Özbəkistan, Qırğızıstan və Qazaxıstan portalları AZƏRTAC-ın “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsini yayıb

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsi Özbəkistanın tnews.uz, Qırğızıstanın goldenbridgenews.com, turkelpress.com və Qazaxıstanın vatanpress.com portallarında rus dilində dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin həyat yolu və fəaliyyəti - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı tələbəlik və müəllimlik illəri, Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı vaxt ölkəmizin neft ehtiyatlarının xarici şirkətlərlə birgə işlənilməsinə dair kontraktla bağlı danışıqlarda iştirakı da daxil olmaqla, onun liderlik keyfiyyətləri, Heydər Əliyev kursunu uğurla davam etdirməsi, dövlət başçısı kimi 16 illik fəaliyyəti, Azərbaycanın bu dövrdə qazandığı uğurlar geniş təhlil edilir. Həmçinin Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətlərindən, onun rəhbərliyi ilə həyata keçirilən inqilabi islahatlardan və bənzərsiz layihələrdən ətraflı bəhs olunur.

Xatırladaq ki, “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqalə 100 milyondan çox oxucusu olanChina Daily” qəzetində, Malayziyanın BERNAMA Milli Xəbər Agentliyinin, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytlarında, AlmaniyanınEwnews”, Ukraynanın “Versii”, Rusiyanın “Russia-on”, Rumıniyanın “Amosnews”, “Ultima Ora”, “News24hours”, Qazaxıstanın “Newsroom”, “Turkistannews”, “Kaz.365info”, Qırğızıstanın “Turkelpress”, “Vatanpress”, Serbiyanın “Balkanin”, Gürcüstanın “24news.ge”, “Saqinform”, İndoneziyanın “Minanews” portallarında da yayılıb.

 

AZƏRTAC

 

Respublika.- 2020.- 2 fevral.- S.3.