Yüksək insani dəyərlərə malik görkəmli alim

 

Geofizika elminin görkəmli siması, yüksək insani dəyərlərə malik vətənsevər alim, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Fəxrəddin Əbülfət oğlu Qədirovun 70 yaşı tamam olur.

 

1950-ci il iyulun 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 10 saylı orta məktəbi gümüş medalla, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir.

 

F.Qədirov 1984-cü ildə geofizika üzrə fəlsəfə doktoru və 2002-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2007-ci ildə isə geofizika ixtisası üzrə professor elmi adını almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

 

Fəxrədin müəllim əmək fəaliyyətinə fizika müəllimi kimi başlamışdır. O, 1974-cü ildə AMEA Geologiya İnstitutunun (indiki GeologiyaGeofizika İnstitutu) Qravimetriya laboratoriyasına işə qəbul edilmiş, 1989-2003-cü illər ərzində Qravimetriya laboratoriyasına, 2005-2007-ci illərdə GeotektonikaGeodinamika, 2008-ci ildən GeodinamikaSeysmologiya şöbəsinə rəhbərlik etmişdir. F.Qədirov 2008-ci ildən Yer Fizikası seksiyasının, 2015-ci ildən isə Geodinamikakosmik geodeziya şöbəsinin rəhbəridir. F.Qədirov eyni zamanda AMEA GeologiyaGeofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir. F.Qədirov Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universiteti “Zəlzələ Araşdırma Mərkəzində”, 1996-1998-ci illərdə isə Qara dəniz Texniki UniversitetininGeofizika Mühəndisliyi” bölümündə professor vəzifəsində çalışmışdır.

 

F.Qədirov 2013-2019-cu illərdə AMEA Rəyasət Heyətinin üzvüYer Elmləri Bölməsinin akademik-katibi olmuşdur. Hazırda AMEA Yer Elmləri Bölməsi Elmi Şurasının sədr müavinidir. F.Qədirov AMEA RH qərarı ilə 2020-ci ildən NeftQaz İnstitutuna direktor təyin edilmişdir.

 

2000-ci və 2001-ci illərdə Massaçusets Texnologiyalar İnstitutunda elmi ezamiyyətdə olmuş F.Qədirov GPS texnologiyasını öyrənərək ilk dəfə bu texnologiyanı plitə tektonikası konsepsiyası çərçivəsində Qafqaz-Xəzər regionunun geodinamikkinematik şəraitini, neftli-qazlı sahələrin və enerji koridorlarının geodinamik təhlükəsizliyinin öyrənilməsinə tətbiq etmişdir.

 

F.Qədirovun elmi fəaliyyətinin əsas istiqamətini geofiziki sahələrin ədədi analizi və məkan-zaman paylanma qanunauyğunluğunun öyrənilməsi, Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluşunun modelləşdirilməsi, zəlzələlərin və qırılmaların fraktalstatistik metodlarla tədqiqi təşkil edir. O, Qafqaz plitəsinin mövcudluğunusaat əqrəbinin əksi istiqamətində dönməsini və Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modelini təklif etmişdir. Qravimetrik müşahidələrin təhlili əsasında güclü zəlzələdən əvvəl qravitasiya sahəsinin qabaran variasiyalarında fluktuasiyaların meydana gəlməsini göstərmişdir. O, mənimlə birgə Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və flüidlər miqrasiyasının konveksiya və palçıq vulkanlarının aktivləşmə modelini işləmişdir.

 

F.Qədirov 250-dən artıq elmi məqalənin, o cümlədən rus dilində nəşr olunan “Azərbaycanın qravitasiya sahəsi və dərinlik quruluşunun modeli” monoqrafiyasının müəllifi, “Qeoloqiə Azerbaydjana”, IV, V və VII cildlərinin, ingilis dilində “Hydrocarbon systems of the South Caspian Basin”, “Springer” nəşriyyatında nəşr olunan ikicildlikGeosiciences of Azerbaijan” və s kitabların, Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə çox sayda istinad olunur. Onun rəhbərliyi altında geofizika üzrə 14 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. O, BDU-nun geologiya fakültəsinin SeysmologiyaYer təkinin fizikası kafedrasının professoru və AMEA-nın GeologiyaGeofizika İnstitutundakı filialının rəhbəridir. 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı və 2015-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

 

F.Qədirov Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG), Amerika Geofizika İttifaqının (AGU), Avropa Yer Elmləri İttifaqının (EGU) və Azərbaycan Geofizika Cəmiyyətinin üzvüdür. O, eyni zamanda AMEA-nın “ANAS Transactions, Earth Sciences” jurnalının redaktor müavini, “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”, TC Pamukkale ÜniversitesiMühendislik Bilimleri Dergisi” məcmuələrinin redaksiya heyətinin üzvüAvropaGeophysical Prospecting” və “Geodynamics” və s. elmi jurnallarının rəyçi ekspertidir. 2009-cu ildən Beynəlxalq GeodeziyaGeofizika İttifaqı (İUGG) nəzdindəki Azərbaycan Milli GeodeziyaGeofizika Komitəsinin (AMGGK) Beynəlxalq Geodeziya Assosiasiyasının, Elmlər Akademiyalarının Beynəlxalq İttifaqının (MAAN) Azərbaycan üzrə “GeodeziyaGeofizikaElmi şurasının rəhbəridir. F.Qədirov bir çox beynəlxalq konsorsiumlarda layihə rəhbəri olmuşdur.

 

F.Qədirov dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında EİF-nin, SOCAR Elm Fondunun, ABŞ Milli Elm Fondunun NSF, CRDF, STCU və EAGE təşkilatlarının elmi qrantlarına layiq görülmüşdür.

 

70 illik yubileyini qeyd edən, yüksək insani dəyərlərə və tükənməz elmi ideya potensialına malik olan vətənsevər alim, akademik Fəxrəddin Qədirov bu günelmi axtarışlarına davam edir. Yubileyi münasibətilə akademik Fəxrəddin Qədirovu səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və gələcək elmi, pedaqojiictimai fəaliyyətində uğurlar arzu edirik.

 

İbrahim QULİYEV,

 

AMEA-nın birinci vitse-prezidenti,

 

akademik.

 

Respublika.- 2020.- 9 iyul.- S.7.