“ERMƏNİLİK” İDEOLOGİYASI: tarixi-hüquqi-siyasi müstəvidə

 

“Ermənilik” ideologiyası Çar Rusiyasının Şərq geopolitikasında bir komponent olan Qafqaz siyasətinin ideoloji silahı və aləti kimi “Qriqorian kilsəsi”nə transfer edilmiş və daima oradan kordinasion üsullarla nəzarətdə saxlanılmışdır. Terrogen “Ermənilik” həm yaranışı, patogen ideologiya olaraq, erməni kütləsini buna yoluxdurması, həm də bu ideologiyanın mütəmadi olaraq şüurlara hopdurmaq və davamlı surətdə təbliğinin, elmi, ictimai-siyasi sferada erməni nümayəndələrin (təbliğatçıların, katalizatorların) formalaşması üçün I Pyotrdan etibarən Rusiya imperiyası, sonralar Sovet Rusiyası, hazırda isə Putin Rusiyası tərəfindən birbaşa xüsusi fəaliyyət aparılmışdır, indi də aparılır. Başqa sözlə, Rusiya ənənəvi olaraq erməniliyin “carçı”larını doğmuş və bəsləmişdir. Bu fikrimi əsaslandırmaq üçün 10.02.2016-cı ildə cəllad, bütövlükdə Qarabağ hadisələrində, xüsusən də Xocalı faciəsində türk körpələrinin qatili kimi “məşhurlaşan” cani Zori Balayanın səkkizcildlik kitabının Rusiyada dövlət səviyyəsində nəşr edilməsi və Rusiyanın görkəmli nümayəndələrinin iştirakı ilə təntənəli təqdimatının keçirilməsini qeyd edə bilərəm. Bu, yuxarıda deyilənlərin əyani sübutudur.

1. Ermənilik ideologiyasını yaradan tarixi-siyasi şərait.

Əvvələn vurğulanmalıdır ki, dünyada erməni adlı xalq yoxdur, özlərini “hay” adlandıran, yabanı və köçəri, genetik kod və antropoloji strukturca hind qaraçı tayfalarına mənsub, əsrlərlə Vətən axtarışında olan, daha çox hissəsi tarixi Azərbaycan ərazilərində məskunlaşdırılan, bizim (aşağıda təhlil ediləcək ideologiyanın adı ilə) erməni adlandırdığımız, oğru, satqın, xain və nankor etnos var... Bu müddəanı əsaslandırmaq üçün, Hatəm Cabbarlının “Ermənistanın xarici siyasəti (1991-2012)” adlı fundamental monoqrafiyasında erməni milli kimliyi məsələsi barədə apardığı əhatəli araşdırmasına müraciət etmək istərdim. “Erməni tarixçiləri arasında onların kökünün haradan gəldiyi haqqında fikir birliyi yoxdur. Bir qrup tarixçi ermənilərin köklərini Kitabi-Müqəddəs rəvayətlərinə kimi aparıb çıxararaq Sincarlı Yasefin övladı Haykın törəmələri olduğunu bildirirlər. Bir qrup tarixçi isə, erməniləri frikyalıların bir qolu olaraq göstərərək erməni tarixinin başlanğıcını onların frikiyalılarla bir yerdə yaşamağa başladığı dövrdən, yəni eramızdan əvvəl VII və VI əsrdən hesablayır. Tarixi prosesdə bu etnik qrupların bəzilərinin fiziki kodları, bəzilərinin adət-ənənələri, bəzilərinin də maddi, mənəvi dəyərləri və mədəniyyətləri erməni etnik kimliyi altında cəmləşmişdir. Hanriş Pudor ermənilərin xristian olmaqla bərabər, sami irqinə mənsub olduqlarını, ən bariz fiziki xüsusiyyətlərinin qartalburun, yoğun olmalarını, L.Şufer onların yəhudi və hititlərdən törədiklərini, S.Valsinger erməni və yəhudilər arasında nəzərə çarpan bənzərliklərin olduğunu, bunun fiziki oxşarlıqla yanaşı, ticarətə olan yaxınlıqları ilə isbat edildiyini, J.Deniker ermənilərin əsasən qarışıq bir irq olduğunu, hindli, əfqan, asuri və türk irqləri arasında ortaq cəhətlər olduğunu, Robart De Qais ermənilərin Orta Asiya və Pamir yaylaqlarından gələn aryen boyları və Mesopotamiyadan şimala çıxan sami irqinə mənsub tayfaların qarışığı olduğunu bildirmişdir”. (Hatəm Cabbarlı “Ermənistanın xarici siyasəti (1991-2012)”. Bakı 2014. 508 səh. s.30-34). Göstərilən araşdırma isbat edir ki, erməni kütləsi Anadolu və Qafqaz ərazisində aboorigen əhali olmayıb. Məhz Vətən qazanmaq cəhdi ilə aborigen əhaliyə, türkə nifrət və düşmən qismində formalaşıb.

Ermənilərin türklərə qarşı alət kimi istifadə edilməsi ideyası, bunun reallaşması istiqamətində isə “ermənilik ideologiyası”nın yaradılması, bu mif çərçivəsində daimi əldə saxlanılması planı XVIII əsrdən etibarən I Pyotrun “İsti dənizlərə çıxmaq” kimi vacib strategiyasının bir hissəsi idi. O, öz vəsiyyətnaməsində davamlı olaraq türklərlə müharibə etməyin və tədricən Qaradəniz üzərində hegemon olmağın zəruriliyini vurğulamışdır. Bununla belə o, hiyləgər vasitələrlə Osmanlı ilə Avropanın qarşı qoyulmasına nail olmağı vacib hesab edirdi. Məsələn, “Avstriya ilə əlaqələr qurub, türklərin Avropadan uzaqlaşdırılmasına yardımçı olmaq, İstanbul üzərindəki istəklərinə maneə yaratmaq lazımdır. Buna görə də Avropanın digər dövlətləri ilə türklərin aralarında hansısa formada bir savaş yaratmaq lazımdır...” (Le Spectacle Du Monde 80, Paris, s.48. akt. Nurşen MAZICI, Belgelerle Uluslararası Rekabette Ermeni Sorununun Kökeni 1878-1918, İstanbul 1987. s.5.) Bu strategiyanın reallaşması istiqamətində Osmanlını daxildən məşğul edən bir fakt “icad etmək” vacib məsələ olaraq gündəmdə saxlanılırdı. Əlbəttə, erməni faktoru ən optimal variant kimi nəzərdən keçirilirdi. Bu xüsusda, “Çar Rusiyası “Osmanlıda erməni” məsələsi uğrunda əməliyyatlar aparmağa niyyətli olmaqla yanaşı, (birinci niyyət istiqamətində—R.R.) öz imperatorluğundakı ermənilərin üzərində ciddi təşviqat və təşkilat işləri apararaq Anadoluda bir mərkəziyyətçi siyasətin reallaşdırılmasını (erməni vilayətinin yaradılmasını— R.R.) qarşıya qoydu” (E.Drıault, ‘La question d’Orient depuis les origines jusqu’a nos jours’, Paris 1898, akt. Stefanos Yerasimos, Az Gelişmişlik Sürecinde Türkiye, 2. Kitap, çev. Babür KUZU, İstanbul 1987. s.386).

“1877-1878-ci illərdə Osmanlı ilə Rusiya müharibəsindən sonra “Sülh müqaviləsi” imzalandıqdan bir az keçmiş, ermənilər ruslarla görüşüb Berlin Konfransında Güney Anadoluda erməni azlığının olduğu ərazidə “islahat aparmaq” adlı bir maddə daxil edilməsinə müvəffəq olmuşdular. Bir tərəfdən Berlin anlaşması, müstəqillik əldə etmiş kiçik dövlətlər, digər tərəfdən də ərazi qoparmağa çalışan azlıqlar Osmanlı dövlətinin əleyhinə aparılan genişmiqyaslı siyasətə tərkib olmuşdular. Erməni məsələsi məhz belə bir şəraitdə Çar Rusiyası və İngiltərə başda olmaqla Qərb dövlətləri tərəfindən doğulub inkişaf etdirilməyə başladı” (Ermeni araştırmaları. Tarix, Siyasət və Beynəlxalq İlişkiler Dergisi. Ankara. 2008. 31-ci Sayı. s.32).

2. “Ermənilik” ideologiyasının mahiyyəti və təzahürləri.

“Ermənilik” ideologiyası nədir? Buna cavab üçün K.Rusinyanın “Ermənistan” - bu, sadəcə, ölkə deyil, ən azı sivilizasiyadır” xülyasını, yaxud, Q.Matevosiyanın erməniliyin atributu kimi qəbul edilən xülyalarına nəzər salaq: “Vətən Allahdan vacibdir. Vətəndən vacibi kilsə, kilsədən vacibi Böyük Tiqran, Böyük Tiqrandan vacibi isə “Böyük Ermənistandır”. Bu patogen xülyanın mahiyyətinə (analitik yanaşma ilə) nəzər saldıqda iki müddəa hasil olur.

I. Vətənin, yəni coğrafi ərazinin Allahdan vacib hesab edilməsi, onu göstərir ki, “Qriqorian” başda olmaqla bütün kilsə inzibati sistemi və ruhanilik institutları öz (zahirdəki) təyinatına uyğun olaraq dini ayinlər ilə, mənəviyyatla məşğul deyil, (heç bir ilahi hədlərə məhəl qoymadan) maddi əmtəə ilə əlaqədardır.

II. Kilsənin Vətəndən, “Böyük Tiqran”ın kilsədən, “Böyük Ermənistan”ın “Böyük Tiqran”dan vacib hesab edilməsi isə, çoxsaylı kütləni psevdoideologiya qurbanına çevirib onu, (həyatın bütün sahələrində) sosial-iqtisadi, ictimai-siyasi və hərbi terrogen fəaliyyətlə kökləmək, başqasının olanı ələ keçirmək, maddi-fiziki qəsb və işğal etmək, talamaq, yağmalamaq yoluna istiqamətləndirməkdir. Başqa sözlə, erməni kilsələri ibadət məkanı deyil, terror mexanizminin qərargahı funksiyasını həyata keçirib, hazırda da belədir, gələcəkdə də belə olacaq.

Əlbəttə, bu ideologiya təkcə qərbi Azərbaycanda, qədim İrəvan ərazilərində olan türk torpaqları ilə məhdudlaşmır. Belə ki, erməni quldurluğunun etnokorporasiya ideoloqlarından olan “Ermənistan paytaxtları” kitabının müəllifi Sergey Vardanyana görə, İrəvandan başqa, Türkiyə, Azərbaycan şəhərləri başda olmaqla Tiflis, Kiyev, Yerusəlim, Soçi, habelə, Aropada Almaniyanın Bavariya torpaqları və Macarıstan da daxil olmaqla “ermənilik 22 paytaxtı olan bir əraziyə sahib olmağın ideologiyasıdır... Mərhum professor Rövşən Mustafayev “Ermənilik bəşəriyyətə qarşı təhlükədir” adlı əsərində qeyd edir ki, S.Vardanyan öz müsahibələrinin birində jurnalistin “Görəsən, nə üçün belə az?” sualına cavab olaraq iblisliklə ah çəkir və “Ermənistanın bütün 22 paytaxtı haqqında yazmağa bir ömür bəs etmədiyini kədərlə söyləyir” (5, 127). Qeyd edilməlidir ki, bu kitab daima erməniliyi dəstəkləyən Vatikanın kitabxanasında yuxarı sıralarda saxlanılır...

3. “Ermənilik”, xristianlıq müttəfiqliyi və ermənilərin ziddiyyəti.

Əgər həmin kitab Vatikan kitabxanasında belə “nüfuz”a malikdirsə və hazırkı vəziyyətdə üzdə demokratiyadan, humanizmdən dəm vuran, arxada isə terror maşını olan işğalçı, erməniliyi qidalandıran, dəstəkləyən xristian müttəfiqliyini təmsil edən qüvvələrin hansı məqsədlərdə olduğu buradan aydın görünür. Azərbaycan ərazisində və müsəlman dövlətləri (Türkiyə ilə Cənub Azərbaycan və Şimal Azərbaycan) arasına yerləşdirilmiş ermənilik, xristian müttəfiqliyinin geosiyasi maraqları, xüsusən, Qafqazda xristianlığın ideoloji, maddi, coğrafi bazasının möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Məhz hazırda xristian birliklərinin QARABAĞ FACİƏSİ, XOCALI SOYQIRIMI həqiqətlərinə münasibətdə tutduqları mövqe riyakarlıqla ikiliyə əsaslanır və bu iki tərəflilikdə Azərbaycana olan formal və nəticəsiz münasibət çoxminillik yurdundan, ata-baba torpağından vəhşicəsinə təcavüzlə və zorla qovulmuş, qaçqın, köçkün, soyqırıma məruz qalan, kütləvi qırılan Azəri-türkünün haqqına ürək yanğısı deyil, enerji siyasətinin təhlükəsizliyin təmin edilməsi üçün göstərilən münasibətlərdir. Yəni, əgər Azərbaycan enerji resurslarına malik olmasaydı heç şübhəsiz ki, xristian birlikləri üçün əhəmiyyət kəsb etməzdi və arxalı erməniliyin işğalçılığı müqabilində ikitərəflilik yox, birmənalı olaraq “işğalıalqışlama münasibəti” nümayiş etdirərdilər. Fikrimi əsaslandırmaq üçün vurğulayım ki, (Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü pozduğu zaman 09.09.2008-ci ildə Fransa prezidenti N.Sarkozinin təcili olaraq Tiflisə gəlməsi, həmçinin Ukrayna hadisələrində Krımın işğalına rəğmən ABŞ-ın və Avropanın Rusyaya göstərdiyi təzyiqlər, sanksiyalar yuxarıda qeyd etdiyimiz xristianlıq amilinin bariz nümunələridir). Bir halda ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozanda, Qarabağ faciələri yaradanda, Xocalı soyqırımı törədəndə xristian dövlətləri müşahidəçi mövqeyində idi. Hətta 2015-ci ilin Aprel döyüşlərində Azərbaycanın haqq işinə qarşı çıxaraq başda BMT-nin baş katibi olmaqla bütün xristian dövlət başçıları Azərbaycanı dayanmağa çağırdı (məcbur etdi)...

Azərbaycan elmi və ədəbi mühitində bu məsələnin mahiyyətini açan bir sıra ziyalılarımız olmuşdur. Onlardan biri də Erməniliyin “Dənizdən-dənizə Ermənistan” planına toxunan Ö.F.Nemanzadə hələ 1905-ci ildə “İrşad” qəzetində yazırdı: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin müəyyən itkisinə şərait yaradacaq və beləliklə, bütün Avropanın diqqətini “əzabkeş bir xalq” olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onu həyata keçirməyə yollar axtarırlar”... Çox təəssüf ki, bu tarixi fikir öz əksini göstərdi.

“Ermənilik” heç şübhəsiz ki, etnokarparasion amil kimi daima kilsədə təşkilatlanıb və kilsədən koordinasiya edilib. Bu ideologiyanın strateji hazırlığı və taktiki təchizatı baxımdan kilsə əvəzedilməz qərərgahdır. Ona görə də haylar hələ XIX-XX əsrlərdə Gürcüstan ərazisindəki kilsələri belə ən hiyləgər vasitələrlə işğal etməyə, öz təsirləri altına almağa çalışıblar. Bununla bağlı görkəmli gürcü yazıçısı və maarifçisi İ.Q.Çavçavadze 1902-ci ildə yazdığı “Bağıran daşlar və erməni təlimləri” adlı kitabında hayların işğalçı simasını bir daha ifşa etmişdir. Məhz tarixən Xocalı soyqırımına qədər baş verən hadisələrin hamısı belə planlar istiqamətində inkişaf edib. Lakin təəssüf ki, biz bir xalq olaraq lazımi ibrətlər almamış, düzgün nəticələr çıxarmamışıq.

Erməniliyin hər vəchlə nəinki neqativ səciyyə daşıdığını, hətta kütləvi pisixoz xarakterli patogen ideologiya olmasını təsdiq edən bir çox faktlardan biri də onun öz daxili münasibətlərində ciddi intriqaların mövcudluğudur. Bunlardan diaspor və “Ay Dat” “kentronı xayer” və “banqladeşi”, arasındakı, ortodoksal ape, Qarabağ, İran, Rusiya, Suriya ermənilərinin ictimai-siyasi şüurundakı ziddiyyətlərdir. Buna konkret nümunə kimi ermənilərin Livandan departasiya edilməsinə qarşı çıxan Klikiya Evi katolikosu I Avraamla diaspor arasında olan çəkişmələr və s.

R.Mustafayevin fikrinə görə, “Erməniliyin əvvəlki etnososial mühitdə yeni mifologemlər axtarışını dayandırmaq və milli ekokvadratdan çıxmaq cəhdi etnokorporasiyanın artıq hamıdan üstün olması kimi təhlükəli həddə gətirib çıxarıb və “bəşəriyyətin yaranmasında və inkişafında” xüsusi hal qismində özünün yeni konseptual “mən” cizgilərini faktik olaraq önə çəkib” (“Dirçəliş XXI əsr” 2007. s.128).

 

(davamı növbəti saylarımızda)

 

RUŞAN RUŞANZADƏ,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi.

 

Respublika.- 2020.- 12 fevral.- S.6.