Yeni tariximizin rəhni Böyük Qələbə

 

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev uzun illər ölkəmizin sərhədlərinin bərpası, ədalətin təntənəsi və xalqımızın parlaq gələcəyi naminə gərgin diplomatik iş apardı. 28 il ərzində xalqımız beynəlxalq qanunlar çərçivəsində ədalətin bərpa ediləcəyi və Azərbaycanın qanuni torpaqlarının sülh yolu ilə qaytarılacağını gözlədi. Biz, ölkənin yaşlı nəsli, sanki bir çatışmazlıq yükü altında “əyilmiş” kimi, bütün bu illərdə həyatımızı tam yaşaya bilmədik, sevinə bilmədik, çünki ərazi bütövlüyü olmadan, mədəniyyətimizin beşiyi Şuşa olmadan bu mümkün deyildi. Övladlarımıza”Qarabağ-mənim dərdim və sevgimdirdeyirdik...

 

Ermənilərin tarixən heç vaxt Qafqaz ərazisindəki böyük yaşayış məntəqələrində yaşamadıqları çoxdan sübut edilmişdir. Bu faktı amerikalı Nina Garsoyan 1971-ci ildə “İzvestiya Armeni”də dərc olunan bir məqaləsində bildirirdi. Ancaq erməni xalqı yad olanı mənimsəməyi üçün bir vərdiş eləyib. Əlifbanı Efiopiyadan, torpaq, musiqi və mətbəxi bizdən götürüblər.

 

Beləliklə, xalqımız ədalətli həlli gözləyərək dözdüuzun müddət gözlədi. Bu illər ərzində ölkədə savadlı və eyni zamanda cəsarətli bir nəsil yetişdi, vətənpərvərlik ruhunda tərbiyə olundu. Biz, Azərbaycan vətəndaşları, multikultural ruhda tərbiyə almışıq. Biz sülhün və açıq havada səmanın tərəfdarıyıq. Biz möhkəm, dözümlü və iradəli xalqıq. Biz indi qalibik. Və ən əsası, bizim yenilməz Liderimiz və tamamilə etibar etdiyimiz, verdiyi vədlərə əməl edən və həmişə nəyi, necə və nə vaxt edəcəyini bilən, uzaqgörən, müdrik bir Prezidentimiz var, müasir texnologiya ilə təchiz edilmiş, yüksək səviyyədə təlim keçmiş ordumuz var.

 

Hər birimiz Ermənistanın növbəti 27 sentyabr təxribatından sonra Silahlı Qüvvələrimizin əks-həmləsi ilə başlanan müharibənin 44 günü ərzində Ali Baş Komandanın çıxışlarını səbirsizliklə gözləyirdik və Prezidentimizin xalqı sevindirəcəyinə, kəndlərimizin və qəsəbələrimizin düşməndən alındığını elan edəcəyinə şübhə etmirdik.

 

Böyük Vətən Müharibəsi başlanandan Azərbaycan xalqı daima gərginlikdə yaşadı. Çünki çirkin siyasət aparanmülki insanları xaincəsinə məhv edən, cəbhə xəttindən yüzlərlə kilometr məsafədə yerləşən şəhər və kəndlərimizə qadağan olunmuş raketlər atan məkrli bir düşmənlə üz-üzə idik. Ancaq unutmamalıyıq ki, torpağımızın hər qarışını igid şəhidlərimizin tökülmüş qanı ilə bərpa etdik, yalnız öz gücümüzə və hərbi gücümüzə güvənərək döyüşdük.

 

Biz vətəndaşlar Prezidentimizin düşmən ölkəni dəstəkləyən dünya nəhənglərinə qarşı tək olduğundan narahat idik. Xoşbəxtlikdən ən çətin vaxtda həmişəki kimi qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz xarakterik möhkəmliyi ilə bütün dünyaya özünün və ölkəsinin Azərbaycanın yanında olduğunu bildirdi. Yaşasın qardaş Türk xalqı!

 

Həm cəbhə bölgəsində, həm də mediadasosial şəbəkələrdə virtual müharibə apardıq. Ermənilərin yalanlarını, böhtanlarını, təxribatlarını təkzib edərək dünya xalqlarına həqiqəti çatdırmağa çalışdıq. Şovinistbütün Türk xalqına qarşı nasist və nifrət ruhunda tərbiyə olunmuş təkəbbürlü düşmən öz xəyalları və dezinformasiyaları ilə bir çox ölkələri bizə qarşı “çevirdi”. Qədim abidələrimizin, ziyarətgahlarımızın və məscidlərimizin ermənilər tərəfindən dağıdılması müzakirə olunmur və qınanmırdı. Həmişə olduğu kimi, erməni barbarlığına dünya birliyi susurgörmürdü. Erməni kilsəsini dağıtmaq istədiyimiz dezinformasiyası bu günə qədər müzakirə olunur. Gəncə və Bərdə şəhərlərimizi qadağan olunmuş ballistik kaset raketlərilə bombaladıqları, 98 mülki şəxsin, kiçik uşaqların vəhşicəsinə öldürülməsi isə ermənipərəstlərin və havadarlarının vecinə deyil.

 

Zaman hər şeyi öz yerinə qoyurbütün dünya tezliklə ermənilərin əsl üzünü görəcəklər. Bütün dünya 44 gün ölkəmizdəki davam edən hərbi əməliyyatları yaxından izlədi. Heç kim Azərbaycanın təxminən 30 il əvvəl işğal olunmuş torpaqlarını özü geri qaytara biləcəyini düşünmürdü. Hegemon ölkələr kiçik bir dövlətin, bunu edə biləcəyinə inanmırdılar... Güclü, qələbə ruhlu Müzəffər Ordumuzun və qətiyyətli Ali Baş Komandanımız olduğunu nəzərə almırdılar.

 

Möhtərəm Prezidentimizin, 10 noyabrda gecəyarısı imzalanan bəyanatı, zəfərimizi, müharibənin bitdiyini elan etdiyi zaman, təsəvvürə gəlməz xoş anlar yaşadıq. Bu, cəsur və rəşadətli Azərbaycan Ordusunun və əlbəttə ki, Ali Baş Komandanımızın bizə yaşatdığı sevincqürur idi.

 

Bəli, indi qalibik! Qarabağ torpaqları Azərbaycanın qeyrətli oğullarının cəsarəti, vətənpərvərliyi və qəhrəmanlığı sayəsində geri qaytarıldı.

 

Bizə qarşı çoxsaylı pis niyyətli böyük qüvvələrə baxmayaraq, zəfər qazandıq və onlara çox şey sübut etdik, yeni şanlı tariximizi yazdıq!

 

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanımla birlikdə azad edilmiş torpaqları ziyarət etməsini biz hamımız qürurla izlədik. Xalqımız rəhbərinə sadiqdir və inanır ki, o, müdrik, uzaqgörən strategiyası ilə ölkəni görünməmiş yüksəkliklərə və tərəqqiyə aparacaqdır.

 

Ulu Tanrı Prezidentimizi qorusun. Dualarımız Sizinlədir. mən bir vətəndaş kimi cənab İlham Əliyevin Prezident olduğu ölkədə yaşadığım üçün çox xoşbəxtəm!

 

 

 

Samirə BABAYEVA,

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkimi.

 

Respublika.- 2020.- 3 dekabr.- S.7.