Türkiyə: Xocalı soyqırımının 28-ci ildönümünü
əks etdirən veriliş
“Bengü Türk”
televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının
buhəftəki verilişi
Xocalı soyqırımının
28-ci ildönümünə həsr olunub. Həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu
verilişin budəfəki
qonağı sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin
Yıldırım və
jurnalist Ağası
Hun Məmmədli olub.
Xocalı hadisələrinin mahiyyəti, səbəbləri,
faciənin acı nəticələri barədə
ətraflı fikir mübadiləsi aparılıb.
Xocalı
soyqırımı və
“Xocalıya ədalət!”
beynəlxalq kampaniyası
haqqında ətraflı
məlumat verən aparıcı Səidə
Ömər 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Xocalıda erməni silahlı birləşmələrinin
törətdiyi vəhşiliklərdən
danışıb. O bildirib
ki, “Xocalıya ədalət!” kampaniyası
beynəlxalq ictimaiyyəti
məlumatlandırmaq baxımından
çox önəmlidir.
Dünya
birliyi ermənilər
tərəfindən törədilmiş
bu barbarlığı,
Ermənistanın əsl
üzünü görməlidir.
Aparıcı həmçinin qeyd
edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü ilə
2008-ci il mayın 8-də
elan edilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat
və məlumatlandırma
kampaniyası dünyanın
40-dan çox ölkəsində
həyata keçirilib.
Ədalət öz yerini
tutana qədər “Xocalıya ədalət!” kampaniyası davam edəcək. “Xocalıya
ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində
həyata keçirilən
tədbirlər nəticəsində
yalan və saxtakarlıq üzərində
qurulmuş erməni təbliğat maşınının
iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması
faktı dünyanın
bir çox ölkələrinin və
beynəlxalq təşkilatların
qərarlarında, qətnamələrində
əksini tapır.
Mətin Yıldırım bildirib ki, tarixdə bir neçə qətliamlar, faciələr,
soyqırımı faktlarına
rast gəlmişik. Lakin Xocalı
soyqırımı o faciələrin
hamısından fərqlidir.
Ermənilərin Xocalıda bir
gecədə 600-dən çox
insanı, o cümlədən
uşaq, qoca və hamilə qadınları xüsusi qəddarlıqla qətlə
yetirmələri misli
görünməmiş amansızlıqdır.
Xocalıda soyqırımı insanlığa qarşı
törədilmiş bəşəri
cinayətdir. O bildirib
ki, dünya ictimaiyyəti bu cür vəhşiliklərə
göz yummamalıdır.
İkili
standartlara son qoyulmalı,
cinayətkarlar layiq olduqları cəzanı almalıdırlar. Əks halda
bəşəriyyət bundan
da ağır cinayətlərlə üzləşəcək.
Xocalıda törədilənlər əsl
soyqırımıdır. Bu qətliam dünyanın gözü qarşısında
törədilib. Təəssüflər olsun ki, faciənin
günahkarları hələ
də ədalət qarşısına çıxarılmayıb
və layiq olduqları cəzanı almayıblar. Çıxışını bu sözlərlə
başlayan jurnalist Ağası Hun Məmmədli
deyib ki, Xocalı soyqırımında
günahsız körpə
və uşaqlar, qadın və qocalar qətlə yetiriliblər. Belə faciənin
ağrı-acısı unudulmur
və hər zaman bizim ürəyimizdə
yaşayacaq. Xocalıda törədilənlər,
sadəcə, hərbi
cinayət kimi dəyərləndirilə bilməz.
Bu, bəşəri bir cinayət, Azərbaycan xalqına, insanlığa qarşı
məqsədli və planlı surətdə törədilən soyqırımıdır.
Ona görə də Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq
ictimaiyyətə daha
geniş çatdırılması
mühüm və təxirəsalınmaz məsələdir.
“Xocalıya ədalət!”
Qarabağ probleminin Azərbaycanın
ərazi bütövlüyü
və hüquqlarının
qorunması şərti
ilə həll olunmasında vacib bir fəaliyyətdir.
Xocalı soyqırımının tanıdılması Dağlıq
Qarabağ probleminin ədalətli həllinin bünövrəsidir”.
“Allah Xocalı qurbanlarına rəhmət etsin, bizə isə qətliamın günahkarlarını
ədalət məhkəməsində
görmək qismət
olsun”, - deyə o vurğulayıb.
Verilişin sonunda Xocalı soyqırımından bəhs
edən fraqmentlər nümayiş etdirilib.
Esmira YAZKAN ASLANOVA,
“Respublika” qəzetinin
Türkiyə üzrə müxbiri
Respublika.- 2020.- 25 fevral.- S.6.