Sahibkarlığın inkişafı Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, müstəqil dövlət quruculuğuna aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, iqtisadi müstəqilliyin əsasını qoydu.

Hələ o dövrdə Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerlimay ayında xarici adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, qarşıdakı illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdu.

Məhz bu görüşlərin və görülmüş işlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamı ilə hər il aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günükimi təsis edilmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın inkişafı üçün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir.

İqtisadiyyatın daha da inkişaf etməsi üçün sahibkarlıq inkişaf etdirilməlidir, bunun üçün dövlətin hərtərəfli və güclü dəstəyi daha da artırılmalıdır. Ulu öndər demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkəmizdə iqtisadiyyatın inkişafı bilavasitə dövlətin həm siyasi gücünü, həm də ordumuzun qüdrətini daha da artıracaqdır. Bu isə sonda işgal altında olan Qarabagımızı mənfur düşmənlərdən azad etməyə imkan yaradacaqdır.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahının yüksəlməsinə hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi xüsusilə aktualdır. İctimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasız həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var.

Son illərdə ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu işdə Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın rolu danılmazdır. Belə ki, ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.

Mehriban xanımın zəngin fəaliyyəti yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

Reallıq da göstərir ki, son 17 ildə respublikada uğurla həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratiksosial-iqtisadi inkişafına yönəlmişdir. Bu dövrdə Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirələrdə ölkə Prezidentinin diqqət yetirdiyi əsas məqamlardan biri də məhz sahibkarlıqla bağlı olur. Ölkə Prezidenti bildirir ki, “ölkədə sahibkarlıgı daha da inkişaf etdirmək və iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır”.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi çərçivəsində sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm addımlardır.

Dövlət başçısı ötən il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən insanlarda olan narahatlığa son qoyuldu. Bu fərman sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiq etdi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 17 il ərzində artması nəticəsində özəl sektorda yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Son on yeddi ildə respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb. İnsanların sağlamlığının etibarlı təmin olunması məsələsinə daim diqqətlə yanaşan Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı və sosial rifahı dayanır. Dünyada koronavirus pandemiyasının tügyan etdiyi bu çətin günlərdə Cənab Prezident həmişə olduğu kimi, əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi qayğı ilə yanaşır.

Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması Azərbaycan dövləti üçün ən vacibprioritet məsələdir.

Prezidentin Sərəncamı ilə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxma hallarının qarşısının alınması və müalicənin səmərəli təşkil olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ölkə başçısının tapşırığına əsasən mövcud şərait nəzərə alınaraq aidiyyəti dövlət qurumları tərəfindən qısa müddətdə Türkiyədən müasir tibbi maska istehsalı avadanlığı və xammalın Azərbaycana gətirilməsi reallaşdırıldı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkının açılışında iştirak etdiyi, “Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsinin qurulması ilə əhalinin tibbi maska qıtlığı narahatlığına son qoyulması insanlarda böyük məmnunluq hissi yaradıb. Cənab Prezident bildirib ki, əlbəttə, bu məsələdə sahibkarların böyük rolu var, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərib.

 

Kamaləddin Mənsimov,

Nabucco Architecture and Construction” şirkətinin direktoru.

 

Respublika.- 2020.- 24 aprel.- S.6.