Baş leytenant əsgərlərimizin
düşünən beyni idi...
Vətən müharibəsində silahlı qüvvələrimizin rəşadətli zəfər yürüşü onun dünyanın ən güclü orduları sırasında yer almasının məntiqi nəticəsi idi. Elə buna görə də sentyabrın 27-də ölkəmizin faşist xislətli işğalçılara qarşı başladığı əks-hücum əməliyyatı tam qələbə və ermənilərin kapitulyasiyası ilə yekunlaşdı. Bununla da Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı daşnak quldurlardan təmizlədi. Müzəffər ordumuz düşmənin ərazimizdən qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.
44 günlük savaşda ordumuz ən ağır əməliyyatları uğurla başa çatdırdı, ən çətin mürəkkəb sədlərin asanlıqla dəf olunması, düşmənə məxsus olan texnikanın məhv edilməsi və ermənilərə sarsıdıcı zərbələr endirilməsində baş leytenant İlkin Əzizağa oğlu Məmmədzadənin misilsiz xidmətləri olmuş, o, hər qarış Vətən torpağı uğrunda qeyrətlə, mərdliklə vuruşmuş və adı Azərbaycanın İkinci Qarabağ savaşına qızıl hərflərlə yazılmışdır.
...Ağdarə-Tərtər uğrunda ağır döyüşlər gedirdi. Müzəffər ordumuz düşmənə ağır zərbələr endirir, Paşinyanın qorxaq və təlxək ordusu geri çəkilir, məğlubiyyətdən yaxa qurtarmaq üçün tunellərdə məskunlaşmağa üstünlük verirdi. Döyüş tapşırığı uğurla başa çatdığına görə bütün əsgər və zabitlərimiz kimi, İlkinin də sevinci köksünə sığmırdı. “İrəli-irəli” - deyə əsgərlərimizi döyüşə ruhlandırırdı. Belə bir məqamda əsgərlərimizin düşünən beyni və vuran əli olan İlkinin sinəsi düşmən gülləsinə tuş gəldi. Yarası ağır idi. Çoxlu qan itirmişdi. Son dəfə dodaqlarından kövrək sözlər eşidildi: Atam Əzizağa, anam Fatma, mən torpaq uğrunda şəhid oluram, başınızı həmişə dik tutun, qəm-qüssədən uzaq olun. Bilin ki, balanız dünyadan azadlıq aşiqi kimi köçdü...
Baş leytenant İlkin Məmmədzadə 44 günlük savaşda qəhrəmanlıq, peşəkarlıq göstərdi, ən çətin məqamda müdafiə xəttini yarmağı bacardı, Azərbaycanın haqq işi uğrunda bir zabit tək üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. Neçə-neçə yaralını döyüş meydanından çıxardı.
İlkin Məmmədzadə Sumqayıt şəhərində dünyaya göz açmış, 42 nömrəli tam orta məktəbi bitirdikdən sonra qəlbinin hökmü ilə Gəncə Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsini qırmızı diplomla bitirmiş, sonra isə magistraturanı qurtarmış, elmi biliklərlə mükəmməl silahlanmışdır. Ali təhsil aldığı illərdə baş leytenant İlkin Məmmədzadənin bir neçə kitabı nəşr olunmuşdur.
Mənfur düşmənlərimiz sentyabrın 27-də hücuma keçəndə Vətənin bütün qeyrətli oğulları kimi İlkin də çalışdığı hərbi sahədən odlu səngərlərə, döyüş meydanına yollandı. O, sevimli qardaşı Aqşinə söz verdi ki, müzəffər ordumuzun sıralarında erməni quldurlarına qarşı cəsarətlə vuruşacağam. Sevimli Qarabağımız, Qarabağımızn tacı olan qədim Şuşa şəhəri işğaldan azad olunacaqdır.
Azərbaycanın haqq işi uğrunda İlkin mərdliklə vuruşdu, əsgərlərimizlə əməliyyatları həyata keçirərkən addım-addım irəlilədi. Qismətinə isə şəhidlik yazıldı, ölümü ilə ölümsüzlüyə qovuşdu, son mənzili Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı oldu...
Baş leytenant İlkin Məmmədzadənin doğmaları ilə əlaqə saxlayıb, onların ürək sözlərini olduğu kimi qələmə aldıq.
Fatma Məmmədzadə (İlkinin anası):
—Ay yarım ərzində gözlərimiz qarşısında yazılan şərəfli tarixin qəhrəmanlarından biri də arzuları yarımçıq qalmış, elm fədaisi kimi tanınmış, el gözündə pillə-pillə ucalan, sevimli balam İlkin idi. Sanki o, ölüm hərisiydi, ölüm dəlisiydi, ağır döyüşlərdə heç vaxt ölümdən qorxmazdı. Taleyinə şəhidlik yazıldı, İlkin yaxşı bilirdi ki, torpaqdan pay olmaz, döyüş meydanında türkün yumruğu ermənilərin başını əzəcək, Paşinyan bir daha sınmış əlləri ilə yallı gedə bilməyəcəkdir...
Fərhad
Məmmədov (İlkinin
bibisi oğlu):
—İlkin bütün qohum-əqrabanın fəxri
idi. Vətənə, torpağa sidq
ürəklə bağlı
idi. Zaman-zaman ermənilərin xalqımıza qarşı
həyata keçirdikləri
terror hadisələrini, vəhşiliyi
heç vaxt unuda bilmirdi. O,
2014-2015-ci illərdə həqiqi
hərbi xidmətdə
olmuşdu. 2-ci Qarabağ savaşı başlayanda “N” hərbi hissəsində qulluq edirdi. Ağır döyüşlərdə düşmənin
başına od ələyirdi. İlkinin döyüş epizodlarını
sadalamaqla qurtarmaq olmaz. Mühüm döyüş tapşırığını
yerinə yetirərkən
o, 21 nəfər Azərbaycan
əsgərini mühasirədən
xilas etmiş və misilsiz şücaət göstərmişdir.
Şəhidlik zirvəsinə ucalmış
İlkinlə onu tanıyanlar həmişə
fəxr edəcək,
onun uyuduğu məzar and yerimiz olacaq, yazıb ərsəyə gətirdiyi
kitablar əziz xatirə kimi qorunub saxlanılacaqdır.
Qədir ASLAN
Respublika.- 2020.- 29 dekabr.- S.6.