Ulu öndərin layiqli
davamçısı
Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.
Ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin siyasi davamçısı olduğunu sübuta yetirib, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaradıb. Ötən 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafı, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun uğurlu davamını göstərir.
SSRİ dönəmində də müxtəlif vaxtlarda müəyyən islahatlar aparılırdı. Lakin 1991-ci ildə suverenliyini bərpa edən Azərbaycanın qarşısında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması kimi vəzifə dururdu. Həmin dövrdə aparılmış sistemsiz və elmi əsaslara söykənməyən zəif iqtisadi islahatlar və tədbirlər, habelə 1991-ci ildən 1993-cü ilin ikinci yarısına kimi ölkədə səriştəsiz idarəetmə nəticəsində müstəqilliyin ilk ilindən başlayan iqtisadi tənəzzül davam edirdi. Digər tərəfdən, ölkədə mövcud olan siyasi qeyri-sabitlik, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ erməni separatizmi uğursuz xarici siyasət ölkədə böhranı dərinləşdirirdi. Bu, nəticədə istehsalın kəskin azalmasına və inflyasiyanın sürətlənməsinə təkan verirdi. Heç də təsadüfi deyil ki, həmin dövrü, sözün həqiqi mənasında, müstəqil Azərbaycan Respublikası iqtisadiyyatının tənəzzül dövrü adlandırırlar.
Belə bir ağır siyasi, iqtisadi və sosial şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməklə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla müharibədə atəşkəsə nail olundu və 20 sentyabr 1994-cü ildə bir çox tanınmış xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” bağlandı. Bununla da iqtisadi inkişafa zəmin yaradan siyasi sabitlik bərqərar oldu və 1995-ci ildən başlayaraq iqtisadi tənəzzülün qarşısı alındı və ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, həmin dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin əsas xüsusiyyətlərini iqtisadi siyasətin sahələrarası əlaqələndirilmiş proqramlar üzrə həyata keçirilməsi, gələcəyə hesablanan qərarların qəbul edilməsi mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edirdi.
2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ulu öndərin ölkəmizin hərtərəfli inkişafı üçün başladığı siyasəti keçən dövr ərzində uğurla davam etdirdi. Həmin tarixdən ötən 17 il ərzində Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan siyasi sabitliyə malik demokratik bir ölkə kimi tanınır.
İqtisadiyyatın Azərbaycan modelinin başlıca xüsusiyyətindən biri də yalnız bu gün üçün yox, həm də gələcək üçün möhkəm təməl yaratmaqdır. 2002-ci ildə təməli qoyulmuş və 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması olmuşdur. Bunun nəticəsində Azərbaycan Respublikası dünyada analoqu olmayan iqtisadi artıma nail olmuşdur. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 il tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub.
Müstəqillik tariximizin son 17 ili xüsusilə önəmlidir. Prezident İlham Əliyev
ötən müddət
ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının
Prezidenti olduğunu dəfələrlə sübuta
yetirib, ümummilli lider Heydər Əliyevin müqəddəs
ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasətə nail olub. Bunun nəticəsində Azərbaycan müstəqil
dövlət olaraq daha da güclənib,
dünya miqyasında söz sahibinə çevrilib. Azərbaycanın
paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq
tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə
“Eurovision” mahnı müsabiqəsi,
Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları
kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəni,
siyasi və idman tədbirləri keçirilib. “Əsrin kontraktı”nın daha da səmərəli
şərtlərlə 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması,
“Cənub qaz dəhlizi”nin rəsmi açılışının keçirilməsi, eləcə
də TANAP-ın istismara verilməsi, enerji, neft-qaz sahəsində nəhəng,
irimiqyaslı layihələrin
reallaşması ölkəmizin
strateji əhəmiyyətini
daha da artırıb.
Son 17 ildə ölkəmizdə
həyata keçirilən
siyasi kursun mahiyyətində məhz bir amil də
ölkədə yüksək
səviyyədə aparılan
ordu quruculuğudur və 30 ilə yaxındır problemə çevrilmiş Ermənistanın
Azərbaycana qarşı
işğalçılıq siyasəti Dağlıq Qarabağ erməni separatçılığı münaqişəsi idi. Bu münaqişə də Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
öz ədalətli həllini tapmış,
Ali Baş Komandanın
rəhbərliyi altında
şanlı ordumuz işğal altında olan torpaqlarımızı
azad etmişdir.
Azərbaycan sentyabrın 27-dən başlayaraq
44 gün ərzində
parlaq qələbə
qazanmaqla Ermənistanı
məğlub etdi, işğala son qoydu. 30 illik yurd həsrətimiz,
ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüz minlərlə məcburi köçkün
qəribçilikdən qurtuldu.
Bu möhtəşəm qələbəni xalqımıza
Azərbaycan Ordusu ərməğan etdi.
Vətənimizin azadlığı uğrunda müzəffər
yürüşə çıxan
qəhrəman oğullarımız
illərdir işğal
altında olan dədə-baba torpaqlarımızın
üzərindən düşmənin
nəfəsini kəsdilər,
yaralı yurdumuza məlhəm oldular. 44 günün hər
birində şücaətli
əsgərlərimiz şanlı
tarix yazdılar.
Canlarını Vətənə sipər edərək yurdumuzu azad etdilər, bayrağımızı
zirvələrdə dalğalandırdılar.
Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad
iradəsi sayəsində
haqq savaşımız
qələbə ilə
başa çatdı,
tarixi ədalət zəfər çaldı. Dekabrın
10-da keçirilən Zəfər
paradında bu barədə danışan
İlham Əliyev deyib: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə
Konstitusiyamıza və
müqəddəs “Qurani-kərim”ə
əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi
bütövlüyünü qoruyacağam. Bu gün
böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail
oldu, tarixi ədaləti, beynəlxalq
hüququ bərpa etdi”.
Kamaləddin MƏNSİMOV,
“Nabucco Architecture and Construction” şirkətinin direktoru.
Respublika.- 2020.- 24 dekabr.- S.7.