Əqli Mülkiyyət Agentliyi 26 aprel -
Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə
ictimaiyyətə müraciət edib
Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi 26 aprel -
Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə
ictimaiyyətə müraciət edib.
AZƏRTAC müraciətin mətnini təqdim edir: bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə elan edilib və hər il Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə bu günü müxtəlif tədbirlər silsiləsi ilə qeyd etməklə, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafına necə töhfə verməsi barədə geniş ictimaiyyətə danışmaq imkanına malik oluruq. Məhz bu günlərdə yaradıcılıq və yenilikçilik kimi təbii insan resurslarının ətraf dünyamızı yaxşılaşdırmasının necə mümkün olduğunu xüsusilə vurğulayırıq.
Bu il ÜƏMT-nin bu günü təsdiq etməsinin 21-ci ildönümünü qeyri-adi şəraitlərdə - dünyanı koronavirus pandemiyası bürüdüyü bir zamanda qeyd edirik. Buna görə də ilk olaraq hamıya möhkəm can sağlığı, bu infeksiyanın toxunduğu insanlara isə tezliklə sağalmağı arzulamaq istəyirik. Azərbaycan dövləti planetimizi bürüyən bu böhran vəziyyətindən minimal itkilərlə çıxmaq üçün əlindən gələni edir.
Koronavirus infeksiyasının qarşısının alınması üçün infeksiyanın yayılmasına qarşı qabaqlayıcı çevik və zəruri tədbirlər görülmüşdür, koronavirusa qarşı mübarizə və karantin rejimi nəzərə alınmaqla səhiyyə sisteminin hazırlığı və biznesin dəstəklənməsi üçün külli miqdarda vəsait ayrılmışdır.
Test-müayinələrinin keçirilməsində və xəstəlik hallarının vaxtında aşkara çıxarılmasında ölkəmiz liderlər sırasındadır. Bu, operativ təchiz olunmuş müasir laboratoriyalar və ən yaxşı testlər əsasında həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək, onu pandemiyaya qarşı mübarizədə nümunəvi hesab etmişdir.
Ölkə rəhbərliyinin dərin düşünülmüş və hadisələrin arzuolunmaz inkişafını qabaqlayan siyasətinin əsasında vətəndaşlarımıza qayğı və həssas münasibəti durur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır”.
Birinci xanım Mehriban Əliyeva vətəndaşlara çox dərin duyğulu müraciətində qeyd etdiyi kimi: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.
Mövcud vəziyyətin diktə etdiyi məhdudlaşdırıcı karantin tədbirləri şəraitində və özünütəcrid rejimində yenilikçi ideyalara yönlənmiş kreativ təfəkkürlü insanlar öz ideyalarının irəli sürülməsinə səy göstərmələri üçün bir fürsət kimi istifadə edə bilərlər. Xahiş edirik, nəzərə alasınız ki, Agentlik Sizin iddia müraciətlərinizi, əqli mülkiyyət obyektlərinə sifariş ərizələrinizi onlayn rejimdə qeydiyyata almaqda davam edir.
I. Mövcud mürəkkəb vəziyyətə baxmayaraq, ÜƏMT bu il diqqəti “yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı roluna və əqli mülkiyyəti onun fundamenti kimi cəmləşdirməyi tövsiyə edir. Gələcəyimizin nə qədər “yaşıl” olacağı bizim məsuliyyətimizdən, bu gün qəbul etdiyimiz hər bir qərardan asılıdır, çünki məhz onlar sabahkı həyatımızı müəyyənləşdirirlər. Biz kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq “yaşıl” bir gələcək yarada bilərik. Bunlar da bizi yeni, daha səmərəli yollara çıxaracaq və aşağı karbonlu inkişaf kursunu formalaşdırmağa imkan verəcəkdir. Ətraf mühitin qorunmasına zərurətin artdığı bir şəraitdə dünyanın, insan cəmiyyətinin bizdən gözləntiləri də elə bunlardır.
Müasir dünyada “Yaşıl innovasiya”, “Yaşıl texnologiya”, “Yaşıl enerji” kimi anlayışlar artıq populyar və aktual mövzulara çevriliblər və təsadüfi deyildir ki, Qlobal İnnovasiya İndeksi üzrə Hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolu vurğulanır.
Proqnozlara görə, 2040-cı ildə ənənəvi enerji istehlakı üsullarında dünyanın enerjiyə tələbatı 30 faizdən çox artacaq və bununla əlaqədar bizim iqlim də prinsipial dəyişikliklərə məruz qalacaqdır. Yeni onilliyə qədəm qoyarkən, biz dünyada baş verən iqlim dəyişiklərinin: qasırğalar, daşqınlar, quraqlıqlar və təbiət yanğınlarının təsirini çox aydın hiss edirik və bütün bunlar, mütəxəssislərin fikrinə görə, əsasən iqlim dəyişikliklərinin törətdiyi nəticələrdir.
Qrenlandiyada buz örtüyünün 1990-cı ildəkindən 7 dəfə daha sürətli əridiyi bir vaxtda su qıtlığı ilə bağlı problemlər dünya əhalisinin dörddə birini təhdid edir, NASA-nın məlumatına görə isə 2010-cu ildən bəri son on ildə planetimiz 5 ən isti illərini yaşamışdır. İqlim böhranının aradan qaldırılması “yaşıl” gələcəyin qurulması ilə əlaqəlidir. ÜƏMT-nin müraciətində qeyd olunur ki, “İnsanlar, iş adamları və hökumətlər iqlim dəyişikliyini həll etməyə yönəlmiş addımlar atmağa başlamışlar”.
Bu “yaşıl” gələcəyi quranlar kimlərdir?
Onlar - bütün dünyada olan ixtiraçılar və müəlliflər, kişilər və qadınlar, mədən yanacağı və qida və təbii resursların daha səmərəli idarəetmə sisteminə əsaslanan ənənəvi texnologiyalar üçün daha “təmiz” alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu da öz növbəsində, onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyət sistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylərin bundan sonra da davam etdirilməsi vacibdir.
Güclü və balanslaşdırılmış əqli mülkiyyət sistemi “yaşıl” iqtisadiyyatın inkişafını təşviq etmək və planetimizdə həyat təminatını dəstəkləmək iqtidarındadır. Patent sistemi innovasiyaları və iqtisadi texnologiyaların yayılmasını dəstəkləyir, yaradıcı təfəkkür və sənaye nümunələrinin qorunması mexanizmləri isə faydalı, cəlbedici və sərfəli məhsulların yaradılmasında resurslardan optimal istifadəyə kömək edir. Əmtəə nişanlarının və digər fərqləndirici nişanların qorunması sistemi müəssisələrin artmasına təsir göstərir və iqtisadiyyatın inkişafını dəstəkləyir, coğrafi göstəricilər ehtiyatların dayanıqlı istehlakına yardım edir, seleksiya hüquqları isə daha davamlı bitki sortlarının yetişdirilməsinə kömək edir və bununla da ərzaq təhlükəsizliyinə təsir göstərir.
Nəhayət, müəlliflər və müəllif hüququnun sahibləri “yaşıl” gələcək konsepsiyasının yaradılmasında rol oynayır, eyni zamanda, biznes nümayəndələri - innovativ müəssisələr özlərinin innovativ məhsulları ilə bizi “yaşıl” gələcəyə yaxınlaşdırırlar.
Azərbaycanda “yaşıl” patentlərlə bağlı vəziyyət necədir?
Azərbaycanda ixtiraçılara 2010-cu ildən bəri “yaşıl” texnologiyalar əsasında verilən patentlər verilmiş ümumi patentlərin təxminən 3 faizini təşkil edir. Bunlar əsasən alternativ enerji mənbələrinin işlənməsi ilə əlaqəli olan patentlərdir. Hesab edirik ki, 15 il ərzində ölkənin güclü iqtisadi inkişafına, iqtisadi artımda qeyri-neft sektorunun prioritetliyinə söykənərək, yaxın illərdə “yaşıl” iqtisadiyyat diqqət mərkəzində olmalı, “yaşıl” və “iqtisadi artım” anlayışları vahid cəbhədə Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına keçməsinə kömək etməlidirlər.
Bu, BMT-nin İqtisadi Əməkdaşlıq Təşkilatının “Yaşıl artım” Bəyannaməsində qeyd olunduğu kimi, davamlı iqtisadi artımın və ətraf mühitin sağlamlaşdırılmasının qırılmazlığına kömək edəcəkdir.
II. Əqli Mülkiyyət Agentliyinin ötən 2019-cu ildəki fəaliyyəti və qarşıda duran vəzifələr haqqında bir neçə kəlmə demək istərdik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarə qarşısında qoyduğu institusional vəzifələri, habelə dövlət başçısının ölkənin innovativ inkişafı ilə bağlı göstəriş və tapşırıqlarını əsas tutaraq, Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, əqli mülkiyyət innovasiyaların əsasını təşkil edir. Məhz bu səbəbdən əqli mülkiyyət hüquqlarının qorunması və təminatı investisiyaların cəlb edilməsi və innovasiyaların dəstəklənməsi üçün imkanlar yaradacaqdır. Biz bütün əqli mülkiyyət istifadəçilərini bu hüquqlardan istifadə edərkən qorunma normalarına və ölkəmizin bu sahədəki beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə çağırırıq.
Yeri gəlmişkən, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyətin prioritet sahə kimi əksini tapdığı az sayda ölkələrdən biridir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında “İcmal hesabatı”nda qeyd edildiyi kimi, “Son illər əqli mülkiyyət sahəsində aparılan islahatlar ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da möhkəmləndirilməsinə səbəb olmuşdur. Belə ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutmuşdur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır”.
Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən başlayaraq, yəni islahatların yeni mərhələsini nəzərdə tutsaq, bu göstərici ardıcıl olaraq yaxşılaşır və 92-ci yerdən 71-ciyə, sonradan 37-ciyə, 36-cıya qalxaraq və nəhayət, 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Bunlar da təsadüfi deyil, çünki islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdədir, o cümlədən “biznesin başlaması” - 9-cu yer, “kiçik investorların maraqlarının qorunması” - 2-ci yer. Yeni dərc olunmuş “Doing Business - 2020” hesabatında Azərbaycan islahatçı 20 ölkə sırasına daxil edilib.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi - 2019 hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiq edilir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyinə - 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşmasına - 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyasına - 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.
Bu cür kardinal dəyişikliklər Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi ƏM sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapır.
Hökumətin Hesabatında göstərilir ki, “2019-cu ildə ixtira üzrə 102 ixtira patenti verilmişdir. Bu isə 2018-ci ildəkindən 32 patent çoxdur. 2019-cu ildə faydalı modellərə dair 16 patent, sənaye nümunələrinə dair 32 patent verilmişdir. 2019-cu ildə coğrafi göstəricilər üzrə 5 patent verilmişdir.
İlk dəfə olaraq, patent analitikası və patent landşaftlarına əsaslanaraq, Azərbaycan ixtiraları vasitəsilə ölkənin texnoloji profili müəyyənləşdirilmiş və patent üzrə aparıcı ölkələrin dünyada ən qabaqcıl istiqamətləri təqdim edilmişdir. Hesabat ilində Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 167, faydalı modelə dair 58 iddia sənədi, 11 beynəlxalq iddia sənədi və 39 Avrasiya iddia sənədi daxil olmuşdur”.
Əlavə olaraq qeyd etməliyik ki, ötən ildə əsərlərin qeydiyyatı ilə bağlı müəllif hüququna aid 834 və milli əmtəə nişanları üzrə 1114 qeydiyyata alınması ilə Şəhadətnamələr verilmişdir.
Bütün bunlar Azərbaycan Respublika
sının Prezidenti İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklərlə müşahidə olunur.
Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz - Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aparılan iqtisadi və institusional islahatların nəticəsində yaradılmış və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töfhələrini verməkdədir. Belə ki, əsas məntiq dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxslər, eyni zamanda, özlərinin təsdiq olunmuş nizamnamələrindən irəli gələn fəaliyyətlərindən əldə olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin optimallaşdırılmış üsullarla idarə olunmasının təşkilidir.
Dövlət başçısının rəhbərliyi altında sahə üzrə aparılan institusional islahat nəticəsində çalışan dövlət qulluqçularının sayı 43 nəfər, işləyənlərin ümumi sayı isə 32 nəfər azaldılaraq, il ərzində bir milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək mümkün olmuşdur. Dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əməkhaqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu isə institusional islahatın effektivliyinin təsdiqidir.
Bu ilin oktyabr ayında ÜƏMT-in Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən olduqca uğurlu islahatlar silsiləsinin ikinci dalğası ölkəmizin inkişaf gündəmini dəyişməklə, beynəlxalq aləmdə də geniş əks-səda yaradır, diqqətlə izlənir və yüksək dəyərləndirilir. Nüfuzlu beynəlxalq təşkilatların reytinqləri ilə yanaşı, ÜƏMT-in təsis etdiyi “Əqli mülkiyyət sahəsində ən yaxşı müəssisə (İPO İP Enterprise Trophy)” mükafatının bu ilki nominantı Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi seçilmişdir.
Mükafatın üzərində də qeyd olunduğu kimi, bu mükafat son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı, uğurlu iqtisadi islahatlar modelinin nəticələrinə və bu islahatların reallaşdırılması üçün investisiyaların cəlb olunması, innovasiyaların dəstəklənməsi və innovativ fəaliyyətin stimullaşdırılmasına xidmət edən ƏM sahəsinin inkişafı üzrə görülən işlərə, bir sözlə, bütövlükdə Prezidentin müəllifliyi ilə reallaşdırılan islahatlara verilən mükafatdır.
Xüsusilə qeyd etməliyik ki, Azərbaycan tələbələri və şagirdləri keçən ilki Avrasiya patenti üzrə müsabiqələrdə Agentliyin və Təhsil Nazirliyinin dəstəyi ilə birinci və mükafat yerlərə və Laureat adlarına layiq görülmüşlər.
Əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət etməlidir.
Son Qlobal İnnovasiya İndeksinə əsasən, 2019-cu ildə Azərbaycan 129 ölkə arasında 84-cü yeri tutur. Bu isə dövlət başçısının apardığı iqtisadi islahatların miqyasına heç cür uyğun gəlmir. Ölkəmizin “innovasiya imkanları” 77-ci yerdə olduğu halda, “innovasiya nəticələrimiz” 90-cı yerdədir. Beləliklə, ümumi imkanlarımız 13 pillə ümumi nəticələrimizi üstələyir. Deməli ehtiyatlarımızı səmərəli işlətməliyik.
İkincisi, bizi geriyə salan “elmi-texnoloji məhsullar”
göstəricisidir - 101-ci yer. Bu isə o deməkdir
ki, yeniliklər kommersiyalaşmır, bazara innovasiyalı məhsul
kimi çıxarılmır.
Beləliklə, gələcək
uğurlarımızın əldə edilməsi iki vacib
problemin həlli ilə bağlıdır - elmi
imkanlarımızdan səmərəli istifadə və
innovasiya nailiyyətlərimizin kommersiyalaşmasından ibarətdir.
Sahəmizə
aid olan sənaye mülkiyyətinin səmərəliyinə və
ehtiyatlarımızın düzgün istifadəsinə gəldikdə
isə qeyd etməliyik ki, əqli mülkiyyətin əhəmiyyətinin
və faydasının artırılmasında əsas prinsip kimi Prezidentin
iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə
xidmət etməkdədir, cəsarətlə keçirilən
tədbirlərinə dəstək olmasındadır, elmi-tədqiqat
nəticələrindən kommersiyalaşma potensialı olan
texnologiyaların seçilməsi və tətbiqindədir. Bununla da ƏM investisiyalarının cəlb edilməsi
və innovasiyaların həyata keçirilməsində fəal
aktora çevrilmək, öz-özlüyündə abstrakt
vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər
sırasında yerini tutmaqdır. Bir
sözlə, ƏM və innovasiyalı inkişaf
cütlüyünə məxsus olan emercent effektivliyinə
nail olmaqdır.
Dünya təcrübəsi əsasında aparılan
araşdırmalar göstərir ki, ƏM-in yaradılması
və istifadəsi səviyyəsi və ölkənin iqtisadiyyatı
arasında bir başa müsbət əlaqə mövcuddur. Misal
üçün, bir neçə xüsusən intensiv
inkişafda olan ölkə götürüb, ÜDM-ə və
ixtiralara olan iddiaların sayı arasındakı korrelyasiya
(asılılıq) əlaqəsinə baxaraq,
görürük ki, bu korrelyasiya 1 rəqəminə yaxındır,
yəni çox güclüdür. Azərbaycanda
isə bu asılılıq nəzərə çarpmır,
səbəbi də qeyd etdiyimiz kommersiyalaşma prosesinin həddindən
artıq zəif olmasındadır, patentlərin “mürgüləmiş”
vəziyyətindədir və onların əsasən
ixtiraçının nüfuzunun artması xarakteri
daşımasındadır.
Beynəlxalq araşdırmalardan göründüyü
kimi, güclü olan ƏMH-nin qorunması iqtisadi artıma
mürəkkəb şəkildə təsir edir. Belə ki, bir
tərəfdən innovasiyaları stimullaşdırır, digər
tərəfdən bazarda inhisarçılıq
davranışını da dəstəkləyə bilir.
ÜDM-in artımı multifaktorlu göstərici
olduğuna görə, onun yaratdığı korrelyasiya
asılılığı bir sıra faktordan
asılılıqdır. Lakin bir amil şərhsizdir:
ixtiralara iddiaların azalması iqtisadiyyatın artımına
gətirmir.
Araşdırmalar göstərir ki, ƏM-in güclü
qorunma sistemi ilə birbaşa xarici investisiyalar və idxal
arasında güclü müsbət əlaqə vardır. Adambaşı
aşağı gəlirli və adambaşı yüksək gəlirli
ölkələrdə ƏM-in güclü qorunması
innovasiyalı fəaliyyətə və texnologiyaların
yaxşılaşdırılmasına müsbət təsir
göstərir. Adambaşı orta gəlirli
ölkələrdə isə bu müsbət əlaqə
özünü o dərəcədə də qabarıq
göstərmir. Bunun səbəbini xaricdən
alınan texnologiyaların və innovasiyaların
mövcudluğunda görürlər. Lakin
burada daha çox ƏMH-nin həyata keçirilməsi
üsulları rol oynayır. Misal
üçün, orta gəlirli ölkələrdə
dövlət tərəfindən ETTK işlərinə
artırılan vəsaitlər lazımi effekt vermir,
çünki yerinə yetirilən işlər biznes tərəfindən
tələbatsız qalır, halbuki dövlət-özəl tərəfdaşlıq
səviyyəsində ayrılan vəsaitlər daha səmərəli
biznes-layihələrinin seçilməsinə və
texnologiyaların cəlb edilməsinə şərait
yaradır.
Agentlik tərəfindən 2000-2018-ci illərdə verilən
Solou iqtisadi artımı modeli üzrə nəticələr
dediklərimizi təsdiqləyir.
Azərbaycanda
yaranan vəziyyəti araşdıraraq, ilk dəfə olaraq,
beynəlxalq təcrübədə qəbul edilmiş
indikatorlara əsasən, son 8 ildə ixtiralara patent sifarişlərinin,
patentlərin verilməsi və digər mütləq göstəricilər
təhlil edilmiş və əksər göstəricilər
üzrə ÜƏMT-in 2019-cu ildəki Hesabatına görə,
2018-ci ilin nəticəsi istisna olmaqla, azalmanın olduğu
aşkar edilmişdir. Bundan başqa, qüvvədə
olan patentlərin sayının müşahidə olunan dərəcədə
azalması ixtiraçıların patentlərin qüvvədə
olmasına marağının və mövcud patentlərə
bazar tələbatının zəif olmasını göstərir,
sənaye mülkiyyəti obyektlərinin
kommersiyalaşmasının olmadığından
stimullaşdırma amilinə zərər gətirir.
Bu istiqamətdə
Agentlik təxirə salınmaz işlər aparır, o
cümlədən ixtiraçılıq və patent fəallığının
artırılması üzrə tədbirlər davam edir,
“vahid pəncərə” prinsipi, patent fəaliyyətinin
sürətləndirilməsi və şəffaflığını
təmin etmək məqsədi ilə yeni rəqəmsal xidmətlərin
və informasiya sistemlərinin, PƏNAH sisteminin verdiyi imkanlar
hesabına ƏM hüquqlarının daha dürüst və
kütləviliyi artıran qorunmasının üzərində
işlər tamamlanıb. Bununla yanaşı,
ekspertizanın aparılma müddəti azaldılıb.
Təhlilin
göstərdiyi kimi, yaranan səbəblərdən bir
neçəsi ixtiralar, faydalı modellər, sənaye
nümunələri və əmtəə
nişanlarının ekspertizasını həyata keçirən,
sənaye mülkiyyəti obyektlərinə əqli mülkiyyət
hüququnu müəyyən edən strukturun - keçmiş
Patent və Əmtəə Nişanları Mərkəzinin
(PM) bu sahədə innovasiyalara yönələn siyasəti
formalaşmamış, qurum dövlət
başçısının institusional islahatına qədər
son illər təsərrüfat subyekti kimi yalnız öz
maraqları çərçivəsində fəaliyyət
göstərmişdir. Halbuki, fəaliyyətinin
təhlilini yalnız özünə aid göstəricilər
vasitəsilə qurmamalı, ixtira və patent aktivliyini əsas
götürərək, innovasiyaların proseslərə təsiri
ilə ölçməli idi. Halbuki
innovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas faktoru kimi
əsas iqtisadi resursa - intellektual kapitala söykənir və
varlığın yaranma mənbəyi texnoloji, intellektual və
informasiya rentasından irəli gəlir. Patent strukturu isə
buna dəstək verməlidir və burada əsas prinsip ƏM
investisiyalarının cəlb edilməsi və
innovasiyaların həyata keçirilməsində fəal
aktora çevrilmək, öz-özlüyündə abstrakt
vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər
sırasında yerini tutmaqdır. Bir sözlə,
ƏM və innovasiyalı inkişaf cütlüyünə məxsus
olan emercent effektivliyinə nail olmalıyıq. Bununla bağlı, ilk növbədə, qanunvericilik
və normativ-hüquqi aktlarda dəyişikliklərin tələb
olunması idi.
Düzgün
olmayan və yalnız keçmiş Patent təşkilatının
xeyrinə olan xidmətlərlə bağlı ödəniş
sistemi ləğv edilmişdi və əvəzinə, “Patent
haqqında” və “Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında” qanunlarına edilən
dəyişikliklərə əsasən, ixtiranın,
faydalı modelin, sənaye nümunəsinin, əmtəə
nişanının, coğrafi göstəricinin qeydə
alınması, müvafiq mühafizə sənədlərinin
verilməsi və onlarla bağlı dövlət adından
bir sıra hüquqi nəticələrin yaranmasına səbəb
olan xidmətlərə və hüquqi hərəkətlərə
görə ödənilən dövlət rüsumları və
tənzimlənən xidmət haqları təsdiq edilmişdi.
“Patent
haqqında” və “Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında” qanunların
müasir tələblərə uyğun olan variantları
hazırlanmış, “Patent haqqında” Qanunun tələblərinə
uyğun olaraq, hazırlanmalı olan, lakin illər boyu
hazırlanmamış iddia sənədlərinə aid tələblər
Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş,
həmçinin Əqli Mülkiyyət Agentliyinin “Apellyasiya
şurası haqqında Əsasnamə”si təkmilləşdirilmişdir.
İxtiraçıların
stimullaşdırılması və dəstəyi məqsədilə
“İxtira fəaliyyəti haqqında” Qanun layihəsi
hazırlanmışdır. İnnovasiyalı
inkişafa dəstək vermək və kommersiyalaşma
işlərinin gücləndirilməsi məqsədilə
universitetlərdə və elmi müəssisələrdə
3.0 (təhsil + araşdırmalar + kommersiyalaşdırma)
universitetlərin yaradılması ilə bağlı
İP-ofislərin texnologiyaların dəstək ofislərinə
çevrilməsi və Əqli Mülkiyyət Agentliyinin
axtarış şəbəkəsinə qoşulması,
startap və spinautların dəstəklənməsi. Bu işlər ÜƏMT ilə birgə
aparılır və Əqli Mülkiyyət Agentliyi Müəllif
Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi
dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir.
Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil
Nazirliyi və ÜƏMT-in birgə hazırladıqları
“Universitet və elmi-tədqiqat institutlarında əqli
mülkiyyət siyasəti üçün milli Layihə”ni
göstərmək olar.
Bu
sırada ÜƏMT-in Baş Assambleyasında UNESCO tərəfindən
qeyri-maddi incilər siyahısına daxil olan obyektlərə əsaslanan
müasir coğrafi göstəricilər nümayiş
etdirilmiş, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi ilə birlikdə ÜƏMT-da “Azərbaycanda
əqli mülkiyyətin inkişafı və onun regiona təsiri:
innovativ və yüksək texnologiyalar üzrə
startapların təqdimatı” mövzusunda beynəlxalq konfrans
və Azərbaycanın innovativ və yüksək
texnologiyalı startaplarına həsr olunan sərginin təşkil
olunması da vacib tədbirlərdəndir. Bu
beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən
islahatçı-ölkə - Azərbaycanın müasir
simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə
nümayiş etdirməkdə idi.
Bunlarla
yanaşı, ƏM üzrə mütəxəssislərin
qıtlığı nəzərə alınaraq, Bakı
Dövlət Universitetində “Əqli mülkiyyət”
kafedrası yaradılıb və Agentliyin aparıcı
mütəxəssisləri öz maddi-texniki bazası əsasında
orada tədris edəcək.
Ən vacibi - Texnologiyaların transferi və
kommersiyalaşdırılması Mərkəzlərinin
yaradılması və İnnovasiyalara dəstək Mərkəzlərinin
formalaşdırılması və onların fəaliyyəti
üzrə müsabiqə nəticəsində
genişmiqyaslı işlərin aparılmasıdır.
Mövcud problemlərdən biri də kiçik və
orta sahibkarlıq subyektlərində (KOS) ƏM mədəniyyətinin
gücləndirilməsi və bu növ sahibkarların innovasiyalara
cəlb edilməsidir.
Dünya
təcrübəsindən bəllidir ki, aparıcı dövlətlərdə
dəyərli ixtiraların 58-dən 46-ı, yəni təxminən
80 faizi fiziki şəxslər və kiçik innovasiya
firmalarına məxsusdur, KOS-lar texniki-texnoloji yeniliklərin əsas
təşkilatçıları və istifadəçiləridir.
KOS-ların innovasiyalı fəaliyyətə cəlb edilməsi
və iqtisadi rolunun artırılması məqsədilə
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə
Əməkdaşlıq haqqında Memorandum və birgə fəaliyyət
planı həyata keçirilir, KOS-lar üçün
Əqli Mülkiyyət Agentliyi tərəfindən
“İnnovasiyalara maneə törədən” sorğu
keçirilmiş və nəticələri təqdim
edilmişdir, “İnnovasiyalı inkişaf və iqtisadi
islahatlar: əqli mülkiyyətin və texnologiyaların
kommersiyalaşdırılmasının rolu” mövzusunda
konfrans keçirilmişdir.
Sahibkarlar
Konfederasiyası ilə birlikdə kiçik və orta biznes
subyektlərində innovasiyaların
stimullaşdırılması məqsədilə təlim mərkəzlərimizdə
biznes nümayəndələrinin təlimləri həyata
keçirilir, bir tərəfdən ƏM mədəniyyəti
formalaşdırılır, digər tərəfdən isə
patent və əmtəə nişanlarına
sifarişçilər üçün axtarış və
ekspertizanın öyrənilməsi təqdim edilir.
Agentliyin fəaliyyətinin vacib istiqamətlərindən
biri kreativ iqtisadiyyatın monitorinqi, onun ölçülməsi
və inkişafına dair təkliflərin
hazırlanmasıdır. Ötən ildə müəlliflik hüququna əsaslanan
kreativ sənayenin 2018-ci il üzrə milli
iqtisadiyyat sahələrinə dair faktiki statistik göstəriciləri
və dövlət büdcəsi rəqəmləri
toplanmış və təhlil edilmişdir. Müəlliflik
hüququna əsaslanan milli iqtisadiyyat sahələrində
istehsalın həcmi müəyyən ediləndən sonra, bu
sahələrin ölkə üzrə ümumi daxili məhsulda
xüsusi çəkisi hesablanmışdır. Əqli Mülkiyyət Agentliyində aparılan təhlil
və hesablamalar göstərir ki, Azərbaycanın ÜDM-də
kreativ sənayenin payı getdikcə artmaqdadır.
Son 8 ildə
ölkənin ÜDM-də kreativ sənayenin payı 2010-cu ildə
3,5 faizdən 2018-ci ilin 1 yanvarına olan vəziyyətə
görə 5,1 faizə çatmış və hazırda
inkişaf etmiş ölkələr səviyyəsindədir.
Müəlliflik hüququna əsaslanan sahələr 8 il ərzində
2,0 faizdən 2,9 faizə
çatmışdır. Bu isə müəllif
hüququ sahəsinin inkişafının əsas göstəriciləridir.
2018-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan
sahələrdə istehsalın həcmi 4096,3
mln. manat təşkil etmişdir.
Bu sahədə aparılan tədqiqatlar və təkliflər
“Kreativ iqtisadiyyat” Respublika Forumuna təqdim edilmiş və
prezentasiyada səsləndirilmişdir.
Əqli mülkiyyət mədəniyyətinin
formalaşdırılmasında, hüquq sahiblərinin və
istifadəçilərin məlumatlandırılmasında
vacib rol oynayan və yeni buraxılan “Əqli mülkiyyət”
jurnalının dərcidir.
Hüquqi
maarifləndirilmə məqsədi ilə Agentliyin təşkilatçılığı
və iştirakı ilə
keçirilmiş 15-ə yaxın tədbir təşkil
edilmiş, KİV-lərdə 350-dən artıq informasiya,
maarfləndirici və təbliğat xarakterli material dərc
olunmuş, TV və radio kanallarında 35-dən çox
veriliş və süjetlər göstərilmiş, Agentliyin
təşkil etdiyi tədbirlərdə ölkəmizi, xarici
ölkələri və beynəlxalq təşkilatları təmsil
edən peşəkar mütəxəssislər, alimlər,
beynəlxalq ekspertlər, tarixçilər və
qeyri-hökumət təşkilatlarının nümayəndələri
tərəfindən əqli mülkiyyət məsələlərinə
dair 90-a yaxın prezentasiya və çıxışlar
edilmiş, həmçinin Agentliyin nümayəndələri
müxtəlif beynəlxalq tədbirlərdə 15-ə
yaxın təqdimatla çıxış etmişlər. Bununla yanaşı, onlarla kitab və
broşüralar dərc edilərək, geniş ictimaiyyətə
paylanmışdır.
Əqli mülkiyyət hüquqlarının təminatı
daim Agentliyin diqqət mərkəzindədir.
Azərbaycan
Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında” 3 aprel
2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin
aidiyyəti üzrə icrası çərçivəsində
əqli mülkiyyət hüquqlarının təminatı ilə
bağlı Agentliyin təşkilatçılığı
və Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının dəstəyi ilə 2019-cu il 14 iyun tarixində
“Məhkəmə islahatları: məhkəmə-hüquq
sisteminin əqli mülkiyyət hüquqlarının təminatında
rolu” mövzusunda konfrans-təlim, 2019-cu il 5-6 dekabr tarixlərində
isə Əqli Mülkiyyət Agentliyi və ÜƏMT-in birgə
təşkilatçılığı ilə “Əqli
mülkiyyət hüquqlarının müdafiəsinin təminatı:
ixtisaslaşmış məhkəmələrin milli və
beynəlxalq təcrübəsi” mövzusunda beynəlxalq
seminar keçirilmiş, 2019-cu il 21 iyun tarixində Agentliyin rəhbərliyi
ilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi
arasında keçirilən görüşdə tərkibində
ƏMH olan malların idxalı zamanı ƏMH-nin qorunması
sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur.
Azərbaycanda
Amerika Ticarət Palatasının (AmCham) rəhbərliyi ilə
2019-cu il 25 may tarixində keçirilmiş görüşdə
ölkəmizdə ƏM sahəsində aparılan islahatlar
barədə məlumat verilmiş, gələcək əməkdaşlıq
perspektivləri, o cümlədən Agentliyin tabeliyində olan
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində
AmCham-ın nümayəndələri üçün
Agentliyin maddi-texniki və məlumat bazalarından istifadə
etməklə birgə tədbirlərin və təlimlərin
keçirilməsi və s. məsələlər müzakirə
olunmuşdur. ƏMH-nin təminatı məsələsi Azərbaycan-ABŞ
Hökumətlərarası Komissiyanın Bakıda
keçirilmiş 4-cü iclasının gündəliyində
də yer almış, bu sahədə müvafiq tədbirlərin
həyata keçirilməsi məqsədi ilə 4 iyun 2019-cu
il tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin
iqtisadi məsələlər üzrə müşaviri ilə
görüş keçirilmiş, paralel idxal, kontrafakt
malların idxalı, ƏMH-nin qorunması məsələləri
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Proqram təminatı
sahəsində piratçılığa qarşı
mübarizə tədbirləri çərçivəsində
“Microsoft” şirkəti ilə əməkdaşlıq davam
etdirilmiş, bu sahədə əməkdaşlığın
koordinasiya edilməsi məqsədi ilə yaradılmış
Agentliyin və “Microsoft” şirkətinin nümayəndələrindən
ibarət İşçi qrupun bir neçə
görüşü keçirilmiş, “Oracle” və “Trimble
Tekla” şirkətlərinə məxsus proqram təminatlarından
qeyri-qanuni istifadə ilə bağlı həmin şirkətlərin
qaldırdığı məsələlərlə əlaqədar
onların ölkəmizdəki nümayəndələri ilə
görüş keçirilmiş, hüquq pozuntusu
hallarının qarşısının alınması, həmçinin
lisenziyalı proqram təminatından istifadənin geniş təşviq
edilməsi istiqamətində birgə tədbirlər həyata
keçirilməsi barədə razılıq əldə
olunmuşdur.
Pozulmuş
müəlliflik hüquqlarının bərpası ilə
bağlı 2019-cu ildə hüquqi və fiziki şəxslərdən
10 müraciət daxil olmuş, həmin müraciətlərə
müəllif-hüquq qanunvericiliyinin tələbləri
nöqteyi-nəzərindən baxmış, bir qismi Agentliyin səlahiyyətləri
çərçivəsində həll edilmiş, bir qismi isə
aidiyyəti qurumlara göndərilmişdir.
Agentliyin
960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət
göstərən “Hüquq məsləhətxanası” müəlliflərin
və digər hüquq sahiblərinin istifadəsində
olmuş, müəllif-hüquq məsələləri
üzrə 1530-dən artıq müraciət və sorğuya
baxılmış, qaldırılan məsələlərin həllində,
həmçinin iddia ərizələrinin tərtib edilməsində
hüquqi köməklik göstərilmiş, Agentliyin
nümayəndələri ƏM obyektləri ilə
bağlı müxtəlif məhkəmə
instansiyalarında keçirilmiş 35 iş üzrə
(onlardan 31-sənaye mülkiyyəti obyektləri, 4-ü isə
müəllif hüquqları ilə bağlı) 90-dan
çox məhkəmə iclasında iştirak etmiş, hər
bir iş üzrə ekspert rəyi hazırlanmış, maarifləndirmə
tədbirləri keçirilmişdir.
2019-cu ildə
Agentliyin Sənaye
mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə
baxan Apellyasiya şurası tərəfindən
135 işə baxılmışdır (onlardan 110-u 2019-cu ildə
daxil olan, 25-i isə əvvəlki dövrdən qalmış
işlərdir). 52 iş üzrə ərizənin təmin edilməsi, 26 iş üzrə
ərizənin qismən təmin edilməsi, 45 iş üzrə,
o cümlədən əmtəə nişanına dair 43,
ixtiraya dair 1, sənaye nümunəsinə dair 1 ərizənin
rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir.
12 ərizə baxılmamış saxlanmışdır
(ərizə geri götürülmüşdür).
Görülən
tədbirlərin nəticəsi olaraq 2005-ci illə müqayisədə
piratçılığın səviyyəsi kitab
satışı sahəsində 61 faizdən 23 faizə,
audio-video məhsul bazarında 90 faizdən 58 faizə, proqram təminatında
96 faizdən 72 faizə düşmüşdür.
III. Bu
gün - 26 aprel 2020-ci il tarixində əqli
mülkiyyət haqqında bu qısa məlumatı verməklə,
xüsusi qeyd etməliyik ki, Azərbaycanda əqli mülkiyyəti
yaradan və onları innovasiyalı məhsula çevirən
çoxsaylı tərəfdaş, startap və kompaniyalar
açıq və rəqabətli bazarın
formalaşmasında iştirak edirlər və böyük
potensiala malikdirlər. Bu isə o deməkdir ki,
ölkəmizin iqtisadi qüdrətini artıran, beynəlxalq
reytinqlərdə daha yüksək mövqeləri əldə
edən imkanlarını əqli mülkiyyətə hörmətlə
yanaşaraq, istifadə etməliyik.
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda
vurğuladığı kimi, “gələcəyimiz -
innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq
və sahibkarlara dövlət dəstəyindədir”. Əqli
Mülkiyyət Agentliyinin bir dövlət qurumu kimi bu göstərişi
layiqincə yerinə yetirməsinə söz veririk”.
AZƏRTAC
Respublika.- 2020.- 26 aprel.- S.6.