QARABAĞDA SEYSMOLOJİ TƏDQİQATLARIN YENİ İSTİQAMƏTLƏRİ

 

Doğma vətənimizin gözəl guşələrindən biri olan Dağlıq Qarabağ 27 illik həsrətdən, nisgildən sonra axır ki, öz azadlığına qovuşdu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Xalqımızın 27 illik həsrətinə son qoyuldu.

Vətənimizin bütün guşələri gözəldir. Dağlıq Qarabağın da Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, musiqisininelminin formalaşmasında öz rolu olmuşdur. Qarabağın baş tacı olan Şuşaya hər zaman Azərbaycanın filarmoniyası deyiblər. Çünki xalqımızın musiqi mədəniyyətinin formalaşmasında Şuşanın öz yeri, öz rolu vardır. Qarabağ xanlığı dövründən başlayaraq ötən əsrin 90-cı illərinə, torpaqlarımızın işğalına qədər də Qarabağ hər zaman mədəni və elmi inkişaf mərkəzi olmuşdur. Kədərli də olsa, qeyd etməliyik ki, Qarabağın gözəl günləri olduğu kimi, kədərli, əzablı günləri də çox olmuşdur. Otuz ilə yaxın davam edən işğal, orada erməni faşistləri tərəfindən edilən talanlar, vəhşiliklər, kəndlərin, şəhərlərin viran qoyulması dünyada görünməyən mənzərəni yaratmışdır. Dünyanın ən dəhşətli müharibə regionlarında belə dağıntı görünməyib. Dünyada baş verən ən güclü zəlzələlər belə bu cür dağıntı yaratmayıb.

Ulu öndər Heydər Əliyev həmişə çıxışlarında deyirdi ki, “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”.

Artıq Azərbaycan Respublikasının işğalda olan əraziləri şanlı ordumuz tərəfindən azad edildi. Ölkəmizin vahidliyi, toxunulmazlığı və bütövlüyü təmin olundu. Azərbaycan əsgərləri uzun illər işğal altında olan torpaqları azad etdilər və bununla da bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni səhifə başlayır.

Ölkə başçısı cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Hələ 2003-cü ildə Milli Liderimiz Heydər Əliyev xalqa müraciətində demişdir ki, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

Bu gün əminliklə deyə bilərik ki, ulu öndərin bu inamı, bu ümidi tamamilə özünü doğrultmuşdur. Bu gün Azərbaycan möhtərəm Prezidentimizin sayəsində öz ərazi bütövlüyünə qovuşub. Azərbaycan cənab Prezidentin apardığı uğurlu daxilixarici siyasət, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi nəticəsində regionun əsas aparıcısına çevrilib. Dünyanın bir sıra güc mərkəzləri və aparıcı dövlətləri artıq Azərbaycanın gücünüfuzu ilə hesablaşırlar.

Qeyd edim ki, Qarabağın işğalına qədər ərazinin seysmik şəraitinin öyrənilməsi, geoloji-tektonik quruluşunun dəqiqləşdirilməsi, burada dövlət əhəmiyyətli layihələrin seysmik davamlı olması və ərazidə baş verən zəlzələlərin tədqiqi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yerinə yetirdiyi əsas elmi istiqamətlərdən olmuşdur. İşğaldan əvvəl bu ərazilərdə mərkəzə məxsus seysmik stansiyalar fəaliyyət göstərmişdir. Həmin stansiyalar vasitəsilə ərazinin seysmikliyi yaxından izlənilirdi. Həmin məlumatlar əsasında ərazinin seysmik aktivlik xəritələri də tərtib edilmişdir. Eyni zamanda ərazidə geodinamik gərginliyin təsirindən geofiziki sahələrin dəyişməsi izlənilmişdir.

İşğal dövründə Respublika Seysmoloji Xidmət Mərkəzinin Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyaları işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmolojigeofiziki cihazlar talan edilmişdir. Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəymiş, ərazidə seysmik müşahidələr aparıla bilməmişdir.

Qarabağ ərazisi seysmik aktivliyi ilə seçilən, seysmoloji baxımdan öyrənilməsi vacib olan zonalardandır. Biz bu illər ərzində öz tədqiqatlarımızı bölgəyə yaxın ərazilərdə olan seysmoloji məntəqələrdən əldə olunan məlumatlardan istifadə edərək davam etdirirdik.

Artıq işğala son qoyulduRespublika Seysmoloji Xidmət Mərkəzində bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir. Qeyd etməliyəm ki, FüzuliAğdam rayonlarının ərazilərində artıq neçə illərdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları fəaliyyət göstərir. Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa rayonlarda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. Qeyd etməliyəm ki, artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə yerinə yetirəcəyi planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınmışdır.

Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları vardır. Biz yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırırıq. Həmçinin yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcəyik.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Mingəçevir, Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığının qiymətləndirilməsində, su bəndinin torpaq hissəsində, anbardan çəkilmiş kanalların keçdiyi yerlərdə sürüşmə, uçqun meyilli sahələrin müəyyən edilməsinə dair beynəlxalq səviyyədə icra olunmuş çox yüksək texnologiyalaremal proqramları əsasında icra etdiyi layihələr vardır. Bizim mütəxəssislər bu işlərin görülməsində xeyli təcrübə qazanmışdır. Mərkəzin ABŞ, Kanada istehsalı olan müasir, yüksək dəqiqlikli maqnitometrlər, qravimetrlər, mühəndisi seysmik işləri aparmaq üçün seysmik avadanlıqlar, müasir CPS sistemli cihazlar, meyilliliyi ölçən Tiltimetrbaşqa ölçü avadanlıqları var ki, həmin avadanlıqlarla aparılan tədqiqat işləri zamanı mühüm nəticələr əldə edilir. Bundan başqa, hazırda tərəfimizdən işğaldan azad olunan Qarabağ ərazisində su hövzələri, onların su tutumu, hansı təyinatla istifadə edildiyi və hazırda seysmik dayanıqlılığı barədə araşdırmalar aparmaq üçün layihələr hazırlanır.

Hazırda Qarabağ ərazisində ümumilikdə 24 su anbarı var və bunların, demək olar hamısı qəzalı vəziyyətdədir. Bu su tutumlarından 22-si meliorasiya təyinatlı su anbarıdır, bir çoxunda balıqçılıq təsərrüfatı yaradılıb. Su anbarlarından ikisi isə Sərsəng və Suqovuşan enerji mənbəyi təyinatlıdır. Ermənilərin işğal təcavüzü hidroenerji təyinatlı su anbarlarının uzun illərdir seysmik dayanıqlılığını öyrənməyə imkan verməmişdir. Sərsəng su anbarı 50 MqVt, Suqovuşan -1 su anbarı 4.8 MqVtSuqovuşan -2 su anbarı isə 3 MqVt gücə malikdir.

Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, indiki Tərtər rayonu ərazisində inşa edilmişdir. Bu anbarın su tutumu 565 mln m-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m, bəndinin hündürlüyü 126 muzunluğu 550 m-dir. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bənddir. Sərsəng su anbarından buraxma sistemi ilə “Sərsəng” HES istiqamətinə saniyədə 70 m su buraxıla bilir. Sərsəng su anbarından şərqə Suqovuşan su anbarı yerləşir. Bu su anbarı da Sovet dönəmində inşa edilibbu anbar kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilirdi.

Bundan əlavə, Qarabağ ərazisində Ağdam rayonunda Xaçın çayı üzərində yerləşən Xaçın su anbarı, Qarabağın cənubunda Füzuli rayonu yaxınlığında Varanda çayı üzərində eyni vaxtda 3 su anbarı, “Varanda-1”, “Varanda-2”, “Varanda-3” Sovet dövründə inşa edilmişdir.

Qarabağ ərazisində olan Sərsəng su anbarı Tərtərçayın üzərində inşa edilmişdir. Sərsəng su anbarı uzun müddət erməni işğalında olan ərazidə qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətdədir. Hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi vardır, dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməlidi, qabaqlayıcı mühəndisi texniki tədbirlər görülməlidir. Sərsəng su anbarının yerləşdiyi ərazinin relyefi çox mürəkkəbdir, yamaclar kəskin bucaq altında yatır. Ərazinin seysmikliyi burada sürüşmə meyilli sahələrin yaranmasına səbəb ola bilir. Ərazinin geodinamik aktivliyi daima nəzarətdə saxlanılmalı, orada müvafiq müşahidələr aparılmalıdır.

Sərsəng su anbarı

Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə ətraf mühit həmişə çirkləndirilib, ermənilər bilərəkdən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaratmış, həmçinin bu anbarlarda suyu yayda saxlamış və qışda bəndləri açaraq əkin sahələrini, kəndləri suya basmışlar. İndiyə kimi ətraf ərazilərdə, anbarın bənd hissəsində dağıntı riski ola biləcək yerlər müəyyənləşdirilməmişdir, qəza riski olan ərazilərin seysmoloji-geofiziki tədqiqatı aparılmamışdır. Uzun illərdir ki, vəhşi ermənilər tərəfindən istismar olunduğundan Sərsəng bəndinin texniki cəhətdən hansı vəziyyətdə olması yoxlanılmalıdır.

Qeyd edək ki, Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında saxlanılıb.

Azərbaycanın şanlı ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olundu. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, GoranboyYevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılır. Su anbarı kompleksinə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə, bənddə qəza riskinin seysmoloji-geofiziki üsullarla öyrənilməsinə çox ehtiyac var.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilir, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Mingəçevir və Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığı öyrənilir. Biz qazandığımız təcrübəni yaxın perspektivdə Sərsəng, Suqovuşan su anbarlarında tətbiq edəcəyik. İşğaldan azad edilən ərazilərdə seysmik-geofiziki tədqiqatların aparılması üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları çox böyük təcrübəyə və texniki potensiala malikdir.

İşğaldan azad olunmuş Qarabağ ərazisində Respublika Seysmoloji Xidmət Mərkəzi filizqeyri-filiz faydalı qazıntı yataqlarının axtarışı-kəşfiyyatı və istismarı mərhələlərində elmi, elmi-istehsalat işlərinin aparılmasını potensialı da vardır və biz bu işləri də aidiyyəti təşkilatlarla birgə aparmağı nəzərdə tuturuq.

Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Balakən rayonu ərazisində yerləşən Filizçay kolçedan-polimetal yatağının sənaye miqyasında istismarının dayanaqlılığına təsir edən amillərin araşdırılması məqsədi ilə seysmo-geofiziki tədqiqat işlərinin layihəsini bu il tamamlamışdır. Mərkəz tərəfindən həmçinin, seysmoloji tədqiqatlarla yanaşı, Azərbaycanda qeyri-neft sektorunda, filizqeyri-filiz faydalı qazıntı yataqlarının istismarına və istismar zamanı yarana biləcək sürüşmə, uçqun proseslərinin yerini qabaqcadan təyin etmək istiqamətində olan işlərə diqqət artmışdır.

Mərkəzin filizqeyri-filiz yataqlarının istismarı ilə əlaqəli belə beynəlxaq miqyaslı layihələrin işlənməsində seysmoloji, geodinamik, mühəndisi-seysmik, maqnitometrikqravimetrik tədqiqatlar aparmaq təcrübəsi varbu işlərin Qarabağ ərazisində olan yataqların istismarında tətbiq edilə bilər.

Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurmuşdur.

Filizqeyri-filiz yataqları talan edilmiş, heç bir texnoloji normalar qorunmadan istismar edilmişdir. Kiçik Qafqazın strateji əhəmiyyətli mineral yataqları, qızıl yataqları xarici şirkətlərlə birgə istismar edilmiş, Azərbaycanın milli sərvəti talan edilmişdir. Qarabağ ərazisində Yer qabığının geoloji - tektonik quruluşu son dərəcə mürəkkəbliyi və müxtəlifliyi burada geniş spektrdə faydalı qazıntıların yayılmasına səbəb olmuşdur.

İşğaldan əvvəl sənaye əhəmiyyətli yataqların proqnoz resursları qiymətləndirilmiş, çoxsaylı filizqeyri-filiz mineral xammal təzahürləri müəyyən edilmişdir. Metal faydalı qazıntılar xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqları ilə təmsil edilir. Filizlərin tərkibində əsas metallarla yanaşı, həmçinin gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmiums. qiymətli metallar müşahidə edilir. Adıçəkilən filiz yığımlarından ən çox əhəmiyyət kəsb edən qızıl yataqlarıdır. Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilmiş, bununla da iqtisadiekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur. Ümumiyyətlə, Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.

Ehtiyatları təsdiq edilmiş qeyri-metal faydalı qazıntı yataqları, işğal edilmiş Qarabağ ərazisində dağ-kimyəvi, kükürd kolçedanı, soda xammalı və zinət daşları, həmçinin ümumi ehtiyatları on milyon kubmetrlərlə ölçülən mişar, üzlükinşaat daşları, sement xammalı, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə təmsil edilir. Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmərləşmiş əhəngdaşı yataqları, Çıldıran tuf yatağı, Çiləbürt gəc yataqları və s. intensiv olaraq ermənilər tərəfindən istismar edilmiş, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılmışdır.

Biz alimlər tam əminik ki, işğaldan tam azad edilmiş olan Qarabağ ərazisinin yeraltı sərvətləri də digər maddi və mənəvi nemətlər kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və qətiyyəti sayəsində tezliklə əsl sahibi tərəfindən istismara başlanılacaq və həmin yataqların gəlirlərindən ölkəmizin inkişafı, çiçəklənməsi üçün istifadə ediləcəkdir.

Kəlbəcər rayonu özünün zəngin filizqeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızılitən, Qazıxanlı, Qalaboynus. qızıl, xromit, volfram, mis, molibden, qurğuşun və məmulat daşları, mineral boyalar, üzlük daşı, müxtəlif cür tuf yataqları aşkar edilib. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim suxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

Zod yatağının ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Basarkeçər (Vardenis) rayonunun ərazisindədir. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə GeoProMining şirkəti rəhbərlik etmişdir.

Zod yatağı

Ağduzdağ yatağı Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzahürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir. Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir. Yataq cavan mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır. Yataq ərazisində sulfidləşmiş hidrotermal dəyişilmiş zonalar da geniş yayılmışdır. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15-20 m-dən 2 km-ə, eni isə 150-200 m-ə qədərdir.

Mehmana filiz rayonu Qızılbulaq qızıl-mis-kolçedan sahəsi Ağdərə ərazisində Sərsəng SES-in sağ sahilində yerləşir və Mehmana filiz rayonunda ən perspektivli sahə sayılır. Qızıl saxlayan mis-kolçedan formasiyası bazalt maqmatizmi ilə əlaqədardır. Filiz kütləsinin xeyli hissəsi damar minerallarından (kvarskarbonatlardan) ibarətdir. Qızılbulaq filizlərində saxlanılan qızılın əsas hissəsi sərbəst haldadır.

Beləliklə, qeyd etmək istəyirəm ki, artıq işğaldan azad edilmiş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşunsink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yataqları mövcuddur. Bu yataqların hər birinin işlənməsində, istismarında mühəndisi seysmik işlərin yerinə yetirilməsində yaxından iştirak edəcəyik.

Bundan başqa, Respublika Seysmoloji Xidmət Mərkəzi tikinti işləri üçün ən vacib olan seysmik rayonlaşmamikrorayonlaşma istiqamətində də Qarabağ ərazisində genişmiqyaslı işlər görməyi də planlaşdırır.

Kəlbəcər yolu

Qarabağ, əsasındə Şuşa, Xankəndi, Kəlbəcər və Laçın əraziləri sıldırım qayalı, kəskin relyefli dağlıq sahələrdir. Bu ərazilərdə magistral yolların çəkilməsi, dövlət əhəmiyyətli obyektlərin tikilməsi, çoxmərtəbəli yaşayış binalarının inşa olunması seysmik rayonlaşmamikrorayonlaşma tədqiqatlarının ən müasir üsullarla və dəqiqliyi yüksək olan geofizik cihazlarla alınmış məlumatlara istinadən aparılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanılıb. Şuşa şəhərinin, rayon mərkəzlərinin, qəsəbə və kəndlərin çox yaxın illərdə abadlaşacağı, tarixi, mədəni və dini abidələrin bərpa olunacağı, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun tikintisi və bərpası ilə bağlı işlərin yaxın gələcəkdə reallaşacağına inanırıq. Əhalinin öz doğma yurdlarına qayıtmasında, bizbütün gücümüzlə xalqın, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirəcəyik.

 

Qurban YETİRMİŞLİ,

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzininin Baş direktoru,

AMEA-nın müxbir üzvü, professor.

 

Published in Digər xəbərlər Read more...

 

Respublika.- 2020.- 20 dekabr.- S.7.