“ERMƏNİLİK” İDEOLOGİYASI: tarixi-hüquqi-siyasi müstəvidə

(əvvəli 12 fevral tarixli sayımızda)

 

Erməniliyin bir ideologiya kimi formalaşdırılması, zaman-zaman erməni kütləsinin beyninə yeridirilməsi və bu patogen ideologiyanın təkcə qənim kəsildikləri türkə qarşı deyil, hətta məqsədlərinə müvafiq olmayan, başqa cür düşünən, elitar ermənilərin belə, terrorlarla sıradan çıxarılması faktları da mövcuddur. Bu faktın reallığını Amerika tədqiqatçısı erməni Jirayr Libaridyan da təsdiq edir ki, XX əsrin sonlarında erməni komitələrinin terrora məruz qoyduğu hər üç nəfərdən ikisi ermənilik ideologiyasına əleyhdar olan ziyalı ermənilər olmuşdur. Eyni zamanda, 1999-cu ildə Ermənistan parlamentində “gəlin işğal edilən əraziləri qaytaraq. İşğal edilən torpaqdan Vətən olmaz” təklifi ilə çıxış edən Dəmirçiyana və onun tərəfdarlarına qarşı törədilən silahlı qətliam hadisəsi də buna əyani nümunədir...

Erməniliyin ideoloqlarından olan, daha çox Njde ləqəbi ilə tanınan Ter-Arutunyan mənsub olduğu kütlənin rəzil-dilənçi psixologiyasını yaxşı tanıdığından həmin psixologiyanı da özlərinin nicat yolu kimi qabardır. Onun fikrinə görə erməniliyin məqsədləri dünya dövlətlərinin qarşısında dilənçiliklə də olsa həyata keçirilməlidir. O, yazır: “Dilənmək və göz yaşları” bütöv bir xalqın psixologiyasıdır, bizim yeganə silahımızdır... Dilənçiyə ürəkləri yandığı üçün yox, iyrəndiklərindən kömək edirlər. İnsanların, hətta ən ləyaqətsiz adamların yazığı gəlməsi üçün zəhlətökən dilənçi eqoizmi mütləq təbii sayılır. Əgər o üstəlik əlildirsə, daha zəhlətökən və tələbkar dilənçi olur. Bax, dilənçi eqoizmi və əlil tələbkarlığı xalqın psixologiyasına çevrilib”. Buradan aydın görünür ki, ermənilərin xarici himayədarları və dünya ölkələrindən alınan maddi-fiziki yardım və siyasi dividend hansı “özlərinəməxsus xarakter” müqabilində əldə edilir. Həm də qeyd edilməlidir ki, dilənçilik psixologiyası ən asan yolla əldə etmək hiyləsinin əlamətidir. Dilənçi psixologiyası barədə xüsusi olaraq danışmaq lazımdır. Lakin burada bir məsələni qeyd etmək zəruridir ki, “qaraçılıq” adətlərinə daşıyıcı olan dilənçilər qapı-qapı gəzib diləndiyi zaman ev sahibi evdədirsə (müxtəlif süni yazıqlıq göstərib) nəisə qoparmağa müvəffəq olur. Elə ki, ev sahibi evdə olmadı, dilənən üçün əla oğurluq fürsəti yaranır və evdəki ən kiçik həcmli, amma ən qiymətli əmlak oğurlanır... məhz dilənçi tərəfindən. Bu müqayisədə alınan nəticə budur ki, biz, ermənilərin Türk deyə müraciət etdiyi (əlbəttə, düşmənimiz bizi bizdən yaxşı tanıyır) bir xalq olaraq əsrlərdir evimizdə elə yuxuya getmişik ki, bizim evdə olub-olmamağımızdan asılı olmayaraq artıq, evimizin 20 yox, 80 faizi oğurlanıb...

Demək olar ki, ermənilik son illərədək “Xocalı Soyqırımı” kimi bəşəri cinayətini məhz elə həmin dilənçiliklə, özünü yazıq və zavallı kimi göstərməklə pərdələmişdir. Bu psixologiya öz dilənçilik sferasını o qədər genişləndirib və nifrət doğurur ki, bunu, hətta erməni olan, “Mayk Arlenkimi tanınan yazıçı Tiqran Kuyuncan Amerika mətbuatında “Ermənistan! Ah, rəzil qapıçı!” adlandırır.

Qeyd edim ki, erməniliyin rəzil-dilənçilik missiyası artıq ABŞ-ın siyasi elitasının da əlindən “ənam” almağa müvəffəq olub. (Baxmayaraq ki, son illərdə ABŞ-ın bir neçə ştatlarında Xocalı Soyqırımı qətliam hadisəsi kimi tanınıb).

Dilənçi aqressiyası ilə özünə arxa qazanan, xislətində quduzluq, təcavüz olan ermənilik öz terrogen fəaliyyətini bundan sonra da həyata keçirəcək və heç vaxt sülhməramlı münasibətə meyilli olmayacaqdır. Bu fikrimi əsaslandırmaq üçün akademik Nizami Cəfərovun “erməni əhalisinin xarakterində səmimilik yoxdur” fikrinə istinad edə bilərəm. Bu mətləbin açıqlanması baxımdan demək olar ki, ermənilərin özləri də (hətta cahilcəsinə) özlərini ifşa edən fikirlər səsləndiriblər. Məsələn, məhz elə erməni ideoloqlarından olan Ter-Arutunyan öz mənfur ideoloqluğunasadiqqalaraq üzünü kütləvi işğalçı psixozuna yoluxmuş erməni kütləsinə tutaraq deyir: “...sülh şəraitini hətta normal adlandırmaq olmaz. Bəşəriyyətə görə sülh şəraiti ermənilik üçün yorğunluqdan başqa, bir şey deyil. Şərqdə hökm sürən sülh bizim üçün tədrici məhv olmadır”.

Bura qədər göstərilən arqumentlər eybəcər ermənilik anlayışının mənfur mahiyyətinin açılması üçündür. Belə ki, Rus imperiyası 1828-ci ildən “parçala hökm sür siyasəti” apararaq qədim İrəvan ərazisində əslində (həmin zaman üçün Osmanlıya) Türkiyəyə qarşı olaraq “Ermənistan” yaratdı. Bununla yanaşı, Cənubi Azərbaycanla Şimali Azərbaycanın arasında Qarabağ ərazisinə yaxın xaricdən erməni kütləsi axıtdı. Bu proses hazırda da davam edir. Burada Tükiyəyə qarşı ifadəsinin xüsusi bir əhəmiyyəti var. Çünki daha çox I Pyotr hakimiyyətindən sonra sürətlənən, imperialist strategiya bu gündavam edirbu Rus imperiyası erməniliyi necə qondarıbsa, elə də zaman-zaman ondan 1905, 1915-1918, 1926, 1948, 1988-ci illərin hadisələrində siyasi kart kimi necə istifadə etmişdirsə bu günədək Azəri-türkünə, geniş plandaxüsusi maraqda isə türk millətinə, qarşı istifadə etməkdədir. Belə ki, öz imperialist siyasətini hər dövrdə bir başqa formada həyata keçirən Rusiya ermənilik vasitəsilə hələ Xocalıya qədər (Şaumyanın icraçılığı ilə) 1918-ci ilin martında Bakıda, Şamaxıda, bir sözlə İpək Yolu boyunca olan rayonlarda təsvir edilməz vəhşiliklər, qətliamlar törətmişdir.

4. Erməni terroru

“Ermənilik” ideologiyası etnokarparasion mexanizm kimi birbaşa terrogen fəaliyyət göstərən təşkilatları ərsəyə gətirmişdir. Tanınmış rusiyalı politoloq O.Ö. Kuzneüov "İstoriə transnaüonalcnoqo arməanskoqo terrorizma v XX stoletii" (XX əsrdə transmilli erməni terrorizminin tarixi) adlı kitabında erməni terrorunu tarixi faktlar, empirik materiallar və rəsmi sənədlər əsasında isbat etmişdir. O, erməni terror təşkilatlarının siyahısını aşağıdakı kimi vermişdir.

Transmilli erməni terror təşkilatları. 1. Qarabağ Müdafiə Ordusu”, 2. Erməni İnqilab Ordusu, 3. Erməni İnqilabçı Federasiyası “Daşnaksütyun”, 4. Erməni Azadlığı üçün Erməni Gizli Ordusu, 5. Erməni Milli Komitəsi, 6. Bütün Gürcüstan Xalq Partiyası, “Virk”, 7. Hnchak, 8. Cəvahq, 9. Çizgi, 10. Yerkrapah, 11. Erməni soyqırımının ədalət komandanlığı, 12. Ermənistanın milli birlik partiyası, 13. Yeni Ermənistan müqaviməti” (Kuzneüov O.Ö. İstoriə transnaüionalğnoqo armənskoqo terrorizma v XX stoletii: İstoriko-kriminoloqiçeskoe issledovanie. - İzd. 2-e, dop. - M.: "Akvarius", 2015. - 428 s., il. s.255).

Eyni zamanda, (adı qeyd edilən əsərdə) həmin əsərdə “Erməni terrorizminin tarixinə dair araşdırmalar və qaynaqlar” adlı alt fəsildə erməni terrorunu ifşa edən (əksəriyyəti ingilisdilli ədəbiyyat olmaqla) 71 sayda fundamental mənbə adı göstərilir.

Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında qeyd edirdi ki, “Şaumyanın cibində rus işğal ordusunu təxliyə edilən, Türkiyə ərazisi üzərində erməni muxtariyyatının elanına aid Leninin imzası ilə mumzi bir dekret bulunuyordu... Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq ediyorlardı... “Milli Müsəlman Şurası”na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak on minə qərib (yaxın R.R.) müsəlman qətl etdi. Qətl edilənlər miyanında əksəri əmələ (fəhlə R.R.) və füqara (yoxsul R.R.) sinfindən olmaq üzrə minlərcə qadın, cocuqsilah daşımalarına imkan bulunmayan ixtiyarlar (qocalar R.R.) vardır... Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu...Toplar, metralyozlar erməni əsgərlərinin yaylım atəşləri aeroplanlar həp müsəlman məhəlləsinə tövcih edilmişdi. (tuşlanmışdı R.R.) Müsəlman məhləsinin başına od yağdırılıyor, cəhənnəm püskürtülüyordu”. (Rəsulzadə M.Ə. “Azərbaycan Cümhuriyyəti”. Bakı, Elm. 1990. 116 səh. s.46). Bu real faktların ifadəsi M.Ə.Rəsulzadənin qələmindən yadigar qalan, faciəli dünənimizin rəsmi tarixidir. Lakin faciəmiz dünənimizlə bitməmişdir. M.Ə.Rəsulzadəni xatırlayarkən, Cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşayan, harda olmalarından asılı olmayaraq Vətən sevdası ilə yaşayan, erməni terroru nəticəsində həyatlarını itirən Cümhuriyyət fədakarlarını yad etməmək olmaz. Professor Musa Qasımlının Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər) adlı əsərində qeyd edilir ki, “Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçusu tərəfindən öldürüldü. Bu hadisədən bir ay sonra, iyul ayında yenə Tiflisdə Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev qətlə yetirildi. Azərbaycan Cümhuriyyəti hökumətinin daxili işlər naziri vəzifəsində işləmiş Behbud xan Cavanşirə bir il sonra - 1921-ci il iyul ayının 18-də İstanbulda Pera Palas otelinin qarşısında sui-qəsd edildi. Onun yanında həyat yoldaşı və iki qardaşı - CümşüdSurxay da var idi. Tuti Şanedə bir qədər oturduqdan sonra qaldıqları otelə yollandılar. Binaya yaxınlaşarkən Behbud xan Cavanşirə arxadan iki atəş açıldı. O, terrorçu ilə əlbəyaxa oldu. Bu zaman qarnına atəş açıldı. Qardaşlarına tərəf dönən, “qatil budur, kömək edin, məni öldürür” deyərək, qüvvə toplayan Behbud xan Cavanşir bir zərbə ilə terrorçunu otelin yanındakı səkinin üstünə yıxdı. Behbud xanın həyat yoldaşı qəzəbli halda qatili əzişdirməyə başladı. Qardaşı Cümşüd terrorçunu tutmaq istəsə də, o, yenidən atəş açaraq qaçıb getdi. Hadisə yerinə türk polisi gəldi. Behbud xan hadisə yerindən qaçan ermənini göstərərək dedi: “O, it oğlu məni vurdu”. Yaralını maşına qoyub xəstəxanaya apardılar. Behbud xan sürücüyə müraciətlə söylədi: “Məni təcili xəstəxanaya çatdır. Qoy, gülləni ürəyimdən tez çıxarsınlar. Yanıram”. Behbud xan xəstəxanada qardaşına dedi: “Məni yalnız siyasi məqsədlər üçün öldürə bilərlər. Mənim şəxsi düşmənim qətiyyən yoxdurola da bilməz. Xalqımın qarşısında xidmətlərim ermənilərin xoşuna gəlmirdi və onlar məni öldürməyə qərar vermişlər”. (Qasımlı M.C. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər). - Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2016. - 520 səh.s. 29). Deməli, ermənilik ideologiyası və onun terrogen mexanizmi türkün ərazilərini zəbt etmək üçün onun zəka sahiblərini sıradan çıxartmağı hədəf almışdır.

5. Xocalı soyqırımı.

Nəhayət, əvvəlki illərin davamı olaraq Rus imperiyası erməni quldurlarının əli ilə dünyanın gözü qarşısında 1990-cı ilin 19-20-si yanvarında Bakıda, ardınca 1992-ci ilin 25-26-sı fevralında Xocalıda Azəri-türkünə qarşı soyqırımı əməliyyatı həyata keçirdi. Əlbəttə, mən bura zaman-zaman xalqımızın görkəmli ziyalılarına qarşı törədilən kütləvi siyasi, psixoloji, fiziki terrorları, qətliamları və repressiyaları da əlavə edirəm. Məhz buna görə 1920-ci ilin aprelində Azərbaycan rus sovet ordusu tərəfindən işğal edildikdən sonra torpaqlarımızın bir hissəsi Ermənistana və Gürcüstana verildi. Bununla yanaşı ermənilər Qarabağın dağlıq hissəsini də ələ keçirmək üçün fəallaşdılar. 1921-ci ilin iyul ayının 4-də Qafqaz bürosunda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara N.Nərimanov imkan vermədi. V.İ.Leninin göstərişi ilə ertəsi gün, həmin tərkibdə büro üzvləri Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması haqqında qərar çıxarsa da Bakı KP (b) Partiyasının katibi və erməni quldurları bu torpaqdan gözünü çəkmədi.

 Qarabağın dağlıq hissəsini ermənilərə verib onu birdən-birə Ermənistana birləşdirməyin mümkün olmadığını görən ermənilər rus sovet hakimiyyəti ilə daha hiyləgər bir yol tutdular. Belə ki, “1921-ci il iyulun 5-də Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz bürosu Moskvanın göstərişi ilə Qarabağın dağlıq hissəsində ermənilər üçün vilayət yaradılması və onun Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində saxlanılması haqqında qərar qəbul etdi.

Vurğulanması son dərəcə zəruri olan bir gerçəklik var. Biz hələ düşmənlərimizi düzgün tanımışıq, düzgün qiymətləndirmişık. Elə bu səbəbdən zaman-zaman təkcə torpaqlarımız deyil, həm şüurumuz qəsb edilib. Bu işğaldan qurtulmağın yeganə yolu Türk dövlətlərinin “TURAN BİRLİYİ”, daha geniş formatda isə bütün müsəlman dövlətlərinin “İSLAM İTTİFAQI” yaratması ilə mümkündür. (Qeyd edim ki, Hüseyn Cavid, Əhməd Cavad kimi görkəmli şəxsiyyətlər məhz elə TURAN ideyasının qurbanı olmuşdur). Yalnız belə olduğu təqdirdə biz insanlığın faciəsi Xocalı Soyqırımına beynəlxalq hüquq müstəvisində ədalətli yanaşmağa məcbur etmək olar bu gün, Rusiya fiqurlarının, yaxud, reallıqda ABŞ-da erməni lobbilərinin satın aldığı senatorların dəstəyini qazanan balayanların, petrosyanların, köçəryanların, sarkisyanların cəzalandırılması reallaşar.

 

(davamı növbəti saylarımızda)

 

RUŞAN RUŞANZADƏ,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi.

 

Respublika.- 2020.- 14 fevral.- S.6.