UNUDULMUŞ TARİXİMİZİN
YENİ SƏHİFƏSİ
(əvvəli 24 və 25 aprel tarixli saylarımızda)
Qars Türkiyənin Qafqaza və Orta Asiyaya açılan qapısıdır. Strateji baxımdan xüsusi önəm daşıyan bu şəhər həm də İpək Yolu üstündə yerləşmişdir. Qars tarixində ilk yaşayış məskəni 13000 ilə qədər uzanan bölgədəki xalkolit; Qədim Tunc dövrü, Erkən Dəmir dövrü mədəniyyətləri və Urartu, İskit, Kimmer, Roma, Arsaklı, Sasani, Əməvi, Abbasi, Bizans, Bağrat, Səlcuqlu, Saltuklu, Moğol, Gürcüstan, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, rus, Türkiyə siyasi hakimiyyətləri görülməkdədir. Bölgənin ilk adı Assuriya mənbələrində Daiaeni (e.ə. XII əsr) və Urartu qaynaqlarında Diauehi (e.ə. IX əsr) olaraq keçir. Qars bölgəsinin adı tarixi sənədlərdə e.ə. 130-127-ci illərdə Qafqazdan gəlmiş və Qars ətrafında məskunlaşan türk boyu olan Karsakdan gəldiyi bildirilir. Əhalinin etnik tərkibi əsasən yerli, kürd, tərəkəmə, qarapapaq, malakan, malakanların bir qolu olan dukabor və Azərbaycan türkləridir. Bu baxımdan Qarsda “Anı” dini-ideoloji memarlıq kompleksinin yaranması təsadüfi deyil. Yuxarıda Qarsda hakimiyyətdə olan ölkələrin adı çəkilsə də, haylar Qarsın yaranışını bağratlar dönəmi ilə götürür və 961-1045-ci illərdə Qarsın və “Anı”nın Ermənistanın paytaxtı olması iddiası ilə çıxış edirlər. Wikipediyada bağratların yəhudi soyundan olmasını qeyd etdik və ondan dönmə olaraq da sonrakı tarixdə gürcü və erməni soyunun adında Bağrat adının görünməsini göstərdik. Hayların Wikipediyada vermiş olduğu Baqrationi krallığının hakimiyyət dövrləri; Baqaran (885-890), Şirakavan (890-929), Qars (929-961), Anı (961- 1045) göstərilmişdir. Bu nə qədər gülünç olsa da, ermənilərin “Anı” ilə bağlı iddiaları b.e.ə. IV minilliklə bağlıdır. “Anı” sözünün etimologiyasına gəldikdə onun mənasını tarixçi F.Kırzıoğlu “Anı”da olan məqbərələrin yanından keçən “Arpaçay” ilə əlaqələndirərək “Anı”nın su (çay) mənasında olmasını qeyd etmişdir. Bu yöndə bizim araşdırmalarımız isə “Anı” sözünün etimologiyasının su ilə yox, şumerlərdə yaradılış Allahı olan An, Anu, Anunaki ilə bağlı olduğunu ortaya çıxarmış oldu.
Bildiyimiz kimi, Şumer
mədəniyyəti dövrü tarixdə
b.e.ə. 1700-cü illərə qədər davam
etmişdir. Şumer və
sonraki Asur, Babil dövrlərində An(Anu) göy üzünün,
cənnətin Tanrısı, tanrıların kralı olaraq adlandırılırdı və onun göy
qatlarının ən üst təbəqəsində
oturduguna inanılırdı. İnsanlar onun günah işləyənləri mühakimə
etmək gücünə sahib olduğuna inanırdılar. Mesopotamiyada
Tanrı panteonunun ən qədim
Tanrısı olaraq göy
üzünün Tanrısı Enlil və su
Tanrısı Enki ilə bərabər,
üçlükdən biri hesab edilirdi. Bir sözlə, Anu
tanrıların ilk kralı və
babası kimi xüsusi
ehtiram və hörmət sahibi
idi. Azərbaycan dilində olan Ana sözü də An Tanrı adından götürülmədir. Dilçi alimlərimiz
gözəl bilir ki, Naxçıvan dialekt və şivələrində u > ı əvəzlənməsi geniş
yayılmış bir
haldır. Naxçıvan, Culfa, Ordubad, Şahbuz, Şərur, dialektlərində qapalı
hecadakı “ı” səsi
qısa olaraq deyilir. Misal olaraq bu/bı, burun/bırın, bura/bıra və başqa sözləri göstərə bilərik.
Onu da xüsusi olaraq qeyd edək
ki, dilçi alim F.Rzayev (Naxçıvan əhalisinin
etnogenezi tarixindən
I cild. B.2013) 1590-cı il arxiv
sənədlərinə istinad
edərək Ermənistanın
Türkiyə sərhəddində
olan bir çox məntəqələrin,
o cümlədən Iqdır,
Qars, Ərdahan kimi şəhərlərin
də vaxtilə Naxçıvan qəzasına
daxil olmasını göstərir. Digər tərəfdən, Ermənistanın
İrəvan, Gümrü,
Ağbaba və s., şəhər və rayonlarından qovularaq yüz illərdən bəri Qarsda yaşayan Azərbaycan türklərinin, həmçinin
Naxçıvanın Şərur
dialektinin Qars və Iqdır üçün eyni olmasını əsas götürərək qəti
şəkildə deyə
bilərik ki, qarslıların An/Anu Tanrısına Anı deməsi dialektdən irəli gəldiyi üçün təbiidir.
Aşağıdakı şəkillər
An/Anu, akkadların
dilində Anunaki Şumer Tanrısının
şəkilləridir.
Şəkil 4-də An/Anu Tanrısına dua edən insanları görürük. Bu insanların türklər
olduğuna heç bir şübhə yoxdur. Çünki,
1980-ci illərdən Şumer
tarixi, mədəniyyəti
və etnogenezi üzərində olan çalışmalarımız və toplanan 200-dən artıq xarici ölkə müəlliflərinin
əsərləri və
foto rəsmlər, eyni zamanda İ.Hacıyevin,
Y.Yusifovun, Q.Qeybullayevin,
V.Əliyevin, V.Baxşəliyevin,
F.Rzayevin və digər Azərbaycan alimlərinin, Kazım Mirşan, Haluk Turcan, İlmiyyə Müezzez Çiğ və başqa türk alimlərinin tədqiqatları sübut
edir ki, Şumerdə yaşamış
Lulubi, Kuti, Hürri, Turukku, Naxər, Subar, Mitan, Koman (kuman),
Massagert, Saq etnik qurumlar və sonraki tarixdə isə Mannada və Midiyada olan coxsaylı
türk soylu qədim əcdadlarımız
Şumer dönəmində
Anu, Enlil, Enki, İnanna tanrılarına səcdə
qılmışlar.
Anı dini memarlıq kompleksinin tarixi, həqiqətən də, b.e.ə. IV-III minilliyə dayanır. Bu tarixi bilən haylar və gürcü din xadimləri
təsadüfi deyil ki, bu unikal
məbədi haylar Ani, gürcülər isə Anisi olaraq adlandırırlar.
Anı kilisələrində olan
freskalara gəldikdə
isə onu qətiyyətlə deyə
bilərik ki, pravoslav kilsələrin hamısında freskalar vardır. Bunların hamısı Bizans,
Roma mədəniyyətindən gəldiyi üçün
bu ənənə Anı kilsələrində
də davam etdirilmişdir. İstanbulda olan
qədim kilisələrdə
olan freskalarla Anıda olan freskalar birbirindən o qədər də fərqli deyil.
“Anı” dini sitayiş memarlıq kompleksi böyük bir ərazidə yerləşmişdir. Dini məbədlərin yerləşdiyi dağın
yan tərəfindəki
təpənin altında
coxlu mağaralar var ki, burada
qədim zəvvarların
qaldığı karvansaray
olduğu zənn edilir. Ümumi sahəsi 78 hektar
olan bu unikal
kompleks 4500 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur.
Bu qala divarları
Bakının İçəri
şəhər və
İrəvan xanlığının
qala divarları üslubunda tikilmişdir.
“Anı” ziyarətgahına
girmək üçün
bir cox qala
qapıları mövcuddur.
Anı tərəfdən olan qala darvazasının girişinin üstündə
daşdan düzəldilmiş
şir şəkli vardır. Azərbaycanda olan qalaların
giriş qapısında
da şir şəkillərinin olması
eyni mədəni irsin memarlıq sənəti nümunələri
olması heç bir şübhə doğurmur. Tarixçilər “Anı” qala
divarlarının və
şir (aslan) şəklinin Səlcuqlar
tərəfindən tikildiyini
söyləyirlər. 1877-78-ci
illərdə Osmanlı-Rus
müharibəsində rusların
əlinə keçən
bölgə birinci dünya müharibəsində
türklər tərəfindən
geri alındı.
Rusların hakimiyyəti dövründə
ruslar bir çox kilsələr, binalar tikməklə rus memarlığına
aid üslubu da Qarsa gətirmiş oldular. 1920-ci ildə bolşevik hökuməti süni şəkildə Ermənistan
dövləti yaradılanda
Anı və Arpaçay Ermənistan ərazisinə aid olmuşdu.
Lakin qısa bir zamanda
Türkiyə ilə Ermənistan arasında sərhədlər yenidən
baxıldıqda sərhədlər
Arpaçayla müəyyən
edildi və bu zaman “Anı”
memarlıq kompleksi yenidən Türkiyə ərazisinə aid oldu.
Onu da qeyd edək ki, bu yöndə
aparılan araşdırmalara
görə, Gümrü,
Ağbaba, İrəvan
və digər bölgələrdən Azərbaycan-türk
soylu (Qarslılar onlara Azeri deyirlər) insanlar hər zaman “Anı”ya həm ziyarətə gələrdilər, həm
də rus və bolşevik dönəmində qaçqın
olaraq Türkiyə ərazilərinə keçmişdilər.
Yuxarıdakı şəkillərdə qədim dövrlərdə
“Anı”ya ziyarətə
gələn zəvvarların
qaldığı hesab
edilən mağaraları
və Anı kilsəsini və qala divarlarını iç tərəfdən
görünüşünü görürük. Anı ziyarətgahının
qala divarlarının
ayrı-ayrı tərəflərindən
zəvvarların kompleksə
daxil olması üçün giriş qapıları vardır.
“Hıdırəlləz qapısı”,
əsas qapı olan “Aslanlı qapı”, “Çiftebeden (ikili bədən) Qars qapısı”, “Əyribucaq qapısı”,
“Çarşı (bazar)
yolu”, “Əcəmağılı
qapı”, “Mığmığ
dərəsi qapısı”,
“Bəysəkişi qapısı”,
“Yer altı şəhər girişi”,
“Divin qapısı”, “İpək Yolu Körpüsü”, “Səlcuqlu
Karvansaray”, “Daxili Qala” kimi coxsaylı
giriş qapıları
ziyarətgaha ayrı-ayrı
ölkələrdən, yerlərdən
gələn insanların
rahatlıgı üçün
düşünülmüşdür. Maraqlısı odur ki, başqa ziyarətgahlarda rast gəlmədiyimiz hamamlar və digər məişət binaları “Anı” da mövcuddur. Misal olaraq “Kiçik
Səlcuqlu hamamı”nı,
“Böyük Səlcuqlu
hamamı”nı, “Yağxana”nı
və kompleksin içində fərqli yerlərdə iki “Qız (bakirələr) Monastırı” və Nuns
Monastırı “Qız
qalası”nı göstərə
bilərik. Bu kompleksin içinə “Bostanlar Dərəsi” deyilən ərazi də daxildir. Bundan başqa, “Anı” ziyarətgahına
girmədən bir az kənarda “Çoban Kilsəsi”, kompleksin içində isə “Səlcuqlu sarayı”, “Anı Qaya Kilsəsi”, “Kral Gagik Kilsəsi”,
“Gürcü Kilsəsi”,
“Atəşgədə”, “Tigran
Honents (rəsmli Kilsə) Kilsəsi”, “Anı Katedralı (Fəthiyə Camii (Məscidi))”, “Yıxılmış
Minarə”, “Havarilər
kilsəsi”, “Əziz Qriqor (Əbuhamrents-Poladoğlu)
Kilsəsi”, “Ebu Mənuçehr Camii”, iki, bir-birinə yaxın məsafədə
olan “Qamsaraqan Sarayı”, “Saray Kilsəsi”, “Müaməran
Camisi” kimi fərqli dini ocaqların olması bu ziyarətgahın dünyada analoqu olmayan bir dini
məbədlər kompleksi
olmasını təsdiq
edir.
(davamı növbəti
saylarımızda)
Rafiq İMRANİ,
professor.
Kars şəhəri.
Respublika.- 2020.- 24 aprel.- S.4.