Əbədi yatdığın torpağa qurban
(Qarabağ şəhidlərinə
ithaf olunur)
Qarlı bir qış günü əsdi qara yel,
Top-tüfəng səsindən
diksindi anan.
Qundaqda yuxuda gülümsəyirdin,
“Bundan muğayat
ol”, - söylədi atan.
Süd ətri
qoxuyan qundağa qurban.
Qırılıb töküldü qapı-pəncərə,
Atan gülüşünü
görə bilmədi.
Həyəcan içində çırpınan
anan
Dağınıq saçını hörə
bilmədi.
Əlində darağı saçında
qaldı,
Dağınıq saçdakı darağa qurban.
Alıb
qucağına qaçırtdı
anan,
Böyüdün, vurnuxdun yad qapılarda.
“Təkcənə oğlusan
ata-ananın.
Evlənmək vaxtındır, sözümün
canı...” -
Deyəndə anan,
Bərk-bərk qucaqlayıb öpdün
alnından:
- Yerdə qalmayacaq atamın qanı! - oldu cavabın.
Bir də yağı düşmən quduran zaman
Əsgər paltarında doğma
diyara
Atanın qanını getdin almağa.
Aldın
da...
Birdən
avtomatda qurtardı güllə,
Bir neçə
dığanı gəbərtdin
əllə.
Ancaq qələbə gününə
bircə gün qalmış
Özün də qovuşdun əbədiyyətə.
Üstünə çəkildi üçrəngli
bayraq,
Yataq otağın
da - müqəddəs
torpaq.
Əbədi yatdığın torpağa qurban!
Xeyrulla ƏLİYEV
Respublika.- 2020.- 18 dekabr.- S.6.