Əziz İlham!
Əsrimizin,
nəslimizin cəsarətli mərdanə sərkərdəsi
Prezidenti,
Ali Baş Komandanı
Qandan keçən bir qeyrətlə,
Süddən gələn bir
heyrətlə
Haqq yolunda, xalq yolunda
Məşəl etdin ürəyini,
İşıq saçdın haqq-ədalət
yollarına
Qüvvət gəldi qollarına.
Uçurdun divarını “keçilməz”
səngərlərin.
Qaldırdın ayağa
Paralanmış, səbri tükənmiş
Azərbaycanı
Yumruğa çevrilib birləşdi
əllər -
Birləşdi ellər.
Ruhən
mətinləşdi milli
ordumuz,
Yağıya dağ çəkdi
ana yurdumuz,
Neçə sədri-əzəmin,
Neçə-neçə diplomatın
Yerə qoydun kürəyini.
Qalxdın Dünya kürsüsünə
Cavab verdin bədxahlara, çıxışlara, suallara
Arxa durdun Arkadaşa.
Büdrəməsin Ağ atın;
Oxun dəyməsin daşa
Yaşa,
Vətən oğlu, İlham yaşa!
Xeyrulla ƏLİYEV,
Ədəbiyyatşünas alim.
Respublika.- 2020.- 13 dekabr.- S.7.