qafqaz müsəlman kommunist (bolşevik) təşkilatı
“Hümmət”in sədri N.Nərimanov iclasa toplaşanları
Qafqazda görüləcək işlərin nəzərdə
tutulan planı ilə hərtərəfli tanış
etdi. Onların nəzərini belə bir əsas
cəhətə yönəltdi ki, son məqsəd təkcə
Bakı şəhərinin və onun ətraf
rayonlarını mübarizə ilə geri almaqdan ibarət
deyil, həm də bütün Şərq proletarlarını
azad etməkdir. N.Nərimanovun “Qafqazda gələcək
fəaliyyətimizin planları” məruzəsi əsasında
iclasın qəbul etdiyi qətnamədə fəhlə və
kəndlilərin hakimiyyəti ələ alması və Sovet
hökuməti dekretlərinin müvəffəqiyyətlə
yerinə yetirilməsi də nəzərdə tutulurdu.
N.Nərimanov “Qafqazın alınması barədə
fikrimiz” adlı məruzəsində bütün Qafqaz ölkələrinin,
o cümlədən Azərbaycanın tez bir zamanda müstəqil
Sovet Respublikası elan ediləcəyindən
danışırdı. N.Nərimanov, S.M.Kirov və Q.G.Orconikidze
yaxşı bilirdilər ki, Qafqazda fəhlə və kəndlilərin
inqilabi coşqunluğu oyanmış vulkana bənzəyir.
Hamı intiqam saatını səbirsizliklə
gözləyir. Odur ki, öz azadlıq və
səadəti uğrunda mübarizə əzmində olan xalqa
kömək etmək üçün xüsusi dəniz
ekspedisiyası dəstəsi yaradılmışdı. Bu dəstə Azərbaycanın kommunist təşkilatlarına
inqilabi ədəbiyyat, silah, hərbi sursat daşıyır,
onların N.Nərimanovla sıx əlaqə saxlamasına imkan
yaradırdı.
1919-cu ilin iyun ayında Həştərxanda, Zaqafqaziya
Müsəlman Komissarlığının “Köç” mətbəəsində
N.Nərimanovun “Biz qafqaza nə şüarla gedirik”
kitabçası nəşr olunur. O vaxt Azərbaycanda gizli yolla
yayılan bu əsərdə müsəlman kommunistlərinin
həyata keçirəcəyi vəzifələrin mahiyyəti
izah edilirdi. “Biz qafqaza nə şüarla gedirik”
kitabçasını 1919-cu ilin iyul ayında RK(b)P
MK-nın Zaqafqaziyaya gizli partiya işinə göndərdiyi
bir qrup kommunist—D.Bünyadzadə, H.Sultanov, E.Kvantaliani,
V.Naneyşvili, M.Əlixanov və N.Tağıyev gətirib
yaymışlar. N.Nərimanovun Azərbaycan fəhlə
və kəndliləri arasında geniş yayılan müraciətnaməsi
xarici müdaxiləçilərə və burjua-mülkədar
hökmranlığına qarşı mübarizəyə
çağırış idi. Bu tarixi sənədin
kütlələri səfərbərliyə almaqda çox
böyük əhəmiyyəti oldu. N.Nərimanov Azərbaycan
kommunistləri adından hamıya müraciətlə deyirdi:
Bizə insanlann səadəti, millətlərin birliyi, bir-birinə
həqiqi məhəbbəti, qardaşlığı
lazımdır. Bu məhəbbəti,
insanlığı, qardaşlığı yalnız
kommunizmin doğurduğu qanunlar verə bilər. Bu qanunlan həyata keçirməyi və
müdafıə etməyi isə ancaq şura hökuməti
bacara bilər.
N.Nərimanov öz kitabçasında fəhlə və kəndliləri Lenin bayrağı ətrafında toplaşmağa, hakimiyyəti ələ keçirməyə çağırırdı. O yazırdı ki, həyatın nemətlərindən istifadə etməyə və cəmiyyətin qanunlarını yaratmağa ancaq zəhmətkeş insanın haqqı vardır. Mülkədarın, fabrik sahibinin və möhtəkirin isə heç bir ixtiyarı yoxdur. “Budur bizim tələbimiz, budur gələcək kommunizmin əsası, budur milləti, dövləti və bütün insaniyyəti səadətə çağıran. Bunları bir-biri ilə yaxınlaşdıran, qardaş, yoldaş edən budur. İnsandan tələb olunan həqiqi tərəqqinin yolu budur. Budur həqiqi məhəbbətin qapısı!
Kapitalizm dövranı buna ziddir. Ona binaən kapitalizmi yıxmağa çalışırıq. Nə yerdə olmuş ola biz kapitalizmə hərb elan edib deyirik: Bu anadək fəqirlərin zəhməti ilə dövran sürüb eyş-işrətlə yaşadığınız kifayətdir...
Biz bu şüarla Qafqazdan çıxdıq, bu şüarla da yenə Qafqaza gedəcəyik”.
N.Nərimanov “Dağıstan imamı Hotsalı Şeyx Hacı Nəcməddin əfəndiyə” və “Azərbaycan cümhuriyyəti rəisi Nəsib bəy Yusifbəyova” məktublarında və digər siyasi-publisist əsərlərində də müsavat, menşevik və daşnak partiyalarının xəyanətkar fəaliyyətini, törətdiyi cinayətləri ifşa edirdi. İnqilabi mübarizənin gücləndiyi bir vaxtda millətçilik və dinçilik şüarlarına bel bağlayan mürtəce qüvvələrin xalq məhkəməsi qarşısında haqq-hesab verəcəyi saatın yaxınlaşdığını söyləyirdi.
N.Nərimanovun siyasi publisistikası inqilabi ideyalann yayılmasına ciddi təsir göstərirdi.
Azərbaycanın fəhlə və kəndliləri N.Nərimanova böyük ümid bəsləyir, onun həsrətini çəkirdilər. Bu ümumxalq etimadı və məhəbbətini H.Sultanovun N.Nərimanova göndərdiyi bir məktub aydın ifadə edir: “Əgər mümkündürsə, Sizin özünüzün Azərbaycana gəlməyiniz arzu olunur, kəndlilər son dərəcə sizin tərəfinizdədir. Ümumiyyətlə, həm fəhlələr, həm də kəndlilər deyirlər: Nərimanov hümmətçilərlə haraya, biz də oraya”.
Əlbəttə, bu tədbirlər müsavat hökumətini siyasi böhrandan xilas edə bilməzdi. Azərbaycan “qaynar inqilabi coşqunluq qazanına bənzəyir”di. 1919-cu ilin yazında, demək olar ki, hər yerdə bolşevik əhval-ruhiyyəsi, inqilabi gərginlik artmışdı, fəhlə və kəndlilər xəlvətcə silahlanırdılar. Çünki Azərbaycanın fəhlə və kəndliləri xan-bəy və yerli burjuaziya hakimlərindən narazı idilər. Onlar N.Nərimanovun çağırışına səs verməyə, Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olması uğrunda ölüm-dirim mübarizəsinə hazır idilər. Bu vaxt N.Nərimanov Həştərxanda yaşasa da, Zaqafqaziyada baş verən ictimai-siyasi hadisələri diqqətlə izləyir, təcili tədbirlər axtarır, hərəkət planı hazırlayırdı. O, eyni zamanda Həştərxan quberniyasının ictimai-siyasi həyatında da fəal çalışırdı.
Nəriman Nərimanov 1919-cu ilin iyulunda Moskvada RK(b)P MK-da Azərbaycanın siyasi vəziyyəti və Sovet hakimiyyətinin qələbəsinin təşkili haqqında məruzə etmişdir. V.İ.Lenin Azərbaycanın vəziyyəti ilə ciddi maraqlanırdı.
N.Nərimanov öz məruzəsində Azərbaycan kommunistlərinin növbəti vəzifələrindən danışır, Azərbaycanda müstəqil Sovet Sosialist Respublikası yaradılması ideyasını irəli sürür. RK(b)P MK N.Nərimanovun məruzəsini bəyənir. 1919-cu ilin iyul ayınm 19-da RK(b)P MK Siyasi Bürosunun və Təşkilat Bürosunun birləşmiş iclası gələcəkdə Azərbaycanda müstəqil Sovet Respublikası yaradılmasını qərara alır”.
N.Nərimanov 1919-cu ilin avqust ayında RSFSR Xalq Xarici işlər naziri G.V.Çiçerinlə görüşür. İlk görüşdən sonra G.V.Çiçerinin yazdığı zəmanətdə deyilir: “Mən Nərimanov yoldaşla tanışlıq zamanı o saat əmin oldum ki, o, Rusiya və Yaxın Şərq müsəlmanları arasında partiya təbliğatı və təşviqatının ən qüdrətli rəhbəridir”.
Əlbəttə, heç də təsadüfi deyildir ki, N.Nərimanov Moskvada olduğu ilk günlərdən Şərq xalqlan problemləri ilə məşğul olan mərkəzi idarələr tez-tez görüş təşkil edir, onun rəy və fikrini böyük maraqla bilmək istəyirdilər. (Bu vaxt bədəncə zəif, yorğun olan N.Nərimanovu üzücü Həştərxan yolu daha da əldən salmış, xəstəliyi şiddətlənmişdir. O, divanda uzanmış vəziyyətdə söhbət aparmağa məcbur idi. Lakin buna baxmayaraq, bütün rəsmi görüşlərə gedir, öz məsləhətləri və mülahizələri ilə həmkarlarına kömək edirdi).
V.İ.Lenin N.Nərimanovun şəxsində Şərq aləminə yaxşı bələd olan istedadlı partiya və dövlət xadimini görürdü. Ona görə də dahi rəhbər ona Moskvada qalmağı və RSFSR Xalq Milli İşlər Komissarlığında çalışmağı təklif edir. N.Nərimanov burada Xalq Xarici İşlər Komissarlığı yanında Yaxın Şərq müsəlmanları şöbəsinin müdiri, bir neçə aydan sonra isə RSFSR Xalq Xarici İşlər Komissarının müavini vəzifəsində işləyir.
N.Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığı yanında Yaxın Şərq müsəlmanları şöbəsinin müdiri təsdiq olunduğu gündən bir ay keçməmiş, onu Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi Bürosu tərkibinə məşvərətçi səslə kooptasiya etmişlər (Yəni seçkisiz üzv daxil etmişlər - T.Ə.) Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi Bürosunun 1919-cu il 25 avqust tarixli iclasının protokolunda bunun səbəbi belə izah olunmuşdur: “Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi Bürosu (ŞXKTMB) Xalq Xarici İşlər Komissarlığı yanında xüsusi Yaxın Şərq müsəlmanları şöbəsi yaradıldığını və müsəlman xalqlarına aid məsələlərin hamısından onun fəaliyyətinin ŞXKTMB taktikası ilə əlaqələndirilməli olduğunu nəzərə alaraq sıx təmas yaratmaq və fəaliyyəti əlaqələndirmək məqsədilə belə bir qərar qəbul etmişdir: şöbənin müdiri Nərimanov yoldaş bir kommunist kimi, “Hümmət” partiyasının üzvü kimi məşvərətçi səslə ŞXKTMB tərkibinə daxil edilsin”.
Gənc Sovet Rusiyasında vətəndaş müharibəsinin alovları hələ sönməmişdi. RSFSR Xalq Milli İşlər komissarı İ.V.Stalin ağqvardiyaçıların və xarici imperialistlərin əksinqilabi qiyamlarının yatırılmasında iştirak etdiyindən, çox vaxt Moskvada olmurdu. Ona görə də N.Nərimanov diplomatik əlaqə yaratmaq istəyən xarici ölkə nümayəndələrini Sovet hökuməti adından qəbul edir, söhbətlər aparırdı.
Sovet hökuməti ilə diplomatik əlaqələr yaradan ilk xarici dövlətin-Əfqanıstanın elçisi Məhəmməd Vəli xanı Moskvada N.Nərimanov qarşılamış, “Sovet Diplomatiyası tarixində ilk dəfə ona Azərbaycan dilində müraciət edərək salamlamışdı. N.Nərimanov bildirmişdi ki, “azərbaycanca nitq deməsi Sovet Rusiyasında bütün millətlərin bərabər və azad olmasına bir sübutdur”.
İ.V.Stalin Hindistan elçisi professor Prasadla
danışıqlar aparmağı da N.Nərimanova
tapşırmışdı. Gənc Sovet
Rusiyası ilə Yaxın Şərq ölkələri
arasında diplomatik əlaqənin yaradılması, Rusiya
inqilabının məqsəd və əhəmiyyətinin
Şərq xalqlarına çatdırılması
böyük inqilabi sayıqlıq, diplomatik hünər və
ehtiyatlılıq tələb edirdi. N.Nərimanov
bu vəzifələri görkəmli dövlət xadiminə
xas olan bacarıqla yerinə yetirirdi. Onun
İran, Türkiyə, Əfqanıstan, Hindistan, Misir və
Şərq ölkələri xalqlarına müraciətləri
və bu sahədə gördüyü işlər də bunu
sübut edir. N.Nərimanov Şərq məsələlərinin
həllində V.İ.Leninin müdrik məsləhətlərinə,
göstərişlərinə əsaslanırdı. O,
dahi rəhbərin simasında Şərqin məzlum zəhmətkeş
kütlələrinin xilaskarını görürdü. N.Nərimanov.yazırdı:
“Vladimir İliç həmişə etiraf edirdi ki, müsəlman
Şərqinin həyatı ilə az tanışdır. Lakin bu və ya başqa xalqın məişəti və
xarakterinə xas olan bir neçə cəhəti qeyd etdikdə
o, dərhal qaşlarını çatıb son məqsədimizə
nail olmaq üçün müsahibini öz fikirlərini
düzgün istiqamətləndirməyə öyrədən
fikirlər irəli sürürdü. Onun
geridə qalmış müəyyən bir xalqın məişətinə
analitik və sintetik yanaşmaq bacarığı müsahibini
elə cəlb edirdi ki, müsahibi həmişə dahi
psixoloqdan ayrılarkən Şərqin məzlum
xalqlarını azad etmək məsələsində
qarşıda nə qədər çətinliklər
durduğunu və bu çətinliklərin həllinə
düzgün yanaşmaq üçün dahi psixoloqdan nə qədər
çox şey öyrənməyin zəruri olduğunu tamamilə
dərk edirdi”.
Şərq xalqlarının azadlıq uğrunda
mübarizəsinin ən görkəmli bahadırlarından
olan N.Nərimanovun sözlərini V.İ.Lenin həmişə
xüsusi qayğı və həssaslıqla eşidərdi. Çünki
o, N.Nərimanovun ehtiyatlı məsləhətlərində və
xəbərdarlıqlarında Şərq xalqlarının
böyük dərdçəkəninin, beynəlmiləlçi
ictimai xadimin humanizmini görür, onun sözlərinə
etimadla yanaşırdı.
1919-cu
ilin noyabr-dekabr aylarında Moskvada Şərq xalqlarının
kommunist təşkilatlarının II Ümumrusiya
qurultayında N.Nərimanov Azərbaycan kommunistlərinin
növbəti vəzifələrindən danışaraq əmin
olduğunu bildirirdi ki, Azərbaycan xalqının inqilabi hərəkatı
beynəlxalq imperializmə qarşı Sovet Rusiyasının
apardığı inqilabi mübarizə ilə sıx
bağlıdır. Bu, Şərqin astanası
olan Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini təmin
edəcəkdir.
N.Nərimanov öz odlu qəlbini məşələ
çevirmək, məzlum Şərq xalqlarını əsarətdən
xilas etmək arzusu ilə yaşayırdı. Heç təsadüfi
deyildir ki, ölümündən bir qədər əvvəl
o, Şərqə müraciətlə yazırdı: “Ey Şərq,
ey bəşəriyyət” əzəli, sənin yolunda yansam, əzablara
düşsəm də, idealımdan dönən deyiləm,
hamı şahiddir ki, sənin yolunda “Ömrümü sərf
etdim”. Hərgah can verən bir loğman tapılsaydı, həyatımı
yenə də sənə verərdim.
Bu sözlərdə böyük bir həqiqət
vardı. N.Nərimanovu Şərqdə V.İ.Leninin səlahiyyətli
elçisi kimi tanıyırdılar.
El aşıqları öz mahnılarında “Qoca Şərqin
Nərimanı gəlirmi?”-deyə xalqın N.Nərimanovu
intizarla gözlədiklərini bildirirdilər. Onlar
V.İ.Lenindən xoş xəbər gözləyir, arzu
edirdilər ki, dahi rəhbər xalqın dərdinin
loğmanı Nərimanı Azərbaycana göndərsin.
1920-ci il aprel ayının 8-də Rusiya Kommunist
Partiyası Mərkəzi Komitəsinin qərarına əsasən
ümumqafqaz rəhbər partiya orqanı - Qafqaz Bürosu
yaradıldı. V.İ.Leninin təklifi ilə N.Nərimanov RK(b)P MK-nın Qafqaz Bürosu heyətinə
daxil edildi. Qafqaz Bürosu Şimali Qafqazda və
Zaqafqaziyada Sovet hakimiyyəti qurulmasında çox
böyük rol oynadı. Azərbaycan kommunist təşkilatlarının
birinci qurultayından (11 fevral 1920-ci il)
sonra sıx birləşən kommunist təşkilatları fəhlə
və kəndliləri silahlı üsyana hazırlamağa
başladı.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi 1920-ci il aprel ayının 27-də silahlı
üsyana rəhbərlik etmək üçün Müvəqqəti
Hərbi İnqilab Komitəsi yaratdı. N.Nərimanov
qiyabi olaraq Müvəqqəti Hərbi İnqilab Komitəsinin
sədri seçildi.
1920-ci il may ayının 16-da Bakıda fəhlə və
kəndlilər tərəfindən böyük təntənə
ilə qarşılanan N.Nərimanov ertəsi günü
Moskvaya göndərdiyi teleqramında sevinclə
yazırdı:
“Moskva.
Lenin yoldaşa, surəti Çiçerinə.
Ayın on altısında mən Bakıya varid oldum və
əhali tərəfindən təntənə ilə
qarşılandım. Əhval-ruhiyyə inqilabidir. Qızıl Ordu özünü olduqca yaxşı
aparır. Mənim şəxsimdə əhali
Sovet Rusiyasını səmimiyyətlə
alqışlayır və əmin olur ki, Sovet Rusiyası gənc
müstəqil Sovet Azərbaycanına möhkəmlənməkdə
kömək edəcəkdir.
Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanov”.
“Kommunist”
qəzeti 18 may 1920-ci il tarixli nömrəsində
öz oxucularına N.Nərimanovun Bakıya gəlməsini
sevinclə xəbər verir və eyni zamanda, inamla bildirirdi ki,
o, İnqilab Komitəsinin sədri vəzifəsində xalqa
çox xeyir verəcəkdir. “Kommunist” qəzeti
N.Nərimanovu Azərbaycanın bütün zəhmətkeş
kütlələri adından təbrik edir, burjua əsarətində
yaşayan Şərq xalqlarının azadlığı
uğrunda mübarizədə ona möhkəm
cansağlığı, müvəffəqiyyət
arzulayırdı.
Azərbaycanda
əksinqilabi üsul-idarə devrilsə də, hələ
qarşıda çox çətin, təxirəsalmmaz vəzifələr
dururdu: xalq təsərrüfatının bərpası, fəhlə
və kəndliləri mədəni quruculuğa cəlb etmək,
yeni dövlət aparatı yaratmaq, yeni kadrlar hazırlamaq,
istehsal vasitələrini ümumxalq mülkiyyətinə
çevirmək və s.
V.İ.Lenin
Sovet Rusiyasının ucqar ölkələrində, xüsusən
Azərbaycanda bütün Şərqə nümunə ola biləcək Şura Cümhuriyyəti
yaradılmasını arzulayırdı. O, əmin idi ki, Şərq
ölkələrinin Rusiyanı tanıması
üçün Azərbaycanda yeridilən siyasətin
böyük təsiri olacaqdır. Ona görə
də Azərbaycanda sosializm quruculuğuna böyük əhəmiyyət
verirdi. N.Nərimanov dahi rəhbərin
ideyalarını həyata keçirməklə Azərbaycanın
əbədi məsud olacağına inanırdı. O,
inanırdı ki, Şərqin çoxmilyonlu zəhmətkeş
kütlələrinin “ürəklərini və beyinlərini
inqilab atəşi ilə alovlandırmaq” üçün Azərbaycan
yüksəliş yoluna qədəm qoymalıdır. N.Nərimanov
deyirdi: “Nümunəvi Şura Cümhuriyyəti yaratmaq, beləliklə,
Şərqə pəncərə açmaq üçün
Qafqaza gəlməli idim”.
N.Nərimanov Moskvada olduğu vaxtlar V.İ.Leninlə tez-tez görüşür, onunla Azərbaycanda Sovet hakimiyyətini yaratmaq və möhkəmləndirmək məsələlərini müzakirə edirdi. O, Bakıya yola düşməzdən bir həftə əvvəl V.İ.Leninin qəbulunda olmuş, tam bir saat Azərbaycanın daxili və xarici vəziyyətinə dair ona məlumat vermişdi. Bu müsahibə zamanı N.Nərimanov dahi rəhbərə Şərqdə dekretləri həyata keçirərkən yerli şəraitə, əhalinin adət-ənənəsinə, dini hissinə çox ehtiyatkarlıqla yanaşmağın lüzumunu göstərmişdi.! Müsahibini böyük diqqət və qayğı ilə dinləyən V.İ.Lenin demişdi: “Siz müsəlman kommunistləri qarşısında çox böyük, ağır, məsuliyyətli vəzifələr durur, gedin, amma ifrat dərəcədə ehtiyatlı və sərhesab olun”. N.Nərimanov ən ağır dəqiqələrdə V.İ.Leninə müraciət edir, teleqram, məktub və xüsusi kuryer vasitəsilə öz təklif, arzu və tədbirlərini ona bildirirdi.
1920-ci ilin 26 mayında RSFSR Xalq Xarici İşlər komissarı G.V.Çiçerinin gənc Sovet Azərbaycanına göndərdiyi nota, Rusiya və Azərbaycan xalqlarının qarşılıqlı siyasi-ictimai, mədəni və iqtisadi əməkdaşlığına geniş imkan yaratdı.
Azərbaycan kəndlərində hakimiyyətin zəhmətkeş kütlələrin əlinə keçməsi üçün də ciddi hazırlıq görülür: Bakıda N.Nərimanov adına Mərkəzi Kəndli Evində bütün Azərbaycan kəndlilərinin 15 günlük məsləhət məclisinin təşkili qərara alınır. Bu, ən unudulmuş ucqar kəndlərdə belə kəndli komitələri yaratmaq və sinfı düşmənlərə qarşı mübarizəni təşkil etmək işində ilk addım idi. 1920-ci il noyabrın 27-də N.Nərimanov və H.Sultanovun imzası ilə nəşr edilən dekret kənddə hakimiyyətin yoxsul kəndlilərin əlinə keçməsinə tam səlahiyyət verirdi.
Teymur ƏHMƏDOV.
Respublika.- 2020.- 22
aprel.- S.3.