KORONAVİRUS PANDEMİYASI ZAMANI QORUYUCU
PROFİLAKTİKİ ÜSULLAR
Koronavirus pandemiyası zamanı bütün dünyada baş vermiş çaşqınlıqların yaranması təhsil sistemlərinin yarıtmazlığının nəticəsidir. Son illərin cəlbedici rabitə “oyuncaqlarının” şüurları fəth etməsi insanları klassik maarifləndirmə üsullarından uzaqlaşdırmışdır. İndi heç kim öyrənmək istəmir, hamı hazır cavab almaq eşqindədir. Kimdən nə soruşursan, deyir telefonda var, bu saat deyim, vurma cədvəlindən tutmuş, fəsillərin ardıcıllığına kimi. Qərəz, heç kim fikirləşmək, hesablamaq, düşünmək istəmir. Yəni, beyinlərdə sintez prosesi getmir, beyin məşqdən qalır. Düşüncə prosesində sintezin olmaması qavrama prosesinin tükənməsinə gətirib çıxarır. Nəticədə insanları bütün canlılardan fərqləndirən təfəkkür - insani təfəkkür ləngiyir. Yer üzünün əşrəfi sayılan insan ona məxsus ən ali keyfiyyətini itirir. Ən sadə sualların cavabını telefonda və ya bilgisayarda axtarmaq insan idrakına düşən işığın qarşısını kəsmək kimi bir şeydir.
Koronavirus əsrlər boyu dünyada bənzəri olmayan, Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi - Nasiri” kitabında Məhəmməd Nəsrəddin Tusinin ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürlərini, etik-fəlsəfi fikirlərini alt-üst edəcək. Ümumbəşəri hesab olunan mövcudata baxışı və insanların düşüncə tərzini labüd-qlobal dəyişikliklərə uğradacaqdır. Ona görə də azacıq imkanı olan hər kəs biliyini və bacarığını məhz koronavirusla mübarizəyə yönəltməlidir. Qətiyyən düşünmək lazım deyil ki, birdən deyilənlər və ya yazılanlar kimlərinsə xoşuna gəlməz. Eyib etməz, təkliflər nə qədər çox olarsa, yekun nəticə bir o qədər qaneedici olar. Televiziya kanallarımızın aparıcıları da koronavirus pandemiyası ilə bağlı söhbətləri daha yüksək səviyyədə aparmaq məqsədilə tanınmış professorları tez-tez verilişlərə dəvət edərək onlardan xəstəliyin profilaktikası barədə göstərişlər istəyirlər. Onlar da elektron informasiya yayımlarından əldə etdikləri bilgilərdən danışıb sonda ən sadə, ən asan başa gələn soğan, sarımsaq və son zamanların ən qüdrətli əlacı zəncəfili müxtəlif variantlarda xalqa təqdim edirlər. O saat yadıma rəhmətlik Bəhlul Danəndə ilə bağlı bir olay düşür. Məlumdur ki, Bəhlul Danəndə X əsrdə, yəni min il öncə Bağdadda yaşayıb və dövrünün tanınmış müdriklərindən olub. Atası, Bağdadın hökmdarı rəhmətə gedəndə o, böyük qardaş kimi taxt-taca sahib olmalı imiş. Lakin Bəhlul normal insan ömrü yaşamaq naminə səltənəti kiçik qardaşı Harun-Ər-Rəşidə verir, özü isə haqq-ədalət carçısı kimi sadə, azad, sərbəst həyat sürür. Ağıllı olduğuna görə el arasında ona Bəhlul Danəndə (bilici deməkdir) kimi müraciət edirmişlər. Çox vaxt o, həqiqəti tam çılpaqlığı ilə deyə bilməsi üçün özünü dəliliyə də vurarmış. Odur ki, onun ikinci ləqəbi Bəhlul Divanə olub.
Bir dəfə işi gətirməyən tacirlərdən birisi, indiki anlamda iş adamı, Bəhlula yaxınlaşıb deyir: Bəhlul Danəndə, mənə bir məsləhət ver, mən nə alım, nə satım, dolana bilmirəm. O da deyir ki, dəmir al, kömür al, vur anbara, bir az da üstünə su səp. Su tökəndə kömür islanır və zaman keçdikcə çəkisi itmir. İş adamı elə də edir. Aylar keçir, mallar qalır anbarda. Alan olmur. Nəhayət, qışın ortasında qonşu ölkənin hökmdarı müharibə etməli olur və başlayır dəmir, kömür axtarmağa ki, kömürü yandırıb dəmiri əritsin və çoxlu silah düzəltdirsin. Nəhayət, soraqlaşıb gəlib taciri tapırlar və onun kömürü ilə dəmirini qızıl qiymətinə alırlar. Biznesmen şellənir nə şellənir. Günlərin birində eyvanda oturub məzələnəndə görür ki, Bəhlul küçə ilə gedir. Tez adamlarını göndərib onu dəvət edib “Bəhlul Divanə, bəs indi mən nə alım, nə satım”- deyəndə Bəhlul o saat deyir ki, indi isə soğan al, sarımsaq al, vur anbara, bir az da üstünə su səp. Biznesmen də gedib əlində olanın hamısına çoxlu soğan, sarımsaq alır, vurur anbara, üstünə də xeyli su səpir. Tez bir zamanda sulanmış soğan, sarımsaq göyərib çürüyür. Kişinin olan-olmazı hamısı batır. Yəni, müasir baxımdan kişi olur bankrot. Tez gedib Bəhlulu tapıb, əhvalatı ona danışanda Bəhlul deyir: Birinci dəfə sən mənə Bəhlul Danəndə deyib müraciət edəndə mən sənə ağıllı məsləhət vermişdim. İkinci dəfə Bəhlul Divanə deyəndə dəli kimi. Odur ki, hər şey qaydasındadır. Mən də pandemiyanın profilaktikasında soğan, sarımsaq, zəncəfil deyənlərə bildirirəm: soğan çox yeyiləndə ürəyə ağrı verir, sarımsaq çox yeyiləndə qaraciyər və öd kisəsi xəstələrinə ziyan edir. Şəxsən mən 40 ildir ki, dilimə sarımsaq vura bilmirəm, sancılanıram. Çünki məndə xolesistid var. Zəncəfil isə çox içiləndə həm qan təzyiqini qaldırır, həm də qaşınmalar verir. Zəncəfillə çox zarafat etmək olmaz. Ən yaxşısı aptekdə satılan dərmanlardır. Odur ki, biz COVİD-19-u uğurla qarşılayıb, uğurla da yola salmaq işində imkanlarımızı artırmaq məqsədilə bir neçə profilaktiki təklifi oxucuların nəzərinə çatdırmaq istəyirik.
Çay
sodası və ya natrium
hidrokarbonat terapiyası
Natrium hidrokarbonat (NaHCO3) və ya çay sodası tərkibində
limfositlər olan qanın plazmasının əsas komponentlərindən
biridir. Məlum olduğu kimi, limfositlər orqanizmdə immun
funksiyası daşıyıcılarıdır.
Keçən əsrin ortalarında çay sodasından
bəzi xəstəliklərin müalicəsində xalq
arasında geniş istifadə olunurdu. Mədəsində
izafi turşuluq olanlar ilıq suya soda töküb içir və
xeyli yüngüllük tapırdılar.
Son illər tibb elmində müxtəlif xəstəliklərin
və patologiyaların çay sodası ilə müalicə
üsulları geniş tədqiq olunur.
Qida və ya çay sodası, natrium kationu ilə
hidrokarbonatın anionunun birləşməsi olub orqanizmdə
turşuluq-qələvilik sisteminin tərkibinə daxildir. Sodanın
sağlamlaşdırıcı təsiri hidrokarbonatın
anionunun (karbonat turşusu) - HCO3_ orqanizmin qələvilik
ehtiyatını artırır. Belə ki,
böyrəklər vasitəsilə xlor anionunun izafi hissəsi
və uyğun olaraq natrium kationları kənar olunur,
şişlər çəkilir, yüksək qan təzyiqi
düşür. Bu, qida sodasının
kaliumu saxlama effekti hesabınadır. Nəticədə
hüceyrələrdə biokimyəvi və bioenergetik proseslər
bərpa olunur, orqanların və toxumaların qanla təminatı
yaxşılaşır. İnsanların
halı və işgörmə qabiliyyəti artmış
olur. Bu nəticəyə keçən əsrin
70-ci illərində Moskvanın Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunun terapiya
kafedrasının əməkdaşları gəlmişdilər.
Onlar xroniki qlomerulonefritdə, pielonefritdə,
xroniki böyrək çatışmazlığında
natrium hidrokarbonatdan istifadə edirdilər. Xəstələrin halı
yaxşılaşırdı, böyrəklərin
turşuları ayırma funksiyası yaxşılaşır,
böyrək yumaqcıqlarının süzmə qabiliyyəti
artır, şişlər çəkilirdi.
Tibbi təcrübədə
uzun illərdir ki, bir sıra ağır xəstəliklərdə:
pnevmaniyada, miokardın infarktında, septik hallarda və s. xəstəliklərdə
vena daxilinə 4%-li natrium hidrokarbonatın məhlulu vurulur. Bu zaman asidoz (zəhərlənmə) aradan
qalxır, turşuluq-qələvilik balansının qələviliyə
tərəf sürüşməsi hesabına tarazlıq bərpa
olunur. Nəticədə bir çox
insanlar həyata qayıtmış olur. Hüceyrələrdə
kalium çatışmazlığı aradan qalxır, natrium
artıqlığı ləğv olunur, energetik proseslər bərpa
olunur ki, bu da orqanizmin tam bərpasına gətirib
çıxarır.
Bəzi həkimlər
mədə turşuluğu az olanların
çay sodası içməsini məsləhət
görmürlər. Güman edirlər ki,
çay sodası mədənin selikli qışasının
turşutörətmə funksiyasına mənfi təsir
göstərə bilər. Digərləri
isə, bu fikirlə razılaşmayaraq sodanın
miqdarının düzgün seçilməsinin əsas rol
oynadığını bildirirlər.
Tədqiqatların nəticələri göstərir ki,
çay sodası adicə turşuluğu
neytrallaşdırır, mədənin turşuyaratma
funksiyasına heç bir təsir göstərmir. Yəni qorxulu
bir şey deyil.
Bütün hallarda sodanın müsbət effekti
hüceyrələrin oksigen sərfinin artması, ürək-damar
sisteminin fəaliyyətinin normallaşması, sidiklə
natrium və xlor ionlarının ifrazının
çoxalması, qanın plazmasında kalium ionlarının
sayının artması ilə izah olunur. Müəyyən
edilmişdir ki, natrium hidrokarbonat kaliumu qoruyub-saxlamaq effektinə
malikdir. Çay sodasından hipertoniya xəstəliyində,
ürək-damar xəstəliklərində, peritonitdə,
şəkər xəstəliyində, xroniki böyrək xəstəliklərində
və vestibulyar aparatın müxtəlif pozğunluqlarında
və s. çox effektli nəticələr almaq olur.
Çay sodası karbondioksidin qandan ciyərlər vasitəsilə
çıxarılmasında iştirak edir, asidozu azaldır və
tədricən aradan qaldırır.
Uzun müddət soda qəbul etdikdə qanda hüceyrə
immunitetini qaldıran leykositlərin, limfositlərin
sayını artırır ki, bu da qanın plazmasında, hətta
uzun müddət ət və balıq məhsulları yeyilmədikdə
belə, zülalın səviyyəsini xeyli yüksəldir.
Müxtəlif
xəstəliklərin profilaktika və müalicəsində
sodanın tətbiqi
Qələviləşdirmə bütün zərərli
yığımların damarlarda, onurğa sütununda, qaraciyərdə
və böyrəklərdə əridilməsinə xidmət
edir. Çay sodası ilə radikulitləri,
osteoxondrozları, poliartritləri, podaqraları, revmatizmləri,
böyrək və öd kisəsi daşları xəstəliklərini,
bağırsaqlarda, sidik kisəsində və axarlarda olan
problemləri müalicə etmək olur.
Soda bütövlükdə orqanizmin turşuluq-qələvilik
balansını bərpa edir. Sağlamlığının qədrini
bilənlər mütləq pH (pe-haş) balansına nəzarət
etməlidirlər.
Asidoz
(lat. - turş deməkdir) - turşuluq-qələvilik
tarazlığının pozulmasının formalarından
biridir və orqanizmdə turş xassəli maddələrin
mütləq və ya nisbi artımı ilə səciyyələnir.
Orqanizmin daxili mühitinin pH-nın səviyyəsindən
asılı olaraq asidoz kompensə olunmuş və ya kompensə
olunmamış ola bilir. Kompensə
olunmuş asidozda qanın pH-ı fizioloji normanın (pH=7,35 :–7,45) aşağı həddinə
doğru sürüşmüş olur. Daha böyük
sürüşmələrdə (pH<7,35
olduqda) asidoz kompensə olunmamış sayılır. Artıq
pH<7,25 (güclü asidoz) olduqda qələviləşdirici
terapiya aparılmalıdır. Yəni venaya sutka
ərzində 5 qramdan 40 qrama qədər soda məhlulu
vurulmalıdır. İnsan qanının turşuluq-qələvilik
göstəricisi, normal halda, pH=7,35 :–7,47
intervalında olmalıdır. Əgər qanda pH<6,8-dirsə (qan çox turş sayılır,
güclü asidoz deməkdir) ölüm baş verir.
Hazırda insanların böyük əksəriyyətində
pH<7,35-dir.
Mənşəyinə görə qaz, qeyri-qaz və
qarışıq asidozları fərqləndirirlər. Qaz (tənəffüs)
asidozu ağciyərlərin qipoventilyasiyasından, yəni
CO2-nın orqanizmindən kifayət qədər xaric
olunmamasından və ya orqanizmə normadan artıq CO2 və
ya qaz qarışıqlarının daxil olmasından baş
verir. Bu zaman CO2-nın qanda parsial təzyiqi
artmış olur, başqa sözlə, hiperkapniya baş verir.
Qeyri-qaz
asidozunun aşağıdakı formaları mövcuddur:
metabolik, ifrazat və ekzogen. Metabolik asidoz
toxumalarda turş məhsulların artıqlığı
yarandıqda, xüsusən məhsul
artıqlığında, keton maddələri (ketoasidoz),
süd turşuları orqanizm tərəfindən kifayət qədər
mənimsənilmədikdə baş verir.
Bütün hallarda müalicə asidoza səbəb olan
pH sürüşmələrinin aradan qaldırılması
ilə həyata keçirilir. Bunun üçün
qana hidrogen (H+) ionlarını azaldan hidrokarbonat və ya natrium
laktat məhlulları yeritmək lazımdır.
Asidoz və ya orqanizmin zəhərlənməsi psixi
hallardan da baş verə bilər. Məsələn,
qorxu hissi, narahatlıq, əsəbiləşmələr,
narazılıq, paxıllıq, kin, nifrət və digər
neqativ emosiyalardan. Birinci növbədə
psixi enerji azaldığından böyrəklər sidik vasitəsilə
xeyli miqdarda soda ayırır, pH-tarazlığı pozulur.
İnsanlar özlərini kəskin - zəhərli
baxışlardan, kinli sözlərdən qorumalıdırlar.
Bütün bunları və yuxarıda deyilənləri
nəzərə alaraq profilaktika üçün sutkada 3-5
qram soda içmək məsləhətdir.
Asidozun əlamətləri: dilin ağarması, gücsüzlük, bədəndən və ağızdan xoşagəlməz iylərin gəlməsi, qorxu hissi, depressiyalar, əsəb gərginlikləri, yaddaşsızlıq və s. (koronavirusun əlamətləri ilə üst-üstə düşür)-dir. Çay sodası bütün bu halları aradan qaldırır, pH tarazlığını qələviliyə doğru sürüşdürür. Qələvi orqanizmdə suyun H+ və (OH)- ionlarının dissosiasiyası amin qələviləri, amin turşuları, zülallar, fermentlər RNT və DNT nukleidləri hesabına artır. Sonda bütün həzm sistemində turşuluq azalır.
Sağlam orqanizmlərin həzm sistemində həzm etdirici şirələr istehsal olunur. Onikibarmaq bağırsaqda həzm prosesi qələvi mühitdə baş verir. Orada mühiti pankreatik şirə, öd və onikibarmaq bağırsağın selikli qişasının şirəsi yaradır. Bütün bu şirələr yüksək qələvilik reaksiyasına malikdir. Pankreatik şirənin hidrogen göstəricisi pH=7,8 :–9,0-dır. Bu şirənin fermentləri (amilaza, lipaza, tripsin, ximotripsin) yalnız qələvi mühitdə təsir göstərir. Normal halda ödün də reaksiyası qələvidir (pH=7,5 :–8,5). Yoğun bağırsağın sekreti də güclü qələvi mühitdir və pH=8,9 :–9,0-dır. Asidoz vaxtı öd turşlaşır və pH=6,6 :–6,9 tərtibində olur. Bu həzm prosesini korlayır. Keyfiyyətsiz həzm prosesinin keyfiyyətsiz məhsulları qaraciyərdə, öd kisəsində və böyrəklərdə yığımların (daş) əmələ gəlməsinə gətirib çıxarır. Həm də turş mühitdə bağırsaq qurdları artıb-çoxalır. Turş orqanizmdə ağız suyu da turş olur ki, (pH=5,7 :–6,7) bu da dişlərin emalını korlanır. Qələvi orqanizmdə ağız suyunun pH=7,2 :–7,9 tərtibində olur ki, bu da dişləri xarab olmaqdan qoruyur.
Soda orqanizmi qələviləşdirir. Orqanizmin qələvi ehtiyatı artdıqda sidik də qələviləşir. Sidik kisəsinin və böyrəklərin fəaliyyəti yaxşılaşır.
(davamı növbəti saylarımızda)
Nemət MƏMMƏDLİ,
Lütfi Zadə adına Beynəlxalq
Müasir Elmlər Akademiyasının həqiqi
üzvü.
Respublika.- 2020.- 29
iyul.- S.6.