XX əsrin ən böyük insan faciələrindən biri

 

Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı təcavüzkarlıq siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın məcburi köçkünə çevrilmişlər. Böyük Ermənistanideyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azrbaycanlılara qarşı terror soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə —1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü 1988-1993-cü illərdə soyqırım etnik təmizləmələrə məruz qalmışlar.

 

XX əsrin əvvəllərində erməni millətçiləriDaşnaksütyunpartiyasının proqramından irəli sürülənDənizdən-dənizə” “Böyük Ermənistanideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı şəkildə doğma yurdlarından qovmaqla etnik təmizləmə soyqırımı siyasətini həyata keçirmişlər.

 

Ermənilər XX əsrin 80-ci illərinin ikinci yarısında özlərinin yaxın uzaq xaricdəki himayədarlarının köməyi ilə yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

 

1992-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri öz təcavüzkar siyasətini genişləndirərək Dağlıq Qarabağ ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə başlamışdır. Qısa zaman kəsiyində Xovacənd, Cəmilli, Meşəli, İmarət-Qərvənd, Kərkicahan, Malıbəyli, Quşçular, Qarabağlı digər kəndlər zəbt olunmuş, əhalinin bir qismi əsir götürülmüş, onların əmlakı mal-qarası mənimsənilmişdir.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın nizami hərbi birləşməsi keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək bir gecənin içində onu yerlə yeksan etmişlər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyidlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın 70 nəfəri qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Həmin ailələrdən 2-si Qərbi Azərbaycandan-Göyçə mahalından olub. Xocalı soyqırımını törətməklə nankor, terrorçu, vəhşi ermənilərin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı sonrakı daşnak rəhbərlərinin, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

 

Bütünlükdə Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı müsibəti erməni millətçilərinin məqsədyönlü soyqırımı siyasətinin davamıdır. Etnik təmizləmə siyasəti aparan erməni millətçi-şovinistləri zaman-zaman Azərbaycan xalqına qarşı amansız olmuş, dəhşətli qırğınlar törədərək bu torpaqları ələ keçirməyə çalışmış, “böyük Ermənistanyaratmağa ciddi cəhdlər etmişlər. Ermənistanda yaşayan azərbaycanlıları tamamilə zorakılıqla didərgin salandan sonra Azərbaycan torpaqlarının işğalına başlayan ermənilər ərazimizin 20 faizini zəbt etdilər, 1 milyon 200 mindən çox həmyerlimizi məcburi qaçqına, köçkünə didərginə çevrildilər.

 

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin dediyi kimi, dünya xalqlarının tarixinə, insanlığın tarixinə kütləvi terror aktı kimi daxil olan Xocalı soyqırımıtəkcə Azərbaycan xalqının deyil, bütün insanlığa qarşı cinayətdir bəşər tarixində qara ləkə kimi qalacaqdır. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinistləri-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə soyqırım siyasətinin davamıdır qanlı səhifəsidir”.

 

26 fevral günü XX əsrin ən böyük insan faciələrindən biri oldu. Azərbaycanın Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı soyqırımı (genosidi) Milli Matəm Günü elan olunmuşdur. Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən hər il fevralın 26-da saat 17:00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü sükut dəqiqəsi ilə qeyd edilir.

 

Xocalı soyqırımından 28 il keçir. Vurğulamaq lazımdır ki, bu faciə ilə bağlı məktəbimizdə geniş tədbirlər planı hazırlanmışdır. Belə ki, ayrı-ayrı siniflərdə Xocalı faciəsi ilə bağlı divar qəzetləri, rəsm əsərləri hazırlanmış, inşa yazı müsabiqələri keçirilmişdir. Faciə ilə bağlı şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriləcəkdir.

 

Məhəbbət ƏSGƏROVA,

 

Yasamal rayonundakı 176 nömrəli

 

məktəbin direktoru.

 

Respublika.- 2020.- 23 fevral.- S.6.