Heydər Əliyev müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmışdır

 

XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır.

İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin bu ali kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibahamilli özünüdərkə əsaslı zəmin yaratmışdır.

Tarixi faktlar təsdiqləyir ki, ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdən birini tuturdu, respublikada iqtisadi-siyasi böhran dərinləşirdi. Cəmiyyət həyatının müxtəlif sahələrində ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi böhran hökm sürür, neqativ hallar baş alıb gedirdi. Respublikamız bir çox sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı.

Həmin dövrdə 10 ildən artıq müddətdə respublikaya rəhbərlik etmiş Vəli Axundov plenumdakı çıxışında Heydər Əliyevin yüksək mənəviyyata və idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət olduğunu xüsusi vurğulamışdır: “Heydər Əliyevə xas olan bütün siyasi keyfiyyətləri söyləməyə əsas verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, bütün böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli adamdır. Dzerjinski demişdi ki, çekistin isti ürəyi, aydın ağlı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə məxsusdur və mən əminəm ki, respublikaya rəhbərlik edərkən o, bu cəhətlərdən istifadə edərək respublikanın gözəl adət-ənənələrini layiqincə davam etdirəcək”.

Heydər Əliyev həmin plenumda qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış, qarşıda duran vəzifələri düzgünobyektiv dəyərləndirmişdir. Azərbaycanın yeni rəhbəri qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini də xüsusi qeyd etmişdir: “Mən bütün Büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır”.

Həmin tarixi plenumdan sonra ulu öndərin rəhbərliyi altında respublikada geridə qalmış təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yolları müəyyən edilmişdir. Ümummilli lider Heydər Əliyevin qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycan xalqının iqtisadi, siyasi, ideoloji əsaslarının formalaşmasında müstəsna xidmətləri danılmazdır.

Məhz ulu öndərin səyi ilə 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət daşıyan 173-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuşdur. O dövrün ən qabaqcıl müəssisələri sayılan Bakı Məişət Kondisionerləri, Bakı Dərin Özüllər,Yeni Bakı Neftayırma zavodları ,”Azon”, Bakı radioquraşdırma, Sumqayıt kompressorlar, Şirvan cihazqayırma, Ələt ağac emalı kombinatı və digər müəssisələr bir-birinin ardınca istifadəyə verilirdi. Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artdı. Respublikanın yol infrastrukturu, nəqliyyat sistemi yenidən quruldu, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi dəmir yolu tikilib istifadəyə verildi. Bakıda yeni-yeni metro stansiyaları inşa olunurdu.

Ulu öndərin həyat salnaməsini vərəqləyərkən görürük ki, dövlət təhlükəsizliyi orqanlarında işlədiyi dövrdən Azərbaycanın gələcəyi, xalqının taleyi barədə düşünən Heydər Əliyev Azərbaycanın gələcəyi naminə siyasi fəaliyyətə hələ 1940-cı illərdən başlamışdır. Heydər Əliyev 1950-1960-cı illərdə qeyrətli və milli əhvali-ruhiyyəli vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində, azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri vətənə, xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alırdı.

Heydər Əliyev ötən əsrin 70-80-ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. 1969-cu ildə respublika rəhbəri seçilən Heydər Əliyev keçmiş Azərbaycan KP MK-nın plenumlarında azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını vermiş, ana dilinə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə əxz etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti hər zaman həssas olmuşdur. Hələ 1978-ci ildə Azərbaycan SSR-in konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələnədək ölkəmizin ərazisinin bir qismini Ermənistan açıq-gizli qəsdlər yolu ilə ələ keçirmişdi. Mənfur düşmənlərimiz bununla kifayətlənməyib, daha böyük torpaqlara yiyələnmək niyyəti ilə fəaliyyət göstərirdilər.

Hələ 1960-1970-ci illərdə xüsusi xidmət orqanında işlədiyi müddətdə ümummilli lider Heydər Əliyev Azərbaycanın bu qədim bölgəsinin Ermənistana birləşdirilməsi üçün Dağlıq Qarabağ Muxtar Vilayətində aparılan gizli işləri aşkar edərək qarşısının alınması üçün kəskin tədbirlərin görülməsinə nail olmuşdu.

SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən Heydər Əliyev bu qərarın icrasını dayandırdı. O, məsələyə yenidən baxmağı Moskva qarşısında təkidlə qoydu. Heydər Əliyev bu məsələni bir ay müddətində uğurla həll etdi. O, həmin qərarı yerinə yetirməkdən imtina etdi. Moskvadakı bəzi qüvvələr və Ermənistan rəhbərləri qərarın həyata keçirilməsində çox israr etsələr də, Heydər Əliyev buna imkan vermədi...

1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə Azərbaycan Konstitusiyası qəbul edilərkən ermənilər ölkə rəhbərliyi qarşısında Dağlıq Qarabağın Ermənistana verilməsi barədə məsələ qaldıran zaman Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağın tarixi barədə geniş bir arayış hazırlanaraq mərkəzə təqdim olundubununla da növbəti bir təxribatın qarşısı alındı.

1987-ci ildən başlayaraq ermənilər yenidən Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bu mübarizənin Heydər Əliyevin vəzifədən getməsindən dərhal sonra başlaması təsadüfi deyildi. “Dağlıq Qarabağ” kartı ortaya atıldı.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. O dövrdə onlar bu idarənin yaranmasını böyük qələbə kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdilər. Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün getdikcə daha mütəşəkkil xarakter aldığı dövrdə respublikamızda hakimiyyət çəkişmələrinin artması, qanunsuz silahlı dəstələrin yaradılması ölkəni anarxiya girdabına sürükləyir, siyasiiqtisadi böhranın dərinləşməsinə, torpaqlarımızın bir-birinin ardınca işğal olunmasına rəvac verirdi. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, hərbi uğursuzluqlar, torpaqların itirilməsi Azərbaycan hakimiyyətinin səriştəsizliyi, Moskvanın əlaltısına çevrilməsi, çəkişmələrin baş verməsi nəticəsində olmuşdu. Səbir kasası dolmuş xalq Heydər Əliyevin hakimiyyətə qayıtmasına yeganə xilas yolu kimi baxırdı. Müstəqilliyin ilk illərindəki başıpozuqluq dövründə DQMV və onun ətrafında olan 7 rayon ermənilər tərəfindən işğal olundu.

Xalqımız ümummilli liderin olmaması səbəbindən ağır faciələrlə üzləşdi. Xalq 1990-1993-cü illərdə Bakıda gedən proseslərin əksinə olaraq, nicat yolunun məhz zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qaytarılmasında görürdü.

Mürəkkəb siyasisosial-iqtisadi vəziyyətin A.Mütəllibov iqtidarı, istərsə də AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində yeridilən yanlış siyasətin nəticəsi olaraq iqtisadi tənəzzül prosesinin dərinləşməsi, inflyasiyanın səviyyəsinin görünməmiş həddə çatması, xalqın yaşayış səviyyəsinin son dərəcə pisləşməsi, ictimai-siyasi böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsiylə üz-üzə qalması ilə xarakterizə olunur.

Ulu öndər 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqisiyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir.

Heydər Əliyev yaxşı bilirdi ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. 1995-ci ildən etibarən respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə qüvvəyə minmiş “Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.

Kiçikorta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerlixarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyev daim adamlarının mənəvi hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın lokomotiv qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. Böyük strateq sahibkarların Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsünə də müsbət yanaşmış, bu yönümdə operativ qərarlar qəbul etmişdi. Ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər vermək idi.

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla qürur duyuruq ki, ümummilli liderin Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.

 

Kamaləddin MƏNSİMOV,

Nabucco Architecture and Construction” şirkətinin direktoru.

 

Respublika.- 2020.- 12 iyul.- S.3.