Azərbaycan ədaləti, haqqı və öz ərazi bütövlüyünü bərpa etdi

 

Hər bir tarixi gün keçilən yolun təhlilini daim zərurətə çevirir. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 28 ilin nisgilinə 44 gündə son qoymaqla əldə olunan tarixi qələbənin sevincini yaşayırıq. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir.

 

Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarix boyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb, onun xalqını daha məğrur edib. Belə bir qürurlu taleyi indi Azərbaycan yaşayır. Bu gün Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız son 200 illik tarixin ən şərəfli səhifələrini yazır.

 

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik: “Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü, mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”.

 

Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, bu məsələdə dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, bu gün qürurla deyə bilərik ki, Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi!

 

Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarını gözlədi.

 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdikdə Azərbaycan Ordusu bunun qarşısını əks-hücum əməliyyatları ilə almağa səy göstərərək böyük qəhrəmanlıqlar göstərəndə həm Ermənistan hakimiyyəti, həm də onlara dəstək verən dövlətlər məyus olduqlarını gizlədə bilmədilər. Çünki Ermənistanın baş naziri planlarını həyata keçirmək üçün hərbi təxribata başlayanda belə bir müqavimətlə qarşılaşacağını düşünmürdü. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü. Bir sözlə, “yenilməz erməni ordusumifi darmadağın edildi.

 

Ermənistan 30 ilə yaxın müddətdə başına çəkilən sığalın acı nəticələrini yaşayır. Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndə yeni ideyalarla çıxış edərək belə bir rəy yaratmışdı ki, münaqişənin həllində müsbət irəliləyişə nail olmaq mümkün olacaq. Gah danışıqların formatının dəyişdirilib qondarma “Dağlıq Qarabağ respublikası”nın prosesdə tərəf kimi iştirakının vacibliyini bildirirdi, gah daQarabağ Ermənistandır və nöqtə” deyib münaqişənin sülh danışıqları yolu ilə həllinin mümkünsüzlüyünə işarə edirdi. Azərbaycan Ordusu Nikol Paşinyanı “işarəsinin” nə dərəcədə sərsəm, xülya olduğunu döyüş meydanında sübut etdi. Aciz duruma düşən Paşinyanın üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün yalvarışlar etdi. Tarixi bilməyən, hər zaman dövlətimizin başçısı İlham Əliyevdən tarixhüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi.

 

Ölkəmiz həm döyüş, həm də diplomatik müstəvidə qalib oldu, işğalçı dövlətə yerini göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziriRusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat bunun təsdiqidir. Bu bəyanat Azərbaycanın tarixi qələbəsidir.

 

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri birlik nümayiş etdirdilər və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, bizim böyük sərvətimiz, dəyərimizdir. Azərbaycan ədaləti, haqqı, öz ərazi bütövlüyünü bərpa etdi. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daim xalqa müraciətlərində “Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!” söyləyərək bildirir ki, bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Uca Tanrı xalqımızı, Vətənimizi qorusun! Mehriban xanım Əliyeva, eyni zamanda, Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımıza təbrikində bu arzunu ifadə etmişdir ki, qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır!

 

Dövlətimizin başçısı İlham Əliyev ötən il Rusiyanın Soçi şəhərində siyasi dairələrdə məşhur “beyin mərkəzlərindən” biri hesab edilən “ValdayDiskussiya Klubunun XVI illik toplantısında Ermənistan baş nazirininQarabağ Ermənistandır və nöqtə” sözünün yalan olduğunu bəyan edərək bildirmişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd etmişdir ki, fəxr edirəm ki, mənim bir il bundan əvvəl dediyim ifadə artıq milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

 

 

 

Tahir QƏDƏŞOV,

AtlantMMC-nin direktoru.

 

Respublika.- 2020.- 12 dekabr.- S.7.