86 ildən
sonra ibadətə açılan Aya Sofya
Türkiyənin mədəniyyət xəzinələrindən
biri kimi tarixə düşən Aya Sofya İstanbulun
siluetinə öz möhürünü vuran
əsərlərdəndir. Müqəddəs Aya Sofya muzeyi
dünyanın ən mühüm mədəniyyət
abidələrindən biri
hesab olunur. Həm kilsə, həm də məscid kimi fəaliyyət göstərən tikili hər iki dinləri
özündə cəmləşdirən
bir muzeydir. Divarlarına
həkk edilmiş
İsa, Məryəm ana
və digər xristianlıq ikonları ilə birlikdə hər bir bucağında
ərəb yazılarını
görmək, əslində
min illərdir yatan tarixdən bəhs edir. Orada olan ikonların
hər biri incə detallar ilə işlənilib və ziyarətçilərini
ilk baxışdan özünə
heyran edir. Neçə
zəlzələlər, üsyanlar,
talanlar qarşısında
sadəcə bir neçə kiçik restavrasiya ilə ayaq üstə qalan bu möhtəşəm
tikili zamana qarşı bariz mədəniyyət nümunəsidir.
Məbədlərin Anası kimi tanınan bu möhtəşəm abidənin
əsrarəngizliyini şəhərin
dörd bir yanından görmək mümkündür. Aya Sofya muzeyi Sultanəhməd
meydanını dövrəyə
alan Sultanəhməd
məscidi, Yerəbatan
qəsri, Aya İrini kilsəsi, III Əhməd çeşməsi,
Soyuq Çeşmə
küçəsi arasında
yerləşir.
İslami rəvayətlərə görə kilsənin dağılan günbəzinin
bərpası davam edərkən Hz. Məhəmməd
5 peyğəmbərlə İstanbula
bir məktub göndərir. Məktubda onun
dünya liderlərini
İslama dəvət
etdiyi bildirilir. Başqa bir rəvayətə görə isə kilsənin günbəzinin
dağılmaması üçün
Hz. Məhəmməd İstanbula
peyğəmbərlərdən biri ilə hədiyyə
göndərir. Bu hədiyyənin tikinti xərcinə əlavə
olması ilə Allahın iznilə kilsənin günbəzinin
qiyamətə gədər
öz mövcudluğunu
qoruya biləcəyinə
inanılır.
Aya Sofyanın
bərpasında Memar Sinanın da böyük rolu olmuşdu. Sultan 2-ci Bəyazid və Sultan Səlimin dövründə
Memar Sinan Aya Sofyanın günbəzinin dağılmasının
qarşısını almaq
üçün yerləşdirdiyi
dayaqlarla tağı möhkəmləndirib, əlavə
olaraq inşa etdiyi iki minarə
də tağı daha dayanıqlı edib. Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra Aya Sofya
məscidə çevrilir.
Məsciddə ilk namazı Fateh
Sultan Mehmetin özü
qılır. Cümhuriyyət dövrünədək məscid
olaraq istifadə edilən Aya Sofya 19-cu əsrdə
Sultan Əbdulməcidin əmri
ilə Fossatti qardaşları tərəfindən
bərpa etdirilir.
Məscidin baş məkanının
şimal-qərb girişində
haqqında saysız-hesabsız
əfsanələr danışılan
Arzu sütunu yerləşir. Muzeyi ziyarət edənlər
bürünc lövhələrin
arasında yerləşən
dəliklərə baş
barmaqlarını salaraq
bir dəfə sütunun ətrafında dönür. Ziyarətçilər bu ritualı yerinə yetirərək arzularının yerinə
yetəcəyinə inanır.
İnşa edildiyi dövrdən (532-537-ci illər)
etibarən bir çox dinlərə məxsus insanların ibadətlərinə ev sahibliyi edib. İlk növbədə Yunan Ortodoks kilsəsi, sonra Katolik kilsəsi, daha sonra Yunan Pravoslav
kilsəsi, ən sonda isə məscid olaraq (1453) istifadə edilib. 1453-cü ildən, yəni Fateh Sultan Mehmetin dövründən
1934-cü ilə qədər
məscid olaraq fəaliyyət göstərib.
1934-cü ildən etibarən, Türkiyə Cümhuriyyətinin ilk prezidenti
Mustafa Kamal Atatürk tərəfindən muzey kimi istifadəyə
verilib. Eyni zamanda Aya Sofya muzey olaraq
UNESCO-nun Dünya İrsi
siyahısında yer alır.
Aya Sofyanın türk və bütövlükdə
islam dünyası
üçün əhəmiyyəti
böyükdür. Çünki bu dini məbəd
müqəddəs kitabımız
olan Qurani-Kərimin “Fəth” surəsində müjdələnən, hökmdar
Fateh Sultan Mehmetin Konstantinopolu fəth etməsindən sonra məscidə çevrilməsinə
izin verdiyi kilsədir.
Aya Sofya yalnız islam
deyil, eyni zamanda xristian dünyası üçün
də müqəddəs
məkandır. Bu abidə dinlərin ortaq dəyəridir.
Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti
dövründə Aya
Sofyanın məscidə
çevrilməsi məsələsi
dəfələrlə gündəmə
gəlib. Tarixi abidənin məscidə çevrilməsini dəstəkləyənlər
çoxluq təşkil
etsə də , buna qarşı
çıxanlar da az deyildi. Bütün cəhdlərə
baxmayaraq, Türkiyə
məhkəməsi İstanbuldakı
Aya Sofya məbədinin muzeydən
məscidə çevrilməsi
ilə bağlı qərar verdi. Danıştay
(dövlət idarəçiliyi
ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən
muzeyə çevrilməsinə
dair 24 noyabr 1934-cü
il tarixli
Nazirlər Kabinetinin qərarını ləğv
etdi. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Aya Sofya məbədinin
muzeydən məscidə
çevrilməsi ilə
bağlı məhkəmənin
qərarını təsdiqlədi. Fərmana əsasən, Aya
Sofyanın Türkiyə
Diyanət İşləri
Başqanlığının balansına verilməklə
ibadətə açılmasına
qərar verildi. Və nəhayət iyulun 24-də Aya Sofyada 86 ildən sonra ilk cümə namazı qılındı. Aya Sofyanın məscid
kimi açılış
mərasiminə xatirə
olaraq 1 TL dəyərində
pullar kəsilib.
Pulun üzərində
Aya Sofyanın şəkli var.
Esmira YAZKAN Aslanova,
“Respublika”
qəzetininin Türkiyə
üzrə müxbiri.
Respublika.- 2020.- 6 avqust.- S.7.