İşğal
faktının Ermənistanın dövlət səviyyəsində
etirafı
Ermənistanda heç cür ənənəvi şakərindən hər cür gerçəklərdən uzaq, isbat olunmamış, uydurma tarixi faktlardan ibarət səfsəfələrlə bu cırtdan xalqın mifik böyük obrazının yaradılması və bu obraza dünya ictimaiyyətini “məşəqqətlər görmüş” xalq kimi inandırılmağa çalışılması artıq normaya çevrilib. “Dənizdən dənizə” mifik dövlət ideyası, sonra 650 min olan əhalinin 1,5 milyonunun soyqırıma məruz qalması şivəni, daha sonra Nuhun gəmisi haqda əfsanə və sivilizasiyanı ərsəyə gətirən lavaşın, dolmanın “ixtirası” ilə bağlı əllaməliklər. Erməninin xəstə təxəyyülünün sayıqlamalarını saymaqla bitmir.
“Bu günlərdə onlar yenidən şərəşur salıb özlərinin yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyətə bəyan etdilər. Strategiyaya, nə strategiya. Özü də uydurma erməni tarixini “su kimi içən” N.Paşinyanın ön sözü ilə. Format olaraq bu cür sənədlərdə işlənməsə də Paşinyan kor atı minib köndələn çapır və dediyini edir. Sən demə, Paşinyana qədər bu tarixin yetərincə “ağ ləkələri” varmış. Bir vaxtlar dünyaya özlərini Urartu dövlətinin qurucuları kimi sırımaq istədilər, alınmadı. Davosda İlham Əliyevlə olan debatda bədnam debütünü edən Paşinyan hansısa erməni dövlətinin başçısı II Tiqranın cahangirliyindən dəm vurmaq istədi, yenə də alınmadı. Çünki həmin II Tiqran b.e.-nın 26-cı ilində Mesopotamiya ərazilərində Bizansın bircə batalyonunun zərbələri altında məhv olaraq tarixin rüsvayçı zibilliyinə atılmışdı. Tarixçi libasında zühur etmiş Paşinyan dediyim dedikdir məntiqi ilə Ermənistanın dağlıq yaylası, Haylar, Hayestan, çar Artaşes, Arşakilər, Baqratilər,Van çarlığı, soyqırımı və s. bu kimi tarixi məqamlara baş vurur. Amma çifayda. Bu günlərdə isə daha bir rüsvayçılıq baş verdi. BBC-nin Haldtalk proqramına müsahibə verən N.Paşinyan korazehinlik dərəcəsinə çatan intellektual kasadlığı, siyasi səriştəsizliyi ilə özünü büsbütün rüsvay etdi. Hiss olunur ki, nə Ermənistan, nə də onun sorosçu baş naziri keçmişin stereotiplərindən — milli natamamlıq kompleksindən hələ də azad ola bilməmişlər, heç ola da bilməyəcəklər.
Strategiya deyilən sənədlə səthi tanışlıq belə orada faşizm cövhəri ilə yaxşıca cilalanmış şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir. Erməni xalqının böyüklüyü, hətta ari irqinə mənsub olması, onun digər xalqlar üzərində üstünlüyü barədə sərsəm fikirlər, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük, hətta qatı düşmənçilik mesajları verilir. Belə ki, Ermənistan sabiq baş naziri Vahan Teryanın şeirindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsi şadyanalıqla ərz edilir. Əslində Strategiyanın bütün məğzi “Babil bizim düşmənimiz idi, bəs indi hardadır. Səhralarla örtülüb” — deyimində cəmləşib. Bu düşüncə tərzi ilə Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan İŞİD terrorçuları arasında heç bir fərq görünmür. Bütün bunlara baxanda , faşist Qaregin Njdenin “Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam aydın olur. Bəlkə də Ermənistandan başqa heç bir ölkənin Milli Təhlükəsizlik Strategiyasında şeir yer almayıb.
Sənəddə “məxməri inqilab”a toxunulur və onun yeni standartlar müəyyən etdiyi bildirilir: O standartların nədən ibarət olması isə hətərən-pətərən ifadələrlə izah edilməyə çalışılır. Əslində Milli Təhlükəsizlik Strategiyasında bu tipli istinadlar sənədin formatına uyğun deyil və məntiqsizlikdir. Çünki belə sənədlərdə hər hansı bir siyasi qüvvə təbliğ edilməməli, dövlətin ümumi və uzunmüddətli təhlükəsizlik konsepsiyası təsvir edilməlidir. Yəni, konsepsiya hakimiyyətdəki qüvvələrə deyil, dövlətin maraqlarına uyğun bir sənəd olmalıdır. Belə çıxır ki, sabah Ermənistanda N.Paşinyana və “məxməri inqilab”a əks olan qüvvələr hakimiyyətə gəldikdən sonra bu strategiya avtomatik olaraq etibarsız olacaq. Aydın olur ki, bu sənəd Ermənistanın deyil, Soros və ona yaxın dairələrin dəstəyi ilə baş vermiş “inqilab” nəticəsində hakimiyyətə gələn, Soros fondundan pul alan N.Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strategiyasıdır. Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, özlərinin qanlı hərəkətlərinə haqq qazandırılaraq Azərbaycan tərəfini günahlandırır və guya Azərbaycanda ermənifobiyanın olduğu barədə vay-şivən qoparırlar. İftira və yalanlardan ibarət iddialarda bir xalqın mənəviyyatının, əxlaqının nə dərəcədə deqradasiyaya uğradığının şahidi olursan. Azərbaycan torpaqlarının işğalı tarixi ədalətin bərpası, bu yerlərdə sivilizasiyanın bərpası kimi təqdim olunursa, həyasızlığın, abırsızlığın miqyasına heyrət etməyə bilmirsən. Elə buradaca “şanlı Artsax” ordusunun öyülməsi, şəninə mədhiyyələr deyilməsi Ermənistanın istilaçı, təcavüzkar mahiyyətini bir daha açıb ortaya qoyur. Sənəddə ölkəmizə qarşı edilən təcavüzkar müharibə ilə bağlı söylənilən fakt və arqumentlər isə ermənizmin riyakar mahiyyətini bütün çılpaqlığı ilə açır. Həyasızcasına iddia edilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu Artsaxın şanlı özünümüdafiə qüvvələri işğal edib. Bəs Xocalıda törədilən soyqırımında keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakını sübut edən zabitlərin ifadələri, işğal prosesində həmişə iştirak etmiş Gümrüdəki 127-ci diviziyanın 1994-cü ildə onun əsasında 102-ci hərbi baza sabiq komandirinin sizləri ittiham edən və mətbuatda yol açan lənətləmələrinin heç mürəkkəbi də qurumayıb axı. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı 4 qətnaməsini də saya salmadığını da əlavə edək. Problemin həllinə dair Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bəyanatlarını da görməməzliyə vurursunuz.
Bu bir faktdır ki, Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və iqtisadi siyasət aparır, təbii ehtiyatlarımızı, didərgin düşmüş mülki əhaliyə məxsus varidatı yağmalayır, fauna və floramızı məhv edir. Ən sadə hesablamalara görə bu cür fəaliyyətlər nəticəsində ölkəmizə və əhalimizə 350 mlrd. dollardan çox ziyan dəyib. İşğal olunmuş ərazilərdə Azərbaycan izlərini - toponimləri, tarixi abidələri, mədəniyyət nümunələrini, daş kitabə və qəbirləri yox etməyə, həmin ərazilərdə saxta erməni izləri yaratmağa çalışırlar. Görün nə qədər barbardırlar ki, Ü.Hacıbəyovun, Bülbülün, Natəvanın qədim Şuşamızdakı abidələrini də güllə yağmuruna tutublar. Ermənistanın təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törətməsi, qəsdən Azərbaycanın mülki əhalisini, onların ev və təsərrüfatlarını atəşə tutması, Tovuz rayonuna hücum etməsi, danışıqlardakı destruktiv mövqeyi sübut edir ki, bu ölkə problemin diplomatik yollarla həllinə tərəfdar deyil və hər vasitə ilə mövcud status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.
2016-cı il aprel döyüşləri ilə bağlı uydurma fikirlərlə bağlı qeyd etmək istərdik ki, həmin vaxt Ermənistan silahlı qüvvələri qəyyum dövlətin xeyir-duası ilə Azərbaycana qarşı növbəti təxribata əl atmışdı. Azərbaycan öz əhalisini qorumaq üçün cavab tədbirləri görmək məcburiyyətində qaldı. 2 saat ərzində ermənilərin “Ohanyan istehkamları” adlandırdıqları qoruyucu istehkamlar darmadağın edildi, şanlı ordumuz 3 günlük hərbi əməliyyatlar nəticəsində Tərtər-Ağdərə istiqamətində 18 strateji yüksəkliyi, Cəbrayıla qədər gedən ordumuz bütün Qarabağı nəzarətdə saxlamağa imkan verən Lələtəpə yüksəkliyini, bütövlükdə isə 2 min hektardan çox ərazilərimizi geri qaytardı. Qarşısında diz çöküb ağladığı Rusiyanın təkidli səylərindən sonra ordumuz hərbi əməliyyatlara ara verdi. Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribat zamanı çox çirkin məqsədlər — ölkəmizin regionda gerçəkləşdirdiyi iri iqtisadi layihələr və mülki əhali hədəfə alınmışdı. Həmin əməliyyatlardan sonra qəyyumları hava yolu ilə işğala 400 tondan artıq müasir silahlar göndərmişdi.
Sənəddə bir neçə dəfə xalqların öz müqəddəratını təyinetmə prinsipinə istinadən qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyinetmə hüququ qeyri-şərtsiz tanınmalıdır. Yenə də Beynəlxalq hüququn fundamental prinsiplərini və həmin prinsiplərdə Helsinki Yekun Aktının tələblərinə uyğun olaraq ərazi bütövlüyü ön planda gəldiyini unudublar. Ona qalsa, dünyada 6 minə yaxın millət və xalqın olduğunu da bilməmiş deyillər. Onlardan yalnız 205-i öz müqəddəratını təyin edib müstəqil dövlətini qura bilib. Bu iddia dünyanı qarşısıalınmaz xaosa sürükləməlidir. Digər tərəfdən, erməni xalqı bizim ərazimizə XIX əsrdə köçürülmədir, yerli aborigen xalq deyil!
Bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Ermənistan isə hökumət səviyyəsində deyir ki, - yox “Artsax” tarixi erməni torpağıdır. Onda belə bir məntiqi sual ortaya çıxır: əgər beynəlxalq ictimaiyyətin fikri vecinizə deyilsə, o zaman niyə elə həmin beynəlxalq ictimaiyyətin erməni “soyqırımı”nı tanımasına nail olmaq üçün dəridən-qabıqdan çıxır, minbir dona girirsiniz. Bir də axı sizin işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışmanız və qanmaq istəməməniz ki, heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz, çünki bu öz müqəddəratını təyinetmə yox, soyqırımla, vəhşicəsinə milyondan çox insanın etnik təmizlənməyə məruz qoyulması ilə müşayiət olunan açıq işğaldır.
Bir millətin öz müqəddəratını 2 dəfə təyinetmə haqqı Beynəlxalq hüquqda yoxdur. Üstəlik də Azərbaycan torpaqlarında. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Ermənistan isə yenə də hay-həşir salaraq qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyinetmə hüququnun tanınmasını tələb edir, bu qanunsuz rejimi “azad ölkə” kimi qələmə verməyə çalışır. Bütün bunlar özü-özlüyündə Ermənistan tərəfindən ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə vurulmuş növbəti ağır zərbə deyilmi? Yəqin ki, həmsədrlər, ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə lazımi reaksiya verəcək. Bir də axı, Ermənistanın özünə aid olan bir sənəddə başqa dövlətin ərazisinə dair şərhlərin verilməsi işğalçılıq siyasətinin bariz nümunəsi deyilmi? Sənəddə isə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə”, müdafiə nazirinin “yeni torpaqlar naminə yeni müharibə” kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də “Strategiya” adlanan sənəddə münaqişə ilə bağlı söylənilən digər təxribatçı fikirlər sübut etmirmi ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir. Sənəddə qeyd olunan, qondarma qurumun təhlükəsizliyi, eləcə də “Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır” ifadəsi heç bir məntiqə sığmır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, deformasiyaya uğramış təfəkkür sahibi Paşinyanın rəhbərlik etdiyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur və gec-tez bu bölgəni yenidən isti müharibənin alovları bürüyəcək. Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu işğalın açıq etirafı deyilmi? Üstəlik iddia edilir ki, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdi qondarma qurumun əhalisinin fiziki mövcudluğuna təhdiddir.
(davamı növbəti saylarımızda)
Qabil HÜSEYNLİ,
Professor.
Respublika.- 2020.- 19 avqust.- S.5.