Həmrəylik - Zəfər deməkdir
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə və mənəvi ehtiyaca, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik yalnız sağlam düşüncə, ədalətli məqsəd və saf niyyət əsasında doğulur. Həmrəylik həm də millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və bəşəriyyətə olan sevgisidir. Dünya Azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Bu məsələdə xüsusi həssaslıq nümayiş etdirərək ilk addımı ulu öndər atmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. İndi Həmrəylik Gününü yalnız azərbaycanlılar deyil, hətta milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç ürək sözlərini Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı Zəfər paradında söylədiyi:
Arazı
ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm
ilə ayırdılar,
-
bayatısı vasitəsilə
çatdırıb. Çünki bu misraların Dünya Azərbaycanlılarının
qəlbinə həmrəylik
və birlik sevinci qatmış olduğunu bildirib səfir. Xalqımıza və dövlətimizə
böyük sevgisini ifadə edən diplomat, Azərbaycan mənim canım, ikinci vətənimdir, Türkiyə
ilə eyni sevdiyim vətənimin hər xoş sədasını eşidəndə
ürəyim dağa dönür deyib. H. Kılıç Azərbaycanın döyüş
meydanında qazandığı
Zəfər münasibətilə
də xalqımızı
təbrik edib. O,
Azərbaycanın dövlət
müstəqilliyini bərpa
etdikdən sonra keçirdiyi Zəfər paradını izləməyin
çox qürurverici
olduğunu bildirib. Bu paradın bütün
dünyaya Azərbaycan
dövlətinin gücünü,
Ordusunun yenilməzliyini,
xalqın öz dövlətinə, torpağına,
Vətəninə, Ordusuna
və Ali Baş Komandanına bağlılığını
nümayiş etdirdiyini
söyləyib. Bütün Azərbaycan
xalqının, qüdrətli
Azərbaycan Ordusunun
Ali Baş Komandan ətrafında sıx birləşməsi sayəsində
qazanıldı bu Zəfər.
Səfir vurğulayıb ki, “Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi yüksək intellektli, müdrik və cəsur Prezidenti var. Azərbaycanın
xoşbəxtliyi Prezident
İlham Əliyevin xoşbəxtliyidir. Bu mənəvi
bağlılıqdan qürur
duyur və Azərbaycanın işıqlı
gələcəyinə inanıram”.
Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə inkişaf
dinamikasında olduğunu
diqqətə çatdıran
Hulusi Kılıç
deyib ki, tezliklə iki dövlətin liderliyi ilə yeni beynəlxalq
iqtisadi layihələrin
inkişafının şahidi
olacağıq. Prezident İlham
Əliyevin Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq münasibətlərinin
inkişafında dinamizmi
qorumaq üçün
daim yeni təklif və təşəbbüslərlə çıxış etdiyini
xatırladan diplomat qeyd
edib ki, ən yaxın zamanlarda iki qardaş ölkənin diaspor təşkilatları
vahid platforma üzərindən mühüm
hədəflərə hesablanmış
strategiyalar uğrunda birgə fəaliyyət göstərəcəklər.
Hulusi Kılıç sonda bildirib ki, tariximizə
qızıl hərflərlə
yazılan və gələcək nəsillərimiz
tərəfindən böyük
fəxarət və qürur hissi ilə xatırlanacaq bir il yaşadıq. Ən böyük xəyallarımız
çin oldu, ən müqəddəs arzumuza çatdıq - Qarabağımız azad oldu. Son 30 ildə ilk
dəfə Yeni ili doğma
Qarabağımızla, Şuşamızla
birlikdə qeyd edəcəyik. Ən xoş arzuların
və niyyətlərin
bir-birinə qovuşduğu
belə bir zamanda Azərbaycan xalqına və bütün dünyada yaşayan azərbaycanlılara
sevgi dolu həmrəylik, yeni-yeni uğurlar və cansağlığı arzulayıram”.
Esmira YAZKAN Aslanova,
“Respublika”qəzetinin
Türkiyə üzrə müxbiri.
Respublika.- 2020.- 29 dekabr.- S.5.