UNUDULMUŞ TARİXİMİZİN YENİ SƏHİFƏSİ

(əvvəli 24, 25, 26 və 29 aprel tarixli saylarımızda)

 

 

 

Aşağıdakı şəkildə gördüyümüz kilsə Türkiyə Cümhuriyyəti ərazisindədir. Qarşıdakı Arpaçayı Türkiyə ilə Ermənistan arasında sərhəd xəttidir. Vaxtı ilə Azərbaycan-Türk torpaqları olan bu ərazilərdə yaşayan eyni mədəniyyət daşıyıcıları olan insanlar “Müqəddəs dini ocaqlara ziyarətə gələrdilər.

“Anı” ziyarətgahına dünyanın hər yerindən gələrdilər. Digər bir kilsə də aşağıdaki gördüyümüz kilsədir ki, onun memarlıq üslubu da digərlərindən fərqlənir. Onu da xüsusi olaraq qeyd edək ki, haylar xüsusilə də rus çarının və bolşevik hökumətinin Azərbaycan-Türk torpaqlarını müharibə yolu ilə işğal edib onların qonşuluğunda hayların Ermənistan dövlətini yaratması azmış kimi, ermənilər Azərbaycan və Türkiyə ərazilərinə, onların minillər boyu qurduqları mədəni irsə sahib çıxmaq iddiasından əl çəkməmişlər. Aşağıda göstərilən kilsələr ermənistan sərhədindən cox uzaqda olsa da, onlar Türkiyənin Akdamar ərazisində olan kilsələrə də iddialıdırlar. Qeyd edək ki, bu kilsələr Bizans memarlığı ilə, ilkorta əsrlər Türk memarlığının ortaya qoymuş olduğu sənət abidələrdir.

“Anı” memarlıq kompleksində orta əsrlərə aid camilərin memarlığında Şərq memarlığına aid çoxsaylı ornamentlər vardır ki, bu cür ornamentləri Azərbaycanın bütün bölgələrində, o cümlədən Orta Asiya Türk dövlətlərinin memarlıq sənətində də görə bilərik.

Anı” da olan kilsələrin, camilərin divarlarında, tavanında və giriş qapılarında coxlu daş üzərində yonulmuş olan 8 guşəli Türk, 6 guşəli yəhudi və günəş simvollarını əks etdirən milli ornamentləri görmək olar. 8 guşəli və günəş rəmziləri olan ornamentləri biz Şumer öncəsi və Şumer dövrü Oğuzların yaşadığı ərazilərdə arxeoloji qazıntılar zamanı tapılan gil tabletlərdə, qaya rəsmlərində də görürük. Aşağıdaki rəsmlərdə həmin bu işarələri “Anı” memarlıq kompleksində də görə bilərik. Göstərilən faktların heç biri haylara aid deyildir!

Dünyanın yeganə unikal dini-ideoloji sənət abidələrinin məskəni və ilk qədim tolerantlıgın mərkəzi olan “ANİ” da ən qədim dini məbədin Zərdüştlüklə bağlı “Atəşpərəstlik”olması bir çox tarixi faktlara, iddialara yenidən baxmaq zərurəti yaradır. Bu məqsədlə Azərbaycan-Türk dövlətlərinin dəstəyi ilə hər iki ölkənin alimlərinin bir araya gələrək birgə elmi tədqiqatlar aparmasına böyük ehtiyac var. Bu zamana kimi “Anı”da atəşpərəstlik inancının olması faktı araşdırmacılar tərəfindən xüsusi olaraq diqqətə alınmaması Azərbaycan-Türkiyə tarixinin təhriflər yolu ilə məqsədyönlü şəkildə yazılmasına xidmət etmişdir. Nəzərə alsaq ki, “Anı” da bu vaxta qədər tədqiqat aparan nüfuzlu alimlərin əksəriyyəti xristian dininə etiqad edən alimlər olmuşlar, onda bu tədqiqatlarda xristian kilsələrinə bu qədər diqqət edilməsi və bu faktın onlar tərəfindən qabardılması anlaşılandır. Folklorumuzda atalar sözləri olan “yeməyənin payını yeyərlər”, “Qoruya bilmədiyin əmlakın müştərisi çox olar” fikirlərinə diqqət edək. Dədə-babalardan Oğuz və digər Türk boylarına ərmağan qalan qədim dini ocaqlarımıza sahib çıxmağın vaxtı çoxdan çatıb. Azərbaycan və Türkiyə dövlətlərimizi “Anı”ya yeni tarixi baxış bucağı altında baxmaqla Türk milli mədəni tarixi abidələr kompleksi olan qədim tariximizin YUNESKO tərəfindən tanınmasına nail olmağa səy göstərməsinə çagırırıq. Bunu tarixi, elmi faktlar baxımından təsdiqləmək məqsədi ilə Zərdüşt dinionun yaradıcısı haqqında bəzi elmi təhriflərə cavab olaraq öz fikrimizi bildirmək istərdik.

Zərdüşt peyğəmbərin yaratmış olduğu dini-ideoloji fəlsəfi baxış dinlər arasında Şumerdə olan dini-fəlsəfi görüşlərin davamı kimi xüsusi önəm daşıyır. Zərdüştlük, bütpərəstlik, xristianlıq, islam dini ideologiyaları öz ideoloji-nəzəri konsersiyalarının əsasını kim nə deyirsə-desin, Zərdüşt dini fəlsəfəsindən, o da Şumer fəlsəfi fikrindən götürür. Bu baxımdan Zərdüşt dini fəlsəfəsinin az bir qismi haqqında bilgi verməklə “Anı” haqqında fikir və mülahizələrimizi sonlandırmaq istərdik.

Öncə Zərdüşt peyğəmbərin kim olması, harada doğulması haqqında elmdə olan təhriflərlə dolu tarixi faktların olmasını qeyd etmək istərdik. Hətta vikipedyada da Zərdüştün doğulduğu ölkə düz göstərilmir. Bəzi məlumatlara görə, onun Əfqanıstanın şimalında yerləşən Belhdə, bəzi yazılarda İranın qədim Rey (Tehran) şəhərində, bəzi bilgilərdə isə Zərdüşt Peyğəmbərin doğuldugu yerin naməlum olduğu bildirilir. B.e.ə. YII əsrdən İslam dini yaranan dövrə qədər Yaxın Şərq ölkələrində böyük nüfuza malik olan bu dinin bütöv Azərbaycanla bağlı olması xarici ölkə elmi mənbələrdə nədənsə göstərilmir. Sadəcə Azərbaycan alimləri bu haqda tədqiqatlara əsaslanan bir neçə kitablar yazmışlar. Azərbaycanda 1970-ci illərdə “Avesta” və Zərdüşt peyğəmbər haqqında sanballı elmi araştırmaları olan tanınmış alim Qafar Kəndli bizə demişdir ki, Zərdüşt Ərdəbilin yaxınlığında Səhənd dağının ətəyində olan kənddə doğulmuşdur. Hauma müqəddəc bitkidən düzəldilmiş iksiri, müqəddəs saydığı inək südünü öz doğma yurdunda içmişdir. Daha sonra bildirmişdir ki, “Avesta” kitabının tərcüməsində və onun 12 min inək dərisi üzərində yazılması prosesində tərcüməçilər bir çox qədim Türk dilində olan sözlərin mənasını anlamadıqları üçün bu kəlimələri tərcümədə olduğu kimi saxlamışlar. Bu deyilən fikirdən belə bir qənaətə gəlmək olar ki, “Avesta” kitabının orijinal diliAvesta”, “Qata” sayılsa da, bu dillərin qədim türk dilində olan sözlərlə zəngin olmasını sübut edir. Sonradan qədim Pəhləvi dili və əlifbası ilə də yazıldığı bildirilir.

Tarixi faktlar göstərir ki, Şumerlərdə 37 Tanri olsa da o dövrdə əsasən 3 Tanrı; Günəş Tanrısı An/Anu/ Anunaki, Göylər Tanrısı Enlilsu Tanrısı Enki xalq tərəfindən xüsusi inancla, rəğbətlə qarşılanırdılar. Şumer tanrıları tarixin sonrakı dönəmlərində Assurlar, Akkadlar, Zərdüşt Peyğəmbər, yunanlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Məsələn An/Anu Tanrısını Akkadlar Anunaki, Mitanni dövlətində Günəş Tanrısını Mitra, antik Yunanıstanda Herodotun Ahura Məzdanı, Zevslə eyniləşdirməsi və s. misalları göstərə bilərik. Zərdüşt fəlsəfəsinin üstünlüyü tarixdə o oldu ki, o, çoxtanrılıqdan təkallahlıq dini fəlsəfi görüşünə keçidin əsasını qoydu. Təkallahlıq anlayışı da din fəlsəfəsində dünyanın və Yaxın Şərqin böyük dini cərəyanlarına, icmalarına dərin təsir göstərmiş oldu.

Qədim Türklərin həyat fəlsəfəsində mövcud olan od(atəş), su, hava, torpaq - 4 ünsürün müqəddəslik konsepsiyası Zərdüşt nəzəriyyəsində yeni vüsət aldı. Zərdüştün dini-fəlsəfi görüşü xeyirlə-şərin, həyatla-ölümün, işıqla-qaranlığın mübarizəsində xeyirin, həyatın və işığın qalib çıxması insanların həyat fəlsəfəsində xüsusi önəm daşımışdır. Və bu Zərdüşt dini-ideoloji fəlsəfəsi əsasən İslam dövrünə qədər yaşasa da onun izləri müasir dövrümüzdə də qalmaqdadır. Zərdüşt dini-fəlsəfi görüşün nüfuzunu və təsir gücünü cox gözəl bilən Azərbaycan-Türk dünyasına düşmən mövqedə olan ölkələr bu dini təkcə farslara, Hindistanda pars etnik qurumuna bağlamışlar. Erməni və digər xristianpərəst alimlər məqsədyönlü şəkildə əsl tarixi təhrif etməklə dünyanın dini tolerantlıq mərkəzi olan”Anı”nın tədqiqatında bölgədə əsasən xristian kilsələrinin tarixi əhəmiyyətini qabarıq şəkildə ortaya qoymuşlar.

 

Rafiq İMRANİ,

professor.

Kars şəhəri.

 

Respublika.- 2020.- 30 aprel.- S.6.