İki dövlət, Bir millət, Tək zəfər-Qarabağ Azərbaycandır!”

 

30 noyabr, 2020-ci il tarixində Türkiyə mətbuatında - “Yeni Manisa” qəzetində Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəri Dr. Xəyalə Məmmədova və təşkilatın elmi-araşdırmaçısı Qulamhüseyn Məmmədovun türk dilində birgə hazırladıqları “İki dövlət, Bir millət, Tək zəfər- Qarabağ Azərbaycandır!” adlı məqaləsi dərc edilmişdir. Qardaş ölkə mətbuatında dərc olunan həmin məqaləni oxucularımıza təqdim edirik.

***

Bir çoxlarının düşüncəsinin əksinə Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsi son 30 ildə meydana çıxmış problem deyildir. Ermənilərin Azərbaycana qarşı bu işğalçı iddialarının tarixi əslində daha keçmişə gedib çıxır.

Öncə qeyd etmək lazımdır ki, ermənilərin tarixi Azərbaycan torpaqları ərazisinə köçürülməsi təxminən 200 il əvvəl olmuşdur. Rus hakimiyyəti tərəfindən özlərinə müsəlman-türk əhali arasında dayaq yaratmaq üçün köçürülən ermənilər yalnız bundan sonra bu torpaqlarda kütləvi formada yaşamağa başlamışdır. Ermənilərin Azərbaycanın ən strateji əhəmiyyətli və münbit torpaqlarında yerləşdirilməsinin səbəblərindən biriAnadolu türkləri ilə Qafqaz türkləri arasında xristianqeyri-türk bir sədd çəkmək istəyi idi. Bütün bunlara baxmayaraq, ermənilər indiki Ermənistan Respublikasının yerləşdiyi Qərbi Azərbaycanda və Dağlıq Qarabağın bir çox yerlərində yalnız Sovet hakimiyyəti dövründə demoqrafik üstünlüyə nail ola bilirlər. Bunun da əsas səbəbi XX əsrin əvvəllərindən etibarən ruslar tərəfindən maliyyə və silah, eləcə də silah dəstəyi alan ermənilərin bu bölgələrdə yaşayan Azərbaycan türklərinə qarşı etnik soyqırımı siyasəti yeritməsidir. Sistemli rus-erməni təzyiqinə məruz qalan Azərbaycan türkləri isə öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuşdur. Ermənilərin bu vəhşiliklərini sənədləşdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyası qurmuş və həmin komissiya 1919-cu ilin 1 noyabr tarixində 36 cild və 3500 vərəqdən ibarət hesabatını yayımlamışdır. Hesabatda erməni hücumuna məruz qalmış Azərbaycan kəndlərinin siyahısı, onların əhalisinin sayı, öldürülənlərin sayı, qurtula bilmiş şəxslərin yerləşdikləri ərazilər göstərilmişdir.

Qarabağa köçürülən ermənilərin burada yaşayan Azərbaycan türklərinə qarşı ilk qırğınları onların buraya köçürülmələrindən cəmi 80 il sonra baş vermişdir. 1905-1907-ci illəri əhatə edən və Müsəlman-erməni savaşı kimi adlandırılan bu hadisələr zamanı Azərbaycan türkləri ermənilərin hücumuna və qırğınına məruz qalsa da, sonradan özünü toparlaya bilmişöz müdafiə dəstələrini təşkil edərək ermənilərlə mübarizə aparmışdırlar. Ermənilərin Azərbaycan türklərinə qarşı hücum etmək cəsarətini özlərində tapmalarının səbəbi onların Çar Rusiyası tərəfindən himayə olunmaları idi. İki il davam edən toqquşmalar 1907-ci ildə sonlandırıldı. Bu toqquşmalar zamanı Qarabağda anadan olmuş, sonradan Osmanlı və Türkiyədə mühüm işlərə imza atmış, türklüyün fikir babalarından hesab edilən Əhməd bəy AğaoğluDifai” (Müdafiə) təşkilatını qurmuşdur.

Birinci Dünya müharibəsi başladığı zaman Rusiya imperiyası ermənilərdən Osmanlı dövlətinə qarşı istifadə etmək qərarına gəlmişdi. Bunun üçün onlar ermənilərdən silahlı dəstələr təşkil edir, həmin dəstələri pulsilahla təmin edirdi. Müharibənin sonlarına doğru Rusiya imperiyasının dağılmasından sonra ermənilər daha da azğınlaşdılar. Bakıda hakimiyyəti zor gücü ilə ələ alan bolşeviklər erməni daşnaklarla ittifaqa girərək yerli müsəlmanlara qarşı 1918-ci ilin mart ayında soyqırımı etdilər. Nəticədə on minlərlə azərbaycanlı həyatını itirdi. Rusların vaxtilə təşkil etdiyi quldur dəstələrinin rəhbərləri mülki Azərbaycan türklərinə qarşı həm Qarabağda, həm Qərbi Azərbaycanda, həm də Cənubi Azərbaycanda sistemli soyqırımı siyasəti yürüdürdülər. Nəticədə on minlərlə Azərbaycan türkü həyatını itirdi, yüz minlərlə isə öz ata-baba yurdunu tərk etməyə məcbur oldu.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman dövlətin ərazisinin mühüm bir hissəsi bolşevikdaşnak quldur dəstələrinin işğalı altında idi. Osmanlı tərəfindən yardıma göndərilən Qafqaz İslam Ordusu yerli hərbi qüvvələrlə birləşərək bütün Azərbaycan ərazisini, o cümlədən Qarabağ və Bakını bu işğalçı qüvvələrdən təmizlədilər. Məğlub olan Qarabağda yaşayan ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini qəbul etdilər.

Ermənilərin separatçı siyasətinin qarşısı bir müddətlik alınsa da, onlar əllərinə fürsət düşən kimi yenidən əvvəlki siyasətlərinə qayıtdılar. Vaxtaşırı Azərbaycan Xalq Cümhuriyyətinə silahlı müqavimət göstərən ermənilər cümhuriyyətin bolşevik Rusiya tərəfindən işğal edilməsində də onlara yardım etdilər. Vaxtilə müxtəlif ərazilərdən ruslar tərəfindən Qarabağa köçürülən ermənilərin varisləri 1920-ci ilin martında mərkəzi hakimiyyətə qarşı üsyan qaldırdılar. İşin əsli o idi ki, ermənilər bolşevik Rusiyasının AXC-nin paytaxtı Bakını rahatlıqla ələ keçirməsi üçün üsyana qalxmışdılar. Çünki belə olacağı təqdirdə, AXC-nin yeni yaradılmış ordusu iki yerə bölünəcəkdi və bolşeviklərə Bakını ələ keçirmək asan olacaqdı. Ermənilərin Qarabağdakı üsyanı yatırılsa da, bolşevik ordusunun qarşısını kəsmək mümkün olmadı. 1920-ci ilin aprelində AXC Rusiya tərəfindən işğal edildi.

Azərbaycan və Ermənistanın sovetləşdirilməsindən sonra da ermənilər Qarabağın Azərbaycandan qoparılması üçün çalışmaqdan əl çəkmədilər. Bu məsələni həll etmək isə Kommunist Partiyasının Qafqaz Bürosuna həvalə edilmişdi. Bu büro 1920-ci ilin aprelində Qafqazdakı inqilabi hadisələri təşkil və idarə etmək üçün yaradılmışdı. Bu büronun qərarı ilə tarixi Azərbaycan torpağı olan Qarabağın dağlıq hissəsinə muxtariyyət verildi. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Muxtar vilayətin mərkəzi Azərbaycan türklərinin say baxımından üstünlükdə olduğu Şuşa olaraq müəyyən edilsə də, sonradan inzibati mərkəz Xankəndiyə köçürülür. 1923-cü ilin 7 iyulunda işğalçı kommunistlərin əmri ilə yaradılan bu muxtar vilayət 1991-ci ilin 26 noyabr tarixində Azərbaycan müstəqil olduqdan sonra ləğv edildi.

Sovetlər dövründə istənilən etiraz qətiyyətlə yatırılırdı. Buna görə də ermənilər Qarabağ iddialarını səsləndirə bilmirdilər. Lakin Stalinin ölümündən sonra ermənilərin Qarabağa iddiaları müəyyən qədər eşidilməyə başlandı. 1963-cü ildə 2500-ə yaxın Qarabağ erməniləri Qarabağı erməni nəzarəti altında saxlamaqya Rusiyaya köçürmək üçün ərizə ilə müraciət etmişdi. Həmçinin, 1960-cı illərdə Qarabağın Ermənistana birləşdirilməsi üçün İrəvanda mitinqlər keçirilmişdi. Elə bu illərdə Sovet hakimiyyəti antitürkiyə siyasətinin bir parçası olaraq İrəvanda qondarma soyqırımı abidəsinin açılışına və 50 illik yubileyinin keçirilməsinə icazə vermişdi. Bundan cəsarətlənən ermənilər artıq Qarabağ tələblərini daha yüksək səslə ifadə etməyə başlamışdılar.

Sovet İttifaqının yeni baş katibi Mixail Qorbaçov, 1985-ci ildə hakimiyyətə gələn kimi, Sovet sistemində islahatlar siyasətini həyata keçirməyə başladı. Bu siyasət əsas iki tərkib hissədən ibarət idi: perestroykaqlasnost. Perestroyka daha çox iqtisadi islahatlar ilə əlaqəli olsa da, qlasnostya “mərdanəlik” Sovet sisteminin özüonun liderləri haqqında şikayətlərin ifadə olunmasında Sovet vətəndaşlarına məhdud azadlıq verirdi. 1987-ci ilin payızında bir çox narazı qüvvələr vəziyyətin dəyişdiyini hiss etdi. Oktyabrın əvvəlində İrəvanda ekologiyaya həsr olunmuş mitinqdə ilk dəfə olaraq DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə tələb açıq formada səslənməyə başladı. Dağlıq Qarabağ və Ermənistanda muxtar vilayət statusunun dəyişdirilməsi üçün 75 minə yaxın imza toplanmışdı. 1987-ci il dekabrın 1-də yazıçı Zori Balayan başda olmaqla heyət Dağlıq Qarabağın tariximüasir durumuna dair imzalar atılmış vərəqələr və 84 sənədi görüş zamanı Politbüro üzvlüyünə namizəd Petr Demiçevə təqdim etmişdir. Moskvanın yeni siyasətindən xeyir güdən QMV Xalq Deputatları Soveti, 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. azərbaycanlı deputatlar səsvermədə iştirak etmədi.

1988-ci il martın 23-də Sovet İttifaqının Ali Soveti ermənilərin Ermənistanla Dağlıq Qarabağın birləşmə tələblərini rədd etdi. Lakin artıq Sovet İttifaqının öz əvvəlki gücünü itirdiyini hiss edən ermənilər buna o qədər də məhəl qoymadılar. 1989-cu ilin dekabrında Ermənistan dövləti də Dağlıq Qarabağın Ermənistan ərazisinə daxil edilməsini rəsmən dəstəklədi.

Getdikcə artan gərginlik 1992-ci ildə aktiv müharibəyə çevrildi. Dünyanın müxtəlif dövlətləri tərəfindən silah və maliyyə yardımı ilə dəstəklənən Ermənistan Azərbaycanın hüquqi baxımdan ayrılmaz torpağı olan Qarabağı işğal etməyə başladı. Bu işğal siyasəti həyata keçirilərkən erməni quldur dəstələri mülki əhaliyə belə aman vermədilər. Malıbəyli-Quşçularda, Qaradağlıda, Xocalıda və s. yerlərdə Azərbaycan türkü mülki əhaliyə qarşı erməni silahlı dəstələri soyqırımı həyata keçirdilər. Rusiya tərəfindən müdafiə edilən və gərəkli silahlarla təchiz edilən ermənilər yetəri qədər silahı olmayan Azərbaycan dövlətinin ərazilərini işğal etdi. Müharibənin gedişində işğal olunmuş torpaqların sərhədi ilk dövrlərdə iddia olunan Qarabağın dağlıq hissəsinin də sərhədlərini aşdı. Nəticədə minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, 1 milyona yaxın Azərbaycan türkü öz doğma ata-baba yurdlarından didərgin edildi. Müharibənin 1992-ci ildə alovlanmasına qədər isə Ermənistan ərazisindəki son Azərbaycan türkləri də ölkədən qovulmuşdu. Bu deportasiyanın birinci dalğası isə 1948-1953-cü illərdə baş vermişdi.

Müharibə 1994-cü ilin may ayında imzalanan atəşkəslə müvəqqəti dayandırılmışdır. Lakin cəbhə xəttində kiçikolsa toqquşmalar həmişə olmuşdur. Bunlardan ən böyüyü 2016-cı ilin aprelində baş vermiş və Azərbaycan ordusu erməniləri məğlub edərək, bir sıra məntəqələri azad etmişdir. Nəticədə Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonu Ermənistan tərəfindən işğal edilmişdir. İşğal edilmiş ərazilərin qeyd-şərtsiz boşaldılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün beynəlxalq qurumlar heç nə etməmişdir.

Yalnız şanlı Azərbaycan ordusu 2020-ci ildə əks-hücum həmlələri ilə öz torpaqlarını erməni işğalından azad etdi. Bu müqəddəs tapşırıqda Azərbaycan Türkiyə dövlətinin və xalqının dəstəyini hər zaman hiss etmişdirhiss edir. Artıq Qələbə bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Respublika.- 2020.- 10 dekabr.- S.6.