Heydər Əliyev bir Qarabağ sevdalısı idi

 

Böyük şəxsiyyətlərin yalnız doğum tarixləri vardır. Onlar cismani olaraq aramızdan ayrılsalar da, fikirləri, ideyaları ilə daim bizimlədirlər, yanımızdadırlar. Dolayısıyla deyə bilərik ki, Heydər Əliyev də uzaqgörənliyi və siyasi baxışları ilə təkcə Azərbaycanda deyil, bütün Türk Dünyasında yaşamaqdadır.

 

Heydər Əliyev hakimiyyətə gəldiyi vaxt Azərbaycan çətin və problemli günlər yaşayırdı və eyni zamanda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı davam etməkdə idi. Ölkə daxilində olduqca qarışıq vəziyyət hökm sürürdü. İnsanlar acınacaqlı taleləri ilə baş-başa buraxılmışdı. Ölkənin vətəndaş müharibəsi astanasında olduğu və hətta dövlət müstəqilliyinin belə təhlükədə olduğu bir dövrdə Heydər Əliyev bütün problemlərə və çətinliklərə baxmayaraq millətin dəvətini cavabsız qoymadı və hakimiyyətə gəldi.

 

Heydər Əliyev ilk olaraq ölkə daxilində birliyibütövlüyü təmin etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Azərbaycanın xarici aləmdə nüfuz sahibi olmasının və erməni tapdağı altında inləyən Vətən torpaqlarının masa ətrafında, beynəlxalq diplomatik vasitələrlə geri qaytarılmasının yollarını axtarmağa başladı. ATƏT-in Lissabon Zirvə Görüşündə xüsusi bir inandırma qabiliyyəti nümayiş etdirərək Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdirməsi o vaxt mövcud olan tarixi şəraitdə olduqca böyük bir nailiyyət idi. 1997-ci ildə Lissabonda əldə edilmiş bu müvəffəqiyyət 23 il sonra reallaşan böyük zəfərin ilk addımı olmuşdur.

 

Heydər Əliyev siyasi fəaliyyəti boyunca Qarabağ məsələsinə xüsusi önəm verərək daim onu diqqət mərkəzində saxlamış və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini, qanunsuz hərəkətlərini beynəlxalq səviyyədə ifşa etmişdir. Heydər Əliyev Qarabağ mövzusunda həssas və qətiyyətli idi. O bu qətiyyəti Mixail Qorbaçovun həyata keçirdiyi Qarabağ və Bakı siyasi kursuna görə SSRİ-yə qarşı etiraz etməsi və Kommunist Partiyası üzvlüyündən istefa verməsi ilə göstərmişdir. Heydər Əliyevin bu hərəkəti o vaxtki siyasi şəraitdə heçasan bir addım deyildi.

 

Heydər Əliyev 10 illik hakimiyyəti dövründə əvvəlcə Azərbaycan Respublikasının birliyini təmin etmiş, sonra isə ölkənin inkişafı naminə sosial, mədəni və iqtisadi sahələrdə milli və beynəlxalq miqyasda böyük nailiyyətlərə imza atmışdır. Onun bu cür uğurlu addımlarından birimüasir Azərbaycan Ordusudur. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və Qərb standartlarına uyğun formalaşdırılması üçün böyük səylər göstərmişdir. Onun bu cür əzmlə çalışması əbədiyyətə köçməsindən 17 il sonra Şuşada, Zəngilanda, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Füzulidə Azərbaycan bayrağının yenidən dalğalanmasını təmin etmişdir. Heydər Əliyevdən qalan əmanəti təhvil alan Prezident İlham Əliyev və müttəfiqləri danışıqlar masasında səbirlə əldə etmək istədikləri haqlarının Ermənistan tərəfindən 30 ilə yaxındır ki, təmin edilmədiyini gördükdə düşməni əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin köməyilə diz çökdürdülər.

 

Həyatı boyunca atdığı bütün addımları Türk Dünyasına, Türk Birliyinə və Türkiyə Cümhuriyyətinə olan rəğbəti ilə səsləşən və ümummilli liderin öz dili ilə desək, Azərbaycanla Türkiyəni qalın zəncirlər ilə Bakı-Tbilisi-Ceyhan boru kəmərində birləşdirən Heydər Əliyevin öz inancında və mübarizəsində nə qədər haqlı olduğunu bir neçə gün əvvəl xələfi tərəfindən yazılan 44 günlük şanlı Qarabağ dastanı bir daha sübut etdi. Böyük rəhbərin illər əvvəl ortaya qoyduğu yüksək inancdakı qətiyyət və diqqəti bu gün reallaşdıran Azərbaycan Respublikası onun ideyalarına əsas sədaqətini qazandığı Qarabağ zəfəri ilə bir daha göstərdi. Azərbaycan Respublikasının Qarabağ zəfəri əslində ulu öndərin illər əvvəl əsasını qoyduğu yüksək inanca bağlılığın və hazırda Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyevin və komandasının Heydər Əliyev idealarına olan sədaqətinin rəmzi və sübutudur. Əbədiyyətə köçməsinin 17-ci ilində haqlı fikirləri bir daha əyani şəkildə sübut olunan bu Böyük İnsanı hörmət və həsrətlə anaraq Allahdan rəhmət diləyirik.

 

 

 

Akkan SUVER,

Mərmərə QrupuStrateji

Sosial Araşdırmalar

Vəqfinin başkanı.

 

Respublika.- 2020.- 11 dekabr.- S.8.