Ermənistan dövlətinin törətdiyi qeyri-qanuni hərəkətlər və cinayətlərə görə məsuliyyəti

 

Xocalı sakini Dürdanə Ağayeva: “Mənə əsirlikdə inanılmaz işgəncələr verdilər... Əsgəranda yanğınsöndürmə idarəsinin rəisi olan Karo adlı erməni əsirlikdə saxlandığım yerə gəldi, mənə dedi: “Dur, səni aparıram Xankəndiyə!” Mən döyülməkdən özümü hiss etmirdim, ayağa durdum — gedək, — mənə dedi: “Durma. Köpək kimi dizinin üstə gəl”. Mən maşına kimi iməkləyərək getdim və elə maşına da “köpək” kimi mindim... Dəfələrlə belə əmrlər verirdilər. Bir gün məni yenə çox döydülər, işgəncələr verdilər. Elə bu zaman Karo içəri daxil oldu, ayağını qaldırdı, ağzıma yaxınlaşdırdı və dedi: “ayaqqabımın altının palçığını-torpağını ye, budur istədiyiniz? Torpaq!”...

 

 

Erməni əsirliyində olan Xocalı sakini Mürvət Məmmədov: “Bizi Xocalıdan Əsgərana gətirdilər, olduğumuz yerdə çoxlu azərbaycanlı əsir var idi. Hamısına işgəncələr verilmişdi. Bir gün balaca qardaşım Əhmədin ad günü idi, ermənilər əllərindəki silahı ona tərəf uzadıb dedilər: “bu silahla bizə atəş açarsan?”, qardaşım uşaq idi, heç yaxşı danışa da bilmirdi, o dedi: “Bəli, ataram”. Onlar onun əlinə avtomatla atəş açıb, yaraladılar və gülərək dedilər ki, bu bizdən sənə ömürlük hədiyyə olsun. Yarasına çayın dəmin töküb işgəncə verdilər... Atamiki böyük qardaşlarım barədə 2007-ci ildə xəbər aldım. Onların başlarını erməni zabitinin məzarının üstündə kəsmişdilər...”.

11 oktyabr 2020-ci il Gəncə terrorunun şahidi, bir gecədə hər iki valideyini itirən azyaşlı Hüseyn Əlizadə: “Nənəmgildə qalmışdım. Atamın, anamın ölməyin məndən gizlədirdilər, deyirdilər ananın təkcə qolu qırılıb... amma, inanmadım, elə pis ağlayırdılar ki... bildim ki, atam - anam ölüblər...”.

Haqlı olmaq bizi qane etməz, mütləq geri qalanların haqsız olduqlarını da sübut etməyimiz gərəkdir...

Ermənistan dövləti beynəlxalq hüququn subyektidirbu hüquqdan irəli gələn öhdəliklər daşıyır. Bu imperativ normaları özündə ehtiva edən öhdəlikləri 30 ildir icra etmədi və çox göz yumulduğu üçün XX əsrdə pozduğu, tapdaladığı bu beynəlxalq normaları XXI əsrdə də pozdu. Bunun üçün məsuliyyət daşıyır - beynəlxalq məsuliyyət...

Bəs, beynəlxalq məsuliyyət nədir? Məsuliyyət sözü, ərəb mənşəli olub, “sual” sözündən əmələ gəlib. Bu söz türk dilində “sorumluluk” adlanır. Hər iki dildə də “sorumlu” və ya “məsul” anlayışının mənası “sual olunmuş; özündən sorulmuşdur. Qərb dillərində məsuliyyət sözüresponsibility”, “responsibilite” mənalarında işlədilir.

Məsuliyyət əxlaqi bir anlayış olub, ictimai ədalətlə ictimai mənfəət arasındakı tarazlığı təmin edir. Daha dəqiq desək, kiminsə öhdəsinə götürdüyü, etmək məcburiyyətində qaldığı, ya da etdiyi bir üçün lazım olanda hesab verməsi vəziyyətidir.

Hüquqi mənada “məsuliyyət”, hüquqazidd hərəkətlərin doğurduğu zərərlərin əvəzinin ödənilməsi öhdəliyidir. Daha da dəqiqləşdirsək, hüquq düzəninin varlığı, bu hüquq düzəninin içində yaşayan insanlar baxımından bir sıra öhdəliklərin qaçınılmazlığını və bu öhdəliklərin yerinə yetirilməməsi halında onların məsul tutulmasını tələb etməkdir.

Deməli, beynəlxalq hüquqda da “məsuliyyət”, beynəlxalq hüququn subyektləri arasında hüquq düzəninin varlığı, bu düzənin təmin edilməsi məqsədilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi və ya beynəlxalq hüququn baza prinsiplərini və digər jus cogens normalarını pozduğu təqdirdə ortaya çıxan vəziyyətdir.

“Ermənistan dövlətinin törətdiyi qeyri-qanuni hərəkətlər və cinayətlərə görə məsuliyyəti” başlığı altında onun bu məsuliyyətinin dayanağı olaraq beynəlxalq hüququn varlığı, hər bir azərbaycanlının bu sahədəki fikirlərini dəstəkləyir.

Məlumdur ki, keçən əsrdə həm beynəlxalq silahlı qarşıdurmalarda, həm də daxili qarşıdurmalarda istifadəsi qadağan olunan silah və müharibə metodlarına dair qanun və qaydaları müəyyən edən kifayət qədər beynəlxalq müqavilələr bağlanılmaqla yanaşı, bu müqavilərin icrasını təmin edən mexanizmlər də yaradıldı. Bu gün “beynəlxalq humanitar hüquqadlanan bu qaydaların pozulmasının böyük əksəriyyəti şəxsi cinayət məsuliyyətinə səbəb olan cinayətlərdir. 1992-1994-cü illər arasında Qarabağın və ətrafındakı Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistanın hansı qanun pozuntularına yol verməsi isə demək olar ki, çoxdan beynəlxalq hesabatlarla müəyyən edilmişdir.

Daha dramatik olan da budur ki, Ermənistan tərəfindən keçən əsrdən davam edən bu cür qanun pozuntuları sentyabrın 27-dən 44 gün davam edən qarşıdurmalar zamanı da gündəmə gəldi.

“Ədalətsizliklə ədaləti bərpa etmək olmazdemişdi ulu öndər Heydər Əliyev. Ulu öndərin bu aforizmi bir vaxtlar haqqımızı dəyirmi masa arxasında sülh yolu ilə həll etməyə, ədaləti “bərpa etməy”ə “söz verən” ATƏT-in Minsk qrupunun Qarabağ və ətrafındakı rayonlarda hökm sürən haqsız işğala qarşı biganəliyini, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən “narahatlığı”nı ifadə edən bəyanatlarını, kağız üzərində qalan 4 qətnaməsini xatırlatdı. Tarix boyu “ədalət” şüarını əllərində bayraq edən, dünya müsəlmanlarının adət-ənənələrinə qarşı çıxan, müsəlman qadınların hicab bağlamasına belə “ədalətsizlik” kimi baxan, “müsəlman qadınların bu paltarlarının altında rahatlıqla bomba gəzdirə biləcəklərini” deyib, illərdir dünyada bu geyimli qadınlara “terrorist” damğası vuraninsanlarda hicablı qadınlara qarşı fobiya yaratmağa çalışan, haqsızca antiislam, antitürk davranışları nümayiş etdirən “haqq adamları”, hətta Ermənistan dövlətinin nəinki keçmişdəki barbarlıqlarına, hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsində törətdikləri cinayətkar hərəkətlərinə, mülki əhalinin üzərinə atdığı fosforlu bombalar, kaset bombalar nəticəsində yüzə yaxın aralarında uşaqların da olduğu insanların həlak olmasına və 5000-dən çox evin dağıdılmasına qarşı göstərdikləri münasibət, “baş örtüsü”nə qarşı göstərdikləri aktiv münasibətin əksinə çox dərin bir səssizliklə nümayiş olundu.

Susmaq qızıldır” deyiblər. Amma bu həmişəmi belə olacaqdı?

Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində görünən o idi ki, beynəlxalq təşkilatların bilərək susqunluq nümayiş etdirməkləri, işğalçı ölkənin status-kvo vəziyyətini uzatmaqları işğal olunmuş ərazilərdə işğalçı dövlətin möhkəmlənmək cəhdlərini stimullaşdırmışdı. Ermənistan ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli üzrə aparılan danışıqların hər vəchlə uzadılmasına və hətta pozulmasına çalışırdı. Həmsədrlər bir ağızdan status-kvonun qəbuledilməz olduğunu vurğulasalar da, işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycan arasında heç bir fərq qoymağa cəhd etmədilər. Ən azından bu barədə rəsmi bəyanat belə səsləndirmədilər. Fransa həmsədr kimi bir neçə dəfə bəyan edib ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin bu bəyanatlara Ermənistan dövlətinin Baş naziri Nikol Paşinyan və komandası “Qarabağ Ermənistandır”, “bizim tamam yeni yanaşmaya ehtiyacımız var”, “yeni müharibə-yeni ərazilər”, “Madrid prinsipləri artıq keçərli deyilkimi cümlələr işlətdikdə, qondarma qurum “rəhbərliyinin ofisi” və “parlamentinin Şuşaya köçürüləcəyinin elan edəndə, Azərbaycanın dövlət başçısı dəfələrlə münaqişənin mövcudluğunun regional təhlükəsizliyə və sabitliyə daimi təhlükə olduğunu və Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını deyəndə, Fransa susmağa üstünlük verdi. Həmsədr olan Fransa və Rusiyanın işğalçıya siyasi və hərbi dəstək verməsi, Ermənistanı müxtəlif illərdə hücumdiversiya fəaliyyətlərinə də sövq etdi. Son 26 ildə bu fəaliyyətlərə Ordumuz layiqli cavab versə də, düşmən bu il cəsarətlənərək əvvəlcə Tovuz ərazisindəki dövlət sərhədində hücuma cəhd etdi. Tovuzda nailiyyət əldə edə bilməyən düşmənin növbəti hücumunu Qarabağ cəbhəsinə keçirməsi Ordumuzun səbir kasasının daşması ilə nəticələndi. 44 gün davam edən əks-hücum əməliyyatları başlandı.

Ədalətli müharibə təhqiramiz sülhdən yaxşıdır

Dövlət başçısı İlham Əliyev münaqişənin siyasi həllinə toxunaraq Azərbaycan xalqına müraciətində qeyd etdi:

Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Bir məsələyə toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm mən haqlı çıxdım, mən!”.

Eğer dünya, BM Güvenlik Konseyi’nin bu 5 üyesine teslim olacak-olursa yandık”. Sürekli sırtı sıvazlanan zalimler, dünyayı hepimiz için yaşanılmaz hale getiriyor. Onun için diyoruz ki, ‘’Zalimler için yaşasın cehennem”. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarının birində səsləndirdiyi bu ifadələr, Prezident İlham Əliyevin qeyd etdiyimiz sərt çıxışı, bəzi beynəlxalq hüquq mexanizmlərinin bu mexanizmlərin icrasına nəzarət edən dövlətlərin fəaliyyətinə atılmış uğurlutokat”lardan idi.

Bir millət, iki dövlətşüarı ilə Azərbaycan xalqının haqlı mübarizəsinə mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqının həyatına ən parlaq qələbəni bəxş edən Prezidentimiz İlham Əliyev bütün dünyaya haqqın, ədalətin necə olduğunu sübut etdilər.

Azərbaycanın xalqının tarixinəVətən Müharibəsiadı ilə düşən İkinci Qarabağ müharibəsi dünya tarixində beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn tələb etdiyi normalar daxilində aparılmış ən ədalətli müharibə məncə, ən ədalətliqisasidi.

Bu gün bu qələbə bizi qane etməz, mütləq geri qalanların haqsız olduqlarını da sübut etməyimiz gərəkdir... bu gün bu məqam üçün çox yaxşı imkanlar yarandı. Azərbaycan dövlətinin işğal olunmuş tarixi torpaqlarının geri qaytarılması uğrunda beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn tələb etdiyi normaları heç bir formada pozmayaraq apardığı müharibə nəticəsində əldə etdiyi qələbə, düşmən Ermənistan dövlətini onun rəhbərliyinin beynəlxalq hüquq qarşısında, tələb olunan normalara uyğun öz üzərlərinə düşən məsuliyyətlərini ödətdirmək üçün çox əlverişli imkan yaratdı. Çünki, bu müharibədə erməni qüvvələrinin ümumi müayinəsi sübut etdi ki, Ermənistan dövləti bu dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozdu.

Bu məqamda belə əməlləri müəyyənləşdirmək mövcud mexanizmləri həll etmək vacibdir ki, bu cinayətləri törədənlər mühakimə olunsun. Çünki, müharibə zamanı mülki həyatın qorunması ilə bağlı son dərəcəhəssas yaqurbankimi görünən Ermənistan qeyd etdiyimiz kimi, son 30 ildə Qarabağ ətrafındakı mülki əhaliyə qarşı hücumları ilə gündəmə gəldi.

1992-ci ilin fevralında, rus ordusunun dəstəyi ilə erməni qüvvələri, azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırımı aktı törətdilər. Xocalı şəhərinə edilən hücumlarda 613-dən çox mülki şəxs həyatını itirdi. Bəzi müşahidəçilərə görə, Xocalıda öldürülənlərin sayı 1000-dən çox idi. 1993-1994-cü illərdə Ermənistan Azərbaycan qüvvələri arasında baş verən toqquşmalarda 25 minə yaxın insan həyatını itirdi, bir milyondan çox Azərbaycan vətəndaşı evlərini yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı ya deportasiya edildi. Bu insanlar hələ evlərinə qayıda bilməyiblər.

1994-cü ildə Ermənistanın daha ağır silahlardan istifadə etməyə başlaması ilə yeni şəkil alan qarşıdurmalarda on minlərcə mülki əhali öldü yaralandı. Bu cinayətlər geniş miqyasda əmlakın talan edilməsi məhv edilməsi ilə müşayiət olundu.

1994-cü ildə tərəflər arasında bağlanmış atəşkəs müqaviləsini dəfələrlə pozan Ermənistan Silahlı Qüvvələri 2020-ci ilin iyulun 12-si günorta saatlarından başlayaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu dəfə Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Elə həmin gün Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi əks-həmlə tədbirləri nəticəsində hücum cəhdinin qarşısı alınmasına baxmayaraq, 23 iyula qədər davam edən atəşkəsi pozma hallarının qarşıdurmanın nəticəsində 12 nəfər hərbçi, iki nəfər mülki şəxs həyatını itirdi. Bu qarşıdurmalardan ən şiddətlisi isə 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi idi. Yenə münaqişələrdə Ermənistanın mülki itkilərə səbəb olan hərbi fəaliyyəti ön plana çıxdı.

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

Şəlalə QULUZADƏ,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi,

kiçik ədliyyə müşaviri.

 

Respublika.- 2020.- 22  dekabr.- S.7.