“SÖZ” JURNALI MƏNƏVİYYAT İŞIĞINDA

 

Şair-publisist, dramaturq Şəkər Aslan mənim gənclik dostlarımdan idi. Onun bütün uğurlarını izləyib sevindiyim kimi, o da mənim uğurlarımı izləyib sevinirdi. Azərbaycandan kənarda - “Ulyanovskaya Pravda” nəşriyyatında baş direktor işlədiyim zaman müntəzəm məktublaşır, həyatımızdakı yeniliklər barədə bir-birimizi məlumatlandırırdıq. Azərbaycana qayıtdıqdan sonra ilk zəngləşdiyim insanlardan biri Şəkər Aslan oldu.

 

“Azərbaycan” nəşriyyatında baş direktor işlədiyim ilk aylar idi. Şəkər müəllim mənə zəng vurdu. Prezident Administrasiyasında Cənub zonası üçünbirbaşa onun adına jurnal təsis olunduğunu söylədi. Şəkər müəllim “Söz” adlandırdığı jurnalı Bakıda “Azərbaycan” nəşriyyatında çap etdirmək arzusunda olduğunu bildirdi. Mən də əlimdən gələni edəcəyimi söyləyib, xeyir-duamı verdim.

 

Bir neçə gün sonra kabinetimə bir qovluq materialla bir xanım gəldi. Şəkər müəllimin adından gəldiyini bildirdi. Zahirən çox cavan görünən xanımın söhbətlərindən peşəkar və işgüzar olduğu aydın sezilirdi. Bir növ aforizm kimi dediyim sözlər sanki onun boyuna biçilmiş, xarakterinə uyğun gəlirdi. “İşi görmək istəyən adam vasitə axtarır, görmək istəməyən bəhanə”.

 

Tanış olduğum xanımın - Sevda Əlibəylinin peşəkarlığına rövnəq verən işgüzarlığı sonrakı prosesində öz təsdiqini tapdı. Üzünü ilk dəfə gördüyüm bu xanımın imzası mətbu orqanlardan mənə tanış idi. Bədii və publisistik yazıları Azərbaycan radiosunda da səsləndirilirdi. Sevda xanımın işgüzarlığına bələd olduqca, gördüm ki, Şəkər Aslan kadr seçməyində yanılmayıb.

 

Jurnalın nəşri ölkənin çətin, demək olar ki, çap materiallarının tapılmayan dövrünə düşmüşdü. Rusiyada Poliqrafiya İnstitutunda və aspiranturasında təhsil alıb, elmi müdafiə etdiyimə və uzun illər nəşriyyat direktoru olduğuma, ali məktəblərdə dərs dediyimə görə orada dostlarım çox idi. Həmin dostlarımın təminatı hesabına kağız və digər çap materialları alır, qəzetlərin çapına nail olurduq. “Söz”ə isə dostumun xətrinə xüsusi diqqət göstərirdim. Ara-sıra yumorlu hekayələrlə də jurnalda çıxış edirdim.

 

Onu da deyim ki, həmin dövrdə qəzetə maraq daha çox idi. Respublikada nəşr olunan jurnalların sayı hədsiz az idi. Odur ki, “Söz”ün işıq üzü görməsi mətbuat mühitində bomba kimi partladı. Azərbaycan Televiziyası da bu münasibətlə xəbər-süjet nümayiş etdirdi. Azərbaycan Radiosu haqqında veriliş hazırladı. Mətbu orqanların bir çoxu demək olar ki, “Söz”dən söz yazdı.

 

1994-cü ildəAzərbaycannəşriyyatında deyil, başqa yerdə işləyirdim. Amma bir ziyalı olaraq, “Söz”ü digər mətbu orqanları izləyirdim. Həmin il respublikada heç bir jurnal işıq üzü görmədi. Sözisə bir sayla da olsa, oxucuların görüşünə gəldi yarandığı gündən indiyə kimiSöz”ün dövriyyəsində heç vaxt fasilə olmayıb.

 

RespublikadaSöz”dən sonra xeyli jurnal təsis olunub nəşr edildi. Amma heç biriSözömrü yaşamadı. Bir-iki saydan sonra nəşrlərini dayandırdı.

 

Sözjurnalına ilk yardım olaraq ulu öndər Heydər Əliyev büdcədən pul ayırdı. Sonra isə jurnal özünün maliyyə hesabına nəşr olundu.

 

İndiki dövrdə satış xərci jurnalın borclarını belə ödəyə bilmir. Çap materialları da gündən-günə bahalaşır. AmmaSözyaşayır. Bunun əsas səbəbkarıSöz”ün qayğıkeş anası, peşəsinin fanatı olan Sevda Əlibəylidir. Anasısözünü təsadüfən işlətmədim. Sevda xanım müsahibələrində deyir ki, “Sözmənim birinci, Toğrul ikinci övladımdır.

 

Sevda xanımın maddi mənəvi sıxıntılarla üzləşdiyinin şahidiyəm. Bütün bunları dəf etmək onun jurnalist peşəkarlığından doğan fədakarlığı, sözə ədəbi bağlılığının barizliyidir. Azərbaycanın bölgələrinin səsi, sözüjurnalda öz əksini tapır.

 

Jurnal özünün mövzu rəngarəngliyi ilə də olduqca böyük maraq doğurur. “Sözün amalı, ana xətti azərbaycançılıq ideyalarının təbliği, xalqa və dövlətə sədaqət və məhəbbət ruhunun tərənnümüdür.

 

Yazıçı publuisist Sevda Əlibəyli 8 kitabın müəllifidir. Həyat yaradıcılığımdan bəhs edənİlk poliqrafçı alimkitabı 2010-cu ildə sənədli-araşdırma nominasiyası üzrə Milli-Kulturoloji mükafata layiq görüldü. Böyük Vətən müharibəsinin 65 illik Qələbə bayramında kitabı Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı üstündəki görüşdə şəxsən təqdim etdim. Həmin süjet telekanallarda dəfələrlə göstərildi.

 

Sevda Əlibəylinin may ayının 9-da 60 yaşı tamam oldu. Onun doğum günü Şuşanın işğal tarixi vaxtına düşdüyündən neçə illərdir ki, yeni yaşlarını qeyd etməsə təqvim həmin günü xatırladır. Eyni zamanda Sevda xanımın yubiley yaşı Milli Mətbuatımızın 145 illiyilə bir vaxta təsadüf etdiyindənSöz”ün fədakarı üçün ikiqat bayram oldu. Biz hər iki əlamətdar gün münasibətilə Sevda xanımı təbrik edir, ona sağlam canla uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

 

Şəddat CƏFƏROV,

 

ilk poliqrafçı alim.

 

Respublika.- 2020.- 26 iyul.- S.7.