Xalqın inamını doğruldan müdrik rəhbər

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2003-cü ildə prezident seçkisindən sonra müasir dövrün ən uzaqgörən, elmi, iqtisadi, insani resurslarla təminatlı ölkənin inkişaf konsepsiyasını işləmiş və onun həyata keçirilməsini təmkinlə, özünəməxsus yüksək tələbkarlıqla təmin etmişdir. Bu siyasi xətdə onun tərəfindən ölkənin iqtisadi, sosial, siyasi, hərbi, elmi, texnoloji, kadr potensialı və sairə üzrə zəruri bütün məsələlərin qarşılıqlı təminatlılığını gözləməklə reallaşması vaxtları çox yüksək dəqiqliklə hesablanıb. Həmin etapların hər biri ölkə həyatının bütün sahələrinin aktual və zəruri faktorları olubdünya siyasətçilərində böyük heyrət doğurub. Bu cür inqilabi nailiyyətləri ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət mütəmadi olaraq bilavasitə müşahidə edə bilib. Prezidentimizin xalqa müraciət və çıxışlarında ölkənin ən ümdə məsələlərini əhatə edən siyasətinin ümumi konsepsiyalarının geniş şəkildə şərhi verilib.

 

Prezident İlham Əliyev hakimiyyətinin ilk dövrlərindən Azərbaycan xalqının ümumi dərdi olan Qarabağ və ətrafındakı 7 rayonun geri alınacağı və Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla təmin edilməsi haqqında öz strateji xəttini açıq elan etmişdi. Uzun illər ərzində Prezident tərəfindən torpaqlarımızın geri alınması, ölkənin ərazi bütövlüyünün təminatı istiqamətində çox müdrik siyasət həyata keçirilib. Bu siyasətdə sivil dünya tələblərinə uyğun olaraq sülh yolu ilə bərabər müasir və qüdrətli hərbi durumun təmin edilməsi kimi iki faktor nəzərdə tutulub.

 

Bu sahədə Prezidentimiz tərəfindən 17 il ərzində çox dəqiq düşünülmüş iqtisadi, siyasi və beynəlxalq faktorları nəzərə almaqla gərgin və nəticəsi ilə bütün dünyanı heyrətləndirən siyasət yeridilib. Bu siyasətin ilk nəticəsini 2016-cı il aprel hadisələrində müşahidə edə bildik. Sonrakı Tovuz və digər təxribatlara da layiqli cavab verildi və ən parlaq həlledici cavabı isə 2020-ci il 27 sentyabrdan başlanan Vətən müharibəsində gördük. Azərbaycan xalqı və bütün dünya uzun illər aparılmış uzaqgörən siyasətin nəticəsinin böyük heyrətlə şahidi oldu. Bütün dünya, hətta bizi istəməyənlər də Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın ən şanlı tarixini yazmasını izlədi. Ali Baş Komandan və rəşadətli ordumuz tərəfindən bu döyüşlərlə dünya hərb tarixində inqilabi yeniliklər edilmiş, unikal hərbi strategiyataktika reallaşdırılmışdı.

 

Bu qələbə ilə Ali Baş Komandan Azərbaycan xalqının tarixi kökündən gələn qürur və məğlubedilməzliyini bütün dünyada təsdiq etdi. Azərbaycana qarşı aparıla bilən bütün separatçılığa son qoyuldu, müqəddəs sərhədlərimizin toxunulmazlığı təmin edildi. Bu qələbə bir daha dünyada şanlı tarixə malik türk birliyinin məğlubedilməzliyini bərqərar etdi. Qazanılmış qələbə və aparılmış hərbi əməliyyatlar, həmçinin dünyaya göstərdi ki, Azərbaycan bu gün dünyada güclü hərbi qüdrətə malik dövlətlər sırasındadır.

 

Bu gün xalqımız böyük qələbə əhval-ruhiyyəsi ilə bayram edir və xoşbəxtdir. Belə gündə hamı son 100 ildə ölkəmizin keçdiyi tarixi anları analiz edir, bütün olmuşların səbəblərini axtarır və bu günümüzün əzəlinin qoyulmasının tarixini müəyyənləşdirməyə cəhd edir.

 

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qələbə günü ulu öndərimizin qəbrini ziyarət edərək bütün xalqımızın göz yaşları ilə müşahidə etdiyi tarixi oğul, davamçı missiyasını ifadə edən “Ata, sənin nəsihətini yerinə yetirdim” sözlərini söylədi. Bu, nəslinə, kökünə sadiq bir oğulun, Azərbaycan tarixində ən şanlı səhifə yazan böyük siyasətçi, hərbi sərkərdənin Azərbaycan dövlətçiliyinin yaradıcısı, bütün Azərbaycan xalqının və türk dünyasının xatirəsində əbədi yaşayan atası, ulu öndərimiz qarşısında tarixi hesabatı idi.

 

Ümummilli liderimiz ruhunuz şad olsun! Siz Azərbaycan xalqı, dövlətçiliyimiz üçün etdiklərinizlə bərabər, özünüz kimi inandığınız oğlunuz, davamçınız, bu gün dünyanın ən yüksək səviyyəli siyasətçisi, dövlət başçısı, hərbi sərkərdə cənab İlham Əliyev kimi yadigarınıza görə əbədilik qazanırsınız. Bəli, tariximizə nəzər yetirsək müdrik Prezidentimiz Azərbaycanda yaşayan bütün millətlərin, o cümlədən türk dünyasının birliyini təmin edən ən şanlı müasir tarixi qələbəsinə imza atan, birinci yerdə duran rəhbər sərkərdəsidir. Müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan indi regionda yeni reallıq yaradıb bununla da özü üçün əbədilik qazanıb. Bəli, möhtərəm Prezidentimiz ən yüksək hərbi rütbəyə Azərbaycanın Milli Qəhrəmanı adına layiqdir.

 

Şanlı qələbəmizin yaratdığı bayram əhval-ruhiyyəli günlərimizdə hamımız Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, müzəffər qəhrəman Prezidentimizi bizə bəxş edən dünya azərbaycanlılarının ulu öndərini minnətdarlıq hissi ilə yad edirik. Bugünkü müdriklik, qəhrəmanlığın kökünün ulu öndərdən gəldiyinin daha şanlı şəkildə büruzə edildiyinin şahidiyik.

 

Heydər Əliyevin keçdiyi ömür yoluna baxsaq onun həyat yolunun müdriklik, qorxmazlıq, igidlik qəhrəmanlıq nümunəsi olduğunu görərik.

 

O, hələ xüsusi xidmət orqanlarında fəaliyyəti zamanı, bu vəzifədə olan ilk azərbaycanlı kimi böyük risklərlə üzləşərək milli mənafeyimizin müdafiəçisi olub. Birinci hakimiyyəti dövründə respublikamızın inkişafı, xalqın rifah halı, gələcəyə hazırlıq, korrupsiya digər neqativ halların aradan qaldırılması üçün əlindən gələni etmiş, böyük risklərə gedərək müdrikcəsinə xalqımızın mənafeyi naminə olan mövqeləri müdafiə etmişdi. Məhz onun sayəsində sovet rejimi çərçivəsində Azərbaycan torpaqlarına olan həmlələrin qarşısı dəfələrlə alınıb, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi statusu daha da möhkəmləndirilib. Ulu öndər Moskvada işlədiyi dövrdə respublikamızda Atom Elektrik Stansiyası da daxil olmaqla bir neçə genişmiqyaslı layihələrin reallaşmasını təşkil edib. Sovetlər birliyinin o dövrkü rəhbərliyində Heydər Əliyev yüksək səviyyəli siyasətçi olması təşkilatçılığı, biliyi, tələbkarlığı, prinsipiallığı ilə açıq şəkildə seçilirdi. Mənim yadımda idi, V.İ.Leninin yubileyində ulu öndər Kremldə bu məsələ üzrə əsas məruzəçi idi. Səhəri gün İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda yerində hamı məni təbrik edərək, belə bir dolğun, dərin mənalı çıxışı o dövrə kimi eşitmədiklərini söylədilər. Söhbətlər əsnasında o da qeyd olunurdu ki, Baş katibliyə həqiqi namizəd Heydər Əliyev ola bilərdi. Lakin müəyyən məhdudiyyətlər üzündən bu olmadı nəticədə Sovetlər birliyi dağıldı. Bu məsələ həmişə gizli danışılsa da, bu yaxınlarda “Rossiya-1” telekanalında aparılan müzakirə zamanı milliyyətcə rus erməni olan natiqlər açıq şəkildə etiraf etdilər ki, əgər Heydər Əliyev Baş katib olsa idi, SSRİ dağılmazdı.

 

20 Yanvar Bakı faciəsi zamanı isə böyük cəsarət göstərərək sovet rəhbərliyini törətdiyi cinayətə görə Moskvanın mərkəzində ittiham edib. Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda ilk dəfə Azərbaycan Respublikasının dövlət rəmzi olan üçrəngli bayrağa status verildi. Sonralar onun tərəfindən bu bütöv Azərbaycan üçün həyata keçirildi. Ulu öndər doxsanıncı illərin əvvəllərində Azərbaycanda hakimiyyət davası, vətəndaş müharibəsi bunların zəminində torpaqlarımızın işğalı dövründə böyük cəsarətlə xalqımızı, dövlətçiliyimizi qorumaq üçün Bakıya gəlmiş, Gəncə qiyamını yatırmaq vəziyyəti normallaşdırmaq üçün gərgin zonalara qorxmadan tək getmişdi. Heydər Əliyev həmin illərdə çoxlu sayda hakimiyyət hərisi qruplarla mübarizə apararaq böyük müdrikliklə ölkəni normal inkişaf rejiminə qaytarmışdı. Dağılmış iqtisadiyyatı, hərbi sistemin bərpa edilməsi inkişafı üzrə o, böyük çətinliklər qət edərək ölkəni sürətli inkişaf xəttinə çıxardı. Belə bir müdrik, uzaqgörən, cəsarətli dövlət rəhbəri respublikamızın özündən sonrakı dövrü üçün öz yerinə layiqli, özü kimi inandığı xələfi xalqına bəxş etdi. Siyasətçilik, dövlətçilik idarəetmə faktorlarını kökündən götürən cənab İlham Əliyev təhsil aldığı dövrdə müasir elmi biliklərə yiyələnib. Odur ki, bu gün ulu öndərimizin ruhu çox şaddır, onun yadigarı hətta bizi istəməyənlərin qəbul etdiyi Cənubi Qafqazın lideri statusunu qazanıb artıq beynəlxalq sistemdə öz dəst-xətti olan, sözükeçən liderdir. Ulu öndərimiz doxsanıncı illərdə tez-tez işğal olunmuş rayon nümayəndələri ilə görüşlər keçirirdi bu görüşdən olan kadrlara baxdıqda onun qədər təmkinli, inamla rayonların həmin ərazilərimizin azad olunacağı onların da öz doğma ellərinə qayıdacağını söylədiyini görürük. Ulu öndər, ruhun şad olsun, qəbrin nurla dolsun! Sizin sonralar nəsihətə çevrilən bu arzunuzu da sizin başa çatdıra bilmədiyiniz işləri uğurla davam etdirən Müdrik Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev reallaşdırdı. İndi bütün işğal olunmuş rayonlar azaddır, Qarabağ Azərbaycandır!

 

Adil QƏRİBOV,

Nəqliyyat, Rabitə Yüksək

Texnologiyalar Nazirliyi tabeliyində

Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri.

 

Respublika.- 2020.- 6 dekabr.- S.4.