Dahi şəxsiyyətin obrazlı təcəssümü

 

Xalq yazıçısı Anarın memuar janrında yazılmış “Unudulmaz görüşlər” kitabı 40 ildən artıq dövrü əks etdirən ədəbi-siyasi və ictimai əsərdir. Topluda ulu öndərlə görüşlər, mükalimələr, yazıçıların qurultaylarındakı çıxışlar, ədəbi mübahisələr dolğun əksini tapmış, yaxın keçmişimizin mürəkkəb, ziddiyyətli dövrü, ümummilli lider Heydər Əliyevin müdrik və qalibiyyətli obrazı göz önündə canlandırıldı.

 

Kitaba yazılan ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddir. Salnamə “Heydər Əliyevin müxtəlif illərdəki çıxışları”, “Anarın müxtəlif illərdə çıxışları və Heydər Əliyevə məktubları” və “Unudulmaz görüşlər” başlıqlarından ibarətdir.

 

Görkəmli yazıçı və ictimai xadim “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin birinciikinci cildləri, habelə, “Qayıdış” kitabının təqdimat mərasimlərində çıxış etmiş ümummilli liderin səmimiyyət və xarakterinin səciyyəvi xüsusiyyətlərindən söz açmışdır. Müəllif yazır: “Heydər Əliyev deyəndə ki, mən xalqımlayam, xalqla mən birəm, mənim arxamda xalq durur, - bu, tamamilə səmimi sözlərdir. Amma televiziya ilə çıxışında, müsahibəsində deyəndə ki, mənim şəxsi dostum yoxdur, bu da səmimi sözlərdir. Bu da insan xarakterinin mürəkkəbliyini göstərir, çünki hakimiyyət həm də tənhalıq deməkdir”.

 

Beynəlxalq proseslərin mahiyyətini nəzərə alan yazıçı XX əsrin ikinci yarısında Azərbaycanın tarixi taleyində müstəsna xidmətləri olan böyük ictimai-siyasi xadim Heydər Əliyev fenomeni haqqında real və birmənalı təsəvvür yaradır. Yazıçı mətbuata verdiyi müsahibəsində deyir: “Mən inanıram ki, Heydər Əliyev bu seçkilərdə mütləq qalib gələcək. Ölkəmizin bu günündə ikinci bir siyasi xadim tanımıram ki, o, Azərbaycana Heydər Əliyev qədər gərək olsun. Bu boykot söhbəti ilə Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaq kimə lazımdır. Boykot demokratiyanın Azərbaycanda inkişafı üçün yol deyildir. Şəxsi fikrimdir: əhalinin əksəriyyəti Əliyevə səs verəcək”.

 

Ziyalılardan bir qrupunun müraciətində Anar Heydər Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə layiq yeganə siyasi xadim olduğunu ifadə edirdeyir: “Dünyanın siyasi xəritəsində Azərbaycan öz yerini yalnız möcüzə sayəsində saxlaya bilərdi ki, bu möcüzə Heydər Əliyevin simasında baş verdi”.

 

Kitabda ictimai-siyasi gedişatı, dövlətçilik ənənələrini, milli müəyyənlik məsələlərini fəlsəfi düşüncələri ilə ümumiləşdirən yazıçı Anar “Şəxsiyyətin miqyası” məqaləsində Heydər Əliyevin ədalət meyarı barəsində fikrini belə ifadə edir: “Mərkəzi komitənin katibi seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər Əliyev “Şah Abbassayağı təğyiri-libas” olaraq bazarları, dükanları gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları özü öz gözləriylə əyani müşahidə edir və yerindəcə müqəssirin cəzasını verirdi və belə faktlar da əhalidə yeni ədalətli rəhbərin başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında söz-söhbətlərin geniş yayılmasına səbəb olurdu”.

 

Görkəmli sənətkar bildirir ki, sovet dövründə bir neçə gənc şair, yazıçı və jurnalist gizli təşkilat yaratmaq fikrinə düşmüş, bundan DTK xəbər tutmuş, hamısı həbs edilmişdi. Bunları AnaraQobustantoplusunun işçisi Tofiq Məhərrəmoğlu söyləmişdir. Hər yerdə asi, dissident axtarılırmış. Bu dəliqanlıların da başına “min oyun açıla bilərmiş”. Amma Heydər Əliyevin şəxsi cəsarəti, nüfuzuriski sayəsində onların heç biri nəinki cəzalandırılmamış, hətta çox tez zamanlarda hamısını azadlığa buraxmışdılar” . Tofiq Məhərrəmoğlu deyirmiş ki, Heydər Əliyev bizim hamımızı kabinetinə çağırdı, sütül, cılız cüssəli cavanlar idik: “ - Sizsiniz bu hökuməti yıxmaq istəyənlər? - deyə güldü. - Gedin ağlınızı başınıza yığın, öz işinizlə məşğul olun və xalqınıza gördüyünüz xeyirli işlərlə xidmət edin, - dedi”.

 

Anar yazır ki, Heydər Əliyev qətiyyəti ilə çox şeyi həll etmişdir. “Mərkəzin ondan gözlədiyi mübarizəni - millətçilik təzahürlərinə qarşı mübarizəni tamamilə başqa və təhlükəsi daha real bir bərpaya qarşı - qanun pozuntularına, rüşvətxorluğa, əliəyriliyə, ədalətsizliyə qarşı mübarizəyə çevirirdi”. “Və yalnız Azərbaycanın yox, SSRİ-nin gələcək taleyinin dəyişməsi üçün ilk addımlarını atdı”.

 

Yazıçı Heydər Əliyevin 75 illiyi ərəfəsində yazdığı bu məqaləsində vaxtilə İsa HüseynovunQobustana verdiyi müsahibəsində işlətdiyi “nərimanlaşmaq” ifadəsi ermənilər tərəfindən yozulmuş, guya Nəriman Nərimanovun heykəli S.M.Kirovun heykəlindən böyük ucaldılmışdır. Ermənilər Cəlil Məmmədquluzadə kimi humanist sənətkarı millətçi, faşist kimi qələmə verirdilər. Guya o, “Usta Zeynalda, yaKamançada erməniləri aşağılayıb və milli ədavəti qızışdırıb. R.Rzanın “Babəkə” şeiri, Ənvər Məmmədxanlı, Eldar Quliyevin “Babək” filmi ilə bağlı, böhtan, yalan dolu məktubları MK-ya yazır, Heydər Əliyevin “Babək” adını Naxçıvanda rayona qoyur, R.Rzaya Sosialist Əməyi Qəhrəmanı nişanını verirs.

 

Müəllif Heydər Əliyevin 75 illiyində “Oqonyok” jurnalına “Şəxsiyyətin miqyası” adlı məqaləsini yazır, fikirlərində ulu öndərin böyük şəxsiyyət olmasına geniş yer verir. Anar bu böyük insanı gənclik illərindən tanıdığını, Azərbaycanın rayonlarına daim səfərlər etdiyini Türkiyə, Rusiya, İtaliya, Çin, Qazaxıstın, Qırğızıstan dövlət başçıları ilə danışıqları, sənətçilərlə ünsiyyəti, tarlalarda, ya küçələrdə adi adamlarla görüşlərin onu yaxından müşahidə etməyə şərait yaratdığını, toplantılarda, yubileylərdə dəfələrlə onu dinlədiyini, yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etdiyini, 2-3 dəfə çox məhrəm söhbətləri olduğunu qələmə alır.

 

Anar Heydər Əliyev taleyinin bir neçə səciyyəvi məqamı üzərində dayanır: Birincisi, “zənnimcə, Heydər Əliyev bu dünyaya həmişə qələbə çalmaq üçün gəlmişdi”.

 

Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı fəaliyyətinin ana xəttində milli dövlətçilik siyasəti var idi. Anarın şərhində: “İkincisi, əgər rus ordusunun Azərbaycandan çıxarılmasını Xalq Cəbhəsi təşkil etmişdisə, milli zabitlər yetişdirən Naxçıvanski hərbi məktəbinin yaradılması Heydər Əliyevin adı ilə bağlı idi. “Şuşada əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını müəyyənləşdirirdi”.

 

Heydər Əliyev isə dünyaya qalib kimi gəlmişdi. Uzaqgörən siyasi rəhbər müstəqil Azərbaycanın qorunması, qurulması və yaşamasında müstəsna rolunu göstərmişdir. Sənətkar “Qalib gəldi, qalib getdi” məqaləsində (dekabr 2003). Heydər Əliyev xasiyyətinin səciyyəvi bir xüsusiyyətini də elə bu fonda əyaniləşdirir: “O, yaddaşlarda həmişəki kimi şax yerişli, məğrur duruşlu, xoşsifətli, gülərüzlü, bəzən də sərt, itibaxışlı bir insan kimi qalmaq istəmişdi”.

 

Yazıçı Heydər Əliyevi gəncliyindən tanıyır, Gəncə, Naxçıvan, Şuşa, İstanbul, Ankara, Moskva, Roma, Pekin, Şanxay, Almatı və Bişkekdə dövlət başçıları ilə söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, küçələrdə adi adamlarla görüşlərində müşahidə edir, toplantılarda, görüşlərdə onu dinləyir, yazıçılarla, sənət adamları ilə görüşlərində iştirak edir, bir neçə dəfə təkbətək görüşləri olur. Belə görüşlərdən biri də 1997-ci ilin payızında İtaliyadan qayıdanda, təyyarədə 3 saatdan çox ikilikdə keçən söhbətdir.

 

Anar Sənətkar dahi rəhbərin siyasi nüfuzuna, onun humanitar siyasətinə xüsusi önəm verir qeyd edir ki, Şuşada əzəmətli Vaqif məqrəbəsini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını müəyyənləşdirirdi:

 

“Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaq mükafatlarına, təltiflərinə nail olmaq yalnız o konkret şəxslərin deyil, ümumən ədəbiyyatımızın, sənətimizin və deməli, Azərbaycanımızın nüfuzunu ucaltmaqdı. Bütün bunlar - Heydər Əliyev zəkasının, iradəsinin, uzaqgörənliyinin qələbəsi idi”.

 

Azərbaycanın qurucusu, çağdaş Azərbaycan onun şah əsəridir, bizim borcumuz isə bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, dartışmalar, toqquşmalar - xalqın taleyi qarşısında çox cılız görünür, böyük Tarix önündə çox kiçik həvəslər, hərisliklər, hikkələrdir. Heydər Əliyev hər xalqa, bəlkə də, əsrdə bir dəfə qismət olan qənimət, nadir şəxsiyyət idi,-deyən müəllif vida məqaləsinin son sətirlərini böyük hüznlə, kədərlə, sarsıntıyla yazır: “Həyata qalib kimi gəlmişdi. Xalqı vəfatıyla sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kimdeyir-desin, nə yazır-yazsın, qalib gəldi, qalib getdi”.

 

Anar, Yusif Səmədoğlu və Fikrət Qocanın birlikdə imzaladığı bir yazı “Unudulmaz görüşlər” adlanır: Bugünkü nəsillərin, onun çağdaşlarının, özəlliklə onunla buya digər dərəcədə təmasda olanların borcu isə Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir”. Ümummilli liderin tarixi obrazının çağdaş təcəssümü!

 

 

 

(davamı növbəti saylarımızda)

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun elmi işlər

üzrə direktor müavini,

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 12 dekabr.- S.6.