BÖYÜK SƏRKƏRDƏMİZ,
ŞANLI ORDUMUZ
Üfüqlərdə sökülməyib hələ dan,
İlk döyüşü gözləyirəm bayaqdan.
Hər tərəfi bürüyübdür sıx duman,
Bir də baxdım şimşək kimi çaxdın sən,
Yer, göy silkələndi
"qisas" səsindən,
Sindi dərələrə
qatı kor duman.
Otuz ildir gözləyirdik bu səsi,
Düyülmüş yumruğu, şaqraq nəfəsi.
Yenilməz ordumun Baş Sərkərdəsi
"Yurda diş qıcayan iti vur!" - dedi!
"Külünü göylərə tez sovur!" - dedi,
Onu qorxutmadı ərzin tənəsi!
Baxışından boylanırdı
ləyaqət,
Duruşunda duyulurdu əzəmət,
Hər sözündə
yurda sevgi, məhəbbət.
Bu sevgiyə, məhəbbətə,
əzizim,
Gözümüz-könlümüz doluydu bizim.
Ürəkdən silinib getmişdi
həsrət.
Sən əbədi güvəncisən
millətin,
Sərkərdətək dayan
mətin, dur mətin!
Dönsün mərmilərə əzmin,
qüdrətin,
Vur, düşmənin səddi-səfi
dağılsın!
Qansoran zəlilər qanda boğulsun!
Yazılsın tarixə şanın-şöhrətin!
Soyutma tüfəngi, unutma cəngi,
Fələk köhləninə tutsun üzəngi.
Siyasətdə nə gecikib, nə ləngi,
Dağıt önündəki istehkamları,
Silinsin xalqımın qəmi-qubarı,
Ey ana yurdumun şiri,
pələngi!
Ötdün Qubadlıdan, keçdin
Laçından,
Kəmənd hördün şəlalənin
saçından.
O kəməndin bərk yapışıb ucundan
Dırmandın dağlara müzəffər
kimi,
Asdın
ən qiymətli ləl-gövhər kimi
Şuşanı vətənin qızıl
tacından!
İndi
Qarabağda hər bucaq bizim,
İstisu, Sarıyal, Şahbulaq bizim.
Neçə gur çay bizim, buz bulaq
bizim,
Araz sahilində, Murov dağında,
Ana yurdumuzun gen qucağında
Yellənən üçrəngli al bayraq bizim!
Gözəl həyat bizim, şirin çağ bizim!
Sən itən şöhrəti qaytardın mənə,
O gücü-qüdrəti qaytardın
mənə,
Dolanım başına doyunca
yenə,
Ayna bulaqların suyundan içim,
Sonra lalələrdən bir libas biçim,
Qalxım
İmarətdən Cıdır
düzünə!
Var olun! Yaşayın, ey Baş Komandan!
Yazdınız tarixə şərəfli
dastan.
Möhkəm düyünlənən yumruqlarından
Düşmən xofa düşdü,
hürküşdü, qaçdı,
Millət fərəhləndi, torpaq
gül açdı.
Edək
Qarabağı yenə
zərəfşan!
Dövlətim öyünür şərəf-şanıyla,
Ordumuz qaytardı yurdu qanıyla,
Şəhidi, Qazisi, Komandanıyla,
Vətəndə əbədi heykələ
döndü!
Ürəklərdə sönməz məşələ döndü,
Hünəri,
izzəti, adı-sanıyla!
Məmməd ƏFŞAN.
Respublika.- 2020.- 17 dekabr.- S.5.