Azərbaycan multikulturalizm ölkəsidir

 

Odlar yurdu—Azərbaycan tarixi ipək yolu üstündə müxtəlif sivilizasiyaların qovuşduğu, millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı məmləkətdir. Burada multikulturalizm alternativi olmayan həyat tərzi yaşanır. Azərbaycanın paytaxtı Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində çox görmüşdür.

 

2016-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə “Multikulturalizm ilielan etməsi haqqında Sərəncam vermişdir. Dünya ölkələri Azərbaycanda əsrlər boyu formalaşan milli-mədəni rəngarənglik mühitinə, tolerantlığa böyük maraq göstərirlər.

 

Birləşmiş Millətlər Təşkilatının Siviliyasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi də bunu sübut etdi. Dünyada etnik, dini münaqişələrin tüğyan etdiyi bir zamanda dövlət başçısının 2016-cı ili Azərbaycanda “Multikulturalizm ilielan etməsi beynəlxalq aləmdə də rəğbət doğurdu.

 

Məlum olduğu kimi, Azərbaycanda multikultural mühitə diqqət və qayğı Müstəqilliyin ilk illərində Prezident Heydər Əliyevin fəaliyyətilə bağlı olmuşdur. Akademik Kamal Abdullayev yazır: Ulu öndər Heydər Əliyev Konstitusiyanın ayrı-ayrı bəndlərində, həm də ayrıca sənədlərdə sistemli şəkildə multikultural siyasətlə, yəni Azərbaycanda yaşayan başqa xalqların taleyi, tarixi, mədəniyyəti, dili, mənəviyyatı ilə bağlı bir-birini tamamlayan qanunlar və sərəncamlar imzaladı, onların həyata keçməsinə nail oldu. Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların maddi rifahının, iqtisadi-təsərrüfat durumunun yaxşılaşdırılması ilə bağlı qəbul edilən digər qərarlar da, icra edilən layihələr də, əlbəttə ki, ulu öndərin böyük siyasi fəaliyyətinin nəticəsi ididaim onun diqqət mərkəzində dururdu”.

 

Ulu öndər Heydər Əliyev Azərbaycanda xalqların öz hüquqlarını anlaması və qoruya bilməsinin, sıx əməkdaşlığının dövləti əhəmiyyətinə yüksək dəyər verirdi. Onun şəxsi iradəsi və təşəbbüsü əsasında hər hansı tolerant düşüncəyə sahib etnik qrupların mədəniyyət, dil, din, tarix və adət-ənənələrinin inkişaf etdirilməsi qanuni müstəviyə çıxmış, dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.

 

Ulu öndər Heydər Əliyev deyirdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bununla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən insanlardır.

 

Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

 

Azərbaycan çoxmillətli tolerant ölkədir. Onun ərazisində yaşayan bütün millət və xalqların - ləzgi, avar, kürd, talış, saxur, udin, kumıq - bütünlükdə bunların hamısı Azərbaycan vətəndaşıdır.

 

Ulu öndər demiş - “Azərbaycan” sözü onları birləşdirib. Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır”.

 

Qədim tarixə malik Azərbaycanda etnik qrupların nümayəndələri əsrlər boyu dinc şəraitdə, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycanda sabitliyin, uğurlu inkişafın arxasında dinimilli dözümlülük, tolerantlıq dayanır.

 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından - 1993-cü ildən sonra Azərbaycanda yaşayan xalqlaricmalar arasında həmrəylik və dostluq əlaqələrinin yeni vüsət tapması, güclənməsi nəticəsində hamı azərbaycançılıq, dövlətçilik ətrafında sıx birləşdi.

 

Məlum olduğu kimi, multikulturalizmin Azərbaycan modeli ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının təzahürüdür.

 

Onun iftixarla dediyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi mahiyyətcə azərbaycançılıq ideyasının, multikulturalizmin Azərbaycan modelinin fəlsəfəsini dolğunluqla əhatə edir. Çünki Azərbaycanda yaşayan bütün millətlər Azərbaycan xalqının, onların etnik mədəniyyətləri isə bütünlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.

 

Məlum olduğu kimi, multikulturalizm bir sıra xarici ölkələrdə siyasət kimi meydana çıxsa da, müəyyən müddətdən sonra reallıqda baş verən irqi, milli, dini ayrı-seçkilik, islamafobiya, ksenofobiya kimi hadisələrin ucbatından özünü doğrultmadı.

 

Lakin Azərbaycanda multikulturalizmə nikbin siyasi münasibət mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə multikulturalizmin təntənəsini dövlət səviyyəsinə çevirməklə reallaşdırır. Mütəfəkkir siyasətçi dövlət xadiminin qənaətinə görə “bu gün dünyada multikulturalizmin alternativi yoxdur”.

 

Qədim dövrdən ölkəmizin ərazisində multikultural dəyərlərin, tolerantlığın kök atması xalqımızın mənəvi varlığından qaynaqlanır. Müstəqilliyin möhkəmlənməsi prosesində dövlət siyasəti səviyyəsinə çevrilməsi öz bəhrəsini verməkdədir. Multikulturalizmin Azərbaycan modeli dünya ölkələrinin marağına səbəb olmuşdur. Dünyanın nüfuzlu nəşrlərinin Azərbaycan multikultural modelini örnək kimi təqdim etməsi təsadüfi deyildir.

 

Multikulturalizmin Azərbaycan modelinin uğurlarında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın böyük xidmətləri olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi altında milli-mədəni irsin öyrənilməsi, qorunub saxlanması, dünyaya onu ümumbəşəri irsin bir hissəsi kimi tanıdılması, Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin intişar edilməsi istiqamətində bəşəri əhəmiyyəti olan layihələr həyata keçirilmişdir.

 

Parisin ürəyində Azərbaycan” (1915) tədbiri, “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” konfransı, məşhur fotoqraf Reza Dekatinin “Azərbaycan tolerantlıq ölkəsi” sərgisinin nümayişi;

 

- Mədəniyyətlərarası dialoqda qadınların rolunu genişləndirməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan - tolerantlıq məkanı” layihələri;

 

- Ölkəmizdə məscid, kilsə və sinaqoqların təmiri və yenidən qurulması;

 

- Roma Katakombasının bərpası, Vatikan kitabxanasındakı nadir əlyazmaların bərpası, Roma Katolik muzeyinin filosoflar zalının təmiri.

 

Bütün bu tədbir və layihələrin icrası əyani surətdə sübut edir ki, Azərbaycan müsəlman Şərqində İlk Xalq Cümhuriyyətinin varisi kimi tolerantlığı və multikultural dəyərləri yaşadır.

 

Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva 2016-cı il sentyabr ayının 25-də İtaliyanın paytaxtı Roma şəhərində Custinani sarayında keçirilən konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri barədə çıxışında xalqımızın multikultural və tolerantlıq ənənələrini bir daha dünyaya bəyan etdi: “Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə diniya milli zəmində heç bir zaman heç bir qarşıdurma olmayıb və bu günyoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır”.

 

Ölkəmizdə multikulturalizmin Azərbaycan modelinin tətbiqi və inkişaf etdirilməsi xarici düşmənlərin, xalqların tarixən formalaşmış milli birliyini pozmasına, dini zəmində qarşıdurma yaratmasına imkan vermir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqində Azərbaycanda dövlətin multikulturalizm siyasətinin ölkədaxili ictimai-siyasi və mədəni həyatında sülh və təhlükəsizliyin bərqərar olunmasında mühüm əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Bizim ölkədə multikulturalizm ənənələri güclü olub... Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcəkdir”.

 

Prezident İlham Əliyevin fərmanı ilə yaranan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (2014, 5 may) Azərbaycan multikulturalizm modelini dünyaya təqdim edir, bu sahədə toplanan təcrübənin dünya ölkələrində yayılmasında mühüm rol oynayır.

 

Azərbaycanın multikultural dəyərinin və topladığı zəngin təcrübənin dünyada tanıdılması, dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyətə malikdir. Bu tədbirin missiyası və məqsədi barədə Prezident İlham Əliyev demişdir: “Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir”.

 

“Azərbaycan multikulturalizmimonumental dərsliyinin bir sıra xarici ölkə universitetlərinə tədris proqramına daxil edilməsi, xarici ölkə gəncləri üçün nəzəri biliklərini təcrübi biliklərlə tamamlamaq üçün Azərbaycanda yay və qış məktəblərinin açılması, ayrı-ayrı beynəlxalq səviyyəli görüşlər multikultural ideyaların getdikcə yayılmasının qarşısıalınmaz bir prosesə, faydalı beynəlxalq reallığa çevrildiyini sübut edir.

 

Prezident İlham Əliyevin son 17 ildə dünya ölkələrinə dostluq, barış yayan çağırışları - Bakı şəhərində ənənəvi olaraq Humanitar forumlara, beynəlxalq görüşlərə ev sahibliyi etməsi onu dünyaşöhrətli müdrik dövlət başçısı və ən nüfuzlu, qüdrətli siyasi xadim kimi səciyyələndirir. Vətən müharibəsindən sonra sözübütöv, ədalətli, qalib sərkərdə və Şərq xalqlarının təəssübkeşi kimi rəğbətini qazanan, dünyanın hər yerindən necə varsa eləcə görünən Azərbaycan xalqının böyük oğlu, sevimlisi İlham Əliyevin ad günü münasibətilə müasir dünya şairlərinin mənsub olduqları xalqların məhəbbəti, alqışları ilə süslənmiş poetik toplusunu bir ərməğan kimi oxuculara təqdim edəcəyimizi bildiririk.

 

Teymur ƏHMƏDOV

 

Respublika.- 2020.- 23  dekabr.- S.6.