Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir

 

İllər keçir, zaman insan ağrı-acılarını unutdurur. Lakin tarixin elə yaraları, elə hadisələri vardır ki, hər bir insanın, vətənini sevənin qəlbində yeni yara kimi daim göynəyir, qaysaqlansa da, qan verir, baş verənlərdən dərs almağa, vətənini, millətini göz bəbəyi kimi qorumağa səsləyir. Əslində bu qanlı hadisə-Xocalı soyqırımı təkcə bir xalqın taleyi ilə bağlı olmayıb, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir. Belə hadisələri törədənlərin cəzasını da humanizmi özünün həyat norması seçmiş mütərəqqi bəşəriyyət verməlidir. Erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı məhz insanlığa qarşı törədilmiş bu cür amansız cinayətlər sırasındadır.

Keçmiş SSRİ dövlətinin süqutu ərəfəsində xarici himayədarlarının dəstəyi ilə bu barbarlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası irəli sürərək, qanlı və dəhşətli faciələr törətdilər. Tarixən xalqımıza məxsus Qarabağda - bu gözəl və səfalı torpaqlarda hələ də sönməyən münaqişə ocağı alovlandıran xain qonşularımız özlərinin “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ən humanist prinsiplərə zidd olan ləyaqətsiz üsullardan, ən dəhşətli vasitələrdən qəddarlıq və amansızlıqla istifadə etməkdən, hər addımda öz vəhşi xislətlərini büruzə verməkdən çəkinməyərək saysız-hesabsız qətllər, irimiqyaslı dağıntılar törətdilər, qədim yurd yerlərimizi xarabazara çevirdilər. Qatı şovinizm və mürtəce millətçilik ideyalarına əsaslanan erməni-daşnak qaragüruhunun etnik təmizləmə və soyqırımı siyasətinin iki əsrlik tarixinin hər səhifəsində qanlı cinayətlərin pozulmaz izləri qalmışdır. Ancaq həmin cinayətlər arasında Xocalı soyqırımı daha dəhşətlisi və daha amansızıdır. XX əsrin sonunda, dünyanın siyasi mənzərəsinin olduqca mürəkkəbləşdiyi bir dövrdə imperialist qüvvələrdən dəstək alaraq erməni-daşnak millətçilərinin törətdikləri bu soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Ulu öndərimiz Heydər Əliyev “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı”, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bəyan etmişdir. Dünyanın bütün humanist və sülhsevər insanları bu gün Xocalı faciəsini tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, SrebrenitsaHolokost kimi dəhşətli faciələrlə bir sırada görürlər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.

Xocalıda planlı şəkildə həyata keçirilən soyqırımında ermənilərin bir məqsədi də Azərbaycanın bu torpaqların şəriksiz sahibi kimi tarixi haqqını öz varlığı ilə sübuta yetirən qədim bir yaşayış məskənini yer üzündən silmək olmuşdur. Belə ki, Xocalı Azərbaycanın tarix və mədəniyyət abidələri ilə xüsusi seçilən qədim yaşayış məskənlərindən idibura bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin beşiyi sayılırdı. Yeddi min nəfərdən çox azərbaycanlı əhalisi olan, ötən əsrin 80-ci illərində sürətlə böyüməyə başlayan və şəhər statusu alan bu yaşayış məntəqəsi sonralar İran və Türkiyə ərazisindən Qarabağa köçürülmüş ermənilərin məskunlaşdığı kəndlərinin əhatəsində idi və respublikamız üçün strateji əhəmiyyət daşıyan coğrafi mövqedə - Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi.

Xocalı soyqırımı respublikamızda siyasi hakimiyyətin zəifləməsindən istifadə edərək fəallaşan erməni-daşnak qüvvələrinin Dağlıq Qarabağda xalqımıza qarşı başladığı mənfur düşmənçiliyin zirvəsi oldu. Hələ soyqırımından bir neçə ay əvvəldən şəhərə gedən bütün avtomobil yollarını bağlayan və buranı mühasirəyə alaraq əhalini ağır məhrumiyyətlərə düçar edən düşmən onların Azərbaycanın digər bölgələri ilə nəqliyyat-kommunikasiya əlaqələrini kəsmişdi. Öz himayədarları tərəfindən sürətlə silahlandırılan ermənilərin Xankəndidən raket atəşi açmaqla 28 yanvar 1992-ci ildə Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotunu Xəlfəli kəndinin üzərində vurması, nəticədə 3 nəfər heyət üzvünün və 41 sərnişinin həlak olması isə artıq Qarabağ səmasının müharibə alovuna büründüyünü, bu yolun da keçilməz olduğunu göstərdi. Bölgəyə yerləşdirilmiş Ermənistan ordusu bundan sonra bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Buradakı 30-dan çox yaşayış məntəqəsini, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi strateji əhəmiyyətli kəndlərimizi viran qoyub talan edən erməni silahlıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan və Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıya hücum edərək, şəhəri tamamilə dağıdıb, azərbaycanlı sakinləri xüsusi qəddarlıqla qətlə yetirdilər. Onların vəhşiliklərini sözlə ifadə etmək çox çətindir: dinc əhali arasında başı kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və fiziki cəhətdən ağlasığmaz şəklə salınanlar çox idi.

Tarixi sənədlər əsasında sübuta yetirilmişdir ki, Xocalıda soyqırımı cinayətini törədənlərə Ermənistanın rəhbərliyində təmsil olunan şəxslər və əlaltıları şəxsən rəhbərlik etmişlər. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdir. 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Soyqırımının miqyasını göstərən bu rəqəmlər nəinki ayrı-ayrı kitablarda və nəşrlərdə daim qeyd edilməli, həm də xalqımızın hər bir vətənpərvər övladının yaddaşına həkk olunmalıdır. Çünki bizim indiki və gələcək nəsillərimiz bu amansız cinayəti heç vaxt unutmamalı, onu törədənləri həmişə, hər yerdə ifşa etməlidir.

Təəssüf ki, bu qanlı hadisənin baş verdiyi dövrdə Azərbaycanın rəhbərliyində olan səriştəsizlər və xəyanətkarlar, həmçinin xalqın faciəsindən istifadə edərək hakimiyyətə gəlməyə nail olan AXC-Müsavat cütlüyü Xocalı soyqırımı haqqında həqiqətlərin vaxtında dünya ictimaiyyətinə çatdırılmasına çalışmaq əvəzinə vəzifə davası aparırdılar. Məhz bu səbəbdən dünyanın biganə qaldığı dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ulu öndər Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra üzə çıxarıldı. Xalqımızın bu dahi oğlunun təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Bundan əlavə, ulu öndər azərbaycanlılara qarşı davamlı olaraq törədilmiş soyqırımı ilə əlaqədar 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi barədə 26 mart 1998-ci il tarixli Fərman imzaladı. 25 fevral 2002-ci ildə Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində ulu öndər Heydər Əliyev bu amansız soyqırımını belə səciyyələndirmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” imzaladığı Sərəncamda isə deyilir: “Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır”. Sərəncamda qeyd edilir ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.

Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti olduqca əhəmiyyətlidir. Xocalı soyqırımı ilə bağlı realkonkret faktların daha dolğun şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Fond sistemli və ardıcıl aparır. Fondun dəstəyi və hazırladığı təbliğat materialları ilə hər il Xocalı faciəsinin ildönümü dünyanın müxtəlif ölkələrində yad edilir. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımını bir çox ölkələr parlament səviyyəsində qətliam kimi tanıdıqlarını elan etmişlər. Bu gün böyük təəssüf hissi ilə etiraf etmək lazım gəlir ki, hələ də işğalçı Ermənistan özünün təcavüzkarlıq siyasətini dünya ictimaiyyətinin gözü qarşısında davam etdirir. Sürətlə inkişaf edən, güclənən və qüdrətlənən müstəqil Azərbaycan, təbii ki, öz ərazisinin bir hissəsinin uzunmüddətli işğalına, separatçı və ekstremist qüvvələrin, təcavüzkar Ermənistanın xalqımızın tarixi torpaqlarında törətdikləri cinayətlərə dözə bilməz, düşmənin xülyalarının gerçəkləşməsinə imkan verə bilməz. Aprel hadisələri Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət də bunu bir daha təsdiqləyir. Həmin vaxt növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq qəhrəman ordumuz torpaqlarımızın bir qismini işğalçılardan azad etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün kifayət qədər hərbi gücə, iqtisadi potensialasiyasi iradəyə malik olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.

Bu gün nəinki regionda lider mövqeyində olan, eləcə də bütün dünyada öz nüfuzunu durmadan artıran müstəqil Azərbaycan dövləti qarşıda duran bütün vəzifələri, o cümlədən öz qanuni ərazilərini işğaldan azad etmək gücündədirQarabağda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyildir. Xocalı soyqırımının beynəlxalq hüquq normalarına əsasən qiymətini alması həm də bəşəriyyəti yeni neofaşistterrorçu Ermənistanın bir çox dövlətlərə qarşı siyasi iddialarına sipər deməkdir. Azərbaycan rəhbərliyi ərazi bütövlüyünü təmin etmək, bəşəri hərbi cinayət törətmiş erməni terrorçularının cəzasını alması üçün bütün addımları atır. Xocalı soyqırımını törədənlər, xalqımıza və ümumən, insanlıq əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətdə əli olanlar isə mütləq öz layiqli cəzalarını alacaqlar!

 

Səbinə ƏHMƏDOVA,

Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinin müdiri

 

Respublika.- 2020.- 28 fevral.- S.5.