Xalqı vahid amal
uğrunda səfərbər edən Lider
Xalqımız öz tarixinin şanlı və
qürurverici səhifələrindən birini yaşamaqdadır. İllərdir
hər bir azərbaycanlının köksündə yara
bağlamış Vətən həsrətinə, Qarabağ
ayrılığına son qoyulur. Vətən
torpağı əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan və möhtərəm Prezidentimizin layiqincə davam
etdirdiyi uğurlu siyasəti, güclü və yenilməz Azərbaycan
Ordusunun rəşadəti sayəsində düşmən
tapdağından azad olundu. Qalib xalq olaraq
möhtəşəm bir tarixə şahidlik edirik. Bu zəfərin qazanılmasında cənab İlham
Əliyevin zəngin dünyagörüşü, uzaqgörənliyi,
dərin tarixi və diplomatik bilikləri, ölkəmizin
dünya arenasında layiqli təmsil olunması əsas rol
oynadı. Onun rəhbərliyi ilə
yaradılan güclü Ordumuz düşmənin 30 ildə
qurduğu barrikadaları, mövqeləri 44 günün
içində yerlə-yeksan etdi. Xalqın
inamını özünə qaytardı, onu bir yumruq kimi birləşdirdi.
Cənab Prezident erməni vandallarına sübut
etdi ki, millətimiz qorxmaz, döyüşkən, mübariz və
lazım gələrsə, istənilən düşmənin
başını yumruqla əzməyə qadir olan millətdir.
Fenomen şəxsiyyətlərə xas idarəetmə
bacarığı ilə nəinki Azərbaycan tarixinə,
dünya tarixinə də adını qətiyyətli,
müdrik, lider dövlət başçısı kim qızıl hərflərlə
yazdırdı, müqəddəs torpaqlarımızın
xilaskarı oldu. Çoxsaylı bəyanatları
ilə daima vüqarlı, cəsur xalq olduğumuzu isbat etdi.
Xalqın ürəyində qurulan sevgi
taxtını zirvələrə ucaldıb, qürurumuz, fəxrimiz,
inam yerimiz oldu. Onun siyasi və hərbi iradəsi,
xalqımızın birliyi və Ordumuzun əzmkarlığı
sayəsində üçrəngli bayrağımız
müqəddəs Qarabağımızda əzəmətlə
dalğalanır. Bununla regionda sülh və
əmin-amanlığın bərpa olunacağına
inanırıq.
Bu gün tarixi zəfərlə öz gücünü,
sarsılmaz qüdrətini mümayiş etdirən Azərbaycan
dünya miqyasında sürətlə inkişaf edən
ölkələr sırasında ən öncül yerlərdən
birini tutur. Bu inkişafın əsasında isə uğurla,
uzaqgörənliklə reallaşdırılan daxili və
xarici siyasət kursu dayanır. Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji
kursun Prezident İlham Əliyev tərəfindən müasir
dövrün reallıqlarına, tələblərinə və
qanunauyğunluqlarına müvafiq surətdə uğurla və
qətiyyətlə davam etdirilməsi bugünkü milli
inkişafın, güclü ordu quruculuğunun fundamental əsaslarını
təşkil edir. Müxtəlif inkişaf modellərinin
uğurla tətbiqi və hədəflənən nəticələrin
əldə olunması, sosial-siyasi islahatların mütəmadi
qaydada həyata keçirilməsi, qanunvericilik bazasının
zənginləşdirilməsi, vətəndaş cəmiyyəti
və hüquqi dövlətin inkişafına maksimum əlverişli
şəraitin yaradılması, möhkəm təməllərə
söykənən ictimai-siyasi sabitliyin təmin və
mühafizə olunması, ölkəmizin beynəlxalq
münasibətlər sisteminin nüfuz və güc müstəvisində
irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini
təşkil edir. Bütün bu nailiyyətlərin
əsasında güclü lider fenomeni dayanır. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən,
siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq,
liderlik fenomeni milli dövlətin formalaşmasında və
inkişafında həlledici rola malikdir. Bu
baxımdan Azərbaycanın bir dövlət kimi
mövcudluğu, stabil və inamlı inkişafı liderlik
amili ilə birbaşa bağlıdır. Cənab
İlham Əliyev ağlı, iradəsi, qərar qəbul etmək
səriştəsi, bacarığı ilə xalqı vahid
amal uğrunda səfərbər edən, arxasınca apara bilən
liderdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan
tarixinə hərtərəfli və sürətli inkişaf
dövrü kimi daxil olub. Şübhəsiz,
sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi
inkişafın, hərtərəfli tərəqqinin təməlində
ümummilli liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi
daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir
ki, ulu öndərin əsasını qoyduğu daxili və
xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində
Azərbaycan bugünkü yüksəlişə və
inkişafa nail olub. Gənc dövlətin əsaslarının
möhkəmliyi və həyata keçirilən
strategiyanın səmərəliliyi məhz Prezident İlham
Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi
və uzaqgörənliyi sayəsində mümkün olub.
Prezident İlham Əliyev şəxsiyyəti
modern cəmiyyətdə lider obrazının ən
mühüm cəhətlərini özündə birləşdirir.
Heydər Əliyevin yetkin bir məfkurə kimi
xalqımıza təqdim etdiyi azərbaycançılıq
ideologiyasının əsasını təşkil edən
dövlətçilik, vətənpərvərlik, ənənələrə
bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı
kimi çıxış edir. Bu prinsiplərə
sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz
fəaliyyəti ilə Heydər Əliyev ideyalarının
layiqli davamçısı olduğunu göstərməklə
yanaşı, innovasiyalara tez uyğunlaşmaq
bacarığı, dəyişən qlobal və regional
reallıqlar şəraitində ölkənin stabil milli
maraqlarını qoruya bilmək qabiliyyəti ilə
özünün əsl siyasi lider olduğunu isbatlayıb. Liderin gücü, nüfuzu həm də onun təsir
imkanlarının coğrafi əhatə dairəsi ilə
ölçülür. Güclü siyasi
liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə
məhdudlaşmır, bütövlükdə regional, hətta
qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata
keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi
proseslərin axarına həlledici təsir göstərir.
Məhz dövlət
başçısının liderlik keyfiyyətləri əsasında
bu gün Azərbaycan beynəlxalq aləmdə böyük
nüfuz qazanıb, fəal faktorlardan birinə çevrilib.
Azərbaycan Avropa ilə Asiya qitələrini
siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən
regional güc mərkəzidir. Azərbaycanın
lideri, Prezident İlham Əliyev ölkəni lider dövlətlər
sırasına yüksəldib.
Aərbaycanın sürətli inkişafı və əldə
edilmiş nailiyyətlər Prezident İlham Əliyevin
liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi
kursun qanunauyğun nəticəsidir. Dövlətimizin
başçısının qeyd etdiyi kimi:
“Düşünülmüş siyasət, siyasi və iqtisadi
islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən
ölkədə aparılan iqtisadi islahatlara dəstəyin
verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət,
sabitlik - budur bizim uğurlarımızı şərtləndirən
əsas amillər”. Bu gün xalq-iqtidar birliyi
islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini
təmin edən əhəmiyyətli strateji faktor kimi
çıxış edir. Eyni zamanda,
mütəmadi surətdə həyata keçirilən
islahatlar mövcud inkişafı sürətləndirməklə
yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini
şərtləndirir. İlk növbədə,
rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik
inkişafını təmin edən mühüm amil qismində
çıxış edir. Ölkə
iqtisadiyyatının inkişafı üçün mütəmadi
surətdə reallaşdırılan praqmatik islahatlar modeli
formalaşdırılıb ki, bu, bütövlükdə
milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi
daşıyır. Eyni zamanda, güclü
iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin
görülməsi Azərbaycanın milli tərəqqəsini
sürətləndirən, milli gücünü artıran
başlıca strateji komponent qismində çıxış
edir.
Ötən qısa tarixi dövr sübut edir ki, Heydər
Əliyev ideyalarının reallaşdırılması
üçün göstərilən səylər öz bəhrəsini
verir və vaxtilə onun həyata keçirdiyi
düşünülmüş və məqsədyönlü
tədbirlər ölkəmizin bugünkü və gələcək
problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə,
dövlətimizin və xalqımızın tərəqqisinə
yönəlmişdir. Doğma Qarabağımızla
bütövləşən Azərbaycan bunun real təntənəsidir.
Prezident İlham Əliyevin ölkəmizin
müstəqillik dayaqlarını möhkəmləndirməklə
bağlı fəaliyyəti daha çox xarici siyasətdə
özünü göstərdi. Xarici siyasət
kursunda tarazlaşdırılmış konsepsiyaya
üstünlük verən İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı.
Ölkəmizin dostlarının sayı
çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən
ölkələrin sırasına yeniləri əlavə
olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş
kimi tanındı və qəbul edildi. Azərbaycanda
yürüdülən siyasətə və ən nəhayət,
beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə
verdiyi önəmin təzahürünə çevrildi.
Bu, dünya ictimaiyyətinin Azərbaycana olan
inamını, etimadını göstərdi. Azərbaycanın
müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən
formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən
müstəqillik mənafeləri üçün səmərəli
istifadə etmək kimi mühüm vəzifələrin
öhdəsindən uğurla gələn Prezident İlham
Əliyev Şərqlə Qərb arasındakı münasibətlər
sistemində ölkəmizin özünəməxsus yerini daha
da möhkəmləndirdi. Erməni təbliğatı
və erməni lobbisinin yaratdığı mif
darmadağın edildi, dünya birliyi onların əsl
simasını gördü. Azərbaycan
Prezidenti Qarabağ uğrunda müharibəni hücum
diplomatiyasına keçirərək beynəlxalq təşkilatların
diqqətini bu problemə yönəltdi. Beynəlxalq
ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi.
Azərbaycan öz siyasəti ilə bütün dünyada
sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı,
Avropanın və dünyanın ən böyük və
nüfuzlu ölkələri ilə qarşılıqlı
münasibətlər yaratmaq üçün ciddi iş
aparıldı. Ölkəmiz bütün
regional məsələlərdə əsas oyunçuya
çevrildi.
Lider, həmçinin mənəvi birliyi təmin edən,
cəmiyyətdə müəyyən əhval-ruhiyyənin,
ideya və dəyərlər sisteminin formalaşmasına təsir
göstərən mühüm qüvvədir. Xalqın
lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd
ətrafında birləşdirməyi bacarmalıdır.
Bu mənada “Biz birlikdə güclüyük”
şüarı ilə möhtərəm Prezidentimizin ətrafında
sıx birləşən xalqımız ən çətin
sınaqların öhdəsindən layiqincə gəlməyi
bacarır. İndi bütün
dünyanın kabusuna çevrilən pandemiya ilə
mübarizədə də görülən işlər, nəticələr
uğurlu siyasətin məntiqi davamıdır. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin pandemiya ilə əlaqədar
gördüyü qabaqlayıcı tədbirlərin, yəni
Azərbaycan modelinin hazırda dünya təcrübəsində
analoqu yoxdur. Xalqın Ali Baş
Komandanına inamı, onun da xalqa arxalanmağı, ordu-xalq
birliyinin gücü Vətən müharibəsində
möhtəşəm tarixi zəfərimizi təmin etdi”.
Azərbaycan xalqı öz
böyüklüyünü göstərdi, yüksək mənəvi
ruhunu göstərdi. Bu Qələbənin
səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək
tarixi missiyamızı yerinə yetirdik”-söyləyən
ölkə başçısının bu fikirləri
sarsılmaz birliyimizə verdiyi yüksək dəyərin ifadəsidir.
Zəfər Paradı möhtərəm
Prezidentimizin bəyanatının, vədlərinin, Azərbaycanın
ərazi bütövlüyü uğrunda beynəlxalq arenada
apardığı mübarizənin təsdiqi
günüdü. 17 ildə yaradılan hərbi
strategiyanın, güclü ordu quruculuğunun məntiqi nəticəsinin
nümayişi, Ali Baş Komandanın böyük güclər
qarşısında, diplomatik təzyiqlər önündə
dəyanətinin, mərd duruşunun, əzminin təcəssümü
oldu. Bu tarixi zəfər günlərində
müstəqil Azərbaycanın memarı və qurucusu,
dünya şöhrətli siyasi xadim, türk
dünyasının böyük oğlu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin iftixarla
vurğuladığı “Bir millət, iki dövlət”in zəfəri,
əbədi qardaşlığımızın təntənəsi
oldu.
Onu da xüsusi qeyd edim ki, ölkə rəhbərinin və birinci xanımın işğaldan azad olunan rayonlarımıza səfərləri zamanı yerli sakinlər tərəfindən izdihamla, sevgi ilə qarşılanmaları bir tərəfdən insanların öz Prezidentinə sıx bağlılığını, bu vəhdətdən irəli gələn məhəbbətini ifadə edirdisə, digər tərəfdən ona Qələbə minnətdarlığının ifadəsi idi. Dövlətimizin başçısının orada şanlı Azərbaycan bayrağını qaldırması müdrik rəhbərimizin tariximizə, mənəviyyatımıza nə qədər bağlı olduğunu göstərməklə bərabər, bizi qürurlandırdı, torpağımızın, Vətənimizin etibarlı əllərdə olması əminliyini bir daha möhkəmlətdi. İnanırıq ki, Füzuli-Şuşa avtomobil yolunun inşası Qarabağ torpaqlarına yeni nəfəs gətirəcək. Bu yolun tezliklə istifadəyə verilməsinin nəzərdə tutulması qədim, əzəli ərazilərimizin yaxın dövrdə çiçəklənməsi, gülüstana çevrilməsi deməkdir. Prezident İlham Əliyev bu səfəri zamanı işğaldan azad olunan torpaqlarda düşmənin bütün infrastrukturumuzu dağıtdığını, kənd və şəhərlərimizi, demək olar ki, yerlə-yeksan etdiyini, bununla da qəsbkarın Qarabağ torpağına vurduğu ziyanın dəqiq hesablanacağını, zərərçəkmiş bütün insanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlarını, bütün bu işlərin planlı şəkildə gerçəkləşdiriləcəyini vurğulayıb. Bəli, neçə illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq.
Bu o deməkdir ki, güc mərkəzinə çevrilən ölkəmiz möhtərəm Prezidentimizin rəhbərliyi ilə gələcəyə inamlı addımlar atır, xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır. Dövlət başçısı Vətənə, xalqa məhəbbətini öz əməlləri, ölkənin daha coşqun inkişafı, Azərbaycan xalqı naminə göstərdiyi fəaliyyətlə sübut edir. Hər bir qədirbilən azərbaycanlı zəmanəmizin uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidentimizlə qürur duyur. Onun zəngin siyasi təcrübəsi və yüksək peşəkarlığı Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında uzaqgörən və praqmatik siyasəti, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığı sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal iştirak edir. Bu məsuliyyətli fəaliyyətində möhtərəm Prezidentimizə dəstəyimizi ifadə edir, ən xoş arzularımızı bildiririk.
Yusif
ƏLƏKBƏROV,
“Prant”
şirkətinin prezidenti,
Beynəlxalq mükafatlar laureatı,
Beynəlxalq Elmlər Akademiyasının fəxri
üzvü.
Respublika.- 2020.- 22 dekabr.- S.6.