Ümummilli liderin ideyalarının təntənəsi

 

Bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin bünövrəsini qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf, mübariz ordu quruculuğunda misilsiz ximətlərini bir daha ehtiramla xatırlayırıq.

 

Bu onun həmişə iftixarla vurğuladığı “Bir millət, iki dövlət”in zəfəridir. Mənfur ermənilərin işğalından azad olunan torpaqlarımızla bütövləşən Azərbaycan onun görmək istədiyi, inandığı arzularının təntənəsidir. İllər keçdikcə Heydər Əliyevin dövlət xadimi kimi Azərbaycanın müstəqilliyində və idarə edilməsinin demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür, hər keçən gün bu çoxtərəfli siyasi kurs müasir tələblərə tam cavab verən və çevik manevrlər etməyə imkan yaradan mükəmməl idarəetmə sistemi kimi özünün möhtəşəmliyini sübut edir. Ulu öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev həyata keçirdiyi konkret proqramlarla, qazanılan tarixi qələbələrlə bu kursun çox böyük potensiala malik olduğunu təsdiq edir.

 

Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirib, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlamintellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb. Heydər Əliyev öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda ümummilli lider səviyyəsinə yüksəlmiş və dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir.

 

Müstəqil Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılıb, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilib, Azərbaycanın daxilixarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasisosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılıb, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanıb və həyata keçirilib. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin banisiqurucusuna çevrilib. Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmanın əsl nümunəsinə çevrilib. Azərbaycanın uğurlu inkişafının təməlində ulu öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi dayanır. Bu gün dinamik inkişaf edən, regiondünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Heydər Əliyevin yadigarıdır. Hər bir vətənsevər azərbaycanlının ümummilli liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaqdaha da inkişaf etdirməkdən ibarətdir. Heydər Əliyevin xilaskarlıq, quruculuqliderlik missiyasının, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsininonun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi yeniləşən Azərbaycanda qarşıda duran başlıca vəzifələrdəndir.

 

1993-cü ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət, bir ölkə kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olaraq möhkəmlənməsi şəraitində müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi. Müasir dünyanın siyasət tarixinə siyasi müdriklik və əzəmətlə mənəvi kamilliyi şəxsiyyətində birləşdirən lider nümunəsi gətirən Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib. Bu mərhələlərin hər biri Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla, ulu öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən sosial rifah amilinin də güclənməsi və etibarlı sosial müdafiə sisteminin formalaşması ilə müşayiət olunub. Ölkəmizin bütün sahələrdə uzunmüddətli inkişafına xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilərək, milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılıb.

 

Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə paralel olaraq, ölkədə sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. Büdcə imkanlarının zəif olduğu həmin vaxtlarda mövcud maliyyə imkanlarının sosial müdafiə sahəsinə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçidin, sərbəst qiymətlərin tətbiqinin doğurduğu çətinliklərdən əhalinin müdafiəsinə yönəldilməsi, o cümlədən işləməyən pensiyaçılara konpensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlər ümummilli lider Heydər Əliyevin xalqa bağlılığını əyani təzahür etdirməklə, eyni zamanda, sosial sahənin inkişafının onun fəaliyyətində əsas istiqamətlərindən olduğunun daha bir göstəricisi idi. Hər bir dövlətin sosial siyasətini onun iqtisadi siyasəti, iqtisadi inkişaf səviyyəsi şərtləndirir. Başqa sözlə, sosial müdafiə tədbirlərinin effektivliyi və miqyası ölkənin iqtisadi imkanları ilə birbaşa bağlıdır. Sosial müdafiənin təminatı və əhatəli olması üçün müvafiq hüquqi bazanın yaradılması da vacib amildir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial müdafiə strategiyasını hazırlayan zaman ümummilli lider Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq hüquqi normativ bazanın yaradılmasına önəm verirdi. Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır” deyə bəyan edən ulu öndərin qəbul etdiyi qərarlar bu sözlərin dövlətin daimi güclənməsi prosesində əməli təsdiqini tapmasına xidmət edirdi. Aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məşğulluq siyasətinə, işsizliyin aradan qaldırılması məsələlərini də daim diqqətdə saxlayıb və bu kimi məsələlərə hər zaman böyük önəm verib. Onun rəhbərliyi dövründə respublikada əmək münasibətlərinin hüquqi bazasının yaradılması, yeni yerlərinin açılması, vətəndaşların əmək hüquqlarının təmin olunması sahəsində bir çox uğurlar əldə olunub. 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixə təkcə neft müqaviləsi kimi daxil olmayıb, eyni zamanda bu yeni yerlərinin açılmasına, beynəlxalq münasibətlərə uyğun əmək münasibətlərinin yaranmasına səbəb olub. Əmək münasibətlərini tənzimləyən güclü normativ-hüquqi baza yaradılıb ki, bu eyni zamanda ölkədə yoxsulluğun azalmasına səbəb kimi də göstərilə bilər.

 

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı uğurla inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri, genişmiqyaslı islahatları müvəffəqiyyətlə həyata keçirəcək uğurlu lideri yetişdirmək olmuşdur. Bu mənada tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr İlham Əliyev dövrünün parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır. Onun ölkəyə rəhbərlik etdiyi bu müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Qət edilən inkişaf yolu, əldə edilən möhtəşəm nailiyyətlər bu seçimin nə qədər mühüm tarixi əhəmiyyətə malik olduğunu, Azərbaycanın davamlı inkişafı üçün ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu bir daha sübuta yetirmişdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən dövr Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxilixarici siyasəti bu gün onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir.

 

28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu. Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına, mübaliğəsiz deyərdim ki, 17 il öncədən, Prezident fəaliyyətinin ilk günlərindən başlayıb. Bu gün hərb sahəsindəki zəfərlərimizdə xalqın İlham Əliyevə olan inamı, güvəni və dəstəyi hiss olunur. Prezident dəfələrlə çıxışlarında bildirib ki, işğal altında olan torpaqların azad edilməsi Azərbaycan xalqının iradəsinin bariz nümunəsidir. Ölkə ictimaiyyəti və bütün vətəndaşlar son 17 ildə olduğu kimi, bu gün də, bundan sonra da İlham Əliyevə dəstəyini ifadə edəcək. Möhtərəm Prezidentimizin fəxrlə söylədiyi “Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq” fikirləri xalqın bu barədə ümumi düşüncələrini ifadə edir. Azərbaycan gözlərimizin önündə hər gün dəyişir, inkişaf edir və gələcəyə doğru inamla, qətiyyətlə addımlayır. Əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da müstəqil, dinamik, hərtərəfli inkişafını davam etdirəcək və Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin və hərtərəfli inkişafa nail olacaqdır.

 

Səmiyar ABDULLAYEV,

Azərbaycan Gözdən Əlillər

Cəmiyyətinin sədri.

 

Respublika.- 2020.- 12 dekabr.- S.7.