Fəlsəfi təfəkkürlü görkəmli psixoloq alim Fuad İbrahimbəyov haqqında düşünərkən

 

Fuad İbrahimbəyov haqqında nəinki eşitmişəm, eyni zamanda onu şəxsən görmüşəm. Elmlə, təhsil problemləri ilə məşğul olan hər bir şəxs Sibir sürgünündən qayıtdıqdan sonra onu yaxından görmək, ilkin olaraq onu tanımaq arzusunda olmuşdur. Mən də belələrinin sırasında idim. Bir çox vaxtlarda onu mən indiki Dillər Universitetinə doğru gedən yolda görərdim. Özü də, bir qayda olaraq, səhər saatlarında Fuad müəllimi yaxından görmək və tanımaq bizim kimi gənc ziyalılar, elmi tədqiqatçılar üçün xüsusi mənəvi bir tələbat idi. Söhbət o zamankı Sovet İttifaqında öz əsərləri, simpoziumlarda çıxışları ilə həmçinin bütün dünyada tanınan böyük psixiatrdan, psixoloq alimdən gedirdi.

 

O vaxtlar Fuad İbrahimbəyov haqqında təsəvvürüm bu çərçivədən kənara çıxmırdı. Lakin bir hadisə Fuad İbrahimbəyov haqqında təsəvvürümü daha məzmunlu etdi, daha doğrusu, bunun üçün daha əlverişli şərait yaratdı. Bir gün Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müdiri, görkəmli psixoloq alim, professor Rəna İbrahimbəyovanın kabinetinə baş çəkmişdim. Rəna xanım atası Fuad İbrahimbəyovun “Seçilmiş elmi əsərləri”ni (Bakı. Mütərcim, 2017-ci il, 512 s.) mənə təqdim etdi, lakin başqa bir söz demədi. Fikirləşdim ki, bəlkə kitaba rəy yazmağımı istəyir. Beləcə “səssiz-səmirsiz” söhbət etdik. Mən imkan tapdığım hallarda bu kitabı ardıcıl olaraq mütaliə etməyə başladım. Yavaş-yavaş Fuad İbrahimbəyovun fikir dünyasına daxil oldum. Azərbaycan və rus dillərində çap olunmuş əsərləri oxuduqca mətnlərin kənarlarında müəyyən qeydlərimi də etdim. Hətta, psixologiya üzrə opponent olduğum bir doktorluq dissertasiyasının müdafiəsi zamanı çıxışımda Fuad müəllimin elmi ideyalarına istinad edim. Kitabı tam oxuyub, başa çatdırdıqdan sonra onun haqqında rəy yazmaq qərarına gəldim; bunun üçün də bəzi qeydlərimi ilkin olaraq kağız üzərinə köçürdüm. İndi də onları bir fikir zəncirində ümumiləşdirib, sistemləşdirmək istəyirəm. Fuad İbrahimbəyovun Azərbaycan və rus dillərində yazılmış əsərləri haqqında məndə formalaşmış təsəvvürlərin dəqiqliyi və gerçəkliyinə inamımı bir daha yoxlamaq üçün onu elə bu kitabda yer almış bir sıra görkəmli alimlərin - psixoloqların, filosofların və digərlərinin Fuad müəllim haqqında söylədikləri bəzi fikirlərə müraciət edib, onları bir daha oxucuların diqqətinə çatdırmağı zəruri saydım. Fəxrlə deyə bilərəm ki, Bakı Dövlət Universitetində Fəlsəfə şöbəsində təhsil alarkən mənim sevimli müəllimim Aleksandr Osipoviç Makovelskibu alimlərin sırasındadır. Lakin indi mən sözü Fuad müəllim 1936-cı ildə namizədlik dissertasiyasını müdafiə edərkən onun rəsmi opponenti olmuş böyük gürcü alimi akademik Usnadzedən başlamaq istəyirəm. Akademik Usnadze göstərir ki, mən Fuad İbrahimbəyovun əsərlərini oxuyarkən onun nəinki bizim İttifaqda və ümumiyyətlə, dünya miqyasında bizim elmin bütün başlıca nailiyyətləri ilə tanış olduğuna diqqət yetirməli olursan. Alim daha sonra əlavə edir ki, ona dissertasiya müdafiə etmədən də namizədlik elmi dərəcəsi vermək olardı (bax, bu kitab s. 400).

 

Uzun müddət Fuad İbrahimbəyovla elmi əməkdaşlıqda olmuş A.O.Makovelskinin görkəmli alim kimi bəzi fikirlərini önə çəkmək istəyirəm. Aleksandr Osipoviç göstərirdi ki, Fuad İbrahimbəyov gözəl eksperimentatordur; o, öyrənilən məsələ üzrə nəinki bütün rus ədəbiyyatını gözəl bilir, eyni zamanda da yeni alman, fransız, amerikan elmi ədəbiyyatını dərindən bildiyini geniş nümayiş etdirir.

 

Görkəmli psixoloq alim Əkbər Bayramov da Fuad İbrahimbəyov haqqında çox dəyərli fikirlərini oxucuları ilə bölüşür. Əkbər müəllim Fuad İbrahimbəyovu respublikamızın ilk görkəmli psixiatrı kimipsixoloq alimi kimi yüksək qiymətləndirir, onu elm fədaisi adlandırır, psixologiya elmi məktəbinin yaradılmasının təşkilatçısı kimi səciyyələndirir. Psixologiya sahəsində özünəməxsus xüsusi elmi məktəb yaratmış professor Əbdül Əlizadə “Əziz Fuad müəllim” deyə onun haqqında öz fikirlərini yekunlaşdıraraq F.İbrahimbəyovun hələ XX əsrin əvvəllərində dünya şöhrəti qazandığını nəzərə çatdırır.

 

F.İbrahimbəyovun “Seçilmiş elmi əsərləri” toplusunda Muxtar Həmzəyevin, Səməd Seyidovun dəyərli fikirləri də yer alıb. Bu fikirlərlə ətraflı tanışlığı oxucuların öz sərəncamına veririk.

 

Bu yazımda mən Fuad İbrahimbəyovun tərcümeyi-halının təfərrüatlarına, sürgün həyatına, onun səbəbləri məsələsinə toxunmayacam. Bircə onu nəzərə çatdırmaq istərdim ki, Fuad müəllim istər Sibir sürgününə qədərki dinc yaradıcılıq dövründə, istərsə də sürgündə olduğu dövrdə bütöv, qətiyyətli şəxsiyyət olaraq qalmışdır. Böyük alimin qızı, professor Rəna İbrahimbəyovanın atası haqqında söylədiyi bir fikir olduqca məntiqi görünür və bizcə həqiqəti düzgün əks etdirir. Rəna xanım göstərir ki, peşəkar psixoloq və gözəl alim dəhşətli çətinliklərə dözmüş, özünü, öz “Mən”ini, öz həyat mövqelərini qoruyub saxlaya bilmişdir (bax, bu kitab, s. 20). Rəna xanımın atası haqqında söylədiyi digər bir fikirlə tam razıyam. Bu fikirondan ibarətdir ki, Fuad İbrahimbəyov öz düşüncə tərzinə və təfəkkür parametrlərinə görə filosof idi. Doğrudan da böyük alimin müvafiq əsərlərini, beynəlxalq elmi simpoziumlarda çıxışlarının tezisləri ilə tanış olduqda bu qənaətə gəlmək olur ki, o, fəlsəfəni dərindən mənimsəmiş, istər Qərb və istərsə də Şərq bölgüsü ilə götürsək, deyə bilərik ki, o, dünya fəlsəfi ədəbiyyatı ilə ətraflı, üstəlik də dərindən tanış olmuş, konkret elmi problemdən bəhs edərkən fəlsəfi ədəbiyyatdan çox məharətlə, yerli-yerində istifadə etmişdir. Fuad müəllim elmi yazılarında Qədim yunan filosoflarına, tibb sahəsindəki alimlərə, İbn Sinaya, Kanta, Hegelə, Nitsşeyə, Şopenhauerə və digər filosofların əsərlərinə, ideyalarına istinadlar edir. Elə burada xatırlatmaq yerinə düşər, deyək ki, Fuad İbrahimbəyov rusSovet fəlsəfi ədəbiyyatı ilə də yaxından tanış olmuşdur. Onun elmi yazılarında fəlsəfənin ümumi məsələləri ilə, xüsusilə dialektika, idrak nəzəriyyəsi, bütövlükdə idrak prosesi, şüur, təfəkkür, ictimai şüur barədə çox maraqlı mülahizələrə təsadüf edirik. Azərbaycanın fəlsəfi fikir nümayəndələrinin dünyagörüşü ilə əlaqədar Fuad müəllimin çox maraqlı şərhləri, yanaşmaları diqqəti cəlb edir. Daha sonra sosial fəlsəfə və sosioloji araşdırmalar, elə sosial hadisələr haqqında alimin mülahizələri “Topluda əhəmiyyətli yer tutur. Biosfer, noosfer barədə Fuad İbrahimbəyovun orijinal düşüncələri onun elmi yaradıcılığına diqqəti daha da artırır. Buna görə də onun əsərlərindən fəlsəfə, sosiologiya, fəlsəfi ekologiya mütəxəssislərinin, tələbə, magistrant və doktorantlarımızın diqqət yetirmələrini məqsədəuyğun hesab edirik. Konkret fəlsəfi, sosioloji problemlərin tədqiqi zamanı Fuad İbrahimbəyovun əsərlərinə ilk mənbə kimi müraciət edilməsi çox təbii və məntiqi görünə bilərdi.

 

Bir sıra konkret fəlsəfi problemlərin Fuad İbrahimbəyov tərəfindən təhlili ilə əlaqədar onun bəzi mülahizələrini fikir önünə çəkmək istərdik. Elə bu cəhətdən də Fuad İbrahimbəyovun instinkt, intuisiya, bunların idrak prosesi ilə bağlı olub-olmaması barədə fikirləri olduqca orijinal olmaqla yanaşı, idrakda biolojisosial amillərin qarşılıqlı əlaqəsinin düzgün başa düşülməsi üçün xüsusi əhəmiyyətə malikdir. Fuad müəllim göstərir ki, intuisiyainstinkt hadisələrinin müqayisə edilməsi şəxsiyyəti müəyyən dərəcədə yeni imkanlarla zənginləşdirən təkamül prosesinin gedişini aşkara çıxarır. İnstinkt təxminən eyni dərəcədə bütün sağlam insanlarda özünü göstərir; intuisiya isə müxtəlif insanlarda müxtəlif şəkildə özünü göstərir; bəzilərində bədii intuisiya, başqalarında elmi intuisiya, üçüncülərdə isə az fərqlənən intuisiya üzə çıxır. Elələri var ki, onlarda intuisiya yoxdur (bax: bu kitab, s. 76). Alimin fikrincə, instinkt situasiyanın - stimulun vasitəsilə yaranır idrak deyildir. İntuisiya isə spontandır həmişə idrak, dərketmə aktıdır. İnstinktiv hərəkət nəzərə çarpmayan gərginliklə baş verir, intuisiya isə həmişə fiziki ruhi gərginliklə bağlıdır. İnstinkt mürəkkəb hərəkətdir, davranış aktıdır. İntuisiya isə bəşər mədəniyyətinin yaratdığı formalarda dərketmənin ifadəsidir. İnstinkt az plastikdir, bu isə şəxsiyyətin dünənki halıdır, bəşəriyyətin bir çox uğurları isə intuisiya ilə bağlıdır (yenə orada, s.77).

 

İntellekt, intellektual inkişaf, onun səviyyələri ilə bağlı Fuad İbrahimbəyovun elmi yanaşması xüsusi maraq doğurur (yenə orada, s. 38-39). Həmçinin bu da diqqəti çəkir ki, o, mürəkkəblik fenomeni baxımından da intellekti şərh edir. O göstərir ki, mürəkkəbliyi artan məsələlər ortaya çıxdıqda nəzərə almaq lazımdır ki, müəyyən mürəkkəblik dərəcəsinə malik məsələlərin həlli fərdin fəaliyyətində intellektin maksimum iştirakını tələb edir.

 

Fuad İbrahimbəyovun əsərlərində ağıl, zəka, şüur, təfəkkür, şüurun informasiya ilə əlaqəsi, təfəkkürün daim hissi idraka əsaslanması barədə fikirləri olduqca əhəmiyyətlidir; o, haqqında bəhs olunan anlayışların məzmun mahiyyətinin dəqiq müəyyənləşdirilməsinə ciddi fikir verir, yeri gəldikdə bunların strukturunu açıb göstərir (yenə orada, s. 172, 174).

 

Fuad İbrahimbəyov psixologiyanın mürəkkəb problemlərini şərh edərkən dünya fəlsəfi fikir tarixinə dair materiallardan, ilk mənbələrdən çox məharətlə istifadə edir. Bu cəhətdən Zərdüşt fəlsəfəsi, “Avesta”, hürufizm haqqında maraqlı fikirlər söyləyir (yenə orada, s. 98, 114). Bu cəhətdən Zərdüşt fəlsəfəsində xeyir şərin mübarizəsi konsepsiyasından bəhs edilərkən onun dünya fəlsəfi fikrinə təsiri nəzərə çatdırılır. Bu halda Fuad müəlliminSeçilmiş elmi əsərləri”nə müraciət edilməsi yerinə düşərdi. Fuad müəllim göstərir ki, müasir dillə desək, insanın bütün psixologiyası, onun fəaliyyəti binar münasibətlər mövqeyindən, yəni ziddiyyətli qüvvələrin dixatomiyası kimi nəzərdən keçirilməlidir. Alimin A.O.Makovelskiyə müraciət edərək söylədiyi bir fikir çox maraqlı görünür. Fuad müəllim qeyd edir ki, A.O.Makovelski Tanka Q.Milsə istinad edərək, həmçinin öz tədqiqatlarından - araşdırmalarından çıxış edərək inandırıcı şəkildə sübut edir ki, əksliklərin vəhdəti mübarizəsi haqqında təlimini Hegel Zərdüşt fəlsəfəsinin təsiri altında formalaşdırmışdır. Alim həmçinin qeyd edir ki, Zərdüşt ideyalarının Fridrix Nitsşenin fəlsəfi-psixoloji doktrinasının təşəkkülünə bu Şərq dahisinin təsiri heç bir şübhə doğurmur. Nitsşe Zərdüşt fəlsəfəsinin şərhinə bir neçə əsər həsr etmişdir. Əlbəttə, Nitsşenin türk dilinə tərcümə edilmişBelə demişdir Zərdüştəsərini yada salmaq yerinə düşər. Fuad müəllim şərhində nəzərə çatdırır ki, Zərdüşt kimi Nitsşe də insanın öz mövqeyini seçərkən aktiv rol oynamasını vurğulayır. Nitsşedə bu, hakimiyyətə canatma, hakimiyyət iradəsi kimi özünü göstərir. Fuad müəllim nəzərə çatdırdığı kimi, bu, A.Adlerdə özünütəsdiqə səy göstərilməsi şəklində çıxış edir (yenə orada, s. 115). Daha sonra, Fuad İbrahimbəyov İbn Sina təlimi üzərində ətraflı dayanır, onun insan nəbzini ardıcıl olaraq yoxlamaq nəticəsində irəli sürdüyü ideyaların istər fəlsəfədə və istərsə də təbabətdə böyük rol oynadığını nəzərə çatdırır. Fuad İbrahimbəyov Zen-buddizm ilə Qərb psixologiyasının müqayisəsi üzərində xüsusi dayanır (yenə orada, s. 117).

 

Fuad İbrahimbəyovun “Seçilmiş elmi əsərləri”ndə dünyanın böyük dahi mütəfəkkirləri olan Nizami Gəncəvinin və Məhəmməd Füzulinin elmi və ədəbi-bədii yaradıcılığına çox dəyərli istinadlar edilir. Görək, Fuad İbrahimbəyov özü, məsələn, Nizami Gəncəvinin fəlsəfi, təbii-elmi görüşləri barədə nə deyir: “N.Gəncəvi geniş diapazonlu mütəfəkkir, bir sıra məsələlərdə bütövlüklə ortodoksal islamdan uzaqlaşmış, Demokritin mütərəqqi fikirlərinin tərəfdarı kimi çıxış edərək ağlı və biliyi mədh etmiş, ruhla bədənin qarşılıqlı əlaqəsi ideyası üzərində dayanırdı, ölümün səbəbini isə insan bədənini təşkil edən elementlərin harmoniyasının pozulmasında görürdü” (yenə orada, s. 236-237). Fuad İbrahimbəyov N.Gəncəvi ideyalarına münasibətini davam etdirərək, bu ideyaların İbn Sinanın konsepsiyası ilə ahəngdarlıq təşkil etdiyini, həmçinin qədim “Avestaya çox yaxın olduğunu göstərir. Psixoloq alim N.Gəncəvinin insanların ruhi yaşantılarının yüksək dərəcədə təsvir olduğunu göstərərkən N.Gəncəvinin “Leyli və Məcnun” poemasından Qeys obrazından istifadə edir və nəzərə çatdırır ki, Qeysöz məqsədi yolunda dəfolunmaz maneələrlə qarşılaşması səbəbindən özünə qapanaraq cəmiyyətdən” uzaqlaşır (yenə orada, s. 237). Daha sonra Nəsimi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli haqqında geniş şərhlər verir. Özü də mədh, tərif naminə yox, çox konkret surətdə insan psixikasının, mənəvi proseslərin təhlili baxımından Fuad müəllim yazırdı: “Məhəmməd Füzuli “Sağlamlıq və xəstəliklər” əsərində insan orqanizmində baş verən bütün prosesləri, o cümlədən psixoloji prosesləri də təbii və maddi səbəblərlə izah edirdi... “Mətləül-etiqad” əsərində Füzuli beş substansiyanı fərqləndirmişdir” (yenə orada, s. 239).

 

Fuad İbrahimbəyov özünün elmi şərhlərində konkret psixoloji-fəlsəfi məsələlərin təhlilində Mirzə Şəfi Vazehin, A.A.Bakıxanovun, M.F.Axundovun əsərlərindən geniş istifadə edir, yeri gəldikdə Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Nəcəfbəy Vəzirovun elmi yaradıcılığına müraciət edir. Bir daha nəzərə çatdırmaq istərdik ki, haqqında yuxarıda bəhs etdiyimiz Azərbaycan mütəfəkkirləri elə sadəcə olaraq sadalanmır, konkret elmi problemin təhlili zamanı onların konkret əsərlərinə müraciət edilir. Fuad müəllimin buya digər məsələ üzrə özünün konseptual yanaşmalarını əsaslandırmaq üçün həmin Azərbaycan mütəfəkkirlərinin yaradıcılığına istinad edir.

 

Fuad İbrahimbəyov haqqında qısa mülahizələri yekunlaşdıraraq qeyd etmək istərdik ki, o, ensiklopedik biliklərə malik universal elmi təfəkkürü olan alim idi. O, öz sahəsində titan, əsl elm nəhəngi idi. İstər psixoloqlar, istərsə də filosof və sosioloqlarımız Fuad müəllimin elmi yaradıcılığı ilə tanış olduqda, bizcə, çox məmnun qalacaqlar.

 

İzzət RÜSTƏMOV,

 

Fəlsəfə elmləri doktoru, professor,

 

akademik S.İ.Vavilov adına medalın

 

laureatı.

 

Respublika.- 2020.- 9 iyul.- S.6.