Xocalı faciəsi XX əsrdə
insanlığa qarşı yönəlmiş ən dəhşətli
cinayətdir
Tarix insanlıq əleyhinə yönəlmiş çox dəhşətli, qanlı cinayətlərin şahidi olub. Çox təəssüf ki, bu antihumanist hadisələrin ən ürək parçalayanları, damarlarda qan donduranları bəşər tarixinə elm, mədəniyyət, böyük kəşflər, ixtiralar əsri kimi daxil olmuş XX yüzillikdə törədilib.
XX yüzilliyin Xocalı qətliamından əvvəl planetimizdə iki yaşayış məntəqəsi eyni aqibətə məruz qalmış, eyni üsulla məhv edilmiş, sakinləri xüsusi amansızlıqla qətlə yetirilmişdir. İndiki orta və gənc nəslin nümayəndələri onlardan ikisi haqqında tarix kitablarından, elmi-publisistik əsərlərdən oxumuş, məlumat almışdır. Bunlardan birincisi Belarusun Xatın kəndidir. İkinci Dünya müharibəsində - 1941-ci ildə faşistlər Xatın kəndini tamamilə yandırmış, dinc sakinləri məhv etmişlər. İkincisi isə Vyetnamın Sonqmi kəndində baş vermişdir. Bu kəndin sakinlərini isə partizanlara dəstək verdiklərini bəhanə edərək böyükdən-kiçiyə qədər məhv etmişdilər. Bu iki qanlı, dəhşətli hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Lakin öz miqyasına, dəhşətinə və xüsusi amansızlığına görə bu iki hadisə Xocalı faciəsi ilə müqayisə oluna bilməz.
Xocalı soyqırımı miqyasına, böyüklüyünə və xüsusi amansızlıqla, qəddarlıqla həyata keçirilməsinə görə daha dəhşətlidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bununla bağlı qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə
Azərbaycan-Ermənistan münaqişəsi
başlandığı gündən
hazırlıq görmüşdü.
Ermənilərin Azərbaycana qarşı torpaq iddiası ortalığa atıldığı
zamandan başlayaraq, istər imperiya tərkibində, istərsə
də müstəqillik
dövründə ölkəyə
rəhbərlik edənlərin
heç biri problemin qarşısının
alınmasına cəhd
etməmişdi. Onlar hətta baş verən hadisələrə
beynəlxalq aləm tərəfindən siyasi və hüquqi qiymət verilməsinə
belə nail ola
bilməmişdilər. 1992-ci
ilin yanvarından başlayaraq Dağlıq Qarabağın əhalisi azərbaycanlılardan ibarət
olan yaşayış
məntəqələrinə ardı-arası kəsilməyən
hücumlar başlandı.
Köməksiz qalan azərbaycanlılar
təpədən-dırnağa silahlanmış erməni
quldurları və Sovet ordusunun 366-cı motoatıcı alayının
hücumlarına mətanətlə
sinə gərsələr,
inadla, qəhrəmanlıqla
dirəniş göstərsələr
də, qeyri-bərabər
qüvvələr döyüşündə
geri çəkilməli
oldular. Bir-birinin ardınca azərbaycanlılar
yaşayan kəndlər
işğal olundu və Xocalı şəhəri Xankəndi
ilə Əsgəran arasında tənha qaldı. Xocalı uzun müddət
özünü qoruya
bilsə də heç yerdən kömək ala bilmədiyi
üçün qeyri-bərabər
döyüşlərdə erməni vandalizminin qurbanına çevrildi.
Xocalıların harayına o dövrün
Azərbaycan iqtidarı
və real siyasi güc olan AXC rəhbərləri laqeyd qaldılar, kömək əvəzinə vədlər
verməklə kifayətləndilər.
Fevralın 25-də axşam 366-cı alayın
hərbi texnikasının
döyüş mövqelərinə
çıxması və
toplardan, tanklardan, “Alazan” tipli raket
qurğularından 2 saatlıq
atəşdən sonra
Xocalıya hücum başladı. Xocalıya üç istiqamətdən
hücum aparıldığından
əhali Əsgəran
istiqamətində qaçmağa
məcbur olmuşdu.
Tezliklə aydın oldu
ki, bu bir
məkrli hiylə, tələ imiş. Naxçıvanik kəndi yaxınlığında
əhalinin qarşısı
erməni silahlı dəstələri tərəfindən
kəsilmiş və onlar sürəkli gülləyə tutulmuşlar.
Qarlı aşırımlarda və
meşələrdə zəifləmiş,
taqətdən düşmüş
insanların çox hissəsi məhz Əsgəran - Naxçıvanik
düzündə erməni
silahlı dəstələri
tərəfindən xüsusi
qəddarlıqla məhv
edilmişdir.
Bu hadisələr regiona
İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik
missiyası ilə səfəri günlərinə
təsadüf etmişdir. O, fevralın
25-də Azərbaycanın hakimiyyət
rəhbərləri ilə
görüşmüş və
fevralın 27-də Qarabağa,
sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar
tərəflərin razılığı
ilə fevralın 27-dən
martın 1-dək üçgünlük
atəşkəs elan
edilmişdi. Ermənilər razılığa məhəl
qoymadılar və vədlərinə xilaf çıxdılar.
Həmin günlərdə Azərbaycan
qüvvələri Xocalı
sakinlərinin köməyinə
çata bilmədi, hətta meyitlərin götürülməsi belə
mümkün olmadı. Bu zaman isə ermənilər helikopterlərlə, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş
insanların axtarışlarını
aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə
məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər olan qrup 2 helikopterlə azərbaycanlıların həlak
olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını
dəhşətə gətirdi
- düzənlik cəsədlə
dolu idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq,
ermənilərin güclü
atəşi altında
ancaq 4 meyiti götürmək mümkün
oldu. Martın 1-də yerli və
xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli
vəziyyət müşahidə
olunmuşdu. Meyitlərin baş
dərilərinin götürülməsi,
qulaqlarının və
digər orqanlarının
kəsilməsi, gözlərinin
çıxarılması, ətraflarının kəsilməsi,
çoxsaylı bıçaq
və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma
halları aşkar edildi.
Dəhşətli faciə şahidlərinin
dedikləri insanın
qanın dondurur. Düşünürsən
ki, elm və tərəqqi əsri olan XX yüzilliyin sonunda bu qəddarlığı,
insanlığa qarşı
ağılasığmaz cinayəti
törədənləri insan
adlandırmaq insanlığa
ləkədir.
Xocalı
sakini Cəlil Hümbətov deyir: “Mənim gözümün
qabağında bir gəlinin qucağındakı
körpəyə beş avtomat gülləsi vurub parça-parça etdilər.
Həmin
gəlini isə sinəsindən güllə
ilə vurub öldürdülər. Mənim oğlumu,
həyat yoldaşımı,
16 yaşında qızımı
gözlərimin qarşısında,
Xocalının içində
öldürdülər. Bir məshəti türkünü
on bir nəfərlik ailə üzvü ilə birlikdə evdən çıxmağa
qoymadılar, benzin töküb od vurdular, hamısı yandı”.
Xocalı
sakini Əntiqə Qəhrəmanova isə olanları belə xatırlayır: “Əsgəran
tərəfdən bir
tank, bir BTR gəldi, yoldakı və yolun kənarındakı adamları qırdılar.
Meyitləri cərgə ilə
düzdülər, adamların
qulaqlarını kəsir,
qadınların döşünü
kəsirdilər, kiminin
gözlərini çıxarır,
ya da yandırırdılar.
Bir neçə
hamilə qadının
qarnını yarıb
uşaqlarını çıxardılar,
ağacların üstünə
atdılar. Bir erməni yeznəm
Təvəkkülün qulağını
kəsib ayağına
bir güllə vurdu. Sonra onu ağaca
bağladılar. Ondan tələb
etdilər ki, de, yer erməninindir. Təvəkkül dedi ki, adam
ölümdən ötəri
yerini, vətənini satmaz. Sonra ayaqlarına
benzin atıb od vurdular,
xeyli yanandan sonra təkrar dedilər ki, de, yer erməninindir. Təvəkkül eyni cavabı
verəndən sonra başından benzin töküb diri-diri yandırdılar”.
Şahidlərin söylədikləri belə
faktlar yüzlərlədir.
Xarici mətbuat Xocalıda ermənilərin törətdikləri
vəhşiliklər haqqında
belə yazırdılar:
“Videokamera qulaqları
kəsilmiş uşaqları
göstərdi. Bir qadının sifətinin
yarısı kəsilmişdir.
Kişilərin skalpları
götürülmüşdür” (“İzvestiya”, Moskva, 4 mart
1992-ci il)”. Ağdamda olan xarici jurnalistlər
Xocalıda öldürülmüş
qadın və uşaqlar arasında skalpları götürülmüş,
dırnaqları çıxarılmış
3 nəfəri görmüşlər.
Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır (“Le Mond” qəzeti, Paris, 14 mart
1992-ci il). Mayor Leonid Kravets yazırdı: “Mən şəxsən təpədə yüzə
yaxın meyit gördüm. Bir oğlanın başı
yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla
öldürülmüş qadın, uşaq, qocalar görünürdü
(“İzvestiya”, Moskva,
13 mart 1992-ci il).
“Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər”
(“Faynenşl Tayms” qezeti, London, 9 mart 1992-ci il). Xarici mətbuatda belə
yazıların sayı
onlarladır. Törətdikləri ağır cinayətləri,
vəhşilikləri ermənilər
özləri də etiraf edir və
bunu bir qəhrəmanlıq kimi qələmə verməyə
çalışırlar. Qarabağ hadisələrinin
iştirakçısı, ermənilərin ən çox sevdikləri ideoloqlardan biri Zori Balayan “Ruhumuzun
dirçəlişi” adlı
kitabında Xocalıda
törətdikləri soyqırımı
haqqında yazır ki: “Biz Xaçaturla ələ keçirdiyimiz
evə girərkən
əsgərlərimiz 13 yaşlı
bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk uşağı
çox səs-küy
salmasın deyə Xaçatur uşağın
anasının kəsilmiş
döşünü onun
ağzına soxdu.
Daha sonra 13 yaşındakı
türkün başından,
sinəsindən və
qarnından dərisini
soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə
sonra qan itirərək dünyasını
dəyişdi. Ruhum sevincdən
qürurlandı. Xaçatur daha
sonra uşağın
cəsədini hissə-hissə
doğradı və bu türklərlə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi
daha 3 türk uşağına etdik.
Mən bir erməni kimi öz vəzifəmi
yerinə yetirirdim.
Bilirdim ki, hər bir
erməni hərəkətlərimizlə
fəxr duyacaq”.
Belə dəhşətli vəhşiliklərdən
erməni yazıçısı-jurnalisti
David Xerdiyan da özünün “Xaç
uğrunda” kitabında
fəxrlə bəhs edir.
Çox təəssüf ki, ermənilərin özlərinin
də etiraf etdikləri bu dəhşətli cinayətə
hələ də dünyanın bir çox dövlətləri,
ictimai-siyasi birlikləri
göz yumur, Azərbaycanın haqlı
tələblərinə, çağırışlarına
sükutla cavab verirlər.
Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bir sıra tarixi gerçəkliklərin ortaya çıxması, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, qəbul etdirilməsi istiqamətində misli görünməmiş addımlar atılmağa başlanmış və həmin addımların nəticəsini bu gün açıq-aydın hiss edirik. Xalqımızın, ümumən, bəşəriyyətin tarixində misli görünməmiş Xocalı soyqırımı Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyi dövründə beynəlxalq qurumların və dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırılmağa başlanılmış, bu gün həmin həqiqətləri dünyanın görməsi istiqamətində böyük işlər görülür, irimiqyaslı addımlar atılır.
Mənim sakini olduğum rayonda - Göyçayda 1992-ci ildən indiyə kimi Xocalı faciəsinin canlı şahidləri - Xocalı köçkünləri yaşayır. Onların söylədiklərini həyəcansız, qəhərsiz, göz yaşlarsız dinləmək mümkün deyil. Lakin onlar inamlarını itirmirlər, öz doğma torpaqlarına qayıtmaq ümidilə yaşayırlar. Bu inamı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu siyasi, hərbi, ideoloji siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi daha da möhkəmləndirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işlərin daha geniş vüsət alması, uğur qazanması xocalılıların ürəyincədir.
Doğma yurdlarına qayıtmaq inamı gündən-günə güclənən Xocalı sakinləri ölkə rəhbərinin səyləri ilə Xocalının azad olunacağı günün tezliklə gələcəyinə inanır və həmin günü səbirsizliklə gözləyirlər.
Könül MƏMMƏDOVA,
Göyçay Rayon Qeydiyyat Şöbəsinin
rəisi.
Respublika.- 2020.- 27 fevral.- S.4.