NƏRİMAN NƏRİMANOV - 150

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25 və 28 fevral tarixli saylarımızda)

 

N.Nərimanovun qəzet və jurnal nəşr etmək arzusu həyata keçmədi. 1897-1900-cü illərdə S.Qənizadənin Bakıda “Çıraq”, “Came-mərifət” qəzetləri, maarifpərvər xadim Mahmudbəyovla birlikdə isə “Nübar” ədəbi-bədii jurnal çap etmək təşəbbüsü də nəticəsiz qaldı. Çar hökuməti Zaqafqaziyada Azərbaycan dilində qəzet və jurnalın nəşrinə müxtəlif bəhanələrlə mane olurdu. Böyük mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə maarifpərvər ziyalıların milli mətbuat cəhdlərini və özünün keçirdiyi mənəvi sıxıntını sonralar kədərlə xatırlayıb deyirdi: “Yazmaq istəyirdim! Çox istəyirdim yazmaq! Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım? Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap eləməyə və intişara qoymağa hökumət izn verəcək. Və görürdüm ki, necə ki, qəzet icazəsini almaq mümkün deyil, habelə də əlyazmasını da kitab surətində birdəfəlik çap eləməyə sonsor idarəsi mane olur”.

Arxiv sənədləri də çar hökumətinin riyakar niyyətini açıb göstərir. Bu sənədlərdən məlum olur ki, millətpərvər gənclərin mətbuat yaratmaq təşəbbüsünə hakim dairələrin etinasızlığı heç də Bakıda Şərq dillərini bilən senzorunya poliqrafiya mütəxəssislərinin olmaması üzündən deyil, tərəqqipərvər qüvvələrin fəaliyyətindən irəli gələn təşviş və həyəcanla bağlı idi. Çar hökuməti milli inkişafa qəsdən mane olmuş, hətta inzibati tədbirlər də görmüşdür.

1900-cü il dekabr ayının 31-də Tiflis qubernatoruna göndərilən tamamilə məxfi bir sənəddə deyilir ki, polis departamenti Azərbaycan ədəbiyyatında rus dövlətinin on dörd milyondan çox müsəlman əhalisinin bütün çoxəsrlik həyat tərzini sarsıtmaqla hədələyən və müsəlman əhalisinin həyatında ciddi dönüş yaratmağa hazırlaşdığı güman edilən tamamilə yeni bir cərəyan nəzərə çarpır.

Çar hakimləri bu cərəyanın ilk təzahürünü təlimdə yeni metoda - uşaqlara təlimin mənimsənilməsi müddətini xeyli qısaldan səs metoduna keçilməsində görürdülər. Guya müsəlman əhalisi arasında geniş yayılan yeni üsul bu vaxtadək təlimi öz əlində saxlayan mollaları sıxışdırmış, geri atmışdır. Bununla bərabər, yeni mütərəqqi təsir geniş vüsət tapır, əqli və ictimai hərəkata çevrilirdi ki, bu da ədəbiyyatda iki yeni cərəyanın meydana gəlməsi ilə izah olunurdu. Bu cərəyanın biri köhnə ənənənin mövqeyini müdafiə edir, ikincisi isə Rusiya müsəlmanları arasında yeni mədəniyyət və mütərəqqi ideyalar yayırdı. Hər iki cərəyan tərəfdarlarının münasibəti kəskinləşərək milli, ictimai və mədəni xarakter kəsb etmişdir. Mürtəce düşüncəli ziyalılar, xüsusən mollalar köhnə ənənəni elə ehtirasla müdafiə edirlər ki, bunu onların yeni cərəyan qarşısında keçirdikləri qorxu və təşvişlə izah etmək olar. Bu cərəyan tərəfdarları öz rəqiblərini müsəlman əhalisini islamdan uzaqlaşdırmaqda, dinsizlikdə ittiham edərək onlardan inzibati yolla intiqam almaq istəyirlər. Məxfi sənədin bir yerində cərəyan tərəfdarlarının fəaliyyəti haqqında deyilir: “Yeni cərəyanların tərəfdarları isə Rusiyanın tatar əhalisinin mədəni və varlı yaşamaq üçün təhsil almağa, istər sənət və sənaye, istərsə xarici dillər sahəsində əməli bilik əldə etməyə çağırırlar. Həm də yenilikçilər öz dindaşlarını vahid ümumtəhsil məktəbinə, yəni rus gimnaziyalarına və ali məktəblərinə deyil, Avropa elmləri ilə yanaşı, Quranın da öyrəniləcəyi, dərslərin tatar dilində keçiləcəyi xüsusi tatar təhsil ocaqlarına dəvət edirlər. Onlar öz dinlərini dərindən dərk etməyi, onu mövhumatxurafatdan, mollaların nadan təfsirlərindən təmizləməyi, öz milli xüsusiyyətlərini möhkəmlətməyi, ana dilinin ədəbi, elmidini sahələrdə tətbiq dairəsini genişləndirməyi, ümumiyyətlə islam dinitürk milli xüsusiyyətləri zəminində tərəqqiyə çalışmağı zəruri hesab edirlər”.

Çar hakimləri tərəqqipərvər qüvvələrin köhnə ənənə tərəfdarlarını məğlub etməklə sakitləşməyib daha irəliyə can atacaqlarından vahimələnirdilər. Onlaryeni, maarifpərvər gəncliyin, nə də köhnə təsəvvür və adət-ənənələrlə yaşayan dindarların qələbəsini Rusiya imperiyası üçün ümidli hesab etmirdilər. Bu cərəyan tərəfdarlarının hərəkətinə diqqət və ehtiyatla yanaşmağı üstün tuturdular. Çar hakimləri yeni cərəyan tərəfdarlarının hərəkatını daha ciddi, hərtərəfli öyrənməyi, onun xarakterini, son məqsədini və ümumdövlət əhəmiyyətini müəyyənləşdirməyə can atırdılar. Polis departamenti Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Tiflis qubernatorundan tələb edirdi ki, Azərbaycan ədəbiyyatına novator əsərlərin müəllifi kimi daxil olan yazıçıları müəyyən etsin; onların şəxsiyyəti, ictimaimülki vəziyyəti, müsəlman kütlələri ilə əlaqəsi, harda təhsil alması haqqında dəqiq məlumat toplasın, yeni hərəkatın pantürkizmlə əlaqəsinin olub-olmaması, tərəqqipərvər gənclərin Türkiyə və ya hər hansı bir xarici müsəlman mərkəzi tərəfindən qızışdırılıb-qızışdırılmaması öyrənilsin; müsəlman məktəblərində yeni metodla dərs keçilməsinin harada, kimin təhriki ilə əsaslandırılması, onu təlim edən müəllimlərin şəxsiyyəti və məktəblərin mənsub olduğu tədris müəssisəsi və ya nəzarətçi idarəsi müəyyən olunsun.

Bakı qubernatoru eyni məzmunda aldığı məxfi təliqəyə 1901-ci il noyabr ayının 14-də yazdığı cavabında novator əsərlərin müəllifi olan Azərbaycan yazıçılarının - Həsən bəy Məlikovun, Nəriman Nərimanovun, Sultanməcid Qənizadənin, Həbib bəy Mahmudbəyovun və başqalarının ictimai mövqeyi, həyatı və şəxsiyyəti haqqında məlumat vermişdir.

Çar hakim dairələrinin məxfi yazışmaları millətpərvər gənclərin nəcib təşəbbüslərinə qarşı etinasızlığın ciddi səbəblərinin mahiyyətini açır, eyni zamanda Rusiya imperiyasının milli siyasətinin mürtəce mövqeyi, onun Azərbaycan ictimai fikrinin inkişafına və mədəni yüksəlişinə qarşı amansız düşmənçiliyi haqqında tam təsəvvür yaradır.

İNQİLAB TUFANINDA

(1902-1908-ci İLLƏR)

1. Odessa - N.Nərimanovun inqilabi ideyalarının beşiyi. Novorossiysk İmperator Universitetində; Gizli inqilabi tələbə dərnəklərində; Qafqaz tələbələrindən ibarət həvəskar teatr truppası; “Hümmət” sosial-demokrat qrupunda. Ağır həyat şəraiti, illərlə gərgin pedaqojiictimai fəaliyyət N.Nərimanovun səhhətini pozmuş, onu yorğan-döşəyə salmışdı. Həkimlər ona bir müddət işdən ayrılmağı, ürəyini müalicə etdirməyi məsləhət görürdülər. Buna görə də o, 1902-ci il yanvar ayının 1-də öz xahişinə əsasən gimnaziyadan çıxdı.

Lakin anası Həlimə xanımın və bacısının qayğısı onun səhhətini yaxşılaşdırdı. N.Nərimanovun möhkəm iradəsi və nikbin əhvali-ruhiyyəsi xəstəliyə üstün gəldi. O, bir neçə ay Şamaxıda S.Qənizadənin ata mülkündə dincəldi.

N.Nərimanovun bacısı uşaqları boya-başa çatmış, ailənin qayğısı xeyli azalmışdı. Ona görə də N.Nərimanov ali təhsil almaq arzusunu yerinə yetirməyi qət edir. O, vətənə və millətə həqiqi xidmət göstərməyi vətəndaşlıq borcu sayan seminarist gənclərlə, mütərəqqi fikirli, təkəbbürlü ziyalılarla birlikdə mübarizə meydanında inadla vuruşurdu. N.Nərimanov ali təhsili ilə lovğalanan “millət hamiləri”nin riyakar simasını açmaq, onların xalqa deyil, varlılara və mütləqiyyətə xidmət göstərdiklərini sübut etmək əzmində idi. Lakin millətçi ziyalılar fanatik dindar kütlələri öz təsiri altında saxlayır, “millət, din, tərəqqi” sözləri ilə onların gözünə kül üfürür, aldadırdılar. N.Nərimanov millətin ictimai-mədəni və fikri inkişafına xəyanət edən bu cür ziyalıları həyat səhnəsindən süpürüb atmağı vacib bilirdi. Onun fikrincə elmmaarif ictimai fəlakətdən xilas olmağın açarıdır. O, “sehrli açaranail olsun deyə, elə bir ali ixtisas seçmək fikrində idi ki, hamıya fayda verə bilsin. N.Nərimanov əsl xalq həkimi olmaq, doğma vətənin ictimai yaralarını sağaltmaq istəyirdi. Bu arzu ilə də Odessa şəhərindəki Novorossiysk imperator universitetinə daxil olmağa hazırlaşır. N.Nərimanovun kamal şəhadətnaməsi olmadığından 1902-ci il may ayının 15-dən iyun ayının 4-dək İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasında imtahan verib şəhadətnamə alır.

Həmin il iyul ayının 17-də o, artıq Novorossiysk imperator universitetinin tələbəsi idi. Onun müvəffəqiyyətlə imtahan verməsi dostlarını sevindirmişdi. Lakin tələbə N.Nərimanovu bir məsələ düşündürürdü: o, təhsil haqqı verməli, özünü Bakıda yaşayan ailəsini dolandırmalı idi. Milyonçu H.Z.Tağıyev N.Nərimanovla Bakıda görüşündə demişdi: “Oğlum, eşitmişəm Odessə gedirsən, ağıllı görürsən, get oxu, millətə xeyrin dəyər. Kontora tapşırmışam hər ay sənə pul göndərəcəklər, sağlıq olsun... Sonra borcunu qaytararsan”.

Kontordan N.Nərimanova hər ay əlli manat göndərilməli idi. Əlbəttə, bu heç vəziyyəti dəyişmirdi. N.Nərimanov 1902-ci il avqust ayının 10-da Bakı şəhər dumasının məktəb komissiyası üzvlərinə Odessadan yazdığı xahişnaməsində maddi köməyə son dərəcə ehtiyacı olduğunu söyləyir, xüsusi şəhər təqaüdü verilməsini xahiş edir: “Darülfünunda oxuyacağım müddətdə anamı, dörd uşaqla bacımı da saxlamalıyam”.

Bakı Şəhər Dövlət Duması N.Nərimanovun onillik ictimai-pedaqoji ədəbi fəaliyyətini nəzərə alıb ona xüsusi təqaüd verilməsi haqqında qərar çıxarır.

N.Nərimanov universitetin birinci kursunda oxuduğu zaman yaşı otuz ikini keçmişdi. Kurs tələbələri arasında yaş etibarilə fərqlənən ciddi baxışlı, xoşrəftar N.Nərimanov elə ilk gündən hamıya xoş gəldi: onu kurs başçısı seçdilər. Bu qarabuğdayı qafqazlı tez bir zamanda tələbələrin etimadını doğrultdu, onların yaxın dostu məsləhətçisi oldu. N.Nərimanov elmə tükənməz həvəsi, çalışqanlığı, geniş biliyi istiqanlılığı ilə hamının rəğbətini qazanmışdı.

Odessa N.Nərimanovun inqilabi dünyagörüşünün ilk beşiyi oldu. Qara dənizin şimal-qərb sahilində yerləşən nəhəng liman şəhəri Rusiya imperiyasının sənaye ticarət mərkəzlərindən idi. SəyyahlarınCənub Palmirası”, “Su pərisiadlandırdıqları Odessa qədər yaraşıqlı, gözəl əzəmətli olsa da, əslində oyanmış vulkana bənzəyirdi. Mütləqiyyət üsuli-idarəsinə qarşı kütlələrin qəzəbi son həddə çatmışdı. İctimai aləmi daxili vahimə çulğamış, gərgin vəziyyət yaranmışdı.

Novorossiysk imperator universiteti siyasi-ictimai hadisələrin barometri idi. Universitetin filologiya, tarix, hüquq, fizika-riyaziyyat tibb fakültələrində müxtəlif təbəqələrə mənsub tələbələr təhsil aldığına görə, ictimai ziddiyyətlər burada daha kəskin nəzərə çarpırdı; ictimai aləmdə baş verən hadisələr ardı-arası kəsilməz qızğın mübahisələr şiddətli mübarizələr mənbəyinə çevrilmişdi. Novorossiysk imperator universiteti təşkilatı birləşmiş həmyerlilər cəmiyyəti ittifaqı şurası tələbələrin qabaqcıl dəstəsini mütəşəkkil inqilabi mübarizəyə hazırlayırdı. Şura 1902-ci ilin oktyabrındaYoldaşlar!” adlı müraciətnaməsini bu sözlərlə başlayırdı: “Çoxdan bəri universitetimizdə həyat indiki kimi qaynar olmamışdı, cəsarətlə demək olar ki, heç bir zaman tələbələrimizin ictimai fikri bu qədər gərgin işləməmişdi. Tələbələrin qabaqcıl təbəqələri düşünülüb götür-qoy edilmiş bitkin dünyagörüşünə malik olmaq qızğın inqilabi fəaliyyətə keçmək zəruriyyətini gündən-günə daha yaxşı başa düşürlər - onlar indi bununla yaşayır, bununla nəfəs alırlar...”.

Doğrudan da, tələbə nümayişlərində yığıncaqlarında siyasətə tələbələrin həyatına dair ən mühüm məsələlərin ciddi müzakirəsi bunu sübut edirdi. Lakin N.Nərimanov inqilabi hərəkatın yaratdığı şəraiti birdən-birə dərk edə bilmirdi.

Universitetdə ayrı-ayrı xalqların nümayəndələri oxuyurdu ki, bunların əksəriyyəti tatar qafqazlı idi. N.Nərimanov ilk günlərdən müsəlman tələbələrindən ibarət cəmiyyət yaratmağa təşəbbüs göstərdi. Bu cəmiyyətin üzvləri tez-tez onun Sretnsk döngəsindəki 1 nömrəli evin 51 nömrəli kiçik mənzilinə toplaşaraq axşamdan xeyli keçənədək söhbət edərdilər.

Onların təbabət, ədəbiyyat incəsənət məsələlərinə dair söhbətləri çox zaman siyasi-ictimai həyata, beynəlxalq hadisələrə həsr olunardı. Bu vaxtlar N.Nərimanovun ciddi baxışları tutular, gözlərində qəzəb kin odu parlardı. Hamı onun yanımlı sözlərini eşitmək üçün diqqət kəsilərdi. N.Nərimanov müsəlmanların mədəni xalqlardan geri qalmasını varlıların daşürəkli, qeyrətsiz olmasında, din xadimlərinin riyakarlığında, çarizmin milli ayrı-seçkilik siyasətində görürdü. Ona görə güman edirdi ki, H.Z.Tağıyev kimi yerli milyonçular millətin tərəqqisi üçün çox görə bilər.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 29 fevral.- S.6.