Şəhid ailələri Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil verildi

 

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Hövsan Yaşayış Kompleksindən alınmış mənzilləri təqdim edib

 

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Əmək Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq.

 

Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər fərdi evlər ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə müharibə əlillərinə 8127 mənzil fərdi ev verilib.V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə 400 avtomobilin verilməsi nəzərdə tutulub onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.

 

Yeni mənzillə təmin edilən şəhid ailələri Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

Mustafa Kamal

 

Respublika.- 2020.- 6 avqust.- S.6.